Məzmuna keç

Taslim:Saleh əməl

wikishia saytından

Saleh əməl (ərəbcə: العمل الصالح) yaxşı iş deməkdir və dini mətnlərdə imanla yanaşı insanın səadət şərti kimi təqdim olunmuşdur. Qurani-Kərim saleh əməl edən möminləri Allahın ən yaxşı məxluqatı kimi təsvir edir. Ayələrə görə, Qiyamət günü cəhənnəm əhli dünyaya qayıdıb saleh əməl etmək arzusunda olacaqlar. Quranda imanla birgə olan saleh əməlın nəticəsi “həyat-i təyyibə” olaraq bəyan olunmuşdur. Quran, saleh əməllər edən möminlər istisna olmaqla, bütün insanları ziyan içində görür.

Saleh əməl hər bir fərdi və ictimai layiqli işi əhatə edir. Saleh əmələ aid bir sıra nümunələr belə göstərilmişdir: Allaha itaət, infaq, vacibləri yerinə yetirmək və haramlardan çəkinmək, elm və bilik qazanmaq, ibadət, və həmçinin cəmiyyətin tərəqqisinə səbəb olacaq hər bir iş. Quranşünasların fikrincə, iman və saleh əməl bir-birinə qarşılıqlı təsir göstərir və hər biri digərinin kamilləşməsinə səbəb olur. Nə iman təkbaşına, nə də saleh əməl tək başına insanın nicatına səbəb olmaz. Onların qənaətinə görə, kimdə iman və saleh əməl daha artıq və yüksək olsa, o, bir o qədər uca nicat dərəcəsinə nail olacaqdır.

Mövqeyi

...Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın. (Kəhf surəsi, ayə 110)

Quranda imanla yanaşı, saleh əməl insanların nicatı və səadət şərti kimi bəyan olunmuşdur.[1] Saleh əmələ təşviq və onun qarşılığında behişt mükafatı Quranda çox ayələrdə[2] zikr edilmişdir.[3] “Saleh əməl” ifadəsi Quranda 87 dəfə müxtəlif formalarda işlədilmişdir.[4] “Əlləzinə amənu və əmilus-salihat” ifadəsi Quranda çoxlu təkrar olunmuşdur.[5] Qurana görə, hər kəs saleh əməl etsə və mömin olsa, behiştə daxil olacaqdır.[6]

Müfəssirlər vurğulamışlar ki, dində əhəmiyyətli olan və insanın səadət və kəramətinə səbəb olan iman və saleh əməldir.[7] Bildirilmişdir ki, Allahla həqiqi dostluq saleh əməl ilə özünü göstərməlidir, yoxsa saleh əməlsiz iman sadəcə özünü aldatmaqdır.[8]

Saleh əməlin mənası və nümunələri

Saleh əməli ümumi bir məfhum olub, yaxşı və gözəl iş deməkdir[9] və fərdi, ictimai, ibadi və siyasi sahədə hər bir layiqli işi əhatə edir.[10] Allaha itaət,[11] cihad,[12] Peyğəmbərə (s) tabe olmaq,[13] vacibləri yerinə yetirmək və haramlardan uzaq durmaq,[14] ibadətləri yerinə yetirmək, infaq etmək, elm və bilik qazanmaq və insan cəmiyyətinin bütün sahələrdə tərəqqisinə səbəb olacaq hər bir iş[15] saleh əməlin nümunələrindən sayılır.

