Məzmuna keç

Namazı yüngül saymaq

wikishia saytından

Namazı yüngül saymaq (ərəbcə: الاستخفاف بالصلاة) və ya namaza etinasız yanaşmaq, onun dindəki yerinə və əhəmiyyətinə laqeyd qalmaq deməkdir. Bu, namazın qəza olunması və ya vacib əməllərinin natamam yerinə yetirilməsi formasında özünü göstərə bilər.

Bu davranışın nümunələri barədə fikir ayrılığı mövcuddur. Bəziləri üzrsüz şəkildə namazı gecikdirməyi, diqqətsizliyi və xuşu olmamağı bu davranışa aid edir. Lakin digərləri bu halların, hədislərdə Allahın əzabı ilə qorxudulan “namazı yüngül saymaq” anlayışı ilə uyğun olmadığını düşünürlər.

Şiə fiqh alimləri namazı yüngül saymağı haram hesab edirlər. Rəvayətlərdə bu əmələ görə bir sıra nəticələr qeyd olunub: Əhli-beytin (ə) şəfaətindən məhrum qalmaq, namazın qəbul olunmaması, ömrün qısalması, zillətlə ölüm və qəbir əzabı.

Əhəmiyyəti

Türeyhi “Məcməul-Bəhrəyn” kitabında namazı yüngül saymağı onun inkar və ya təkzib etmək yolu ilə alçaltmaq kimi tərif etmişdir.[1] Bəzi tədqiqatçılar bu tərifi namazın dini əhəmiyyətini inkar etməyə aid olduğunu, onun əsas qanuniliyini inkar etməklə əlaqəli olmadığını bildirirlər.[2]

Çoxsaylı rəvayətlər möminləri namazı yüngül saymaqdan çəkindirir.[3] Bu rəvayətlər “Vəsailuş-Şiə” kitabında ayrıca bir babda toplanmışdır.[4] Namaz İslam dininin simvolu sayılır və ona qarşı etinasızlıq bütövlükdə şəriətə qarşı etinasızlıq kimi qəbul edilir. Bu səbəbdən, namazı yüngül saymaqla bağlı xəbərdarlıqlar və təhdidlərin bu məntiqə əsaslandığı ehtimal olunur.[5] Şiə fiqh alimləri bu davranışı haram sayırlar.[6] Mürtəza Mutəhhəriyə görə, namazı yüngül sayan şəxs “(Cəhənnəm əhli deyər:) Biz namaz qılanlardan deyildik”[7] ayəsinə aid edilir və namaza qarşı təhqir və etinasızlıq insanı Qiyamət günü namaz qılanların sırasından çıxarır.[8]

Namazı yüngül sayma hallarının nümunələri

Namazı yüngül sayma ilə bağlı bir neçə nümunə qeyd olunmuşdur ki, onların ən mühümləri aşağıdakılardır:

  • Səhlənkarlıq səbəbilə namazı qəza etmək[9]
  • Üzürlü səbəb olmadan namazı tərk etmək
  • Namazın vacib əməllərinə qarşı laqeydlik[10]
  • Namazın əhəmiyyətini kiçik sayaraq camaat namazında iştirak etməmək[11]
  • Namazı əvvəl vaxtında qılmamaq və səbəbsiz gecikdirmək[12]
  • Namazın hökmlərini öyrənməyə qarşı diqqətsizlik
  • Namazda zikrləri tələsik və diqqətsiz şəkildə demək, elə ki, rükusəcdə zikrləri tam şəkildə yerinə yetirilməsin[13]

Bəzi alimlər axirət cəzası və bu əməl haqqında haram hökmü bildirən rəvayətlərə əsaslanaraq, namazı yüngül sayma hallarının yalnız vacib əməllərlə məhdud olduğunu və müstəhəbləri əhatə etmədiyini düşünürlər.[14] Digər bir qrup isə namazı yüngül saymanın müxtəlif dərəcələri olduğunu və Allah dostlarının müstəhəb əməlləri tərk etməsinin belə namaza qarşı laqeydlik sayılacağını bildirirlər.[15]

Namazı yüngül saymanın nəticələri

Şair Seyid Rza Müəyyid bu hədisi şeirə çevirmişdir:

Şeirin məzmunu belədir:

Deyim Sadiqdən bu gözəl hədisi, Ta şiəsi yazsın onu qəlb lövhəsinə.

