Məzmuna keç

Səhifeyi Səccadiyyənin on dördüncü duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin on dördüncü duası
دعاوه فی الظلامات
MövzuZalımların zülmündən qurtulmaq və onların zülmündən amanda qalmaq üçün Allahdan kömək istəmək
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun


Səhifeyi Səccadiyyənin on dördüncü duası (ərəbcə: الدعاء الرابع عشر من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan və zalımların zülmündən qurtulmaq üçün Allahdan kömək istənilən dualardan biridir. İmam Səccad (ə) bu duada Allahın məzlumların keçmişinə olan elminə işarə edir və düşmənə qarşı kin və qəzəbə qalib gəlmək üçün Allahdan yardım diləyir. İmam Səccad (ə) həmçinin Allahdan razılıq və təslimiyyət məqamını istəyir.

On dördüncü dua, Hüseyn Ənsarianın "Diyari aşiqan" və Həsən Məmduhi Kirmanşahinin "Şühud və mərifət" adlı farsca yazılmış əsərləri, habelə Seyid Əli Xan Mədəninin ərəb dilində yazılmış "Riyazus-salikin" kitabı kimi "Səhifeyi Səccadiyyə"yə yazılan şərhlərdə şərh olunmuşdur.

Duanın mövzusu və əhəmiyyəti

Səhifeyi Səccadiyyənin on dördüncü duasının əsas mövzusu zülmə məruz qalanlar üçün dua etmək və zalımlara qarşı Allahdan kömək diləməkdir.[1] İran İmam Cümələri Siyasətinin Tənzimlənməsi Şurasının Rəhbəri Məhəmməd Cavad Hacı Əliəkbərinin dediyinə görə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xamenei İsrailin Livana hücumu zamanı 2024-cü ildə müqavimət cəbhəsinin döyüşçülərinin zəfəri üçün bu duanın oxunmasını tövsiyə etmişdir.[2] Bu tövsiyədən sonra bəzi İran məscidlərində bu dua camaatla birlikdə oxunmuşdur.

Duanın təlimləri

Bu duada Allahdan insanın zalımlımların zülmündən qorunması, öz kin və qəzəbinə qalib gəlməsi istənilir. Həmçinin insanın əxlaqi rəzilətlərdən təmizlənməsinə böyük önəm verilir.[3] İmam Səccadın (ə) 16 hissədən[4] ibarət olan bu duada verdiyi təlimlər aşağıdakılardır:

  • İlahi elmin genişliyi, Allahın məzlumların keçmişindən xəbərdar olması.
  • Allah bütün varlıq aləmində ən yaxşı şahid və müşahidəçidir.
  • Allah məzlumların köməkçisi və zalımların düşmənidir.
  • Zülmə qarşı mübarizənin tərif və zülmü qəbul etməyin məzəmməti edilməsi
  • Zalımların zəifliyi və acizliyi.
  • Zülm və zalımdan Allah dərgahına şikayət etmək
  • Hər bir vəziyyətdə bəndəlik ədəbinə riayət etmək.
  • Başqalarına zülm etməkdən qorunmaq üçün dua etmək.
  • Düşmənə qarşı kin və qəzəbə qalib gəlmək üçün dua etmək.
  • Zülmə dözmənin müqabilində Allahın rəhmətini diləmək.
  • Allahın bəndələrin problemləri yeganə həll edən olması.
  • Zalımların cəzalandırılması və məzlumların qurtuluşu üçün dua etmək.
  • Bəyənilməyən meyllərdən və tamahdan uzaq olmaq üçün dua etmək.
  • İlahi mükafatı qəlbi təsəvvür və dərk etmək ilə ilahi təqdirə razı olmaq və düşmənlərin və zalımların cəzasını görmək.
  • Allahdan mükafat istəmək.
  • Duanın qəbul olunması üçün dua etmək.
  • İmanın qorunması üçün dua etmək.
  • Məzlumun gördüyü zülm və zalımın etdiyi zülmlə sınağa çəkilməsi.
  • Allahın zalımlardan intiqam almasından ümidsiz olmaq ilə sınağa çəkilməmək üçün dua etmək.
  • Razılıq və təslimiyyət məqamını istəmək (əgər haqqımızın qaytarılmasının Qiyamət gününə qədər təxirə salınması xeyrimizədirsə, Allahdan səbr və dözüm istəməliyik).[5]

Duaya yazılan şərhlər

On dördüncü dua, Hüseyn Ənsarianın[6] "Diyari Aşiqan", Məhəmməd Həsən Məmduhi Kirmanşahinin[7] "Şühud və mərifət", Seyid Əhməd Fihrinin[8] Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi kimi fars dilində yazılmış kitablarda şərh edilmişdir.

Bu dua, həmçinin Seyid Əli Xan Mədəninin[9] "Riyazus-Salikin", Məhəmməd Cavad Muğniyənin[10] "Fi Zilali Əs-Səhifətis-Səccadiyyə", Məhəmməd ibn Məhəmməd Darabinin[11] "Riyazul-Arifin" və Seyid Məhəmməd Hüseyn Fəzlullahın[12] "Afaqur-Ruh" adlı ərəb dilində yazılmış əsərlərində izah edilmişdir. Sözügedən duanın kəlmələri də lüğəvi şərhlə bağlı əsər olan Feyz Kaşaninin "Təliqat əla Əs-Səhifətis-Səccadiyyə" kitabında[13] şərh olunmuşdur.[14]

Duanın mətni və tərcüməsi

İstinadlar

  1. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.34
  2. «آیات فتح و دعای نصر؛ توصیه رهبر انقلاب برای پیروزی جبهه مقاومت», khamenei.ir saytı
  3. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.34
  4. ترجمه و شرح دعای چهاردهم صحیفه سجادیه, erfan.ir saytı
  5. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.223-290; Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.34-53
  6. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.223-290
  7. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.31-53
  8. Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.2, s.97-104
  9. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.3, s.43-73
  10. Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.191-201
  11. Darabi, Riyazul-arifin, h.ş 1379, s.171-182
  12. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.333-350
  13. Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.38-39
  14. Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.90-93

Ədəbiyyat

  • «آیات فتح و دعای نصر؛ توصیه رهبر انقلاب برای پیروزی جبهه مقاومت», khamenei.ir saytı
  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
  • Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid