Fələstin Ayətullah Xameneinin baxışında (kitab)
![]() | |
| Müəllif | Seyyid Əli Hüseyni Xamenei |
|---|---|
| Mövzu | Fələstin |
| Dil | Farsca |
| Cild sayı | 1 cild |
| Nəşriyyat | İslam inqilabı nəşriyyatı |
| Nəşr tarixi | h.ş 1390 (2012) |
Fələstin Ayətullah Xameneinin baxışında (فلسطين في مواقف آية الله العظمى الإمام الخامنئي) adlı kitab, İran İslam Respublikasının rəhbəri Seyid Əli Xameneinin Fələstin mövzusundakı çıxış və mövqelərini əhatə edən farsdilli bir əsərdir. Kitabda əks olunan Ayətullah Xameneinin bəzi fikirləri bunlardır: Fələstin məsələsinin düzgün həlli bütün fələstinlilərin iştirakı ilə keçiriləcək ümumxalq referendomdur; Fələstinin azadlığının yeganə yolu müqavimətdir; İsraillə barışıq və danışıqlar fələstinlilər üçün zərərdir; Fələstini və onun xalqını müdafiə etmək dini bir vəzifədir.
Bu kitab ərəb dilinə tərcümə olunmuş, onun seçmə məzmunu isə ingilis dilində dərc edilmişdir. Kitabın nəşri İsrail və Avropa mediasında da əks-səda doğurmuşdur.
Kitabın məzmunu
“Fələstin İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-uzma Xameneinin (r.ə) baxışında,” adlı bu kitab, Ayətullah Xameneinin Fələstin mövzusundakı nəzərlərini ehtiva edir. Kitabın məzmunu Ayətullah Xameneinin şəmsi təqvimi ilə 1359‑cu ilin mordad ayının 17‑də (1981) Qüds günü münasibətilə qıldığı cümə namazı xütbəsinin “İkinci Qüds Gününün xatırlanması” başlıqlı mətnindən və səkkiz əsas bölmədən ibarətdir. Bu bölmələr bunlardır: Ümumi məsələlər, məğlubiyyətlər və qələbələr, məsuliyyətlər, cinayətlər, həll yolları, qəhrəmanlar, maarifləndirmə və parlaq gələcək.[1] Kitabın tərtibçisi şiə ruhani Səid Sülh-Mirzaidir.[2] O, Ayətullah Xameneinin digər mövzulardakı çıxışlarını da toplayıb nəşr etmişdir.[3]
Ayətullah Xameneinin kitabda yer alan bəzi fikirləri
- Fələstin məsələsinin həlli, işğal olunmuş ərazilərdə və onların xaricində yaşayan bütün fələstinlilərin – müsəlman, xristian və yəhudi – iştirakı ilə keçiriləcək ümumxalq referendomdur.[4]
- Fələstin azad olacaq[5] və onun azadlığının yeganə yolu müqavimətdir, barışıq və danışıqlar deyil.[6] Fələstin məsələsində danışıqlar aparmaq bağışlanmaz bir səhvdir; bu, fələstinlilərə yalnız zərər gətirir və Fələstinin azadlığını gecikdirir.[7] Həmçinin o, şəmsi təqvimi ilə 1394‑cü ildə (2016) belə bir proqnoz vermişdir ki, şəmsi 1419‑cu ilə (2041) qədər “sionist rejimi” adlı bir şey mövcud olmayacaq.[8]
- İslam təlimlərinə əsasən, Fələstini müdafiə etmək və onun xalqına dəstək vermək dini bir vəzifədir (vacibdir).[9]
- Fələstin məsələsi İslam dünyasının ən mühüm məsələsidir.[10]
- Bu məsələ yalnız ərəb və ya islam məsələsi deyil, həm də insani bir məsələdir.[11]
Əliəkbər Vilayətinin müqəddiməsi

Əliəkbər Vilayəti bu kitaba bir müqəddimə yazmışdır. O, bu müqəddimədə Fələstinin işğalını və sionist dövlətinin yaradılmasını Qərbin İslam dünyasına qarşı qurduğu bir hiylənin tərkib hissəsi kimi təqdim edir.[12]
Kitabın İsrail və Amerika mediasında əks-sədası
Şəmsi təqvimi ilə 1394-cü ildə (2016) İran İslam Respublikasının 5+1 ölkələri ilə nüvə danışıqları aparıldığı dövrdə, Ayətullah Xameneinin Fələstin məsələsinə dair baxışlarını əks etdirən “Fələstin Ayətullah Xameneinin baxışında” kitabı və onun Fələstin və İsrail barəsindəki mövqeləri İsrail, ABŞ və Avropa mediasında geniş müzakirə olundu.[13] Sionist rejimin o vaxtkı baş naziri Benyamin Netanyahu, şəmsi təqvimi ilə 9 Mehr 1394-cü ildə (2016) BMT Baş Assambleyasında çıxışı zamanı bu kitabın bir nüsxəsini göstərərək, İran hökumətinin və liderinin İsrailə dair həqiqi mövqelərini “düşmənçilik” kimi təqdim etdi. Netanyahunun çıxışı İranın daxili mediasında geniş əks-səda doğurdu və nəticədə insanların həmin kitaba müraciəti artdı.[14]
Kitabın nəşri və tərcüməsi
Ayətullah Xameneinin baxışında Fələstin kitabı ilk dəfə şəmsi təqvimi ilə 1390-cı ildə (2012) fars dilində nəşr olundu.[15] Sonrakı illərdə bir neçə dəfə yenidən çap edildi.[16] Kitabın ilkin nəşri Ayətullah Xameneinin şəmsi təqvimi ilə 1390-cı ilə qədərki çıxışlarını əhatə edirdi, lakin sonrakı çaplarda onun şəmsi 1395-ci ilin (2017) dey ayına qədər olan çıxışları da əlavə edildi.[17] Kitab ərəb dilinə tərcümə olunmuş, həmçinin onun seçmə mətnlərindən ibarət ingilis dilində bir versiya da hazırlanmışdır.[18]

İstinadlar
- ↑ Baxın: Xamenei, Fələstin, h.ş 1397
- ↑ Xamenei, Fələstin, h.ş 1397, Kitabla tanışlıq bölmündə
- ↑ Nümunə üçün baxın: Xamenei, Cihade təbyin, h.ş 1400, Kitabla tanışlıq bölmündə
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.506
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.599
- ↑ Xamenei, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Xamenei, h.ş 1397, s.487-490
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.499-500
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.603
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.29
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.38-39
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.29
- ↑ Xamenei, Fələstin, h.ş 1397, Müqəddimə, s.3-4
- ↑ Xamenei, Fələstin, h.ş 1397
- ↑ Qoftequye məşriq ba nevisənde kitabi ke Netanyahu ra bər aşoft., mashreghnews.ir saytı
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.5
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.5
- ↑ Xamenei, Fələstin, h.ş 1397
- ↑ Xamenei, Fələstin, h.ş 1397, s.5
Ədəbiyyat
- Xamenei, Seyyid Əli, Cihade təbyin dər əndişeye Həzrət Ayətullahul-üzma Xamenei, Səid Sülhmirzayinin səyi ilə, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1400
- Xamenei, Seyyid Əli, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Xamenei, Səid Sülhmirzayinin səyi ilə, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1397
- Qoftequye məşriq ba nevisənde kitabi ke Netanyahu ra bər aşoft., mashreghnews.ir saytı, Mətləbin dərc olma vaxtı: 13 Mehr h.ş 139; Baxış: 5 Aban h.ş 1403
