Fəqihin vilayəti

wikishia saytından
(Vilayəti fəqih səhifəsindən yönləndirilmişdir)

Fəqihin vilayəti (ərəbcə: ولاية الفقيه) – şiə fiqhində bir teoriyadır. Bu nəzəriyyəyə əsasən imam Zamanın (ə) qeyb dövründə hakimiyyət müəyyən şərtlərə sahib olan müctehidin öhdəsindədir. Bu nəzəriyyənin tərəfdarları bu teoriyanın kökünün Peyğəmbər (s) zamanından başlandığını düşünürlər. Şeyx MufidMühəqqiq Kərəki fəqihlərin hakimiyyət işləri üzrə səlahiyyətlərindən söhbət açsa da Molla Əhməd Nəraqi “fəqihin vilayəti” başlığı altında fəqihə aid bütün vəzifə və səlahiyyətləri toplayan ilk müctehid hesab edilir.

“Fəqihin vilayəti” teoriyasına əsasən (qeyb dövründə) müsəlman cəmiyyətinin bütün işləri fəqihin ixtiyarındadır. Kaşiful-Ğita, Məhəmməd Həsən Nəcəfi və imam Xomeyni bu teoriyanın tərəfdarlarındandır. Şeyx Ənsari, Axund XorasaniAyətullah Xoyi bu nəzəriyyənin müxaliflərindəndir.

Ömər ibn Hənzələnin məqbuləsi “fəqihin vilayəti” teoriyasının tərəfdarlarının nəqli dəlillərindəndir. Bu hədisə əsasən, mübahisələr zamanı yalnız Əhli beytdən (ə) hədis nəql edən və dinin hökümləri ilə tanış olan şəxs həkəm (qazi) olaraq seçilməlidir. İlahi hökümləri icra etmək üçün alim və adil hakimin olmasının zəruriliyi “fəqihin vilayəti” nəzəriyyəsinin əsaslandığı rasional dəlillərdən biridir.

Fəqihin vilayəti haqqında çoxlu kitablar və məqalələr yazılmışdır. İmam Xomeyninin “Velayəte-fəqih” kitabı və Cavadi Amulinin “Velayəte-fəqih, velayətet feqahət və edaələt” kitabı onlardan bəzisidir.

Etimologiya

Fəqihin vilayəti – müctehidlərin verdiyi tərifə əsasən müəyyən şərtlərə sahib olan bir müctehidin insanların işləri üzərində qəyyumluğu və hakimliyidir.[1] Başqa sözlə desək: dini hökümlərin icrası və dəyərlərin gerçəkləşməsi məqsədi ilə müsəlman cəmiyyətinin idarə edilməsidir.[2]

“Fəqihin vilayəti” şiə fiqhində bir teoriyadır. Bu nəzəriyyəyə görə, imam Zamanın (ə) qeyb dövründə müsəlman cəmiyyətinin idarəsi müəyyən şərtlərə sahib olan fəqihin (müctehidin) öhdəsindədir.[3]

Tarixçəsi

Bəzi yazıçılar, Molla Əhməd Nəraqini (vəfatı h.q 1245) “fəqihin vilayətini” fiqhi bir məsələ olaraq açıqlayan və onun isbatı üçün nəqli və rasional sübutlardan istifadə edən ilk müctehid hesab edirlər.[4] Onun ilk dəfə olaraq İslam hakiminin bütün vəzifə və səlahiyyətlərini və fəqihin vilayətini birlikdə “Əvaidul-əyyam” adlı kitabda topladığı bildirilir.[5] Əlbəttə Molla Əhməd Nəraqidən öncə bəzi şiə alimləri imamların səlahiyyətlərindən bəzisinin fəqihin öhdəsində olmasından söhbət açmışdır. Misal olaraq dördüncü və beşinci əsrinin alimlərindən olan Şeyx Mufid “əl-Muqniə” kitabında belə yazır: Şiə imamları cəzaların icrasını fəqihlərə tapşırmışdır.[6] Həmçinin, tarixçi Rəsul Cəfəriyanın dediyinə əsasən, onuncu əsrin alimlərindən olan Mühəqqiq Kərəki fəqihlərin məsum imamlara aid olan hakimiyyət səlahiyyətlərinə sahib olduğunu düşünürdü.[7]

Molla Əhməd Nəraqidən sonra, Kaşiful-Ğita[8] və onun şagirdi Məhəmməd Həsən Nəcəfi də fəqihlərin təyini nəzəriyyəsini və onların vilayət və səlahiyyətlərini açıqlamışdır.[9] Onlar fəqihlər tərəfindən icazəyə sahib olmayan padşah və ya sultanın hakimiyyətini leqal hesab etmirdilər və fəqihin şəraiti olduğu halda hakimiyyətə gəlməsinin vacibliyinə inanırdılar.[10]

Fəqihlərin vilayəti və səlahiyyətləri mövzusu Şeyx Mürtəza Ənsarinin (h.q 1214-1281) fəqihlərin siyasi vilayəti haqqında şəkk etməsi ilə dayandı.[11] Sonralar 1969-cu ildə imam Xomeyni Nəcəf elmiyyə hövzəsində özünün akademik fiqh dərsində “fəqihin vilayəti” teoriyasını müzakirə etdi[12]İslam hakimiyyətinin qurulmasının zəruriliyini vurğuladı.[13] Onun bu mövzuda olan söhbətləri 1970-ci ildə “Velayəte-fəqih” adlı kitabda çap edildi.[14]

Tərəfdarların dəlilləri

“Fəqihin vilayəti” nəzəriyyəsinin tərəfdarları onun isbatı üçün bir sıra nəqli və rasional dəlillərə istinad etmişdir.[15] Ömər ibn Hənzələnin məqbuləsiimam Zamanın (ə) məktubu onların nəqli dəlillərindəndir. İmam Sadiqdən (ə) nəql edilən, Ömər ibn Hənzələnin məqbuləsi hədisinə əsasən Əhli beyt (ə) hədislərini nəql edən və dini hökümləri tanıyan şəxs həkəm (qazi) olaraq seçilməlidir.[16] İmam Xomeyninin bu hədisdən istifadəsinə əsasən imam Sadiq (ə) fəqihi həm qəzavət həm də hakimiyyət işlərində hakim təyin etmişdir və bu hədisə əsaslanaraq, cəmiyyətdə hökmün icrasının hakimiyyət və qüdrətə ehtiyaclı olduğunu qeyd etmişdir. Onun fikrincə, qəzavət etmək və hökümləri icra edə bilmək üçün hakimiyyət fəqihin əlində olmalıdır.[17] O, həmçinin imam Sadiq (ə) tərəfindən fəqihlər üçün vilayət vəzifəsinin təyin olunmasını siyasi bir sirr hesab edir. Bu mənada ki, fəqihləri qazilik etmək üçün həvəsləndimrək və ruhlandırmaqla onlar hakimiyyət qurmağın müqəddimələrini proqramlaşdırmış olacaq, bununla da hakimiyyətə gəlmək mümkün olan zamanda çətinliyə düşməyəcək və müqəddiməni öncədən hazırlamış olacaqlar.[18]

İmam Zamanın (ə) məktubunda “əl-həvadisul-vaqiə” (hadisələrdən) söhbət açılır və hadisələr zamanı Əhli-beytin (ə) hədislərini nəql edən ravilərə müraciət etməyin zəruriliyi bildirilir.[19] İmam Xomeyni bu məktuba istinad etməklə cəmiyyətin bütün işlərinin fəqihlərə tapşırmağın lazım olduğunu nəticə olaraq qeyd edir. [20]

Cəvahirul-Kəlamın müəllifi fəqihin vilayətini qəbul edən fəqihlərin sırasındadır. Onun sözlərinə görə, İmamların (ə) fəqihlərin səlahiyyəti haqqında istifadə etdiyi müxtəlif ifadələrdən “fəqihin vilayəti”-ni başa düşməyən şəxs sanki fiqhdən heçnə dadmamış kimidir və İmamların (ə) sözlərinin sirr və rəmzlərindən xəbərsizdir. Çünki, bu ifadə tərzləri qeyb dövründə şiələrin işlərinin nizamlı olmasının vacibliyindən xəbər verir. O, “fəqihin vilayətini” o qədər aşkar və aydın hesab edir ki, hətta bu mövzunun sübuta ehtiyacının olmadığını düşünür və bu nəzəriyyənin müxaliflərini vəsvəsəyə düşmüş hesab edir.

