Məzmuna keç

Səhifeyi Səccadiyyənin iyirmi altıncı duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin iyirmi altıncı duası
MövzuDostlar və qonşular üçün dua
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi Səccadiyyə


Səhifeyi Səccadiyyənin iyirmi altıncı duası, (ərəbcə: الدعاء السادس والعشرون من الصحيفة السجادية) İmam Səccadın (ə) qonşular və dostlar üçün etdiyi məşhur dualardandır. İmam Səccad (ə) bu duada Allahdan qonşuların və dostların haqqını riayət etmək üçün kömək istəyir. Həmçinin yaxşı əxlaqın mənimsənilməsi, xəstələrin ziyarət edilməsi, zülm çəkənlərə kömək olunması və qonşularla təvazökarlıqla davranmağın vacibliyini vurğulayır.

Bu dua, "Səhifeyi Səccadiyyə"nin şərhlərində, o cümlədən, Hüseyn Ənsarianın "Diyari Aşiqan", Həsən Məmduhi Kirmaşahinin "Şühud və Mərifət" adlı farsca əsərlərində və Seyid Əli Xan Mədəninin ərəbcə yazdığı "Riyazüs-Salikin" kitabında izah edilmişdir.

Duanın təlimləri

İmam Səccadın (ə) buyurduğu Səhifeyi Səccadiyyənin iyirmi altıncı duasının əsas mövzusu qonşular və dostlar üçün edilən duadır. Bu dua qonşuların və dostların haqlarını ehtiva edir, onlarla necə rəftar edilməli olduğunu izah edir. Həmçinin fərd və cəmiyyət münasibətlərinə də toxunur.[1] İmam Səccad (ə) tərəfindən dörd hissədə[2] ifadə olunan bu duanın təlimləri aşağıdakılardır:

  • Qonşuların haqqına riayət etmək üçün Allahdan kömək diləmək
  • Əhli-Beytin (ə) haqqını tanıyan qonşular üçün dua etmək
  • Qonşular üçün Allahın sünnələrini yaşatmaları naminə dua etmək
  • Qonşuların gözəl davranışlı olmaları üçün dua etmək
  • Qonşuların imkansızlara kömək etmələri və ehtiyaclarını qarşılamaq üçün dua etmək
  • Qonşuların xəstələri ziyarət etmələri və səfərdən qayıdanları qarşılamaları üçün dua etmək
  • Qonşuların başqalarının sirlərini gizlətmələri üçün dua etmək
  • Qonşuların zülmə məruz qalanlara yardım etmələri üçün dua etmək
  • Qonşuların başqalarına ehsan etməyi əsirgəməmələri üçün dua etmək
  • Qonşular və dostların pis rəftarlarına qarşı yaxşılıq etmək
  • Qonşularla təvazökarlıqla rəftar etmək
  • Qonşulara qarşı xoş niyyətli olmaq
  • Qonşunun qonşusunun sayəsində xoşbəxt olması
  • Özümüz üçün istədiyimizi qonşularımız üçün də istəmək və onların xətalarına göz yummaq.[3]

Duanın şərhləri

İyirmi altıncı dua, Səhifeyi Səccadiyyənin fars dilində yazılmış şərhlərində, o cümlədən, Hüseyn Ənsarianın "Diyari Aşiqan",[4] Məhəmmədhəsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət",[5] və Seyid Əhməd Fəhrinin "Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi"[6] adlı əsərlərində izah edilmişdir.

Səhifeyi Səccadiyyənin iyirmi altıncı duası həmçinin Seyid Əli Xan Mədəninin "Riyazus-Salikin",[7] Məhəmməd Cavad Muğniyənin "Fi zilali Əs-Səhifətis-Səccadiyyə",[8] Məhəmməd ibn Məhəmməd Darabinin "Riyazul-Arifin"[9] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın "Afaqur-Ruh"[10] adlı ərəb dilində yazılmış kitablarında da şərh edilmişdir. Bu duanın kəlmələri də lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin "Təliqat ələs-Səhifətis-Səccadiyyə"[11] və İzzəddin Cəzairinin "Şərhus-Səhifətis-Səccadiyyə"[12] əsərlərində izah olunmuşdur.

Səhifeyi Səccadiyyənin iyirmi altıncı duasının mətni və tərcüməsi

Mətn
Mətn və Tərcümə
Tərcümə

وَ کانَ مِنْ دُعَائِهِ علیه‌السلام لِجِیرَانِهِ وَ أَوْلِیائِهِ إِذَا ذَکرَهُمْ

اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ تَوَلَّنِی فِی جِیرَانِی وَ مَوَالِی الْعَارِفِینَ بِحَقِّنَا، وَ الْمُنَابِذِینَ لِأَعْدَائِنَا بِأَفْضَلِ وَلَایتِک.

وَ وَفِّقْهُمْ لِإِقَامَةِ سُنَّتِک، وَ الْأَخْذِ بِمَحَاسِنِ أَدَبِک فِی إِرْفَاقِ ضَعِیفِهِمْ، وَ سَدِّ خَلَّتِهِمْ، وَ عِیادَةِ مَرِیضِهِمْ، وَ هِدَایةِ مُسْتَرْشِدِهِمْ، وَ مُنَاصَحَةِ مُسْتَشِیرِهِمْ، وَ تَعَهُّدِ قَادِمِهِمْ، وَ کتْمَانِ أَسْرَارِهِمْ، وَ سَتْرِ عَوْرَاتِهِمْ، وَ نُصْرَةِ مَظْلُومِهِمْ، وَ حُسْنِ مُوَاسَاتِهِمْ بِالْمَاعُونِ، وَ الْعَوْدِ عَلَیهِمْ بِالْجِدَةِ وَ الْإِفْضَالِ، وَ إِعْطَاءِ مَا یجِبُ لَهُمْ قَبْلَ السُّؤَالِ

وَ اجْعَلْنِی اللَّهُمَّ أَجْزِی بِالْإِحْسَانِ مُسِیئَهُمْ، وَ أُعْرِضُ بِالتَّجَاوُزِ عَنْ ظَالِمِهِمْ، وَ أَسْتَعْمِلُ حُسْنَ الظَّنِّ فِی کافَّتِهِمْ، وَ أَتَوَلَّی بِالْبِرِّ عَامَّتَهُمْ، وَ أَغُضُّ بَصَرِی عَنْهُمْ عِفَّةً، وَ أُلِینُ جَانِبِی لَهُمْ تَوَاضُعاً، وَ أَرِقُّ عَلَی أَهْلِ الْبَلَاءِ مِنْهُمْ رَحْمَةً، وَ أُسِرُّ لَهُمْ بِالْغَیبِ مَوَدَّةً، وَ أُحِبُّ بَقَاءَ النِّعْمَةِ عِنْدَهُمْ نُصْحاً، وَ أُوجِبُ لَهُمْ مَا أُوجِبُ لِحَامَّتِی، وَ أَرْعَی لَهُمْ مَا أَرْعَی لِخَاصَّتِی

اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ ارْزُقْنِی مِثْلَ ذَلِک مِنْهُمْ، وَ اجْعَلْ لِی أَوْفَی الْحُظُوظِ فِیمَا عِنْدَهُمْ، وَ زِدْهُمْ بَصِیرَةً فِی حَقِّی، وَ مَعْرِفَةً بِفَضْلِی حَتَّی یسْعَدُوا بی‌وَ أَسْعَدَ بِهِمْ، آمِینَ رَبَّ الْعَالَمِینَ.

