Vilayət ayəsi

wikishia saytından
Vilayət ayəsi
Ayənin adıVilayət
Yerləşdiyi surəMaidə surəsi
Ayənin nömrəsi55
Cüz6
Nazil olma səbəbiİmam Əlinin (ə) rükuda infaq etməsi
Nazil olma məkanıMədinə
MövzuEtiqadi
Barəsindəİmam Əlinin (ə) vilayəti və imaməti
Başqa ayələr ilə bağlılığıTəbliğ ayəsiİkmal ayəsi


Vilayət ayəsi (ərəbcə: آية الولاية) (Maidə surəsi, ayə 55) Allahın, Peyğəmbərin (s)namazın rükusunda infaq edən möminlərin vilayət və rəhbərliyini ifadə edir. Şiəsünni təfsirçilərinin fikrincə, bu ayənin nazil olma səbəbi Həzrət Əlinin (ə) namazın rükusunda infaq etməsidir. Buna görə də şiələr, Həzrət Əlinin (ə) vilayət və canişinliyini sübut etmək üçün bu ayəyə istinad edirlər.

Sünni alimləri “vəli” sözünü “dost” mənasında olduğunu hesab edir və şiənin Həzrət Əlinin (ə) vəliyətini sübuta yetirmək üçün bu ayədən dəlil kimi istifadə etmələrini qəbul etmirlər. Bunun müqabilində, şiə alimləri deyirlər ki, nazil olma səbəbi və “vəli”nin nümunəsinin müəyyən şəxs olmasından istifadə edillir ki, burada “vəli” kəlməsi burada “dostluq” mənasında ola bilməz. Daha doğrusu, onunu mənası vilayət və qəyyumluqdur.

Bu ayədən təfsir, kəlamfiqh kitablarında bəhs edilir. Fəqihlər bu ayədən bəzi hökmlər çıxarmışlar. O cümlədən onlardan biri budur ki, kiçik əlavə hərəkətlər namazı batil etmir.

Ayənin mətni və tərcüməsi

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
“Həqiqətən, sizin başçınız və işlərinizin ağası yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir.[1]



(Maidə, 55)


Ayənin əhəmiyyəti və məqamı

Vilayət ayəsi İmam Əlinin (ə) vilayətini və onun İslam Peyğəmbərinin (s) canişini olmasını sübut edən şiə dəlillərindən biridir.[2] Bəziləri bunu o İmamın (ə) imamətinə ən güclü dəlil kimi qeyd etmişlər.[3]

Şiə[4]sünni[5] təfsirçiləri bu ayənin nazil olma səbəbini Həzrət Əlinin (ə) namaz qılarkən kasıb bir insana infaq etməsi olduğuna inanırlar. Ona görə də bu ayə, eləcə də Xatəmbəxşi (Həzrət Əlinin (ə) rükuda kasıba üzük verməsi) hekayəti İmam Əlinin (ə) Quranda qeyd olunan fəzilətlərindəndir. “Əl-Müstərşədu fil-İmamə” kitabında deyilir ki, İmam Əli (ə) altı nəfərlik şurada özünün haqq olduğunu  sübut etmək üçün bu ayənin nazil olma səbəbinin özü barəsində olmasına istinad etmişdir.[6]

Bu ayədən kəlam,[7] təfsir[8] və fiqh[9] kitablarında bəhs edilmişdir. Şiə və sünni arasında “vəli” sözünün mənası ilə bağlı ixtilaflar bu ayənin təfsirində bir çox mübahisələrə səbəb olmuşdur.

Ayənin nazil olma səbəbi

Əsas məqalə: Rükuda üzük vermək

Hədislərdə deyildiyinə görə, bir gün bir kasıb kişi Peyğəmbərin (s) məscidinə daxil olub kömək istədi; Amma heç kim ona heç nə vermədi. Əllərini göyə qaldırıb dedi: “İlahi, şahid ol ki, mən sənin Peyğəmbərinin (s) məscidində kömək istədim; Amma heç kim mənə heç nə vermədi”. Bu vaxt rükuda olan İmam Əli (ə) əlindəki üzüyü göstərdi. Kasıb yaxınlaşıb o Həzrətin əlindən üzüyü götürdü və bu ayə nazil oldu.[10]

Şeyx Müfid bu hadisənin baş vermə tarixini və “Vilayət” ayəsinin nazil olmasını Zilhiccə ayının 24-ü hesab etmişdir.[11]

Nazil olma səbəbi ilə bağlı rəvayətlərin etibarlılığı

Vilayət ayəsinin nazil olma səbəbi ilə bağlı rəvayəti İbn Abbas,[12] Əmmar,[13] Ənəs İbn Malik,[14] Əbu Rafi Mədəni[15]Miqdad[16] kimi səhabələr nəql ediblər. Sünni alimlərindən Qazi İciyə görə təfsirçilər bu ayənin Həzrət Əlinin (ə) məqamı barəsində nazil olmasında icma ediblər (həmfikirdirlər).[17] Bununla belə, İbn Teymiyyə[18] İbn Kəsir[19] və Fəxr Razi[20] bu ayə ilə bağlı olan hədisi zəif hesab ediblər. Həmçinin bəzi əhli-sünnə təfsirlərində ayənin kimin məqamı barədə nazil olması haqqında dörd fikir irəli sürülüb: İmam Əli (ə), Ubadə ibn Samit, Əbu Bəkr bin Əbi Qəhafə və bütün müsəlmanlar.[21]

