Məzmuna keç

Cilsətu istirahət

wikishia saytından

Cilsətu istirahət və ya cilsətül-istirahə (ərəbcə: جلسة الاستراحة) namazın ikinci səcdəsindən sonra və ayağa qalxmazdan əvvəl təşəhhüdsüz rükətlərdə bədəni aram vəziyyətdə qərarlaşdırıb oturmağa deyilir.[1]

Bəzi fəqihlər, o cümlədən, Əllamə Hilli və Sahibi Cəvahir bu əməli namazda müstəhəb saymağı şiə alimləri arasında məşhur hesab etmişlər.[2] Lakin Seyid Mürtəzanın sözlərinə görə, “cilsətu istirahət” icma və ehtiyat prinsipinə əsasən vacibdir.[3] Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdinin də “Ürvətül-vüsqa” kitabında “cilsətu istirahət”in ehtiyata uyğun olduğunu qeyd edir və onun vacib olmasının güclü ehtimal olduğunu bildirir.[4] Ancaq səkkizinci hicri əsrinin fəqihi Əllamə Hilli rəvayətlərə və bərat prinsipinə (yəni, şəriətdə qəti dəlil olmadıqda bir şeyin vacib olmadığına əsaslanaraq) bu əmrin vacib olmasına şübhə ilə yanaşmışdır.[5]

Bəzi şiə müctəhidlərinin fətvasına əsasən (on dördücü şəmsi əsrində), “cilsətu istirahət”in yerinə yetirilməsi ehtiyat vacibdir, bəzilərinə görə isə ehtiyat müstəhəbdir.[6] İmam Xomeyni (r.ə), Seyid Məhəmməd Rza Qulpayiqani, Lütfullah Safi Qulpayiqani, Seyid Əli Sistani və Hüseyn Nuri Həmədani “cilsətu istirahət”in ehtiyat vacib olduğunu bildiriblər.[7] Seyid Əbul-Qasim Xoyi, Mirzə Cavad Təbrizi, Məhəmməd Fazil Lənkərani, Məhəmmədtəqi Bəhram, Nasir Məkarim ŞiraziSeyid Musa Şübeyri Zəncani isə bu əməli ehtiyat müstəhəb hesab edirlər.[8]

Fiqhi mənbələrdə “cilsətu istirahət” zamanı kişilər üçün “təvərrük[9] və qadınlar üçün “tərəbbü”[10] yaxud həm qadınlar, həm də kişilər üçün müstəhəbb sayılır.[11] Bəzi fəqihlər “tərəbbü”nü dörd diz üstə (bardaş quraraq) oturmaq, digərləri isə iki diz üstə oturmaq anlamında olduğunu bildiriblər.[12] Həmçinin “cilsətu istirahət”də “iqa” vəziyyəti məkruh sayılmışdır.[13] “İqa” elə bir oturuşdur ki, orada ayaqların üst hissəsi yerə qoyulur və omba topuqların üzərinə söykənir.[14]

İstinadlar

  1. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1421, c.5, s.466
  2. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1421, c.5, s.466; Əllamə Hilli, Müxtələfuş-şiə, h.q 1413, c.2, s.171
  3. Seyid Mürtəza, Əl-İntisar, h.q 1441, c.1, s.312
  4. Təbatəbai Yəzdi, əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.576
  5. Əllamə Hilli, Müxtələfuş-şiə, h.q 1413, c.2, s.172
  6. Bəni Haşim Xomeyni, Risaleye təzihul-məsail mərace, h.ş 1392, c.1, s.584
  7. Bəni Haşim Xomeyni, Risaleye təzihul-məsail mərace, h.ş 1392, c.1, s.584
  8. Bəni Haşim Xomeyni, Risaleye təzihul-məsail mərace, h.ş 1392, c.1, s.584
  9. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1421, c.5, s.463
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1421, c.5, s.465
  11. Xoyi, Əl-Müstənəd, h.q 1421, c.14, s.261
  12. Müəssiseye dairətul-məarife fiqhe İslami, h.q 1421, c.2, s.436-437
  13. Təbatəbai Yəzdi, əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.575
  14. Müəssiseye dairətul-məarife fiqhe İslami, h.q 1421, c.1, s.656

Ədəbiyyat

  • Bəni Haşim Xomeyni, Məhəmməd Həsən və Ehsan Üsuli, Risaleye təzihul-məsail mərace, Qum, Dəftəre enteşarate İslami, h.ş 1392
  • Xoyi, Seyid Əbül-Qasim, Əl-Müstənəd, Təhqiq: Mürtəza Burucerdi, Qum, h.q 1421
  • Seyid Mürtəza, Əli ibn Hüseyn, Əl-İntisar, Məşhəd, h.q 1441
  • Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, əl-Ürvətul-vüsqa, Qum, h.q 1419
  • Müəssiseye dairətul-məarife fiqhe İslami, Qum, h.q 1421
  • Əllamə Hilli, Həsən ibn Yusif, Müxtələfuş-şiə, Qum, h.q 1413
  • Nəcəfi, Məhəmməd Həsən ibn Baqir, Cəvahirul-kəlam, Qum, h.q 1421