İman və saleh əməlin bağlılığı

Hər kim– kişi yaxud qadın– imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik. (Nəhl surəsi, ayə 97)

Cəfər Sübhaninin sözünə görə, Quranda saleh əməl haqqında danışılan halların çoxunda Allaha iman da bəyan olunub.[16] Onun fikrincə, iman və saleh əməl bir-birinə qarşılıqlı təsir göstərir və hər birinin varlığı digərinin kamilləşməsinə səbəb olur.[17] Quranşünas yapon alimi İzutsunun dediyinə görə, bu bağlılıq o qədər güclüdür ki, imanı saleh əməl ilə, saleh əməli isə iman ilə tərif etmək olar.[18] Müfəssirlər Qurandakı ayələr əsasında belə nəticəyə gəliblər ki, yalnız imanla müşayiət olunan saleh əməl qəbul edilir.[19] Həmçinin onlar deyirlər ki, saleh əməl iman ağacının meyvəsi[20] və onun bəhrəsidir.[21]

Saleh əməlin nəticəsi

Qurana görə, saleh əməlın bəhrəsi həm dünyada, həm də axirətdə görünür[22] və kim iman və saleh əməl baxımından daha üstün və kamil olsa, elə həmin miqdarda daha yüksək səadət mərtəbəsinə çatacaqdır.[23] “Bəyyinə” surəsinin 7-ci ayəsində saleh əməl edən möminlər Allahın ən gözəl məxluqları kimi təsvir olunmuşdur.[24] “Fatir” surəsinin 10-cu ayəsində pak söz (səhih etiqad) və saleh əməl mənəvi yaxınlıq səbəbi kimi göstərilmişdir.[25] Qurandakı bəzi ayələrdə[26] cəhənnəm əhlinin qiyamətdə dünyaya qayıdıb saleh əməl etmək arzusu edəcəkləri bildirilir.[27] Yüksək cənnət dərəcələri isə saleh əməl edən möminlərə vəd olunmuşdur.[28] Quran saleh əməllər edən möminlər istisna olmaqla, bütün insanları ziyana uğramış hesab edir.[29]

İstinadlar

  1. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.142, c.16, s.141; Müntəziri, İslam dine fitrət, h.ş 1385, s.298; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.22, s.96
  2. Əlavə olaraq: Fatir surəsi, ayə 10 və 37; Nəhl surəsi, ayə 97; Kəhf surəsi, ayə 88 və 110; Təğabun surəsi, ayə 9; Əsr surəsi, ayə 3; Nur surəsi, ayə 55; Tövbə surəsi, ayə 120; Bəqərə surəsi, ayə 62; Casiyə surəsi, ayə 15; Qəsəs surəsi, ayə 67; Həcc surəsi, ayə 14, Taha surəsi, ayə 75
  3. Sübhani, Mənşure cavid, Qum, c.14, s.338 və 345; Möhsini, Ənvare hidayət, h.ş 1394, c.1, s.348
  4. Sübhani, Mənşure cavid, Qum, c.14, s.338
  5. Məkarim Şirazi, Əxlaqe İslami dər Nəhcül-bəlağə (Müttəqin xütbəsi), h.ş 1385, c.1, s.520
  6. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.2, s.170
  7. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.282; Qiraəti, Nur təfsiri, h.ş 1388, c.1, s.129
  8. Müdərrisi, Təfsire hidayət, h.ş 1377, c.1, s.514
  9. Sübhani, Mənşure cavid, Qum, c.14, s.339; Xoşdel Müfrəd, Bərresiye Hoze mənayi əməle saleh dər Quran, s.17
  10. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.357; Məkarim Şirazi, Peyame Quran, h.ş 1386, c.6, s.154; Kaşani, Mənhəcus-sadiqin fi ilzamil-Muxalifin, Tehran, c.10, s.314
  11. Məybudi, Kəşful-əsrar və uddətul-əbrar, h.ş 1371, c.6, s.468
  12. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.403
  13. Kaşani, Mənhəcus-sadiqin fi ilzamil-Muxalifin, Tehran, c.5, s.375
  14. Xoşdel Müfrəd, Bərresiye Hoze mənayi əməle saleh dər Quran, s.17
  15. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.299
  16. Sübhani, Mənşure cavid, Qum, c.14, s.340 və 341
  17. Sübhani, Mənşure cavid, Qum, c.14, s.338
  18. İzutsu, Məfahime əxlaqiye dini dər Qurane məcid, h.ş 1394, s.415
  19. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.4, s.577; Ərzani, Həmrahi əsərbəxşe iyman və əməle saleh (ba tekye bər Əl-Mizan), s.122
  20. Məkarim Şirazi, Peyame Quran, h.ş 1386, c.6, s.153; Məkarim Şirazi, Əxlaqe İslami dər Nəhcül-bəlağə, (Müttəqin xütbəsi), h.ş 1385, c.1, s.520
  21. Sübhani, Mənşure cavid, Qum, c.14, s.346
  22. Sübhani, Mənşure cavid, Qum, c.14, s.344
  23. Misbah Yəzdi, Rəsteqaran, Qum, s.144
  24. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.208; Ərzani, Həmrahi əsərbəxşe iyman və əməle saleh (ba tekye bər Əl-Mizan), s.134
  25. Sübhani, Mənşure cavid, Qum, c.14, s.348; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.18, s.194
  26. Möminin surəsi, ayə 100; Səcdə surəsi, ayə 12; Fatir surəsi, ayə 37
  27. Əbul-Futuh Razi, Rəvzul-cinan və ruhul-cənan, h.q 1408, c.14, s.51; Qiraəti, Nur təfsiri, h.ş 1388, c.7, s.308; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.142, c.18, s.275
  28. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.14, s.183
  29. Ərzani, Həmrahi əsərbəxşe iyman və əməle saleh (ba tekye bər Əl-Mizan), s.121

