Ayətullah Xameneinin terror edilməsi
Ramazan döyüşündə Rəhbərin dəftəri bonbalandıqdan sonrakı havadan çəkilmiş şəkil | |
| Hadisənin izahı | ABŞ və İsrail tərəfdən Rəhbərin dəftəri bombalanır və Rəhbər şəhid olur |
|---|---|
| Zaman | 28 Fevral 2026 |
| Məkan | Tehran |
| Səbəbkarlar | Sionist rejim (İsrail) və Amerika |
| Nəticələr | Seyyid Əli Hüseyni Xamenei, ailə üzvləri və ofis işçilərinin şəhadətə çatması |
| Zərərlər | Müqavimət qruplarının cihad elan etməsi və İsrail hücum etmələri, bəzi mərcə-təqlidlərin cihad elan etməsi |
| Reaksiyalar | "Doğru vəd 4" əməliyyatlarının başlaması, müxtəlif ölkələr tərəfindən İran lehinə bəyanatların verilməsi və İsrail və ABŞ-ın hücumlarına görə müxtəlif ölkələr tərəfdən məhkum edilməsi, intiqam tələb olunması və mitinqlərin keçirilməsi |
| Əlaqəli | Seyyid Həsən Nəsrullahın terror edilməsi |
Ayətullah Xameneinin terror edilməsi (farsca: ترور آیتالله خامنهای), İran İslam Respublikasının o vaxtkı rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhid olmasına işarə edir ki, şəmsi təqvimi ilə 1404‑cü ilinin isfənd ayının 9-u, (28 Fevral 2026) hicri‑qəməri 1447‑ci ilin Ramazan ayının 10-da ABŞ və İsrailin Tehrandakı Bəyti Rəhbərliyə birgə hücumu nəticəsində baş vermişdir. Onun şəhadət xəbəri 11 Ramazan və 10 isfənd 1404‑cü ilin (1 Mart 2026) sübh çağı elan olundu.
ABŞ və İsrailin hücumlarında İran liderinin ailə üzvlərindən bir qismi, eləcə də İranın yüksək rütbəli komandirlərindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Seyid Əbdürrəhim Musəvi, Sepahın baş komandanı Məhəmməd Pakpur, Ali Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə də şəhid oldular. İran liderinin terroru və şəhadətinin məqsədi İran xalqının iradəsini sındırmaq, sionist rejimin bölgəyə hakimiyyətini təmin etmək və İranda hakim olan sistemi dəyişdirmək kimi göstərilir.
İran və dünya şiələrinin liderinin necə və nə üçün terror edilməsi
İran İslam Respublikasının ikinci rəhbəri (rəhbərlik: 1368–1404 h.ş.) və dünya şiələrinin lideri Ayətullah Seyid Əli Hüseyni Xamenei şənbə günü, şəmsi təqvimi ilə 1404‑cü ilinin isfənd ayının 9-u, hicri 1447‑ci ilin Ramazan ayının 10-u, 28 fevral 2026‑cı ilin səhəri ABŞ və İsrailin Bəyti Rəhbərliyə raket hücumu nəticəsində şəhid oldu.[1] İran liderinin terror edilməsinin məqsədi İran xalqının iradə və ruhiyyəsini sarsıtmaq, sionist rejimin bölgəyə hakimiyyətini möhkəmləndirmək[2] və İranda rejim dəyişikliyi yaratmaq kimi izah edilir. Həmçinin deyilirdi ki, Ayətullah Xameneinin terror edilməsinə bəhanələrdən biri İranın nüvə silahına sahib olmasının qarşısını almaq olub.[3] Halbuki Ayətullah Xamenei nüvə silahının istehsalı və istifadəsinin haram olduğuna dair fətva vermişdi və eyni zamanda İran ilə ABŞ İranın nüvə proqramı barədə danışıqlar aparırdılar. ABŞ prezidenti iddia edirdi ki, İranın nüvə obyektləri şəmsi təqvimi ilə 1404‑cü ilin xordad ayında bombardman zamanı məhv edilib. ABŞ və İsrail şəmsi təqvimi ilə 1404‑cü ilin dey ayında da İran İslam Respublikasının sistemini dəyişmək məqsədilə iğtişaşlar təşkil etmiş, lakin uğursuz olmuşdular. Bu hücumlardan əvvəl Seyid Əli Xamenei ABŞ prezidentinin qarşısında şiələrin üçüncü imamı İmam Hüseynin (ə) “misli la yubayiu misləh” (mənim (Hüseyn) kimisi, onun kimisi ilə (Yezidlə) beyət etməz) sözünü xatırlatmış və demişdi ki, İrana hücum olarsa, “Aşura kimi döyüşəcəyik”. ABŞ və İsrailin hücumlarında İran liderinin ailə üzvlərindən bir qismi və yüksək rütbəli komandirlərindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Seyid Əbdürrəhim Musəvi, Sepahın baş komandanı Məhəmməd Pakpur, Ali Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə də şəhid oldular.