Buyurdu: Bizim şəfaətimizə yetişməz, O kəs ki, namazı yüngül saya.[19]

  • Peyğəmbərin (s) Həzrət Fatiməyə (s) söylədiyi rəvayətə əsasən, namazı yüngül sayan şəxs on beş mənfi xüsusiyyətə düçar olar:[21]
  1.   Ömrün bərəkətsizliyi
  2.   Malın bərəkətsizliyi
  3.   Üzün nurunun itməsi
  4.   Əməllərin qəbul olunmaması
  5.   Duaların qəbul olunmaması
  6.   Başqalarının duasından məhrum qalmaq
  7.   Zəif və alçaldıcı şəkildə ölüm
  8.   Ac halda ölmək
  9.   Susuz halda ölmək, elə ki, nə qədər su içsə də, susuzluğu keçməz
  10.   Qəbirin qaranlıq olması
  11.   Qəbir əzabı
  12.   Qiyamətdə insanların qarşısında üz üstə sürüklənmək
  13.   Qiyamətdə çətin hesaba çəkilmək
  14.   Axirətdə ağrılı əzab
  15.   Allahın rəhmət nəzərindən məhrum qalmaq[22]

İstinadlar

  1. Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.4, s.48
  2. Təyyib Hüseyni və Culayi, Məfhumşenasiye istixfaf və izaee namaz və təhavun nisbət be an, s.62
  3. Təyyib Hüseyni və Culayi, Məfhumşenasiye istixfaf və izaee namaz və təhavun nisbət be an, s.58
  4. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.4, s.23
  5. «هشدارهای اجتماعی؛ سبک‌شمردن دین و نمادهای دینی», hawzah.net saytı
  6. Şahrudi, Kitabul-Həcc, h.q 1402, c.1, s.17; Mədəni Kaşani, Bərahinul-Həcc lil-füqəhai vəl-Hucəc, h.q 1411, c.1, s.15
  7. Müddəssir surəsi, ayə 43
  8. Mütəhhəri, Aşinayi ba Quran, h.ş 1389, s.170-171
  9. Təbrizi, Siratun-nəcat, h.q 1427, c.10, s.429
  10. «کتاب الصلوه/ بررسی معنی استخفاف در نماز/ تعداد نمازهای واجب», shahidipoor.ir saytı
  11. Xoyi, Siratun-nəcat, h.q 1416, c.3, s.332
  12. Yusifiyan və İlhami, Əxlaqe İslami, h.ş 1376, c.1, s.53
  13. Yusifiyan və İlhami, Əxlaqe İslami, h.ş 1376, c.1, s.53
  14. Təyyib Hüseyni və Culayi, Məfhumşenasiye istixfaf və izaee namaz və təhavun nisbət be an, s.63-66 və 74
  15. Təyyib Hüseyni və Culayi, Məfhumşenasiye istixfaf və izaee namaz və təhavun nisbət be an, s.74
  16. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.269
  17. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.206
  18. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.484
  19. «اهمیت نماز», magiran.com saytı
  20. Bərqi, Məhasin, h.q 1371, c.1, s.79
  21. İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.22
  22. İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.22

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, Fəlahus-sail və nəcahul-məsail, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.q 1406
  • «اهمیت نماز», magiran.com saytı, h.q 1403
  • Təbrizi, Cavad, Siratun-nəcat, Qum, Darus-Siddiqətuş-Şəhidə, 1-ci çap, h.q 1427
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • Xoyi, Seyid Əbul-Qasim, Siratun-nəcat, Qum, Məktəbu nəşril-muntəxəb, 1-ci çap, h.q 1416
  • Şahrudi, Seyid Mahmud ibn Əli, Kitabul-Həcc, Qum, Ənsariyan müəssisəsi, 1-ci çap, h.q 1402
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, 6-cı çap, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Səduq nəşri, h.ş 1367
  • Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Təhqiq: Əhməd Hüseyni, Ketabfuruşi Mürtəzəvi, 6-cı çap, h.ş 1375
  • Təyyib Hüseyni, Seyid Mahmud və Məryəm Culayi, Məfhumşenasiye istixfaf və izaee namaz və təhavun nisbət be an, dər məcəlleye mutaliate fiqhe muasir, nömrə 4, h.ş 1396
  • «کتاب الصلوه/ بررسی معنی استخفاف در نماز/ تعداد نمازهای واجب», shahidipoor.ir saytı, h.ş 1403
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-islamiyyə, 4-cü çap, h.q 1407
  • Mədəni Kaşani, Rza, Bərahinul-Həcc lil-füqəhai vəl-Hucəc, Kaşan, Ayətullah Mədəni Kaşani adına dini-hövzə, 3-cü çap, h.q 1411
  • Mütəhhəri, Mürtəza, Aşinayi ba Quran, c.10, Tehran, Sədra, 18-ci çap, h.ş 1402
  • «هشدارهای اجتماعی؛ سبک‌شمردن دین و نمادهای دینی», hawzah.net saytı
  • Yusifiyan Nemətullah və Əliəsğər İlhami, Əxlaqe İslami, İdareye amuzeşhaye əqidəti siyasi numayəndegiye vəliyye fəqih sepah, Qum, 1-ci çap, h.ş 1376