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev
  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan və ruhul-cənan fi təfsiril-Quran, Məşhəd, Astane Qodse Rəzəvi, Bunyade pejuheşhaye İslami, h.q 1408
  • Ərzani, Həbib Rza və Məhəmməd Rza Ərzani, Həmrahi əsərbəxşe iyman və əməle saleh (ba tekye bər Əl-Mizan), Əxlaq, nömrə 9, 3cü il, h.ş 1392
  • İzutsu, Toshihiko, Məfahime əxlaqiye dini dər Qurane məcid, Farscaya tərcümə Firudin Bədreyi, Tehran, Fərzane ruz, h.ş 1394
  • Xoşdel Müfrəd, Hüseyn, Bərresiye Hoze mənayi əməle saleh dər Quran, Pejuheşnameye ulum və məarife Qurane Kərim, h.ş 1388
  • Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, tarixsiz
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1390
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, Mərkəze fərhəngi dərshayi əz Quran, h.ş 1388
  • Kaşani, Fəthullah ibn Şükrullah, Mənhəcus-sadiqin fi ilzamil-Muxalifin, Tehran, Ketabfuruşiye İslamiyyə, Tarixsiz
  • Möhsini, Məhəmməd Asif, Ənvare hidayət, Kabul, Risaləte mərkəze Hifz və asare Həzrət Ayətullahul-üzma Möhsini, h.ş 1394
  • Müdərrisi, Seyid Məhəmməd Təqi, Təfsire hidayət, Məşhəd, Astane Qodse Rəzəvi, Bunyade pejuheşhaye İslami, h.ş 1377
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Rəsteqaran, Qum, Qyn, İmam Xomeyni adına müəssisə, tarixsiz
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra, h.ş 1389
  • Məkarim Şirazi, Nasir, Əxlaqe İslami dər Nəhcül-bəlağə, (Müttəqin xütbəsi), Hazırlayan və nəzmə salan: Əkbər Xadim Əz-Zakriin, Qum, Nəsle cavan, h.ş 1385
  • Məkarim Şirazi, Nasir, Peyame Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Müntəziri, Hüseynəli, İslam dine fitrət, Tehran, Nəşre saye, h.ş 1385
  • Məybudi, Əhməd ibn Məhəmməd, Kəşful-əsrar və uddətul-əbrar, Əli Əsğər Hikmətin himməti ilə, Tehran, Əmir Kəbir, h.ş 1371