Məzmuna keç

Humanitar elmlərin islamiləşdirilməsi

wikishia saytından

Humanitar elmlərin islamiləşdirilməsi (ərəbcə: أسلمة العلوم الإسلامية) İslamın bilik əsaslarına söykənərək bu elmlərin yenidən tərif edilməsi və yenidən qurulması deməkdir. Bu yanaşmanın məqsədi psixologiya, sosiologiya kimi sahələri İslam dünyagörüşü ilə uyğunlaşdırmaqdır. Bu diskurs şəmsi təqvimi ilə 1357-ci il (1979) İslam İnqilabından sonra İranda genişlənmiş və ölkənin mədəni–elmi siyasətlərində xüsusi yer tutmuşdur. Elə buna görə də Ali Mədəni İnqilab Şurası kimi qurumlara bu sahədə xüsusi vəzifələr həvalə olunub.

Bu ideyanın həm tərəfdarları, həm də əleyhdarları mövcuddur: Tərəfdarlar — o cümlədən İmam Xomeyni (r.ə), Seyid Əli Xamenei, Şəhid Mürtəza MütəhhəriSeyid Məhəmməd Baqir Sədr — bunu elmi və mədəni müstəqilliyə doğru bir addım hesab edirlər. Əleyhdarlar — məsələn, Əbdülkərim SuruşMustafa Məlikian — isə elmlərin islamiləşdirilməsini elmin ümumbəşəri mahiyyəti ilə ziddiyyətli sayırlar.

Mahiyyəti və mövqeyi

Humanitar elmlərin islamiləşdirilməsi, əsasən, bu elmlərin İslam təlimləri əsasında yenidən tərif edilməsi və yenidən qurulması cəhdidir ki, psixologiya, sosiologiya, idarəetmə və iqtisadiyyat kimi sahələr İslam dünyagörüşü ilə uyğunlaşdırılsın.[1] Humanitar elmlərin islamiləşdirilməsi ideyası belə bir inanca əsaslanır ki, elm, dünyagörüşündən təsirlənir və hər bir bilik sistemi müəyyən fəlsəfi əsaslara söykənir.[2] Müasir humanitar elmlər Qərb sivilizasiyası, maddi və humanist baxışları üzərində formalaşdığı üçün, İslam cəmiyyətlərində onların dini əsaslarla uyğunlaşdırılaraq yenidən qurulması zəruri hesab olunur.[3]

Tədqiqatçıların fikrincə, bu yanaşma Seyid Cəmaləddin ƏsədabadiMəhəmməd Əbdühün düşüncələrinə söykənir[4] və İslam İnqilabından sonra İranda geniş yayılıb.[5] Bundan əlavə, müsəlman filosofların yunan fəlsəfəsi ilə İslam təlimlərini birləşdirməsi də bu istiqamətin tarixi nümunəsi kimi göstərilir.[6]

İranda humanitar elmlərin islamiləşdirilməsi siyasəti

İranda inqilabdan sonra müxtəlif qurumlar humanitar elmlərin islamiləşdirilməsi siyasətinin icrasına məsul olmuşdur. Şəmsi təqvimi ilə 1360-cı illərdən etibarən Ali Mədəni İnqilab Şurası bu sahənin idarə edilməsini öz üzərinə götürmüş və 1388-ci ildə “Humanitar Elmlərin Transformasiyası və Təkmilləşdirilməsi üzrə İxtisaslaşmış Şura”nın yaradılması ilə bu proses davam etdirilmişdir.[7] Həmçinin İslam Elmləri Akademiyası, Hövzə və Universitet Araşdırma Mərkəzi, İmam Sadiq (ə) Universiteti, Baqirul-ulum (ə) Universitetiİmam Xomeyni (r.ə) Tədris və Tədqiqat İnstitutu kimi qurumlar da humanitar İslam elmlərinin inkişaf etdirilməsi məqsədilə təsis olunmuşdur.[8] İslam–İran İnkişaf Modeli Mərkəzi də bu sahədə nəzəri və yerli modellərin hazırlanması ilə vəzifələndirilmişdir.[9]