Rəhbərlik və Müqavimət OXU-nun dəstəklənməsi
Seyid Əli Xamenei “müqavimət oxu”nun lideri və onun daimi dəstəkçisi kimi tanınırdı. O, həmçinin sionist rejimin işğalçılığına və Qərbin, xüsusilə ABŞ‑ın Qərbi Asiya bölgəsində nüfuzuna qarşı çıxır və bununla mübarizə aparırdı.
İran liderinə qarşı terror təhdidləri
مِثلی لا یُبایِعُ مِثلَ یَزید Mənim kimisi, Yezid kimisi ilə beyət etməz.
Ali-rəhbər Şəhid Ayətullah Xamenei:
İran xalqı özünün İslami və şiə dərslərini yaxşı bilir; nə etməli olduğunu anlayır. İmam Hüseyn ibn Əli buyurmuşdur: “Mənim kimisi, Yezid kimisi ilə beyət etməz.” İran xalqı da əslində deyir: Bizim kimi bir millət – bu mədəniyyətə, bu tarixə, bu yüksək maarifə sahib olan bir millət – bu gün Amerikada hakimiyyətdə olan fasiq adamlar kimi rəhbərlərlə beyət etməyəcək.
Şərqi Azərbaycan camaatı ilə axırıncı görüşündən bir hissə \ 17 Fevral 2026
İran liderinin şəhadətindən əvvəl ABŞ və İsrail onu dəfələrlə terrorla hədələmişdilər. O cümlədən İsrailin İranla on iki günlük müharibəsi zamanı ABŞ prezidenti, sionist rejimin baş naziri və İsrailin müdafiə naziri[4] onu açıq şəkildə terrorla təhdid etmişdilər. Şiə mərcəyi‑təqlidləri, Nəcəf və Qum elmi hövzələri, çoxsaylı alimlər və müsəlman qurumları bu terror təhdidlərini pisləyərək İran liderinə dəstək verdilər.[5] Nəcəf hövzəsinin bəyanatında deyilirdi ki, Seyid Əli Xamenei İslam ümmətinin müqavimət, izzət və birliyinin rəmzidir və ona qarşı hər cür təcavüz bütün müsəlman ümmətinə müharibə elan etmək və tövhid sivilizasiyasının dəyərlərinə açıq xəyanət sayılır.[6] Bəzi mərcəyi‑təqlidlər, o cümlədən Ayətullah Məkarim Şirazi[7] və Nuri Həmədani[8] rəhbərliyə və şiə mərcəiyyətinə qarşı hər cür təhdid və təcavüzü “muharibə” hökmündə qiymətləndirmişdilər.