İbn Şubə Hərrani “Tuhəful-uqul” kitabında “Vilayət” ayəsinin nazil olma səbəbi ilə bağlı hədisləri səhih hədislər və alimlərin onlar barədə icma etdikləri rəvayətlər arasında saymışdır.[22] Əllamə Təbatəbainin “Əl-Mizan” kitabındakı nəzərinə görə, bu ayənin nazil olma səbəbi ilə bağlı rəvayətlər Qurana uyğundur.[23] Onun fikrincə, təfsir və hədis böyükləri bu hədisləri rəvayət edib və onlara qarşı çıxmayıblar. Onlara qarşı çıxan İbn Teymiyyə kimi bəziləri isə düşmənçiliyi artıq son həddə çatdırıblar.[24]

Ayənin İmam Əlinin (ə) vilayətinə dəlalət etməsi

Şiə alimləri bu ayəni İmam Əlinin (ə) vilayətinə və xilafətinə dəlil hesab edirlər. Onların fikrincə, bu ayə “innəma” (yalnız və ancaq) sözü ilə başlayır və ərəb ədəbiyyatında bir cümlə “innəma” ilə başlayanda cümlənin mənasını özünəməxsus edir.[25] Yəni bu ayədə vilayət yalnız Allaha, Peyğəmbərə (s) və rüku halında infaq edənlərə məxsusdur.[26] Bu ayənin nazil olma səbəbinə əsasən, rükuda infaq edənin nümunəsi İmam Əlidir (ə).[27]

İmam Sadiqdən (ə) gələn bir rəvayətdə ilahi vəsilərdən itaət etməyin vacibliyi üçün bu ayəyə və Ulil-Əmr ayəsinə istinad edilmişdir.[28]

Şiə və sünni baxışlarında “vəli” sözünün mənası arasındakı fərq

Bir çox sünni alimləri bu ayənin Həzrət Əlinin (ə) şərəfi barədə nazil olduğunu deyirlər; Amma onların fikrincə, “vəli” sözü “rəhbər” deyil, “dost” və “köməkçi” mənasındadır.[29]

Amma şiə alimləri “vəli” sözünü “rəhbər” və “ixtiyar sahibi” mənasında olduğunu bildirirlər.[30] Məkarim Şirazinin dediyinə görə, dostluq rüku halında zəkat verənlərə məxsus deyildir; Daha doğrusu, ümumi bir hökmdür və bütün müsəlmanlar bir-birini sevməli və dua etməlidirlər. Halbuki ayənin nazil olma səbəbinə əsasən, bu ayədə “vəli” sözünün nümunəsi yalnız Həzrət Əlidir (ə). Deməli, ayədəki “vəli” sözü qəyyumluq və vilayət mənasınadır. Xüsusən də buna görə ki, bu vilayət Allahın və Peyğəmbərin (s) vilayətinin cərgəsində qərar tutub.[31]