Rasional dəlillərdən biri budur ki, insanın ictimai həyatı və fərdi və mənəvi inkişafı ilahi qanuna ehtiyaclı olmaqdan əlavə alim və ədalətli hakimə də ehtiyaclıdır. Bu iki əsas sütün olmadan ictimai həyat hərc-mərcliklik və fəsadla üzləşəcəkdir. Bu hədəf Peyğəmbərlərin və İmamların zamanında onların vasitəsi ilə gerçəkləşir. Qeyb zamanında isə “fəqihin vilayəti” vasitəsi ilə həyata keçir.[21]

“Fəqihin vilayəti” təyin edilmə yoxsa seçilmə

Bu teoriyanın tərəfdarları arasında onun legitimliyi haqqında fikir ixtilafı vardır. Bəziləri “fəqihin vilayətini” təyin edilmiş bir vəzifə və məqam hesab etsə də digər bir qrup onun seçki yolu ilə qanunilik tapdığını düşünür.

Fəqihin vilayətinin təyin edilmiş olması

Bu fikirə əsasən, “fəqihin vilayətinin” siyasi işlərdə qanunilik səbəbi İmamların (ə) cəmiyyətin dini, ictimai və idarə işlərini ədalətli fəqihlərə tapşırmasındadır. Buna əsasən insanların istəyi və rəyi “fəqihin vilayətinin” legitimliyində heç bir təsirə malik deyil.[22] İmam Xomeyni,[23] Abdullah Cavadi Amuli, Məhəmməd Mumin Qumi və Məhəmməd Təqi Misbah Yəzdi bu nəzəriyyənin tərəfdarları hesab edilir.[24]

Fəqihin mütləq vilayəti

Vəliyyi-Fəqihin təyin edilmiş olduğunu düşünən bəzi şəxslər fəqihin mütləq vilayətə sahib olduğunu hesab edir. Yəni, fəqihin hakimiyyət və siyasət işlərində həzrət Peyğəmbərin (s)İmamların (ə) sahib olduğu bütün səlahiyyətlərə malik olmasını düşünür. Çünki, hədəf şəriətin icra olunmasıdır və bu barədə hakimlər arasında fərq qoymaq düzgün deyil.[25] Həmçinin dünyəvi qanunların legitimliyi “vəliyyi-fəqihin” icazəsi ilə şərtlənmişdir və qanun vəliyyi-fəqihi məhdudlaşdıra bilməz. Onun göstərişləri qanun hökmündədir.[26] Deyilənə görə, bu fikir ilk dəfə imam Xomeyni tərəfindən irəli sürülmüşdür.[27]

Fəqihin vilayətin seçki yolu ilə olması

Bu görüş insanların fikirini fəqih vilayətinin legitimlik səbəbinin bir hissəsi olaraq zəruri hesab edir. Yəni, bu nəzərə əsasən qanuni hakim odur ki, fəqih, ədalətli, zamanı tanıyan, idarə bacarığına sahib olan, tədbirli olmaqdan əlavə camaatın hamısı və ya əksəriyyəti onu rəhbər olaraq seçmiş olsunlar.[28] Bu fikirdə olanlar fəqihin mütləq vilayətinə irad etmiş olur.[29] Şəhid Behişti, Şəhid Mütəhhəri, Hüseynəli Müntəziri və Nemətullah Salehi Nəcəfabadi bu görüşün tərəfdarlarındandır.[30]