Siyasi və dini cinayət
Beynəlxalq hüquq baxımından ölkə rəhbərlərinin terroru ağır və qəbuledilməz cinayət sayılır.[9] İranın siyasi və dini liderinin, həmçinin dünya şiələrinin rəhbərinin terroru təkcə siyasi cinayət deyil, eyni zamanda dini cinayət kimi də dəyərləndirilmişdir.[10]
Reaksiyalar

Ayətullah Xameneinin şəhadətindən sonra Seyid Əli Sistani, Vəhid Xorasani, Nasir Məkarim Şirazi, Hüseyn Nuri Həmədani, Cəfər Sübhani, Abdullah Cavadi Amuli,[11] Hüseyn Məzahiri[12] və İran elmi hövzələri İdarəsinin rəhbəri kimi mərcəyi-təqlidlər başsağlığı mesajları yayımladılar.
Bəzi mərcəyi-təqlidlər və şiə və sünni alimləri,[13] o cümlədən Cavadi Amuli[14] və Nuri Həmədani[15] cihad elan etdilər. Hüseyn Nuri Həmədani bir sualın cavabında bildirmişdir ki, bütün müsəlmanlara vacibdir ki, şəhid liderlərinin qanının intiqamını bu cinayətin səbəbkarlarından alsınlar.[16] Nasir Məkarim Şirazi isə onun şəhadətini İmam Mehdinin (ə.f) zühurunun müqəddiməsi adlandırdı.
İraq Əhli-Sünnə Alimləri Cəmiyyətinin rəhbəri də Ayətullah Xameneinin şəhadəti münasibətilə verdiyi açıqlamada alimlər və mərcəyi-təqlidlərə müraciət edərək İsrail və ABŞ-a qarşı cihad elan etməyə çağırdı.[17]
İran rəsmiləri və məsulları, o cümlədən üç hakimiyyət qolunun başçıları, həmçinin Rusiya, Tacikistan, Özbəkistan, İraq prezidentləri, Malayziya baş naziri,[18] Livan parlamentinin sədri Ayətullah Xameneinin şəhadətinə başsağlığı verdilər və ABŞ ilə İsrailin bu əməlini pislədilər. Putin İran liderinin terror edilməsini insan əxlaqının bütün meyarlarının və beynəlxalq hüququn rüsvayedici şəkildə pozulması kimi qiymətləndirdi.

Livan Hizbullahının baş katibi, Yəmən Ənsarullah hərəkatının rəhbəri, İraqın Milli Hikmət Hərəkatının lideri, Həmas, Fələstin Mücahidlər Hərəkatı və Müqtəda Sədr kimi müqavimət liderləri və qrupları da Ayətullah Xameneinin şəhadətinə başsağlığı verərək bu hadisəni pislədilər.[19] Digər din və məzhəb rəhbərləri, o cümlədən Rusiya Pravoslav Kilsəsinin rəhbəri[20] də Ayətullah Xameneinin şəhadəti ilə bağlı başsağlığı verdilər. Onun terror xəbəri dünyanın məşhur media qurumlarında geniş əks-səda doğurdu. İran liderinin terror edilməsinə cavab olaraq İran dövləti yeddi gün rəsmi tətil və qırx gün ümummilli matəm elan etdi.[21] İraq dövləti də üç gün matəm elan etdi və Kərbəla ilə Nəcəf vilayətlərində bir günlük tətil qərara alındı. İranın müxtəlif şəhərlərində və dünyanın bir çox ölkələrində — o cümlədən İraq, Pakistan, Hindistan, Livan, Yəmən, Avstraliya, Nigeriya və Türkiyədə — şiələr toplaşaraq matəm saxladılar və İran liderinin terror edilməsini pislədilər. Beyrut, Bağdad və Kəraçidə şiələr ABŞ səfirliklərinə hücum etdilər. Kəraçidə 34 nəfər güllə ilə vurularaq şəhid edildi. Kəşmirdə də xalq etirazları polis tərəfindən zorakılığa çevrildi. İranın müxtəlif şəhər və bölgələrində insanlar öz liderlərinin şəhadəti və İrana edilən hücumu pisləmək üçün toplaşır və matəm mərasimləri keçirirlər. İran liderinin şəhadətindən sonra İmam Rza (ə) hərəminin bayrağı dəyişdirildi. Cəmkəran məscidində isə intiqam rəmzi olaraq “Ya lə sarətil-Hüseyn” yazılı qırmızı bayraq ucaldıldı. İraqın bəzi şəhərlərində, eləcə də İmam Əli (ə) və Kazimeyn hərəmlərində Ayətullah Xameneinin rəmzi cənazə mərasimi keçirildi. Pakistanın bəzi şəhərlərində isə onun üçün qiyabi cənazə namazı qılındı. İranda Ayətullah Xameneinin ailə üzvlərindən bir neçəsi ilə birlikdə şəhadəti “zibhi əzim” kimi yad edilir, bu hadisə ilə İmam Hüseynin (ə) şəhadəti arasında əlaqələr qurulur və bu, dövrün haqq və batil qarşıdurmasının bir simvolu kimi dəyərləndirilir.
