İmam Xomeyni (r.ə) hüseyniyyəsi (Tehran)
| Qurucusu | Möhsin Rəfiqdust |
|---|---|
| Məkan | Tehran, İran |
| Digər adları | Beyti-rəhbəri (Rəhbərlik) |
| Vəziyyəti | Aktiv |
| Sahəsi | 2 min kv |
| İmkanları | Təhsil və din təbliği |
İmam Xomeyni (r.ə) hüseyniyyəsi (farsca: حسینیه امام خمینی) Tehranın hüseyniyyələrindən biridir və dini mərasimlərin, rəsmi görüşlərin, həmçinin İran İslam Respublikasının Rəhbəri Seyid Əli Xameneinin dərs məclislərinin keçirildiyi yerdir. Bu hüseyniyyənin təsisi şəmsi təqvimi ilə 1368-ci ilə (1989) və Seyid Əli Xameneinin rəhbərliyə seçilməsinə təsadüf edir.
İstifadəsi
İmam Xomeyni (r.ə) hüseyniyyəsi Tehranda yerləşən bir binadır və Ayətullah Xameneinin əksər rəsmi tədbirləri, o cümlədən ümumi və xalqla görüşləri,[1] dini mərasimlər[2] və onun xaric dərsləri burada keçirilir.[3] Bu hüseyniyyədə keçirilən ən məşhur mərasimlər Məhərrəm ayının 7-dən 12-dək keçirilən əzadarlıqlar və Fatimiyyə günləri mərasimləridir. Ramazan ayının əvvəlindən sonuna qədər hər gün zöhr və əsr namazları camaatla qılınır. Bəzi xüsusi günlərdə qılınan camat namazı Ayətullah Xameneinin imamlığı ilə qılınır.[4]
Hüseyniyyənin binası
Şəmsi təqvimi ilə 1368-ci ildə Ayətullah Xameneinin İranın Ali Rəhbəri seçilməsindən sonra, onun təklifi ilə Möhsün Rəfiqdust, Nizam Mafi ailəsinə məxsus olan bir evi satın aldı və həmin ərazidə İmam Xomeyni (r.ə) hüseyniyyəsinin tikintisinə başlandı.[5]
Hüseyniyyə 2000 kvadratmetrlik bir ərazidə layihələndirildi. Möhsün Rəfiqdustun sözlərinə görə, tikinti işləri 61 gün davam edib və bütün xərclər xalqın ianələri ilə təmin olunub. Binanın tamamlanmasından sonra Ayətullah Xameneinin təklifi ilə hüseyniyyə zilu ilə döşənib.[6] Bu hüseyniyyənin ziluları Yəzd şəhərinin istehsalıdır və əl ilə toxunmuşdur.[7] Hüseyniyyənin binası üçsantimetrlik kərpiclərlə bəzədilib, bəzi hissələrdə balkon tikilib və Ayətullah Xameneinin təkidi ilə binanın bəzədilməsində kaşı işlədilməyib.[8]
ABŞ və İsrail tərəfindən hüseyniyyənin bombalanması


Əsas məqalə: Ayətullah Xameneinin terror edilməsi
Şəmsi təqvimi ilə 1404-cü ilin isfənd ayının 9-u (28 Fevral 2026) tarixində ABŞ və İsrail İmam Xomeyni (r.ə) hüseyniyyəsi və Beyti-rəhbəri (Rəhbərlik) kompleksini raket hücumları ilə hədəfə aldılar. Bu bombardman nəticəsində bina dağıldı və Ayətullah Xamenei, ailə üzvlərindən bir neçəsi və ofis əməkdaşları şəhid oldular.
