Təbyin Cihadı
Təbyin Cihadı (farsca: جهاد تبیین) elmi və tədqiqat əsaslı aydınlaşdırma fəaliyyəti vasitəsilə düşmən və onun vəsvəsələrinə qarşı mübarizə aparmaq mənasında işlədilən bir anlayışdır. Bu termin ilk dəfə İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei tərəfindən şəmsi təqvimi ilə 1395-ci ilin ordibehişt ayında istifadə olunmuş və 1400-cü ilin azər ayında geniş şəkildə izah edilmişdir. Onun fikrincə, bu anlayış İmam Əlinin (ə) İmam Həsən (ə) və İmam Hüseynə (ə) olan vəsiyyətindən götürülmüşdür və həyata keçdiyi təqdirdə “təhrifin qarşısının alınması”, “ictimai dayağın qorunması” və “problemlərin aradan qalxması” kimi nəticələrə səbəb olur.
Ayətullah Xamenei, təbyinə ehtiyac duyulan mövzulara işarə edərək bildirir ki, bu mövzuların izahı ilahi peyğəmbərlər və şiə imamlarının — yəni təbyin cihadının öncüllərinin — metodlarına uyğun şəkildə aparılmalıdır ki, orada İslami əxlaq və ədəb qorunsun.
Bu termin Ayətullah Xamenei tərəfindən irəli sürüldükdən sonra hövzə alimləri, universitet müəllimləri və İranın icraedici qurumları arasında geniş müzakirələrə səbəb olmuşdur. Nəticədə “Təbyin Cihadı” adlı kitabın fars və ərəb dillərində nəşr edilməsi və bəzi şəhərlərdə “Təbyin Cihadı qərargahları”nın yaradılması kimi fəaliyyətlər ortaya çıxmışdır.
Tərifi
Həzrət Zəhranın (ə) bəyan etmə cihadı Fatiməyi-Zəhranın (s.ə) seçilən və üstün xüsusiyyətləri arasında ən diqqətəlayiq xüsusiyyətlərdən biri onun “cihad-i təbyin”i (haqqı izah etmək uğrunda mübarizəsi) olmuşdur. O həzrət iki mühüm və məşhur xütbə söyləmişdir. Bu iki xütbədən biri səhabələrin qarşısında söylədiyi məşhur xütbədir ki, belə başlayır: «Əlhəmdu lillahi əla ma ənəmə və ləhuş-şükrü əla ma əlhəmə».
Bu xütbə haqqında deyilmişdir ki, o, Nəhcül-bəlağənin ən yaxşı xütbələri sırasında yer alır — bəlağət və dərin anlayış sahibləri belə demişlər; bu xütbə maarif və həqiqətlərlə doludur. Digər xütbə isə həzrətin mühacir və ənsar qadınlarına ünvanladığı xütbədir ki, belə başlayır: «Əsbəhtu vallahi aifətən lidunyakum, qaliyətən liricalikum» və ya «Aifətən lidunyakunnə, qaliyətən liricalikunnə». Bu iki xütbə Peyğəmbərin (s) vəfatından sonra qısa müddət ərzində Fatiməyi-Zəhranın (ə) həyata keçirdiyi “cihad-i təbyin”in nümunələridir.
Əhli-beyt məddahları ilə görüşdən bir hissə, 3 Yanvar 2024
Əsas yazı: Seyyid Əli Hüseyni Xamenei
İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei “təbyin cihadı”nı elmi və tədqiqat yönümlü fəaliyyət, danışmaq və izah etməklə düşmənə qarşı dayanmaq və onun vəsvəsələrini aradan qaldırmaq kimi tərif edir.[1] Bu termin ilk dəfə onun tərəfindən şəmsi təqvimi ilə 1395-ci ilin ordibehişt ayında qeyd edilmiş[2] və 1400-cü ilin azər ayında ətraflı şəkildə izah olunmuşdur.[3] Bununla belə, o, bundan əvvəl də müxtəlif çıxışlarında bu mövzuya toxunmuş və hesab etmişdir ki, İslami düşüncənin düzgün izahı insanların fikrən inandırılmasına və onların İslami hədəflər istiqamətində hərəkət etməsinə səbəb olur.[4]
O, “rəvayət cihadı”[5], “təbyin hərəkatı”,[6] “tərvic” (təbliğ)[7] və “maarifləndirmə”[8] kimi terminləri də “təbyin cihadı” ilə eyni istiqamətdə olan anlayışlar hesab edir.[9]
Mövqe və əhəmiyyəti