Nəticələri
İslam İnqilabı Keşikçiləri Korpusu İsrail və ABŞ-ın hücumuna və İran liderinin şəhadətinə cavab olaraq “Sadiq Vədə 4” əməliyyatına başladı və işğal olunmuş ərazilərə, həmçinin Qərbi Asiyada yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdi.[22] Livan Hizbullahı yayımladığı bəyanatda İran liderinin şəhadətinin intiqamı üçün İsrailə raket hücumu edərək İranla birlikdə İsraillə müharibəyə daxil olduğunu bildirdi. [23]İraq müqavimət qruplarından bəziləri, məsələn “Səraya Əliyaid-dəm”, ABŞ və İsrailə qarşı döyüşə başladı. Kürdüstan Hizbullahı da ABŞ və İsrailə qarşı cihad elan etdiyini açıqladı.[24]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ اطلاعیه شهادت حضرت آیتالله العظمی سیدعلی حسینی خامنهای رهبر انقلاب اسلامی, Khamenei saytı
- ↑ رهبر انصارالله: هدف ترور آیت الله خامنهای درهم شکستن روحیه ملت ایران است, Alalam saytı
- ↑ علی خامنهای، رهبر ایران کشته شد, Euronews saytı
- ↑ وزیر جنگ اسرائیل، رهبر انقلاب را تهدید به ترور کرد, İswnews saytı
- ↑ واکنش قاطع مراجع تقلید و علما نسبت به گستاخی ترامپ به رهبر انقلاب, Rasanews saytı
- ↑ حوزه علمیه نجف بر علیه تهدید گستاخانه «ترامپ جنایتکار» مبنی بر ترور امام خامنهای واکنش شدید نشان داد, Snn.ir saytı
- ↑ هر شخص یا رژیمی که رهبری و مرجعیت را تهدید کند حکم محارب دارد, İsna Xəbər saytı
- ↑ هرگونه تعرض و تهدید به رهبری و مرجعیت شیعه حکم محارب دارد, İrna saytı
- ↑ عراقچی: اقدام دشمن جنایت سیاسی-مذهبی بود / در مذاکره فریب نخوردیم, Alalam saytı
- ↑ عراقچی: اقدام دشمن جنایت سیاسی-مذهبی بود / در مذاکره فریب نخوردیم, Alalam saytı
- ↑ پیام آیتالله جوادی آملی به مناسبت شهادت امام خامنهای, Tasnimnews saytı
- ↑ دفتر آیت الله مظاهری شهادت رهبر معظم انقلاب را تسلیت گفت, Mehrnews saytı
- ↑ رئیس سازمانهای اسلامی شورای مشورتی مالزی: جهاد اکنون بر همه مسلمانان واجب است, Abna24 xəbər saytı
- ↑ ویدیو | فتوای جهاد آیتالله العظمی جوادی آملی؛ امروز ریختن خون ترامپ و صهیونیستها واجب است, Abna24 xəbər saytı
- ↑ بر همه مسلمانان فرض است که منتقم خون رهبر شهید خود باشند, Rasanews saytı
- ↑ بر همه مسلمانان فرض است که منتقم خون رهبر شهید خود باشند, Rasanews saytı
- ↑ رئیس جمعیت علمای اهل سنت عراق: علما و مراجع باید فتوی جهاد بدهند, Abna xəbər saytı
- ↑ Baxın: پیامهای تسلیت شخصیتهای سیاسی و مذهبی در پی شهادت رهبر معظم انقلاب, Nournews saytı; World reacts to killing of Iran’s Khamenei by US, Israel forces, Aljazeera saytı
- ↑ پیام تسلیت مقتدی صدر برای شهادت امام خامنهای, Cəvan xəbər agentliyi