وَ کانَ مِنْ دُعَائِهِ علیه‌السلام لِجِیرَانِهِ وَ أَوْلِیائِهِ إِذَا ذَکرَهُمْ
O Həzrətin qonşuları, dostları yad edildikdə onlara etdiyi duası.
اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ تَوَلَّنِی فِی جِیرَانِی وَ مَوَالِی الْعَارِفِینَ بِحَقِّنَا، وَ الْمُنَابِذِینَ لِأَعْدَائِنَا بِأَفْضَلِ وَلَایتِک
İlahi! Muhəmməd və onun soyuna salam yetir və bizim haqqımızı tanıyan dost və qonşularımızın hüquqlarına riayət etməkdə yardım göstər, düşmənlərimizlə döyüşdə olanlara ən gözəl tərzdə yardım et,
وَ وَفِّقْهُمْ لِإِقَامَةِ سُنَّتِک، وَ الْأَخْذِ بِمَحَاسِنِ أَدَبِک فِی إِرْفَاقِ ضَعِیفِهِمْ، وَ سَدِّ خَلَّتِهِمْ، وَ عِیادَةِ مَرِیضِهِمْ، وَ هِدَایةِ مُسْتَرْشِدِهِمْ، وَ مُنَاصَحَةِ مُسْتَشِیرِهِمْ، وَ تَعَهُّدِ قَادِمِهِمْ، وَ کتْمَانِ أَسْرَارِهِمْ، وَ سَتْرِ عَوْرَاتِهِمْ، وَ نُصْرَةِ مَظْلُومِهِمْ، وَ حُسْنِ مُوَاسَاتِهِمْ بِالْمَاعُونِ، وَ الْعَوْدِ عَلَیهِمْ بِالْجِدَةِ وَ الْإِفْضَالِ، وَ إِعْطَاءِ مَا یجِبُ لَهُمْ قَبْلَ السُّؤَالِ
öz adətlərini dirçətmək üçün, gözəl ədatindən olan zəiflərə əl tutmağı onların istəklərini yerinə yetirməyi, xəstələri yoluxmağı, yol axtaranları hidayət etməyə, məşvərət edənlərə nisbətdə xeyirxah olmağa, vətənə qayıdan səfərkeşlərin görüşünə getməyə, camaatın sirlərini gizli saxlamağa, Allah bəndələrinə yardım etməyə, ehtiyacı olanlarla gözəl davranmağa, bol bəxşişini əsirgəməməkdə, və istəkdən öncə əta etməyə müvəffəq et.
وَ اجْعَلْنِی اللَّهُمَّ أَجْزِی بِالْإِحْسَانِ مُسِیئَهُمْ، وَ أُعْرِضُ بِالتَّجَاوُزِ عَنْ ظَالِمِهِمْ، وَ أَسْتَعْمِلُ حُسْنَ الظَّنِّ فِی کافَّتِهِمْ، وَ أَتَوَلَّی بِالْبِرِّ عَامَّتَهُمْ، وَ أَغُضُّ بَصَرِی عَنْهُمْ عِفَّةً، وَ أُلِینُ جَانِبِی لَهُمْ تَوَاضُعاً، وَ أَرِقُّ عَلَی أَهْلِ الْبَلَاءِ مِنْهُمْ رَحْمَةً، وَ أُسِرُّ لَهُمْ بِالْغَیبِ مَوَدَّةً، وَ أُحِبُّ بَقَاءَ النِّعْمَةِ عِنْدَهُمْ نُصْحاً، وَ أُوجِبُ لَهُمْ مَا أُوجِبُ لِحَامَّتِی، وَ أَرْعَی لَهُمْ مَا أَرْعَی لِخَاصَّتِی
İlahi! Mənə yardım göstər ki, pis iş görənlərinə yaxşılıqla mükafat verim, zülmkar-larından əfv ilə vaz keçmiş, onların hamısına qarşı yaxşı gümanım olsun, hamısı xoşluqla keçmiş, xətalardan gözəl tərzdə göz yumuş, təvazakarlıq üzündən onlarla mülayim dövranım, bəla görənlərinə rəhmət üzü ilə nəzər salım, olmadıqları zaman dostluq məhəbbətimi onlara izhar edim, səmimiyyətlə həmişə ne’mətlərinin davamçısı olum, özümə lazım bildiyimi onlara da lazım bilim, özüm üçün riayət etdiklərimdə onlar üçün də riayət edim.
اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ ارْزُقْنِی مِثْلَ ذَلِک مِنْهُمْ، وَ اجْعَلْ لِی أَوْفَی الْحُظُوظِ فِیمَا عِنْدَهُمْ، وَ زِدْهُمْ بَصِیرَةً فِی حَقِّی، وَ مَعْرِفَةً بِفَضْلِی حَتَّی یسْعَدُوا بی‌وَ أَسْعَدَ بِهِمْ، آمِینَ رَبَّ الْعَالَمِینَ.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onların tərəfindən də mənə belə bir rəftar nəsib et, onların yanındakı yaxşılıqlardan mənim üçün ən yaxşı bir pay ayır, mənim barəmdə və lütfümə olan mə’rifətlərini artır ki, mənim vasitəmlə səadət əhli olsunlar və mən də onlara görə xoşbəxt olum! Ey mənim Rəbbim, duamı qəbul et!