Humanitar elmlərin islamiləşdirilməsi siyasəti İranın əsas strateji sənədlərində də öz əksini tapmışdır; o cümlədən: - Təhsil sisteminin əsaslı transformasiya sənədi,[10] - Beşillik inkişaf proqramları,[11] - Humanitar Elmlərin Transformasiya Sənədi,[12] - Ölkənin Mədəni Mühəndislik Xəritəsi,[13] - İslami Universitet Sənədi.[14]

Praktiki addımlar arasında dərsliklərin yenidən nəzərdən keçirilməsi,[15] İslam iqtisadiyyatı[16] və İslam psixologiyası[17] kimi yeni ixtisasların yaradılması, konfransların təşkil edilməsi,[18] tədqiqat layihələrinin icrası[19] və şəmsi təqvimi ilə 12 dey tarixinin “humanitar İslam elmləri günü” kimi adlandırılması yer alır.[20] Bununla belə, bu ideya hələ də əsasən nəzəri və siyasətqurma mərhələsindədir.[21] Dini elmin istehsal prosesinin uzun olması[22] və tanınmış elmi simaların azlığı[23] bu sahədə irəliləyişin yavaş getməsinin səbəbləri kimi göstərilir.

Humanitar elmlərin islamiləşdirilməsinin tərəfdarları və əleyhdarları

“Biz humanitar elmlərin imkanlarını inkar etməməliyik. Quran oxumaq və Quranı əzbərləmək, əgər dərin düşüncə və kifayət qədər bəsirət olmadan olsa, ixlaslı insanı robotlaşdırır. Biz Qərbi humanitar elmlərdə irəlilədiklərinə görə qınaya bilmərik. Onlar daim araşdırma aparır və humanitar elmlər istehsal edirlər. Biz isə daim tərcümə edir və hazır məhsuldan istifadə edirik. Biz humanitar elmlərin istehsalına sərmayə qoymalıyıq. Bu, ağıllı davranış deyil ki, onlar istehsal etsin, biz isə yalnız tərcümə ilə kifayətlənək… Biz öz əsaslarımıza uyğun insani elmlər istehsal etməyənə qədər və tərcümə ilə kifayətləndiyimiz müddətcə bunun əvəzini ödəməli olacağıq”.

[24]


Humanitar elmlərin islamiləşdirilməsinin əleyhdarları elmi ümumbəşəri bir fenomen hesab edir və onun “islami” və “qeyri-islami” kimi bölünməsini epistemoloji baxımdan əsassız sayırlar.[25] Onların fikrincə, din əsasən etiqadi və əxlaqi sahələrdə funksiyaya malikdir[26] və təcrübəyə əsaslanan sosial problemlərə cavab vermək gücündə deyil.[27] Əbdülkərim Suruş, Mustafa Məlikian[28] və Bijən Əbdülkərimi bu ideyanın tənqidçiləri arasındadır və onlar təcrübə elmi ilə dini bilginin birləşdirilməsini ziddiyyətli hesab edirlər.[29]

Buna qarşı olaraq, İmam Xomeyni (r.ə), Seyid Əli Xamenei, Seyid Məhəmməd Baqir Sədr, Şəhid Mürtəza Mütəhhəri, Abdullah Cavadi Amuli, Məhəmməd Təqi Misbah Yəzdi, Əli Şəriəti, Seyid Münirüddin Hüseyni, Seyid Hüseyn Nəsr, Məhəmməd Mehdi Mirbaqiri, Əliəkbər Rəşad, Əlirza Ərafi, Həmid ParsaniyaƏbdülhüseyn Xosrovpənah kimi şəxslər bu ideyanın tərəfdarlarıdır. Onlar humanitar elmlərin islamiləşdirilməsini İslam cəmiyyətlərinin mədəni və intellektual müstəqilliyinə doğru atılan bir addım və Qərb elmi asılılığından qurtuluş kimi qiymətləndirirlər.[30][31]