“Fəqihin vilayəti” nəzəriyyəsinin müxalifləri

Şeyx Ənsari, Axund Xorasani,[31] Mirzə Naini və Ayətullah Xoyi[32] “fəqihin vilayətinin” müxaliflərindən hesab edilirlər.[33] Şeyx Ənsarinin fətvasına əsasən, qeyb zamanında fətva vermək və qazilik etmək kimi işlər fəqihin öhdəsindədir.[34] Lakin, insanların canı və malı üzərində hakimiyyət etmək yalnız həzrət Peyğəmbərə (s)İmamlara (ə) məxsusdur.[35] O, “fəqihin vilayətinin” isbatı üçün gətirilən sübutları, o cümlədən Ömər ibn Hənzələnin məqbuləsinəİmam Zamanın (ə) məktunə istinad etməyi düzgün hesab etmir.[36] Onun fikrincə, bu hədislər sırf olaraq fəqihin insanlar üçün şəri hökümləri açıqlamaq vəzifəsini qeyd edir və fəqihin insanlar üzərində hətta xümüszəkat kimi mövzularda vilayətə sahib olmasına dəlalət etmir.[37]

“Fəqihin vilayəti” kəlami yoxsa fiqhi məsələdir ?

Bəziləri “fəqihin vilayəti” məsələsini kəlami məsələ hesab etsə də digər bir qrup bunu fiqhi bir məsələ hesab edir.[38] Cavadi Amuli, fəqihin vilayətini kəlam elminə bağlı hesab edir. Onun dəlili budur ki, kəlam elminin mövzusu Allahın işləridir. “Fəqihin vilayəti” də Allahın işləri ilə əlaqədardır. Çünki, fəqihin qeyb dövründə hakimiyyət etməsini Allah təyin etmişdir.[39] Bu fikrin müqabilində Hüseynəli Müntəziri “fəqihin vialyəti” mövzusunun islam fiqhinin çərçivəsində olduğunu hesab edir və öz sözünə şahid olaraq fəqihlərin çoxunun bu mövzunu fiqhi kitablarda müzakirə etmələrini qeyd edir.[40]

“Fəqihin vilayəti” İİR-da

1979-cu ilə İranda İslam inqilabından sonra “fəqihin vilayəti” İİR-nın konstitusiyasına əlavə edildi. Konstitusiyanın 57-ci bəndi bu barədə danışır.[41]

İran İslam Respublikasında imam Xomeyni ondan sonra isə Ayətullah Xamenei vəliyyi-fəqih olaraq rəhbərliyi öhdəsinə almışdır.[42]

Biblioqrafiya

“Vilayəte fəqih, vilayəte fəqahət və ədalət” kitabı: müəllif Abdullah Cavadi Amuli.

Kazim Ustadi “fəqihin vilayəti və hakimiyyəti biblioqrafiyasında” bu mövzuda yazılmış 700-dən çox kitabı tanıtdırır. Onlardan çoxu İslam inqilabından sonra yazılmışdır.[43] Bu mövzuda yazılmış kitabların ən mühümü aşağıdakılardır:

  • “Velayəte fəqih” kitabı: İmam Xomeynin 1348-ci ildə Nəcəf elmi hövzəsində etdiyi 13 çıxışın məcmuəsidir. Bu kitab 1349-cu ildə ilk dəfə olaraq Beyrutda çap edilmişdir.
  • “Dirasatun fi vilayətil-fəqih və fihid-dəulətil-islamiyyə” kitabı: Bu kitab Hüseynəli Müntəzirinin dərslərindən və araşdırmalarından ibarətdir və bu mövzuda yazılmış ən mühüm kitablardan biridir.
  • “Velayəte fəqih, velayəte feqahət və ədalət” kitabı: müəllif Abdullah Cavadi Amuli.

“Velayəte fəqih, hokuməte salehan” kitabı: müəllif Nemətullah Salehi Nəcəfabadi.

