Məzmuna keç

Səhifeyi Səccadiyyənin otuz üçüncü duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin otuz üçüncü duası
Allahdan xeyir istəmək duası
MövzuXeyir istəmək - İlahi qəza və qədərə razı olmaq
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi Səccadiyyə


Səhifeyi Səccadiyyənin otuz üçüncü duası, (ərəbcə: الدعاء الثالث والثلاثون من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır ki, o Həzrət, Allahdan xeyir istədiyi zaman onu oxuyardı. Bu duada mərifət (tanıma) ilahi qəza qarşısında razılığın amili kimi təqdim edilir. Həmçinin təslimiyyət və yəqin məqamı, günah və Allahdan qafillikdən uzaq olmaq dilənmişdir.

Səhifeyi Səccadiyyənin bu duası Hüseyn Ənsarianın "Diyari Aşiqan", Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət" adlı farsdilli şərhlərində, eləcə də Seyid Əli Xan Mədəniyə aid ərəb dilində yazılmış "Riyazus-Salikin" kitabında izah edilmişdir.

Duanın təlimləri

Otuz üçüncü dua "Səhifeyi Səccadiyyə"də İmam Səccadın (ə) xeyir dilədiyi zaman oxuduğu dualardan biridir. Məmduhi Kirmanşahi bu duanın şərhində istixarə mövzusuna toxunmuşdur. Onun fikrincə, istixarə Allahın hidayət yollarından biri sayılır və bəndələr ağıl və məsləhətlə düzgün yolu tapa bilmədikdə, Allahdan hidayət istəyərlər.[1] Bu duanın əsas təlimləri aşağıdakılardır:

  • Allahdan xeyir və hər şeyin ən yaxşısını istəmək
  • İlahi dərgahda təslimiyyət və yəqin məqamını diləmək
  • Günahdan və Allahdan qafillikdən uzaq olmağı istəmək
  • İlahi qəza və qədərə razılıq və təslimiyyət istəmək
  • Müxlis insanların yəqinindən faydalanmağı diləmək
  • Mərifət (tanıma) ilahi qəza qarşısında razılıq amilidir
  • İlahi təqdirlərə razılıq üçün dua etmək
  • İlahi qəzaların asanlıqla qəbul edilməsini istəmək
  • İlahi iradə və məsləhət qarşısında tam itaət və təslimiyyət diləmək
  • Allahın xeyir verən və böyük nemətlər bəxş edən olmasını xatırlatmaq
  • Aqibətin xeyirli olması üçün dua etmək.[2]

Duanın şərhləri

Otuz üçüncü dua, Səhifeyi Səccadiyyənin fars dilində yazılmış şərhlərində, o cümlədən Hüseyn Ənsarianın "Diyari Aşiqan"[3]  əsərində, Məhəmmədhəsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət"[4]  kitabındavə Seyid Əhməd Fəhrinin "Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi"[5]  adlı əsərindəizah edilmişdir.

Səhifeyi Səccadiyyənin otuz üçüncü duası həmçinin Seyid Əli Xan Mədəninin "Riyazus-Salikin",[6] Məhəmməd Cavad Müğniyənin "Fi Zilalis-Səhifətis-Səccadiyyə",[7] Məhəmməd ibn Məhəmməd Darabinin "Riyazul-Arifin"[8] və Seyid Məhəmmədhüseyn Fəzlullahın "Afaqur-Ruh"[9] adlı əsərlərində ərəb dilində şərh edilmişdir.

Bu duanın kəlmələri də lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin "Təliqat ələs-Səhifətis-Səccadiyyə"[10] və İzzəddin Cəzairinin "Şərhus-Səhifətis-Səccadiyyə"[11] əsərlərində izah olunmuşdur.

Duanın mətni və tərcüməsi

Mətn
Mətn və Tərcümə
Tərcümə

وَ کانَ، مِنْ دُعَائِهِ علیه‌السلام فِی الِاسْتِخَارَةِ

اللَّهُمَّ إِنِی أَسْتَخِیرُک بِعِلْمِک، فَصَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اقْضِ لِی بِالْخِیرَةِ

وَ أَلْهِمْنَا مَعْرِفَةَ الِاخْتِیارِ، وَ اجْعَلْ ذَلِک ذَرِیعَةً إِلَی الرِّضَا بِمَا قَضَیتَ لَنَا وَ التَّسْلِیمِ لِمَا حَکمْتَ فَأَزِحْ عَنَّا رَیبَ الِارْتِیابِ، وَ أَیدْنَا بِیقِینِ الْمُخْلِصِینَ.