O Həzrətin qonşuları, dostları yad edildikdə onlara etdiyi duası.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və bizim haqqımızı tanıyan dost və qonşularımızın hüquqlarına riayət etməkdə yardım göstər, düşmənlərimizlə döyüşdə olanlara ən gözəl tərzdə yardım et,

öz adətlərini dirçətmək üçün, gözəl ədatindən olan zəiflərə əl tutmağı onların istəklərini yerinə yetirməyi, xəstələri yoluxmağı, yol axtaranları hidayət etməyə, məşvərət edənlərə nisbətdə xeyirxah olmağa, vətənə qayıdan səfərkeşlərin görüşünə getməyə, camaatın sirlərini gizli saxlamağa, Allah bəndələrinə yardım etməyə, ehtiyacı olanlarla gözəl davranmağa, bol bəxşişini əsirgəməməkdə, və istəkdən öncə əta etməyə müvəffəq et.

İlahi! Mənə yardım göstər ki, pis iş görənlərinə yaxşılıqla mükafat verim, zülmkar-larından əfv ilə vaz keçmiş, onların hamısına qarşı yaxşı gümanım olsun, hamısı xoşluqla keçmiş, xətalardan gözəl tərzdə göz yumuş, təvazakarlıq üzündən onlarla mülayim dövranım, bəla görənlərinə rəhmət üzü ilə nəzər salım, olmadıqları zaman dostluq məhəbbətimi onlara izhar edim, səmimiyyətlə həmişə ne’mətlərinin davamçısı olum, özümə lazım bildiyimi onlara da lazım bilim, özüm üçün riayət etdiklərimdə onlar üçün də riayət edim.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onların tərəfindən də mənə belə bir rəftar nəsib et, onların yanındakı yaxşılıqlardan mənim üçün ən yaxşı bir pay ayır, mənim barəmdə və lütfümə olan mə’rifətlərini artır ki, mənim vasitəmlə səadət əhli olsunlar və mən də onlara görə xoşbəxt olum! Ey mənim Rəbbim, duamı qəbul et!

🌞
🔄


İstinadlar

  1. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.449
  2. ترجمه و شرح دعای بیست و ششم صحیفه سجادیه, İrfan saytı
  3. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.449-460; Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.539-568
  4. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.539-568
  5. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.449-460
  6. Fehri, Şərh və təfsire Səhifeyi-Səccadiyye, h.ş 1388, c.2, s.435-441
  7. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.4, s.149-176
  8. Muğniyə, Fi Zilalis-Səhife, h.q 1428, s.337-345
  9. Darabi, Riyazul-arifin, h.ş 1379, s.337-342
  10. Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.2, s.21-38
  11. Feyz Kaşani, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.60-61
  12. Cəzairi, Şərhus-səhifətis-Səccadiyyə, h.q 1402, s.145-146

Ədəbiyyat

  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Təhqiq: Hüseyn Dərgahi, Tehran, Üsvə, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-Ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhife, Qum, Darul-kutubil-İslamiyyə, h.q 1428
  • Məmduhi, Kermenaşahi, Kitabe və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
  • Cəzairi, İzzəddin, Şərhus-səhifətis-Səccadiyyə, Beyrut, h.q 1402
  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372

Xarici keçid