Fiqhi istifadələr

  • Kiçik hərəkətlərlə namazın batil olmaması: Bəzi şiə fəqihləri rükuda olarkən bədənin kiçik hərəkətlərinin namazı batil etmədiyini sübut etmək üçün Həzrət Əlinin (ə) rükuda fəqirə üzük verməsinə istinad ediblər.[32]
  • Zəkat müstəhəb sədəqəyə də şamil olur: Bu ayədə Xatəmbəxşidən (rükuda fəqirə üzük verməkdən) zəkat adı ilə bəhs edilir. Bəzi fəqihlər zəkatın müstəhəbb sədəqəni də ehtiva etdiyi qənaətinə gəliblər.[33]
  • Bəzi fəqihlər niyyətin qəlbi bir əməl olduğunu və onu dilə gətirməyin lazım olmadığını sübut etmək üçün bu ayəyə istinad ediblər.[34]
  • Namazda infaq etməyin hüzuri-qəlb ilə zidd olmaması: Əllamə Məclisinin dediyinə görə, namazda başqa bir ibadətə diqqət yetirmək namazın kamilliyinə və onda hüzuri-qəlbin olmasına zidd deyildir.[35] Həmçinin Həzrət Əlinin (ə) namazının da, infaq etməsinin də Allah üçün olduğu deyilir. Ona görə də İmamın (ə) namazda fəqir şəxsin səsini eşitməsi və Allah rizası üçün ona sədəqə verməsinin bir-birilə heç bir ziddiyyəti yoxdur.[36] “İləlüş-Şərayi” kitabında nəql olunan bir rəvayətə görə, Peyğəmbər (s) də namaz qılarkən ağlayan uşağın səsini eşitdikdə, uşağın anasının onun yanına getməsi üçün namazı həmişəkindən tez bitirirdi.[37]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Şeyx Mufid, Əl-İfsahu fil-imamə, s.134; Tusi, Ət-Tibyan, c.3, s.559
  3. Tusi, Təlxisuş-Şafi, h.ş 1382, c.2, s.10
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.324; Tusi, Ət-Tibyan, c.3, s.558-559; Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.2, s.44; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.6, s.8
  5. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.209-239
  6. Təbəri, Əl-Mustərşəd, h.q 1415, s.353
  7. Seyyid Mürtəza, Əz-Zəxirə, h.q 1431, s.439
  8. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.6, s.8
  9. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.158
  10. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.209-239; Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.170; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.327, hədis 137
  11. Şeyx Mufid, Məsarruş-şiə, h.q 1414, s.41
  12. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.232
  13. Siyuti, Əd-Durrul-mənsur, h.q 1403, c.3, s.106
  14. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.225
  15. Təbərani, Əl-Mucəmul-kəbir, c.1, s.320-321, hədis 9559
  16. Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.228
  17. İyci, Əl-Məvaqif, Alimul-kutub, s.405
  18. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.7, s.7-9
  19. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, c.3, s.125-127
  20. Fəxr Razi, Təfsirul-Fəxrir-Razi, h.q 1420, c.12, s.383-385
  21. İbn Cəvzi, Zadul-məsir, c.1, s.561
  22. İbn Şubə Hərrani, Tuhəful-uqul, h.q 1404, s.459
  23. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.6, s.20
  24. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.6, s.25
  25. İbn Hişam, Muğnil-Ləbib, h.q 1410, c.1, s.39
  26. Seyyid Mürtəza, Əz-Zəxirə, h.q 1431, s.439
  27. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.2, s.400; Hakim Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.209-239
  28. Kuleyni, Əl-Kafi, h.q 1407, s.187
  29. İyci, Əl-Məvaqif, Alimul-kitab, c.1, s.4, 5
  30. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.6, s.8; Fəyyumi, Əl-Misbahul-munir, h.q 1414, c.2, s.672; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.2, s.408
  31. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.423
  32. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.158
  33. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.158
  34. Məclisi, Biharul-ənvar, h.q 1403, c.81, s.281
  35. Məclisi, Biharul-ənvar, h.q 1403, c.81, s.281
  36. Təbəsi, Nişane vilayət və cərəyane xatəmbəxşi, s.49
  37. Səduq, İləluş-şəraye, c.2, s.344

Ədəbiyyat

  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, Təhqiq: Rəşad Salim, h.q 1406
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Zadul-məsir, Təhqiq: Əbdür-Rəzzaq Mehdi, Beyrut, Darul-kitabil-ərəbi
  • İbn Şubə Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Qum, 2-ci çap, h.q 1404
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Təhqiq: Məhəmməd Hüseyn Şəmsuddin, Beyrut, Darul-kutubil-elmiyyə
  • İbn Hişam, Abdullah ibn Yusif, Muğnil-Ləbib, Təhqiq: Məhəmməd Muhyiddin, Qum, h.q 1410
  • İyci, Əbdür-Rəhman, Əl-Məvaqif, Beyrut, Alimul-kutub
  • Hakim Həskani, Übeydullah, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Əl-Mahmudi, Qum, 2-ci çap, h.q 1411
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əz-Zəxirə, Təhqiq: Seyyid Əmıd Hüseyni, Qum, h.q 1431
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr, h.q 1403
  • Şüştəri, Nurullah ibn Şərifuddin, İhqaqul-həqq, Qum, h.q 1409
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İfsahu fil-imamə, Qum
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Məsarruş-şiə, Beyrut, Daru-Mufid, h.q 1414
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmul-kəbir, Beyrut, 2-ci çap,
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Düzəliş: Fəzlullah Yəzdi Təbatəbai və Haşim Rəsuli, Tehran, NAsir Xosrov, 3-cü çap, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Əl-Mustərşəd, Düzəliş: Əhməd Mahmudi, 1-ci çap, h.q 1415
  • Təbəsi, Məhəmməd Cavad, Nişane vilayət və cərəyane xatəmbəxşi, h.ş 1379
  • Tusi, Məhəmməd ibn Həsən, Təlxisuş-Şafi, Qum, h.ş 1382
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Təhqiq: Əhməd Həbib Amili, Beyrut
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Haşim Rəsuli, Tehran, 1-ci çap, h.q 1380
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəvi nəşriyyatı, h.q 1425
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Təfsirul-Fəxrir-Razi, Beyrut, h.q 1420
  • Feyz Kaşani, Məhəmməd ibn Şahmürtəza, Təfsirus-Safi, 2-ci çap, Məktəbətus-sədr, h.q 1415
  • Fəyyumi, Əhməd ibn Məhəmməd, Əl-Misbahul-munir, Qum, h.q 1414
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş və təhqiq: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş və təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, Biharul-ənvar, Düzəliş və təhqiq: Əli Əkbər Ğəffari və başqaları, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Qum, Dəftəre təbliğate İslami, h.ş 1374