وَ لَا تَسُمْنَا عَجْزَ الْمَعْرِفَةِ عَمَّا تَخَیرْتَ فَنَغْمِطَ قَدْرَک، وَ نَکرَهَ مَوْضِعَ رِضَاک، وَ نَجْنَحَ إِلَی الَّتِی هِی أَبْعَدُ مِنْ حُسْنِ الْعَاقِبَةِ، وَ أَقْرَبُ إِلَی ضِدِّ الْعَافِیةِ

حَبِّبْ إِلَینَا مَا نَکرَهُ مِنْ قَضَائِک، وَ سَهِّلْ عَلَینَا مَا نَسْتَصْعِبُ مِنْ حُکمِک

وَ أَلْهِمْنَا الِانْقِیادَ لِمَا أَوْرَدْتَ عَلَینَا مِنْ مَشِیتِک حَتَّی لَا نُحِبَّ تَأْخِیرَ مَا عَجَّلْتَ، وَ لَا تَعْجِیلَ مَا أَخَّرْتَ، وَ لَا نَکرَهَ مَا أَحْبَبْتَ، وَ لَا نَتَخَیرَ مَا کرِهْتَ.

وَ اخْتِمْ لَنَا بِالَّتِی هِی أَحْمَدُ عَاقِبَةً، وَ أَکرَمُ مَصِیراً، إِنَّک تُفِیدُ الْکرِیمَةَ، وَ تُعْطِی الْجَسِیمَةَ، وَ تَفْعَلُ مَا تُرِیدُ، وَ أَنْتَ عَلَی کلِّ شَیءٍ قَدِیرٌ.

وَ کانَ، مِنْ دُعَائِهِ علیه‌السلام فِی الِاسْتِخَارَةِ
O Həzrətin Allahdan xeyir diləməsi
اللَّهُمَّ إِنِی أَسْتَخِیرُک بِعِلْمِک، فَصَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اقْضِ لِی بِالْخِیرَةِ
Ey mənim Rəbbim, (hər şeydən xəbərdar olan) elminə xatir Səndən xeyir istəyirəm, belə isəMuhəmməd və onun soyuna salam yetir və haqqımda xeyrirə hökm ver,
وَ أَلْهِمْنَا مَعْرِفَةَ الِاخْتِیارِ، وَ اجْعَلْ ذَلِک ذَرِیعَةً إِلَی الرِّضَا بِمَا قَضَیتَ لَنَا وَ التَّسْلِیمِ لِمَا حَکمْتَ فَأَزِحْ عَنَّا رَیبَ الِارْتِیابِ، وَ أَیدْنَا بِیقِینِ الْمُخْلِصِینَ
bizim üçün ixtiyar etdiyini tanımağı bizə ilham, et, onu bizim üçün qəzana razı qalmağımıza, hökmünə təslim olmağa səbəb qərar ver, belə olduqda şəkki bizdən uzaqlaşdır, bizi ixlasların yəqini ilə təsdiq et,
وَ لَا تَسُمْنَا عَجْزَ الْمَعْرِفَةِ عَمَّا تَخَیرْتَ فَنَغْمِطَ قَدْرَک، وَ نَکرَهَ مَوْضِعَ رِضَاک، وَ نَجْنَحَ إِلَی الَّتِی هِی أَبْعَدُ مِنْ حُسْنِ الْعَاقِبَةِ، وَ أَقْرَبُ إِلَی ضِدِّ الْعَافِیةِ
bizi bizlərə ixtiyar etdiyin mə’rifətdə geri qalmağa qoyma ki, Sənin qüdrətinə yüngül sayaq, yaxud da razı qalacağın şeyi bəyənməyək, yaxud da gözəl aqibətdən uzaq və əmin-amanlığın əksinə olan şeylərə nail olmayaq
حَبِّبْ إِلَینَا مَا نَکرَهُ مِنْ قَضَائِک، وَ سَهِّلْ عَلَینَا مَا نَسْتَصْعِبُ مِنْ حُکمِک
Qəzavü-qədərindən xoşlamadığımız şeyi bizə sevdir, hökmündən çətin saydığımızı bizə asan et,
وَ أَلْهِمْنَا الِانْقِیادَ لِمَا أَوْرَدْتَ عَلَینَا مِنْ مَشِیتِک حَتَّی لَا نُحِبَّ تَأْخِیرَ مَا عَجَّلْتَ، وَ لَا تَعْجِیلَ مَا أَخَّرْتَ، وَ لَا نَکرَهَ مَا أَحْبَبْتَ، وَ لَا نَتَخَیرَ مَا کرِهْتَ.
iradən üzrə bizə yönəltdiyin şeylərə boyun əyməyi bizə ilham et ki, tə’xirə salacağın şeyi tə’cil edib, tə’cil edilən şeyi tə’xirə saldığını sevməyək və sənin sevdiyin şeyi bəyənməkdə və sənin bəyənmədiyini sevməməkdə bizə yardım et.
وَ اخْتِمْ لَنَا بِالَّتِی هِی أَحْمَدُ عَاقِبَةً، وَ أَکرَمُ مَصِیراً، إِنَّک تُفِیدُ الْکرِیمَةَ، وَ تُعْطِی الْجَسِیمَةَ، وَ تَفْعَلُ مَا تُرِیدُ، وَ أَنْتَ عَلَی کلِّ شَیءٍ قَدِیرٌ.
İşimizi aqibət baxımından ən gözəl, malə ən üstün olanla sona yetir ki, Sən çox gözəl bəxşişlə mərhəmət göstərirsən, böyük ne’mətlər bağışlayırsan, Sən istədiyini yerinə yetirirsən və sən hər şeyə qadirsən.

