Səhifeyi Səccadiyyənin iyirmi doqquzuncu duası
![]() | |
Mövzu | İnsan çətin dolanışıq vəziyyətində olanda və ruzi istədikdə oxunan dua |
---|---|
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
Nəql olunub | İmam Səccad (ə) |
Ravi | Mütəvəkkil ibn Harun |
Şiə mənbələri | Səhifeyi Səccadiyyə |
Səhifeyi Səccadiyyənin iyirmi doqquzuncu duası, (ərəbcə: الدعاء التاسع والعشرون من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql edilən dualardandır ki, insan çətin dolanışıq vəziyyətində olanda və ruzi istədikdə oxunur. İmam Zeynəlabidin (ə) bu duada Allahın insanları çətin dolanışıqla sınağa çəkməsinə işarə edərək, bunun bəzi insanların ruzi barəsində pis zənn etməsinə səbəb olduğunu bildirir. Həmçinin bu duada ruzi üçün həddindən artıq çalışmaq qınanır və ruzi təmin edilməsində Allahın vədinə olan yəqinliyin qəm-qüssəni aradan qaldıracağı vurğulanır.
İyirmi doqquzuncu dua, Məhəmməd Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət" əsəri kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə fars dilində, Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin” əsərində isə ərəb dilində izah olunmuşdur.
Əsas mövzu
"Səhifeyi Səccadiyyə"nin iyirmi doqquzuncu duasının əsas mövzusu çətinlik və yoxsulluq zamanı edilən duadır. Məmduhi Kirmanşahinin dediyinə görə, bu duada İmam Səccad (ə) ruzinin təmin olunması ilə bağlı tövhid baxışını açıqlamışdır.[1] Bu duanın beş hissədə verilən təlimləri[2] aşağıdakılardır:
- İnsanların uzun arzular və çətin dolanışıqla sınağa çəkilməsi
- Pis zənnin və uzun arzuların kökü və onların nəticələri
- Allahın ruzi verən olduğuna şübhə ilə yanaşmağın nəticəsi, insanı uzun ömürlü insanlara ümid bağlamağa sövq etməsidir
- Ruzini qazanmaqda çətinliyin yəqinin olmamasından qaynaqlanması
- Ruzini əldə etməklə bağlı sıxıntılardan qurtulmaq üçün Allaha dua etmək, Ona yəqin və etimad bəsləmək
- Ruzi və dolanışıq üçün mənasız cəhdlər göstərmək
- Sizin ruziniz və sizə vəd edilənlər göydədir
- Ruzini verənə yəqinlik bəsləməklə qayğı və nigarançılığı aradan qaldırmaq
- Allahın bəndələrinə ruzi çatdıracağına and içməsi[3]
Duaya yazılmış şərhlər
İyirmi doqquzuncu dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə, o cümlədən Məhəmməd Həsən Məmduhi Kirmaşahinin “Şühud və Mərifət”,[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[5] kimi fars dilində yazılmış kitablarda şərh edilmişdir.
Səhifeyi Səccadiyənin otuzuncu duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[6] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[9] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir.
Bu dua həmçinin Seyyid Əli Xan Mədəni tərəfindən yazılmış “Riyaz əs-Salikin”, Məhəmməd Cavad Müğniyyənin “Fi Zilal əs-Səhifə əs-Səccadiyyə”, Məhəmməd bin Məhəmməd Darabinin “Riyaz əl-Arifin” və Seyyid Məhəmməd Hüseyn Fəzlullahın “Afak ər-Ruh” adlı kitablarında ərəb dilində şərh edilmişdir. Bu duanın kəlmələri həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[10] və İzzəddin Cəzairinin “Şərhus-Səhifətis-Səccadiyyə”[11] əsərlərində izah olunmuşdur.
Səhifeyi Səccadiyyənin iyirmi doqquzuncu duasının mətni və tərcüməsi
İstinadlar
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.529
- ↑ ترجمه و شرح دعای بیست و نهم صحیفه سجادیه, erfan.ir saytı
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.529-542
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.529-542
- ↑ Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.2, s.487-494
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.4, s.311-338
- ↑ Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.373-376
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.381-387
- ↑ Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.2, s.89-98
- ↑ Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.65-66
- ↑ Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.158-159
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
- Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
- Cəzairi, İzzəddin, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402
Xarici keçid
- متن و صوت دعای بیست و نهم صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin iyirmi doqquzuncu duasının səsli formatı