Məzmuna keç

Aftab dər Məsaf (kitab)

wikishia saytından
Aftab dər Məsaf
Başqa adlarıAşura hadisəsinin səbəbləri və ölçüləri
MüəllifSeyyid Əli Hüseyni Xamenei
Mövzuİmam Hüseyn (ə), Kərbəla hadisəsinin təhlili
ÜslubTarixi-təhlili
DilFarsca
Səyi iləFərhəngi hədise ləvh və qələm müəssisəsi
Cild sayı1
Səhifə sayı1040
Nəşriyyatİslam İnqilabı Nəşriyyatı
Nəşr edildiyi yerTehran
Nəşr tarixi2014
Çap seriyası978-964-2951-10-30
Beynəlxalq standart nömrəsi (İSBN)30-70-2591-964-978
Kitabın farsca adıآفتاب در مصاف: علل و ابعاد حادثه عاشورا
Elektron versiyaOnlayn mətn


Aftab dər Məsaf (farsca: آفتاب در مصاف) kitabı, alt başlığı Aşura hadisəsinin səbəbləri və ölçüləri olan bir əsərdir və İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin İmam Hüseyn (ə) və 61‑ci hicri ilində baş verən Aşura hadisəsi ilə bağlı çıxışlarının yazıya köçürülmüş mətnidir. Bu çıxışlar şəmsi təqvimi ilə 1357–1390‑cı (1979-2012) illər arasında bəyan olunmuşdur.

Aftab dər Məsaf kitabı altı fəsildən ibarətdir və İmam Hüseynin (ə) şəxsiyyəti, onun qiyamının səbəbləri və məqsədləri, Kərbəlada İmam Hüseynin (ə) tərəfdarları və düşmənləri, həmçinin İmam Hüseynə (ə) aid bəzi dualar və onunla bağlı ziyarətlərdən bəhs edir.

Bu kitab ilk dəfə şəmsi təqvimi ilə 1392‑ci (2014) ildə çap olunmuş və 1401‑ci (2023) ilə qədər on dəfə yenidən nəşr edilmişdir. Həmçinin ondan “Aşura dərsləri” adlı ayrıca bir kitab da çıxarılaraq çaö edilmişdir.

Müəllifi

Əsas məqalə: Seyyid Əli Hüseyni Xamenei

Seyid Əli Xamenei, İslam İnqilabının ikinci rəhbəridir. O, çıxışlarında və qeydlərində tarixi mövzuları da təhlil etmiş və bu mətnlərin bəziləri sonradan kitaba çevrilmişdir; məsələn, “250 yaşlı insan”, “Sadiq rəhbər” və “İki mücahid imam” kimi əsərlər.[1]

Aftab dər Məsaf kitabından sonra Seyid Əli Xameneinin İmam Hüseyn (ə) və Aşura mövzusunda çıxışlarından “Çahar qoftar”, “Aşura dərsləri” və “72 Aşura sözü” ünvanı ilə daha üç kitab nəşr olunmuşdur.[2]

Kitabın quruluşu və məzmunu

Aftab dər Məsaf: Aşura hadisəsinin səbəbləri və ölçüləri kitabının mövzuları Ayətullah Xameneinin şəmsi təqvimi ilə 1357‑ci (1979) ildən 1390‑cı ilə (2012) qədərki çıxışlarının zaman ardıcıllığına əsasən tərtib edilmiş[3] və altı fəsildə toplanmışdır. Kitabın ümumi məzmunu belədir:

  1. Ümumi məsələlər: Bu fəsildə İslam məktəbi, İslami maarif, İslam cəmiyyəti, Peyğəmbər (s), Şiə imamları və bəzi ictimai‑sosioloji mövzular kimi giriş xarakterli məsələlər yer alır.[4]
  2. İmam Hüseyn (ə): Burada İmam Hüseynin (ə) mövlud bayramı, onun şəxsiyyəti və Hüseyni dərslər kimi mövzulara toxunulur.[5]
  3. Aşura: Bu fəsildə İmam Hüseynin (ə) qiyamının mahiyyəti, qiyamın səbəbləri və məqsədləri, mübarizə metodologiyası, qiyamın xüsusiyyətləri, onun qalıcı olmasının sirləri, Aşura ilə bağlı vəzifələr və təhriflər kimi mövzular araşdırılır.[6]
  4. Aşura səhabələri: Bu bölmədə Aşura hadisəsinin önəmli simaları tanıdılır: Zeynəb Kübra (s), Həzrət Abbas (ə), Əli Əkbər (ə), Müslim ibn Əqil, Qasım ibn Həsən və Abdullah ibn Həsən kimi şəxsiyyətlər.[7]
  5. Aşura düşmənləri: Bu fəsildə Aşura hadisəsini hazırlayan və meydana gətirən şəxslərin xüsusiyyətləri açıqlanır. Məsələn, Müaviyə ibn Əbu Süfyan və Yezid ibn Müaviyənin dövrü və onların hakimiyyət xüsusiyyətləri izah olunur.[8]
  6. Ziyarətlər və dualar: Bu fəsildə İmam Hüseyndən (ə) nəql olunan bəzi duaların şərhi və tanıtımı və ya Ərəfə duası, Aşura ziyarəti, Ərbəin ziyarəti kimi onun barəsində gəlmiş ziyarətlər təqdim olunur.[9]
"Aftab dər Məsaf" kitabından bir hissə çıxarılaraq hazırlanmış "Aşura dərsləri" kitabı

Kitabın əsas xüsusiyyətlərindən biri mətnin mübhəm ifadələrdən uzaq olması, məzmunun aydın şəkildə bölünməsi,[10] həmçinin vacib məqamların kitabın haşiyəsində xülasə edilməsidir ki, bu da oxucunun mövzulara daha asan şəkildə əldə etməsini təmin edir.[11]

Nəşr

Aftab dər Masaf kitabı “Lövh və Qələm Hədisi Mədəni İnstitutu” tərəfindən toplanmış[12] və ilk dəfə şəmsi təqvimi ilə 1392‑ci ildə (2014) “İslam İnqilabı Nəşriyyatı” tərəfindən[13] çap olunmuşdur. Kitab ümumilikdə 1040 səhifədir. Sonrakı nəşrlərdə kitabın 362 səhifəlik adlar və göstəricilər bölümü çıxarılmış və “İslam İnqilabı” nəşriyyatının saytında ayrıca yerləşdirilmişdir.[14] Bu əsər şəmsi təqvimi ilə 1402‑ci (2024) ilə qədər on dəfə yenidən çap olunmuşdur.[15]

“Aşura dərsləri” kitabı isə Aftab dər Məsaf əsərindən seçilmiş Aşura hadisəsi ilə bağlı əlli dərs və ibrəti ehtiva edir və “Lövh və Qələm Hədisi Mədəni İnstitutu” tərəfindən 264 səhifəlik bir kitab kimi nəşr edilmişdir.[16]

İstinadlar

  1. ↑ «نگاهی گذرا به زندگینامه آیت‌الله سید علی خامنه‌ای», Khamenei saytı
  2. ↑ «کتاب آفتاب در مصاف رونمایی میشود», Khameneibook saytı
  3. ↑ Xamenei, Aftab dər məsaf, s.5
  4. ↑ Xamenei, Aftab dər məsaf, s.7
  5. ↑ Xamenei, Aftab dər məsaf, s.7
  6. ↑ Xamenei, Aftab dər məsaf, s.8
  7. ↑ Xamenei, Aftab dər məsaf, s.8
  8. ↑ Xamenei, Aftab dər məsaf, s.8
  9. ↑ Xamenei, Aftab dər məsaf, s.8
  10. ↑ Xamenei, Aftab dər məsaf, s.6
  11. ↑ Xamenei, Aftab dər məsaf, s.6
  12. ↑ «آفتاب در مصاف», Khameneibook saytı
  13. ↑ Ketabe Aftab dər məsaf təcdid çap şod, İslam İnqilabı nəşriyyatı
  14. ↑ «کتاب آفتاب در مصاف تجدید چاپ شد», Khameneibook saytı
  15. ↑ «کتاب آفتاب در مصاف تجدید چاپ شد», Khameneibook saytı
  16. ↑ «درس‌های عاشورا از نگاه رهبر معظم انقلاب منتشر شد»,Farsnews saytı

Ədəbiyyat