O Həzrətin Allahdan xeyir diləməsi

Ey mənim Rəbbim, (hər şeydən xəbərdar olan) elminə xatir Səndən xeyir istəyirəm, belə isəMuhəmməd və onun soyuna salam yetir və haqqımda xeyrirə hökm ver,

bizim üçün ixtiyar etdiyini tanımağı bizə ilham, et, onu bizim üçün qəzana razı qalmağımıza, hökmünə təslim olmağa səbəb qərar ver, belə olduqda şəkki bizdən uzaqlaşdır, bizi ixlasların yəqini ilə təsdiq et,

bizi bizlərə ixtiyar etdiyin mə’rifətdə geri qalmağa qoyma ki, Sənin qüdrətinə yüngül sayaq, yaxud da razı qalacağın şeyi bəyənməyək, yaxud da gözəl aqibətdən uzaq və əmin-amanlığın əksinə olan şeylərə nail olmayaq

Qəzavü-qədərindən xoşlamadığımız şeyi bizə sevdir, hökmündən çətin saydığımızı bizə asan et,

iradən üzrə bizə yönəltdiyin şeylərə boyun əyməyi bizə ilham et ki, tə’xirə salacağın şeyi tə’cil edib, tə’cil edilən şeyi tə’xirə saldığını sevməyək və sənin sevdiyin şeyi bəyənməkdə və sənin bəyənmədiyini sevməməkdə bizə yardım et.

İşimizi aqibət baxımından ən gözəl, malə ən üstün olanla sona yetir ki, Sən çox gözəl bəxşişlə mərhəmət göstərirsən, böyük ne’mətlər bağışlayırsan, Sən istədiyini yerinə yetirirsən və sən hər şeyə qadirsən.

🌞
🔄


İstinadlar

  1. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.3, s.161
  2. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.3, s.161-169
  3. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.7, s.227-238
  4. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.3, s.159-169
  5. Fehri, Şərh və təfsire Səhifeyi-Səccadiyye, h.ş 1388, c.3, s.67-77
  6. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.5, s.124-154
  7. Muğniyə, Fi Zilalis-Səhife, h.q 1428, s.419-423
  8. Darabi, Riyazul-arifin, h.ş 1379, s.443-447
  9. Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.2, s.189-202
  10. Feyz Kaşani, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.68-72
  11. Cəzairi, Şərhus-səhifətis-Səccadiyyə, h.q 1402, s.180-181

Ədəbiyyat

  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Təhqiq: Hüseyn Dərgahi, Tehran, Üsvə, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-Ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhife, Qum, Darul-kutubil-İslamiyyə, h.q 1428
  • Məmduhi, Kermenaşahi, Kitabe və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
  • Cəzairi, İzzəddin, Şərhus-səhifətis-Səccadiyyə, Beyrut, h.q 1402

Xarici keçid