  • “əl-Vilayətul-ilahiyyətil-islamiyyət əvil-hukumuətil-islamiyyət zəmənə huzuril-məsumi və zəmənəl-ğəybət” kitabı: müəllif Məhəmməd Mumin Qumi. Bu kitab 3 cilddə çap edilmişdir.
  • “Velayəte fəqih dər hokuməte eslami” kitabı: Məhəmməd Hüseyn Tehraninin dərslərinin toplusudur və onun çagirdləri tərəfindən 4 cilddə çap edilmişdir.

İstinadlar

  1. Şeyx Ənsari, Məkasib, h.q 1415, c.3, s.545
  2. Müntəziri, Dirasətun fi Vilayətil-fəqih, h.q 1409, c.1, s.11; Cəvadi Amuli, Vilayəti fəqih, h.ş 1378, s.129
  3. Fiyrəhi, Nizame siyasi və dulət dər İslam, h.ş 1386, s.243, 242
  4. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.17
  5. Nəraqi, Əvaildul-Əyyam, h.q 1417, s.529
  6. Şeyx Mufid, əl-Muqniə, h.q 1413, s.810
  7. Cəfəriyan, Din cə siyasət dər doreye Səfəvi, h.ş 1370, s.32, s.312
  8. Kaşiful-Ğita, Kəşful-ğita, h.q 1422, c.1, s.207; Fiyrəhi, Qudrəte daneşe məşruiyyət dər İslam, h.ş 1394, s.313
  9. Məhəmməd Həsən Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.395-396, c.22, s.155, 195
  10. Müntəziri, Məbaniye fiqhi hokuməte İslami, h.q 1409, c.1, s.47-48
  11. Əli Məhəmmədi, Seyre təhəvvole əndişe Vilayete fəqih dər fiqhe siyasi şie, h.ş 1387, s.263-272
  12. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.21-22
  13. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.24
  14. İmam Xomeyni, Vilayəti-fəqih, h.q 1421, s.1
  15. Müntəziri, Nizamul-hokmi fil-İslam, h.ş 1385, s.143, 166; Cəvadi Amuli, Vilayəte fəqih, h.ş 1378, s.150; Kadivər, Hokuməte vilayi, h.ş 1378, s.389, 392
  16. Kuleyni, Əl-Kafi, h.ş 1387, c.1, s.169
  17. İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.638-642
  18. İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.481
  19. Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.484
  20. İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.635; İmam Xomeyni, Vilayəte fəqih, h.ş 1374, s.78-82
  21. Cəvadi Amuli, Vilayəte fəqih, h.ş 1378, s.151
  22. Nəraqi, Əvaidul-Əyyam, s.185; İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.622
  23. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.107
  24. Fiyrəhi, Fiqh və siyasət dər İrane Muasir, h.ş 1393, c.2, s.424
  25. İmam Xomeyni, Kitabul-Bey, h.q 1421, c.2, s.626
  26. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1378, c.1, s.17
  27. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.24
  28. Müntəziri, Nizamul-hokmi fil-İslam, h.ş 1385, s.166-169; Salihi Nəcəfabadi, Vilayəte fəqih, h.ş 1378, s.68, 72
  29. Mütəhhəri, Piyramune cumhuriye İslami, h.ş 1368, s.149-156; Müntəziri, Nizamul-hokmi fil-İslam, h.ş 1385, s.214-224
  30. Fiyrəhi, Fiqh və siyasət dər İrane Muasir, h.ş 1393, c.2, s.380; Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.141
  31. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.36
  32. Kadivər, Nəzəriyyehaye dulət dər fiqhe şie, h.ş 1387, s.24
  33. Fiyrəhi, Şiə və demokrasiye məşruti dər İran, s.139, 141
  34. Şeyx Ənsari, Məkasib, h.q 1415, c.3, s.545
  35. Şeyx Ənsari, Məkasib, h.q 1415, c.3, s.546
  36. Şeyx Ənsari, Məkasib, h.q 1415, c.3, s.551 və 553
  37. Şeyx Ənsari, Məkasib, h.q 1415, c.3, s.553
  38. Mömin Qumi, Cayeqahe əhkame dovləti və ixtiyarate Vəliyyi Fəqih, h.ş 1393, s.15
  39. Cəvadi Amuli, Vilayəte fəqih, h.ş 1378, s.143
  40. Müntəziri, Nizamul-hokmi fil-İslam, h.ş 1380, s.12
  41. «قانون اساسی جمهوری اسلامی ایران»، وبگاه مرکز پژوهش‌های مجلس شواری اسلامی، تاریخ بازدید ۳ شهریور ۱۳۹۸., majlis.ir saytı
  42. Vilayəti, Xamenei, "Ayətullah Seyyid Əli", s.689
  43. Ustadi, “Fəqihin vilayəti və hakimiyyəti biblioqrafiyasında”, müqəddimə