- ↑ پیام تسلیت رهبر ارتدکس روسیه به رئیسجمهور به مناسبت شهادت رهبر معظم انقلاب, Abna24 saytı
- ↑ اعلام ۴۰ روز عزای عمومی و ۷ روز تعطیلی در پی شهادت رهبر معظم انقلاب, Əl-Aləm xəbər saytı
- ↑ جنگ آمریکا و اسرائیل علیه ایران (۲۸ فوریه ۲۰۲۶ – تا به امروز), Spnfa saytı
- ↑ حزبالله: در انتقام شهادت امام خامنهای وارد نبرد با اسرائیل شدیم, Safir saytı
- ↑ گروههای مقاومت عراقی مسئولیت حملات به پایگاههای آمریکا را بر عهده گرفتند, Asriran saytı
Ədəbiyyat
- رئیس جمعیت علمای اهل سنت عراق: علما و مراجع باید فتوی جهاد بدهند (İraq Əhli-sünnət alimlər cəmiyyətinin rəisi; Mərcə-təqlidlər və alimlər cihad fətvası versinlər), Abna xəbər saytı, Son baxış: 19/6/2026
- پیام تسلیت رهبر ارتدکس روسیه به رئیسجمهور به مناسبت شهادت رهبر معظم انقلاب (İnqilab rəhbərinin şəhadəti ilə əlaqədar Rusiya Ortodokslarının rəhbəri təsliyyət məktubu), Abna24 saytı, Son baxış: 19/6/2026
- رئیس سازمانهای اسلامی شورای مشورتی مالزی: جهاد اکنون بر همه مسلمانان واجب است (Malayziya Məşvərə Şurası İslam Mərkəzlərinin rəisi: hal-hazırda cihad bütün müsəlmanlara vacibdir), Son baxış: 19/6/2026
- ویدیو | فتوای جهاد آیتالله العظمی جوادی آملی؛ امروز ریختن خون ترامپ و صهیونیستها واجب است (Video: Ayətullahul-üzma Cavadi Amulinin cihad fətvası: Bugün Trampın və sionistlərin qanını tökmək vacibdir), Son baxış: 19/6/2026
- اعلام ۴۰ روز عزای عمومی و ۷ روز تعطیلی در پی شهادت رهبر معظم انقلاب (İnqilab rəhbərinin şəhadəti ilə əlaqədar 7 günü tətil və 40 gün ümumi əza günü elan olundu), Əl-Aləm xəbər saytı, Son baxış: 19/6/2026
- رهبر انصارالله: هدف ترور آیت الله خامنهای درهم شکستن روحیه ملت ایران است (Ənsarullah rəhbəri: Ayətullah Xameneinin terror olunmasının səbəbi İran millətinin ruhiyyəsi söndürməkdir), Son baxış: 19/6/2026
- عراقچی: اقدام دشمن جنایت سیاسی-مذهبی بود / در مذاکره فریب نخوردیم (Əraqçi: Düşmənin atdığı addım siyasi-məzhəbi idi \ Müzakirədə aldanmayaq), Son baxış: 19/6/2026
- اطلاعیه شهادت حضرت آیتالله العظمی سیدعلی حسینی خامنهای رهبر انقلاب اسلامی (İslam inqilabının rəhbəri Ayətullah Əl-üzma Seyyid Əli Hüseyni Xameneinin şəhadətinin elan olunması), Həzrət Ayətullah Xameneinin əsərlərinin nəşri və hifzi üzrə internet adresi, Son baxış: 19/6/2026
- پیامهای تسلیت شخصیتهای سیاسی و مذهبی در پی شهادت رهبر معظم انقلاب (İnqilab rəhbərinin şəhadəti ilə əlaqədar siyasi və məzhəbi şəxsiyyətlər təsliyyət məktubları verdilər), Nournews saytı, Mətləbin dərc tarixi: 2/3/2026; Son baxış: 19/6/2026
