İstisqa

wikishia saytından
(Yağış istəmə namazı səhifəsindən yönləndirilmişdir)

İstisqa (ərəbcə: الاستسقاء) – Allahdan yağış diləmək məqsədi ilə icra edilən dini mərasim. Hədislərdə quraqlıq və qəhətlik vaxtı Allahdan yağış diləməyə sifariş edilmiş və ona dair müəyyən namazdualar nəzərdə tutulmuşdur. Habelə bəzi rəvayətlərdən aydın olur ki, Məhəmməd peyğəmbər (s)imamlar (ə) da Allahdan yağış diləmişlər.

Dini mətnlərdə yağış diləmək üçün müəyyən hökümlər və qaydalar nəzərdə tutulmuşdur. Bu hökümlərə əsasən, quraqlıq və qəhətlik vaxtı yağış namazı qılmaq müstəhəbdir. Bu namazı qılmazdan qabaq üç gün oruc tutmaq tövsiyə edilmişdir. Üçüncü gündə şəhər əhalisi biyabana gedib, camaat halında istisqa namazı qılandan sonra ağlayaraq Allahdan yağış diləməlidir.

Məşhur yağış diləmə mərasimlərindən biri də İmam Rzanın (ə) rəhbərliyi ilə baş tutmuşdur. Bu haqda Şeyx Səduq “Uyunu əxbari Riza” kitabında məlumat vermişdir. Bu məlumata əsasən, İmamın (ə) icra etdiyi istisqa mərasimindən sonra yağış yağmağa başlamışdır. Digər məşhur istisqa mərasimi isə Qum mərcəyi-təqlidlərindən biri Seyyid Məhəmmədtəqi Xansarinin iştirakı ilə həyata keçib. Belə ki, o, 1943-cü ildə baş verən quraqlıqla əlaqədar şəhər əhalisinin xahişi ilə yağış namazı qılmış və ardınca şiddətli yağış yağmışdır.

Fiqhi tərifi və tarixçəsi

İstisqanın leksik mənası su tələb etməkdir. Fiqhi termin kimi isə quraqlıq və qəhətlik vaxtı Allahdan yağış diləməyə deyilir.[1] Hədis[2] və fiqh[3] kitablarında “istisqa namazı” (ərəbcə: صلاة الاستسقاء) adlı fəsil mövcuddur və orada istisqa mərasiminin şərtləri haqqında geniş söz açılmışdır.

İstisqanın tarixçəsi

Allahdan yağış diləmək adəti İslamdan qabaq da mövcud olmuşdur. Misal olaraq, İbn Şəhr Aşubun bildirdiyinə görə, Əbitalib Əbdülmüttəlib nəslinə mənsub bəzi yeniyetmələrlə birgə yağış diləmək üçün Məscidül-Hərama gedib dua ediblər. Deyilənlərə görə, o, “Lamiyə” qəsidəsini bu istisqadan sonra yağan yağışa görə nəzmə çəkmişdir.[4]

Yağış diləməyə dair bəzi hədislər

Hədis mənbələrində, Məhəmməd peyğəmbərin (s) və imamların (ə) istisqa etmələri və eləcədə onların quraqlıq və qəhətlik vaxtı Allahdan yağış istəməyə tapşırıq vermələri, habelə, istisqa namazı, istisqa namazı vaxtı dua etmək və onun digər şərtlərinə dair rəvayətlər mövcuddur. Misal olaraq, qeyd edilir ki, bir qrup adam Məhəmməd peyğəmbərin (s) yanına gələrək quraqlıqdan şikayət etmişdilər.[5] O Həzrət (s) də minbərə qalxıb Allahdan yağış diləmişdi.[6] Eləcədə, digər rəvayətlərdə Məhəmməd peyğəmbərin (s),[7] İmam Əlinin (ə)[8]İmam Rzanın (ə)[9] istisqa etmələrinə dair məlumatlar verilmişdir.

Habelə, Məhəmməd peyğəmbərdən (s) və imamlardan istisqa vaxtı oxumaq üçün bəzi dualar nəql edilmişdir.[10] “Əs-Səhifə əl-Səccadiyyə” kitabının on doqquzuncu duası Allahdan yağış diləməyə aiddir.[11]

Yağış namazı və onun qaydası

Yağış diləmək mərasimində (istisqada) İstisqa namazı adlanan namaz qılınır. Fəqihlərin fətvasına əsasən, quraqlıq vaxtı bu namazı qılmaq müstəhəbdir.[12] Sözükeçən namaz camaatla qılınır.[13] İstisqa namazı iki rükətdir və namazın təkbirqunutları eyni ilə bayram namazlarına bənzəyir. Yeganə fərq bundan ibarətdir ki, qunutda bayram namazına aid olan qunut duası əvəzinə, Allahdan mərhəmət və yağış istənilir.[14] Pişnamaz namazdan sonra əbasını tərsinə çiyninə atıb minbərə qalxır. Sonra üzü qibləyə dayanaraq uca səslə yüz dəfə təkbir deyir. Sonra sağ tərəfində dayanan adamlara üz tutub yüz dəfə “subhanəllah” və sonra sol tərəfində dayanan adamlara üz tutub yüz dəfə “la həvlə vəla quvvətə illa billah” deyir. Sonra isə camaata baxaraq yüz dəfə “əlhəmdulillah” deyir. Bu vaxt əllərini göyə açaraq Allahdan yağış tələb edir və camaat da onun ardınca dua edirlər. Daha sonra pişnamaz xütbə oxuyur və camaat isə çox qəmlənib ağlayır.[15]