Ədəbiyyat

  • Ustadi, Kazim, Ketabşenasi hokumət və vilayəte fəqih, Qum, h.ş 1390
  • İmam Xomeyni, Seyyid Ruhullah, kitabul-bey, Qum, İsmailiyyan nəşriyyatı, h.ş 1363
  • İmam Xomeyni, Seyyid Ruhullah, Vilayəti fəqih, Tehran, h.ş 1373
  • Cəfəriyan, Rəsul, Din və siyasət dər əsre Səfəvi, Ənsariyan nəşriyyatı, h.ş 1370
  • Cəhan bozorgi, Əhməd, پیشینه تاریخی نظریه ولایت فقیه, ensani.ir saytı
  • Cəvadi Amuli, Abdullah, Vilayəti fəqih, Vilayəte fəqahət və ədalət, Qum, İsra mərkəzinin nəşriyyatı, h.ş 1378
  • Şeyx Ənsari, Mürtəza, Məkasib, h.q 1415
  • Şeyx Müfid, Əl-Muqniə, Qum, Entaşarate İslami müəssisəsi, 2-ci çap, h.q 1413
  • Salihi Nəcəf Avadi, Nemətullah, Vilayəti fəqih hokuməte salihan, Tehran, h.ş 1382
  • Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1395
  • Fiyrəhi, Davud, Fiqh və siyasət dər İrane Muasir, Tehran, h.ş 1395
  • Fiyrəhi, Davud, Nizame siyasi və dulət dər İslam, Tehran, h.ş 1386
  • Fiyrəhi, Davud, Şiə və demokrasiye məşruti dər İran, h.ş 1384
  • «قانون اساسی جمهوری اسلامی ایران»، وبگاه مرکز پژوهش‌های مجلس شواری اسلامی، تاریخ بازدید ۳ شهریور ۱۳۹۸., majlis.ir saytı
  • Kaşiful-ğita, Cəfər ibn Xızır, Kəşful-ğita, Qum, Enteşarate İslami, h.q 1422
  • Kadivər, Möhsin, Nəzəriyyehaye dulət dər fiqhe şie, Tehran, h.ş 1387,
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Qolpayqani, Seyid Məhəmməd Rza, Əl-Hidayətu ila mən ləhul-vilayə, Qum, h.ş 1377
  • Mütəhhəri, Mürtəza, Piramune cumhuriye İslami, Tehran, Sədra nəşriyyatı, h.ş 1368
  • Müntəziri, Həsənəli, Dirasətun fi vilayətil-fəqih, Qum, h.q 1408
  • Müntəziri, Həsənəli, Məbani fiqhi hokuməte İslami, Tehran, h.ş 1367
  • Müntəziri, Həsənəli, Nizamul-hokmi fil-İslam, Tehran, h.ş 1385
  • Mömin Qumi, Məhəmməd, Cayeqahe əhkame dovləti və ixtiyarate Vəliyyi Fəqih, Qum, h.ş 1393
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404
  • Nəraqi, Əhməd ibn Məhəmməd Mehdi, Əvaildul-Əyyam, Qum, Enteşarate İslami, h.q 1417
  • Vilayəti, Əli Əkbər, Xamenei, "Ayətullah Seyyid Əli", Tehran, 1-ci çap, h.ş 1392

Xarici keçid