- علی خامنهای، رهبر ایران کشته شد (Əli Xamenei, İranın rəhbəri öldürüldü), Euronews, Mətləbin dərc tarixi: 28/2/2026; Son baxış: 19/6/2026
- واکنش قاطع مراجع تقلید و علما نسبت به گستاخی ترامپ به رهبر انقلاب (Trampın İnqilab rəhbərinə qarşı çərənnəməsi Mərcə-təqlid və alimlərin reaksiyasına səbəb oldu), Son baxış: 19/6/2026
- بر همه مسلمانان فرض است که منتقم خون رهبر شهید خود باشند (Bütün müsəlmanlara vacibdir ki, öz Şəhid rəhbərin qanının intiqamını alsın, Rasanews saytı, Son baxış: 19/6/2026
- حزبالله: در انتقام شهادت امام خامنهای وارد نبرد با اسرائیل شدیم (Hizbullah: İmam Xameneinin şəhadətinin intiqamı üçün İsraillə müharibəyə daxil olduq), Safir saytı, Son baxış: 19/6/2026
- حوزه علمیه نجف بر علیه تهدید گستاخانه «ترامپ جنایتکار» مبنی بر ترور امام خامنهای واکنش شدید نشان داد ("Cinayətkar Trampın" İmam Xameneini terror edəcəyini bildirməsinə qarşı Nəcəf dini-elmi hövzəsinin çox sərt reaksiyasına səbəb oldu), Son baxış: 19/6/2026
- جنگ آمریکا و اسرائیل علیه ایران (۲۸ فوریه ۲۰۲۶ – تا به امروز) (İsrail və Amerikanın İran əleyhinə müharibəsi (28 Fevral 2026-cı ildən indiyə qədər), Son baxış: 19/6/2026
- گروههای مقاومت عراقی مسئولیت حملات به پایگاههای آمریکا را بر عهده گرفتند (İraq müqavimət qrupları Amerikanın hərbi hissələrinə hücumu öz öhdələrinə götürdülər), Asriran saytı, Son baxış: 19/6/2026
- هرگونه تعرض و تهدید به رهبری و مرجعیت شیعه حکم محارب دارد (Hər cürnə Rəhbər və şiə mərcə-təqlidi təhdid olunarsa, müharib hökmündədir), Son baxış: 19/6/2026
- دفتر آیت الله مظاهری شهادت رهبر معظم انقلاب را تسلیت گفت (Ayətullah Məzahirinin dəftəri İnqilab rəhbərinin şəhadəti ilə əlaqədar təsliyyət verdi), Son baxış: 19/6/2026
- پیام آیتالله جوادی آملی به مناسبت شهادت امام خامنهای (Ayətullah Xameneinin şəhadəti ilə əlaqədar Ayətullah Cavadi Amulinin məktubu), Son baxış: 19/6/2026
- پیام تسلیت مقتدی صدر برای شهادت امام خامنهای (İmam Xameneinin şəhadəti ilə əlaqədar Müqtəda Sədrin təsliyyət məktubu), Cəvan xəbər agentliyi, Son baxış: 19/6/2026
- هر شخص یا رژیمی که رهبری و مرجعیت را تهدید کند حکم محارب دارد (Hər şəxs ya rejim Rəhbəri və mərcə-təqlidi təhdid edərsə, müharib hökmündədir), Son baxış: 19/6/2026
- «وزیر جنگ اسرائیل، رهبر انقلاب را تهدید به ترور کرد» (İsrailin müharibə naziri İnqilab rəhbərinin terrorla təhdid etdi), İslam dünyası dəyişliklərləri xəbər saytı, Mətləbin dərc tarixi: 28/7/2025; Son baxış: 19/6/2026