İstinadlar

  1. Baxın: Xosrovpənah, Fəlsəfeye ulume insani, s.129; Şərifi, Rəveşşenasi ulume insani İslami, s.49-50; Ələvani, İslamiyyətul-mərifəti beynəl-əmsi vəl-yəvm, s.19
  2. Qolşəni, Ulquye İslami - İrani tusueye elm, s.96
  3. Baxın: Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.12-14
  4. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.35-46
  5. Sənəde tolide ulume insani İslami, s.10-12
  6. «مدلی برای تحول و اسلامی سازی علوم با اقتباس از شکل گیری فلسفه اسلامی در دوران اوج تمدن اسلامی», İict.ac.ir saytı
  7. «آیین‌نامه تشکیل شورای تخصصی تحول و ارتقاء علوم انسانی», Majlis.ir saytı
  8. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.48
  9. «وظایف مرکز», Olgou.ir saytı
  10. «مصوبه «سند تحول بنیادین آموزش و پرورش», Majlis.ir saytı
  11. «قانون برنامه پنجساله پنجم توسعه جمهوری اسلامی ایران», Majlis.ir saytı; «قانون برنامه پنج ساله ششم توسعه اقتصادی، اجتماعی و فرهنگی جمهوری اسلامی ایران», Majlis.ir saytı; «قانون برنامه پنج ساله هفتم پیشرفت جمهوری اسلامی ایران», Majlis.ir saytı
  12. «رئیس شورای تحول و ارتقاء علوم انسانی گفت: سند تحول علوم انسانی؛ بستری برای پیشرفت اسلامی-ایرانی و اثرگذاری اجتماعی», Sccr.ir saytı
  13. Nəqşe mühəndisi fərhəngi keşvər, s.39
  14. «مصوبه «سند دانشگاه اسلامی», Majlis.ir saytı
  15. «پژوهشگاه حوزه و دانشگاه در یک نگاه», Rihu.ac.ir
  16. «معرفی رشته اقتصاد اسلامی», Khu.ac.ir saytı
  17. «سرفصل دوره کارشناسی ارشد روانشناسی اسلامی تصویب شد», Mehr xəbər agentliyi
  18. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.50-51
  19. Əhmədzadə, «واکاوی پژوهشگاه علوم و فرهنگ اسلامی», İsca.ac.ir saytı; Əvliyayi; «پروژه علوم انسانی اسلامی و بازخوانی چند رویکرد», Farhikhtegandaily saytı
  20. موافقت شورای فرهنگی عمومی با نامگذاری ۱۲ دی به نام روز علوم انسانی اسلامی, Şəfəqna saytı
  21. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.15
  22. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.11
  23. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.16
  24. ،آماده‌خوری در علوم انسانی، زمینه‌ساز ریزش‌هاست, Khamenei.ir saytı
  25. Suruş, İslam və ulume ictimai, Nəqdi bər dini kərdəne elm, s.333-334
  26. Suruş, Dine əqəlli və əksəri, s.4-5; Suruş, İslam və ulume ictimai, Nəqdi bər dini kərdəne elm, s.84-112
  27. Suruş, Dərshayi dər fəlsəfeye elmul-ictima, s.17
  28. Suruş, Dine əqəlli və əksəri, s.4-5; Suruş, İslam və ulume ictimai, Nəqdi bər dini kərdəne elm, s.84-112; Məlikiyan, İmkan və çequnegiye elme dini, s.11-12
  29. Əbdül-Kərimi, Payane teoloji, c.1, s.174-175
  30. Müvəhhid Əbtəhi, Təhlil bər əndişehaye elme dini dər cəhane İslam, s.47
  31. Qəstəlani, Əl-Məvahibud-dəniyyə, c.1, s.442-444

Ədəbiyyat