Əlaqəli məqalələr
İstinadlar
- ↑ «حسینیه امام خمینی(ره) حال و هوای کلاس درس گرفت», İmna xəbər agentliyi
- ↑ «آخرین شب مراسم عزاداری حضرت فاطمهزهرا سلاماللهعلیها در حسینیه امام خمینی(ره)», Khamenei.ir saytı
- ↑ «تأسیس حسینیه امام خمینی», Parsa xəbər agentliyi
- ↑ «حسینیه امام خمینی», Funzi saytı
- ↑ «بیت رهبری چگونه ساخته شد؟/ چرا "آقا" به جماران نرفت؟!», Jahannews saytı
- ↑ «رفیقدوست: من مثل چماق میمانم», Tabnak xəbər agentliyi
- ↑ «زیلوهای حسینیه امام خمینی چه کسانی میبافند؟», Hawzah saytı
- ↑ «رفیقدوست: من مثل چماق میمانم», Tabnak xəbər agentliyi
- ↑ «جلسه درس خارج فقه آیتالله خامنهای», Khamenei.ir saytı
Ədəbiyyat
- «جلسه درس خارج فقه آیتالله خامنهای» (Ayətullah Xameneinin dərsi-xarici), Mətləbin dərc tarixi: 17/11/2019; Baxış tarixi: 13/9/2016
- «تصاویری از خیل خبرنگاران در حسینیه امام خمینی در حضور رهبر انقلاب» (İmam Xomeyni Hüseyniyyəsində inqilabın rəhbərinin hüzurunda çox saylı jurnalistlər), Etemad xəbər saytı, Mətləbin dərc tarixi: 1/3/2014; Baxış tarixi: 13/9/2016
- «مراسم عزاداری شام شهادت حضرت فاطمهزهرا سلاماللهعلیها» (İmam Xomeyni hüseyniyyəsində Həzrət Zəhra (ə) adına şəhadət axşamının əzadarlıq mərasimi), Həzrət Ayətullah Xameneinin əsərlərinin nəşri və hifzi adına ofisin rəsmi saytı, Mətləbin dərc tarixi: 17/12/2023; Baxış tarixi: 13/9/2016
- «زیلوهای بیت رهبری را چه کسانی می بافند؟» (Beyte-rəhbərinin xalçalarını kimlər toxuyur ?), Daneşcu xəbər saytı, Mətləbin dərc tarixi: 11/8/2020; Baxış tarixi: 13/9/2016
- «تأسیس حسینیه امام خمینی» (İmam Xomeyninin təsis olunması), Parsa saytı, Mətləbin dərc tarixi: 15/6/2022; Baxış tarixi: 13/9/2016
- «آخرین شب مراسم عزاداری حضرت فاطمهزهرا سلاماللهعلیها در حسینیه امام خمینی(ره)» (İmam Xomeyni hüseyniyyəsində Həzrət Zəhra (ə) adına son əzadarlıq mərasimi), Həzrət Ayətullah Xameneinin əsərlərinin nəşri və hifzi adına ofisin rəsmi saytı, Mətləbin dərc tarixi: 18/12/2023, Baxış tarixi: 13/9/2016
- «حسینیه امام خمینی» (İmam Xomeyni Hüseyniyyəsi), İran Fanzi saytı, Mətləbin dərc tarixi: məlum deyil, Baxış tarixi: 13/9/2016
- «حسینیه امام خمینی(ره) حال و هوای کلاس درس گرفت» (İmam Xomeyni hüseyniyyəsi dərs abu-havasını aldı), İmna xəbər agentliyi, Mətləbin dərc tarixi: 1/5/2024; Baxış tarixi: 13/9/2016
- «بیت رهبری چگونه ساخته شد؟/ چرا "آقا" به جماران نرفت؟!» (Beyte Rəhbəri necə tikildi ? \ Niyə Ağa Cəmərana getmədi ?), Cahanniyuz, Mətləbin dərc tarixi: 9/6/2016; Baxış tarixi: 13/9/2016
- «رفیق دوست: من مثل چماق میمانم» (Dostun dostu; Mən çomaq kimi qalacam), Tabnak xəbər agentliyi, Mətləbin dərc tarixi: 18/5/2013; Baxış tarixi: 13/9/2016