Digər hökümlər

Yağış namazının digər müstəhəb əməllərini və istisqa mərasiminə aid müstəhəb qaydaları aşağıda qeyd edirik:

  • Camaat üç gün oruc tutmalı və üçüncü gün yağış namazı qılmaq üçün biyabana getməlidir;[16]
  • Orucun üçüncü gününün həftənin 1-ci gününə, əgər mümkün olmasa, cümə gününə təsadüf etməsi tövsiyə edilir;[17]
  • Bu namaz məsciddə qılmaq tövsiyə edilmir;[18]
  • Bu namazda azaniqamə əvəzinə iki dəfə “əs-səlat, əs-səlat” deyilir;[19]
  • Uşaqları və qocaları da bu mərasimə aparmaq tövsiyə edilir.[20] Mərasimdə körpələr analarından ayrı salınır.[21] Sahib əl-Cəvahirə görə, bu, ağlaşma yaratmaq və Allahın mərhəmətini cəlb etmək məqsədi ilə edilir.[22]

Tarixdə məşhur istisqalar

Şeyx Səduq İmam Rzanın (ə) istisqa əhvalatını geniş şəkildə nəql etmişdir. Onun verdiyi məlumata görə, quraqlıq baş verən bir ildə Abbasi xəlifəsi Məmun İmamdan (ə) istisqa namazı qılmağı xahiş etmiş və İmam Rza (ə) da camaatla birgə bu namzı qılmış və sonra çoxlu yağış yağmağa başlamışdır.[23]

Habelə, deyilir ki, 1900-cu ildə Zənzibarda (Tanzaniyada müxtar bölgə) quraqlıq baş verir. Oranın şiə ruhanisi olan Seyyid Əbdülhüseyn Mərəşi (ö. 1905) şiələrdən istəyir ki, sübh namazından sonra yağış namazı qılsınlar. Bu mərasimdən sonra yağış yağmağa başlayır.[24]

Digər məşhur yağış namazı Qum mərcəyi-təqlidlərindən olan Seyyid Məhəmməd Təqi Xansarinin pişnamazlığı ilə həyata keçmişdir. Belə ki, 1943-cü ildə uzun müddət yağış yağmaması ilə əlaqədar şəhərdə quraqlıq və qəhətlik yaranır. O, iki gün ardıcıl şəhərdən kanar ərazidə istisqa namazı qılmış və ikinci gün şiddətli yağış yağmışdır.[25]

İstinadlar

  1. Əbdür-Rəhman, Mucəmul-mustələhati və əlfazil-fiqhiyyə, Darul-fəzilə, c.2, s.378; Sədi, Əl-Qamusul-fiqh, h.q 1408, s.175
  2. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.462-463; Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.147-154; Hürr Amili, Vəsailuş-şiə, c.8, s.5-16
  3. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.98-99; Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.151-152; Əllamə Hilli, Təhriru əhkamiş-şəriə, h.q 1420, c.1, s.291-292; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.127-155
  4. İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.1, s.137
  5. Hürr Amili, Vəsailuş-şiə, c.8, s.7
  6. Hürr Amili, Vəsailuş-şiə, c.8, s.7-8-9
  7. Hürr Amili, Vəsailuş-şiə, c.8, s.7
  8. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.151
  9. Hürr Amili, Vəsailuş-şiə, c.8, s.8-9
  10. Məclisi, Biharul-ənvar, h.q 1403, c.88, s.331-334
  11. Səhifeyi-səccadiyyənin ondoqquzuncu duası
  12. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.98; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.127
  13. Əllamə Hilli, Təhriru əhkamiş-şəriə, h.q 1420, c.1, s.291; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.98; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.144
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.137; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.98
  15. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.146-148
  16. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.137; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.98-99
  17. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.140; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.98-99
  18. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.141; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.99
  19. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.152
  20. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.142; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.99
  21. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.144; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.99
  22. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.144
  23. Şeyx Səduq, Uyunu Əxbarir-Rza, h.q 1378, c.2, s.168-169
  24. Ruğəni, Şieyane Xuce dər əyineye tarix, h.ş 1387, s.81
  25. Şərif Razi, Qoncineye daneşməndan, h.ş 1352, c.1, s.324

Ədəbiyyat

  • İbn Şəhraşub, Mazandarani, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, 1-ci çap, h.q 1379
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Ruğəni, Zəhra, Şieyane Xuce dər ayineye tarix, Tehran, 1-ci çap, h.ş 1387
  • Şərifrazi, Məhəmməd, Qoncineye daneşməndan, Tehran, h.ş 1352
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Tehran, Cahan nəşr, 1-ci çap, h.ş 1378
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Muqənnə, Qum, İmam Hadi (ə) müəssisəsi, 1-ci çap, h.q 1415
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Əbdür-Rəhman, Mahmud, Mucəmul-mustələhat vəl-əlfazil-Fiqhiyyə, Darul-fəzilət
  • Əllamə Hilli, Həəsn ibn Yusif, Təhrirul-əhkam, Qum, İmam Sadiq (ə)müəssisəsi, 1-ci çap, h.q 1420
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, 7-ci çap, h.q 1404

Xarici keçid