Məzmuna keç

Səhifeyi Səccadiyyənin qırx birinci duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin qırx birinci duası
Fayl:Forty-first Supplication of al-Sahifa al-Sajjadiyya.PNG
MövzuGünahların örtülməsi və gizlədilməsi ilə bağlı
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi Səccadiyyə


Səhifeyi Səccadiyyənin qırx birinci duası (ərəbcə: الدعاء الواحد والأربعون من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql edilən dualardandır və günahların örtülməsi və gizlədilməsi ilə bağlı bir duadır. İmam (ə) bu duada Allahın rəhmətini istəyir və ilahi intiqam və cəzanın ona çatmamasını diləyir.

Qırx birinci dua, Həsən Məmduhi Kirmanşahinin fars dilində yazdığı "Şühud və Mərifət" əsəri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı "Riyazus-Salikin" kitabı kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə izah olunmuşdur.

Duanın məzmunu

Səhifeyi Səccadiyyənin qırx birinci duası günahların örtülməsi və gizlədilməsi ilə bağlı bir duadır.[1] Həsən Məmduhi Kirmanşahiyə görə, insan üçün dünyada və axirətdə ən ağrılı hallardan biri onun pis əməllərinin üzə çıxmasıdır. Buna görə də İmam Səccad (ə) bu duada Allahdan bəndələrin günahlarını örtməsini və heç vaxt onu başqalarının yanında rüsvay etməməsini diləyir.[2]

Bu duanın əsas mesajları:

  • Allahın kəramətini və rəhmətini və Onun dərgahından qovulmamağı diləmək
  • Günahlara görə ilahi əzab və intiqama düçar olmamaq üçün dua etmək
  • Günahların gizli qalmasını və rüsvay olmamağı istəmək
  • Cənnətin orta mərtəbələrinə daxil olmağı diləmək
  • İnsanların sirrini açmağın və rüsvay etməyin acı nəticələri
  • İlahi razılıq və bağışlanma ilə insanın şərəfinin və hörmətinin kamilləşməsi
  • Saleh insanların məclislərinin abadlaşdırılması məqamına çatmağı istəmək
  • Əshabul-yəminin sırasında qərarlaşmaq üçün dua etmək[3]

Duanın şərhləri

Qırx birinci dua, Məhəmməd Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət"[4] və Seyid Əhməd Fəhrinin Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi[5] kimi Səhifeyi Səccadiyyə üçün fars dilində yazılmış kitablarda izah edilmişdir.

Səhifeyi Səccadiyyənin qırx birinci duası, həmçinin ərəb dilində yazılmış Seyid Əli Xan Mədəninin "Riyazus-salikin",[6] Məhəmməd Cavad Muğniyənin "Fi zilalis-Səhifətis-Səccadiyyə",[7] Məhəmməd ibn Məhəmməd Darabinin "Riyazül-arifin"[8] və Seyid Məhəmmədhüseyn Fəzlullahın "Afaqur-Ruh"[9] kitablarında şərh edilmişdir.

Bu duanın sözləri də Feyz Kaşaninin "Təliqat ələs-Səhifətis-Səccadiyyə"[10]  və İzzəddin Əl-Cəzairinin "Şərhus-Səhifətis-Səccadiyyə"[11] kimi leksik təfsirlərində şərh edilmişdir.

Duanın mətni və tərcüməsi

İstinadlar

  1. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.5, s.365
  2. Məmduhi kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.3, s.297
  3. Məmduhi kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.3, s.297-308
  4. Məmduhi, Kitabe və şenaxt, h.ş 1388, c.3, s.295-308
  5. Fehri, Şərh və təfsire Səhifeyi-Səccadiyye, h.ş 1388, c.3, s.157-160
  6. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.5, s.363-382
  7. Muğniyə, Fi Zilalis-Səhife, h.q 1428, s.465-466
  8. Darabi, Riyazul-arifin, h.ş 1379, s.493-496
  9. Darabi, Riyazul-arifin, h.ş 1379, s.493-496
  10. Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.2, s.305-312
  11. Feyz Kaşani, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.77

Ədəbiyyat

  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Təhqiq: Hüseyn Dərgahi, Tehran, Üsvə, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-Ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhife, Qum, Darul-kutubil-İslamiyyə, h.q 1428
  • Məmduhi, Kermenaşahi, Kitabe və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid