İmamət mirası

wikishia saytından

İmamət mirası (ərəbcə: ودائع الإمامة) şiə imamlarının yanında olan və imamın tanınması üçün meyar sayılan peyğəmbərlərin (ə), İmam Əlinin (ə) və Həzrət Zəhranın (s) əşyalarıdır. Bunlar bəziləri Peyğəmbərin (s) qılıncı və üzüyü, həzrət Musanın (ə) əsası, həzrət Süleymanın (ə) üzüyü, həzrət Fatimənin (s) müshəfi, Cəfr və Camiə kitablarıdır.

Şiə imamları imamət iddiasında olanlarla və şiələrin imamı tanımaqda şübhəsi ilə qarşılaşdıqda, öz yanlarında olan imamət mirasına istinad edirdilər.

Məfhum və yeri

Miras dedikdə, bir imamdan digərinə miras olaraq verilən və onun imamətinə əlamət olan qılınc, kitab, üzük kimi xüsusi şeylər nəzərdə tutulur. İmamlığın mirası əvvəlki imamın vəsiyyəti ilə yanaşı, sonrakı imamın müəyyən edilməsində mühüm meyarlardan biri olmuşdur.[1] Xüsusən də o zaman ki, təqiyyə şəraitində imaməti vəsiyyətlə sübut etmək mümkün olmur.[2] Buna görə də imamət mirasına təkid olunub ki, İmamın şəxsiyyətinin tanınmasında heç bir şəkk olmasın.[3]

Nümunələr

Şiə mənbələrində nəql olunan hədislərdə bəzi hallar imamət mirasından sayılmışdır. İmamlar "indəna" (bizim yanımızda) və ya "indi" (mənim yanımda) ifadələrini işlətməklə bu şeylərin öz yanlarında olduqlarına işarə edirdilər.

İmamət mirası İzahlar
Peyğəmbərin (s) qılıncı[4]
İmam Sadiqdən (ə) bir rəvayətdə Peyğəmbərin (s) qılıncını Bəni-İsrailin tabutuna bənzətdikdən sonra buyurulur: Peyğəmbərin (s) qılıncı (s) hər birimizin yanında olsa, imamət ona verilmişdir.[5] Bəzi rəvayətlərə görə, bu qılınc həmin Zülfiqardır.[6]
Cəfr[7]
Qiyamətə qədər gələcək hadisələrin qeyd edildiyi bir kitabdır.[8]
Camiə
Peyğəmbərin (s) imlası və İmam Əlinin (ə) vasitəsi ilə yazılmış bir kitabdır. Həmçinin bütün halal və haram hökmlər onda gəlib.[9]
Həzrət Əlinin (ə) kitabı[10]
Bəziləri "Camiə" kitabını və həzrət Əlinin (ə) kitabını iki ayrı adlı bir kitab hesab ediblər.[11] Lakin Ağa Bozorq Tehrani bu kitabı Allah Rəsulunun "Əmali"si adlandırmış və onu "Cəfr" və "Camiə"dən başqa bir kitab olduğunu bildirmişdir.[12]
Həzrət Fatimənin (s) Müshəfi
İlahi mələyin Həzrət Fatiməyə (s) bəyan etdiyi və İmam Əlinin (ə) yazdığı kitabdır.[13]
Səhifeyi-Fəraiz
İmam Əlinin (ə) əli ilə irs haqqında yazılmış kitabdır.[14]
Peyğəmbərin üzüyü[15]
Peyğəmbərin (s) zirehi[16]
Hədislərdə qeyd olunur ki, imamın əlamətlərindən biri də Peyğəmbərin (s) zirehinin onun boyuna uyğun olmasıdır.[17]
Qırmızı Cəfr
Peyğəmbərin (s) silahının saxlandığı yerdir.[18]
Ağ Cəfr
Tövrat, İncil, Zəbur və digər səmavi kitabların saxlandığı yerdir.[19]
Şiələrin divanı
Şiələrin adları orada qeyd olunub. Bəzi hədislərdə buna "Namus" deyilir.[20]
Peyğəmbərlərin digər irsləri
Peyğəmbərlərin lövhələr, teşt, tabut, həzrət Musanın (ə) əsası və həzrət Süleymanın (ə) üzüyü kimi irsləri[21]

İmamların imamət mirası ilə dəlil gətirməsi

Şiə imamları imamət iddiasında olanlara qarşı və ya şiələrin şəkkləri ilə qarşılaşarkən öz yanlarında olan imamət mirasına istinad edirdilər. Məsələn, İmam Əli (ə) altı nəfərdən ibarət şurada buyurur: "Sizi Allaha and verirəm, məndən başqa sizin hansınızın yanında Allah Rəsulunun silahı, bayrağı və üzüyü var?".[22]

Bir tərəfdən Məhəmməd ibn Abdullah Məhzin[23] məhdəviyyətini təbliğ edən Həsənian hərəkatı, digər tərəfdən isə iki KeysaniyyəZeydiyyə hərəkatı ilə üz-üzə olan İmam Sadiq (ə) öz yanında olan Peyğəmbərin (s) silahından onlara haqq olduğunu sübut etmək üçün vasitə kimi istifadə edirdi.[24] Nəql olub ki, İmam Sadiqə (ə) belə dedilər: Bəziləri elə bilirlər ki, Allah Rəsulunun (s) qılıncı Abdullah ibn Həsənin yanındadır. O həzrət cavab verdi:

"Allaha and olsun ki, Abdullah ibn Həsən onu heç vaxt görməmişdir. Allah Rəsulunun (s) qılıncı və bayrağı mənim yanımdadır. Allah Rəsulunun (s) silahı bəni-israilin yanındakı tabut kimidir. Tabut harada olurdusa, peyğəmbərlik orada idi. Allah Rəsulunun (s) silahı da kimin yanında olarsa, o, imamdır".[25]

Mirasın bir imamdan digər imama verilməsi

Şiə rəvayətlərinə görə, imamətin mirası hər imamdan birbaşa və ya bir vasitə ilə başqa imama verilir. İmam Sadiqdən (ə) rəvayət olunur: "Kitablar həzrət Əlinin (ə) yanında idi. İraqa gedəndə həmin kitabları Ümmü Sələmənin yanında əmanət olaraq qoydu. Ondan sonra o kitablar İmam Həsənin (ə) yanında idi. Daha sonra İmam Hüseynin (ə) yanında idi. Sonra Əli ibn Hüseynin (ə) və ondan sonra da atamın yanında olub.[26]

Həmçinin rəvayət edilmişdir ki, İmam Hüseyn (ə) İraqa hərəkət etdiyi zaman kitabları və vəsiyyəti Peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələməyə əmanət vermişdir. Əli ibn Hüseyn (ə) qayıdanda Ummu Sələmə onları o həzrətə verdi.[27]

İmam Baqirdən (ə) də nəql olunub: "Əli ibn Hüseynin (ə) vəfat vaxtı gələndə bir sandıq gətirdi və mənə dedi: Ey Məhəmməd, bu sandığı götür". Həmin sandıqda Allah Rəsulunun (s) qılıncı və kitabları var idi.[28]

Qeybət dövründə əmanətlərin saxlandığı yer

Əllamə Məclisinin verdiyi məlumata görə, İmam Zamanın (ə) kiçik qeybət dövründə imamət mirası o həzrətin xüsusi naiblərinin yanında olub. Onun verdiyi xəbərdə bildirilir ki, ikinci xüsusi naib Məhəmməd ibn Osman vəfat edəndə onun xidmətçisi imamət mirasının içində olan sandığı üçüncü naib Hüseyn ibn Ruh Nobəxtiyə təhvil verib.[29]

Ağa Bozorq Tehraninin dediyinə görə, Şiə rəvayətlərinə əsasən, imamət mirası hazırda on ikinci İmamın yanındadır.[30]

İstinadlar

  1. Şeyx Tusi, Əl-İqtisad, h.q 1430, s.375
  2. Təbatəbai, Custari dər asibşenasi çaleşhaye ağaze imaməte İmam Kazim (ə), s.104
  3. Təbatəbai, Custari dər asibşenasi çaleşhaye ağaze imaməte İmam Kazim (ə), s.79
  4. Kuleyni, əl-Kafi, h.ş 1362, c.1, s.305
  5. Kuleyni, əl-Kafi, h.ş 1362, c.1, s.238
  6. İbn Şəhraşub, h.q 1379, c.4, s.135-253
  7. Kuleyni, əl-Kafi, h.ş 1362, c.1, s.239; Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.152
  8. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.353
  9. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.186
  10. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.147
  11. Əskəri, Məalimul-mədrəsəteyn, h.q 1410, c.2, s.335-338
  12. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.2, s.306-307
  13. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.152-153
  14. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.2, s.162
  15. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.156
  16. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.156
  17. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.1, s.253; Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.217
  18. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.186
  19. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.186
  20. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.173
  21. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.175
  22. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.182
  23. Nəcəfiyan Rəzəvi, Bərresiye çequnegi munasibate Həsəniyan və İmamane şie, h.ş 1392
  24. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.187-188
  25. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.175
  26. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.162
  27. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.304; ibn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.172
  28. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.305
  29. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.85, s.211
  30. Ağa Bozorq Tehrani, h.q 1408, c.21, s.126

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriətu ila təsanifiş-şiə, Qum, İsmailiyyan, h.q 1408
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə nəşri, h.q 1379
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-İqtisad, Təhqiq: Seyyid Kazim Musəvi, Qum, 1-ci çap, h.q 1430
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dəracat, Qum, 2-ci çap, h.q 1404
  • Təbatəbai, Məhəmməd Kazim, Custari dər asibşenasi çaleşhaye ağaze imaməte İmam Kazim (ə), h.ş 1391
  • Əskəri, Seyyid Mürtəza, Məalimul-mədrəsətəyn, Beyrut, Numan müəssisəsi, h.q 1410
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Vəfa müəssisəsi, h.q 1403
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, 2-ci çap, h.ş 1362
  • Nəcəfiyan Rəzəvi, Leyla, Bərresiye çequnegi munasibate Həsəniyan və İmamane şie, h.ş 1392