Seyid Əli Xameneinin sözlərinə görə, “təbyin cihadı” termini İmam Əlinin (ə)[10] İmam Həsən (ə) və İmam Hüseynə (ə) ünvanladığı vəsiyyətin bu hissəsindən «اللَّهَ اللَّهَ فِی الجِهَادِ بِأَمْوَالِکُمْ وَأَنْفُسِکُمْ وَأَلْسِنَتِکُمْ فِی سَبِیلِ اللَّهِ» götürülmüşdür:[11] (“Allahdan qorxun! Allah yolunda mallarınızla, canlarınızla və dillərinizlə cihad edin”). Onun fikrincə, Əhli-beytin (ə) bir çoxunun cihad metodu məhz təbyin cihadı olmuşdur.[12] O, dinin izah və təfsirinin Əhli-beytin (ə) baxışı ilə aparılmasının vacibliyini vurğulayır[13] və “təbyin cihadı”nı hər kəs üçün şəri vəzifə və təcili vacib (ilk fürsətdə yerinə yetirilməsi gərəkən vacib əməl) hesab edir.[14]
Ayətullah Seyid Əli Xamenei təbyin cihadının təsirlərindən bir neçəsini belə sadalayır: - Təhrifi önləmək — məsələn, tarixi həqiqətlərin təhrifinin qarşısını almaq (Pəhləvi dövrünün təmizlənməsi kimi).[15] - Dialoq yaratmaq — yəni xalq arasında ümumi düşüncə və ictimai tələb yaratmaq.[16] - İctimai dayağın qorunması — xalqın sosial səhnədə aktiv iştirakını təmin etmək.[17] - Problemlərin aradan qalxması — yəni əgər maarifləndirənlər, alimlər və mədəniyyət sahibləri mövzuları düzgün, məntiqli və vaxtında izah etsələr, xalq çətinlikləri öz iradəsi ilə həll edə bilər.[18][19] “Məcməül-Bəyan” təfsirinin müəllifi Əminül-İslam Təbərsi, “Furqan” surəsinin 52-ci ayəsi — «فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا» (“Kafirlərə itaət etmə və onlarla (Quran vasitəsilə) böyük bir cihad et”) — haqqında deyir ki, bu ayə din düşmənlərinin şübhələrini aradan qaldırmaq üçün mütəfəkkirlərin apardığı mübarizənin ən böyük cihadlardan biri və Allahın yanında xüsusi məqama sahib olduğunu göstərir. O həmçinin ehtimal edir ki, Peyğəmbərin (s) məşhur hədisindəki “cihadi əkbər” — «رَجَعْنَا مِنَ الجِهَادِ الأَصْغَر إِلَى الجِهَادِ الأَكْبَر» (“Kiçik cihaddan böyük cihada qayıtdıq”) — Quranla cihad və din düşmənlərinin şübhələrinə qarşı mübarizə mənasında ola bilər.[20]
Nümunələr
Əsas məqalə: 250 yaşlı insan nəzəriyyəsi
İran İslam İnqilabının Rəhbəri, Nəhcül-bəlağənin birinci xütbəsinin bir hissəsinə istinad edərək, ilahi peyğəmbərləri təbyinin (aydınlaşdırmanın) banilərindən hesab edir[21] və bildirir ki, “təbyin” onların ən mühüm vəzifəsi olmuşdur.[22] Ayətullah Xameneinin sözlərinə görə, sonuncu ilahi peyğəmbər (s) də İslam dininə dəvətin başlanğıcında çoxsaylı çətinliklərə baxmayaraq, haqq sözünü izah edir və təbyin edirdi.[23]
O, Nəhcül-bəlağənin xütbə və məktublarında İmam Əlinin (ə) hakimiyyətinin xüsusiyyətlərindən birinin də təbyin və maarifləndirmə olduğunu bildirir.[24] Onun fikrincə, şiə imamlarının 250 illik dövr ərzində cihad və mübarizə xətti müxtəlif formalarda davam etmiş və məqsədi xalis İslamın təbyini, Quranın düzgün təfsiri və imamət məsələsinin izahı olmuşdur.[25] Ayətullah Xamenei digər nümunələrə də işarə edir, məsələn: - Xanım Zeynəb (s) Kufə və Şamda Aşura həqiqətlərini təbyin etmişdir.[26] - Peyğəmbərin (s) Əmmar Yasir kimi səhabələrindən bəziləri Siffeyn döyüşündə maarifləndirici çıxışlar ediblər.[27] O, həmçinin İmam Xomeyni (r.ə),[28] Seyid Əsədullah Mədəni,[29] Şəhid Mürtəza Mütəhhəri və Seyid Məhəmməd Behiştini də təbyin edənlərin nümunələri kimi göstərir və bildirir ki, bu şəxslər dini həqiqətləri izah edən böyük təbyinçilər olmuşlar.[30]
Əxlaqi tələblər
Ayətullah Xamenei təbyin və maarifləndirmənin islami əxlaq və ədəb çərçivəsində aparılmasını vacib hesab edir və kobudluqdan, təhqirdən və pis danışıqdan uzaq durmağı zəruri sayır.[31] O, Nəhcül-bəlağənin 206-cı xütbəsinə istinad edərək təbyin edənləri qeybət və böhtandan çəkinməyə çağırır və bildirir ki, maarifləndirmə “elmsiz söz”dən — yəni yalan və əsassız iddialardan — uzaq olmalıdır.[32] Onun fikrincə, islami əxlaq və ədəb yazılı mətndə də qorunmalıdır. Mətbuat və media kiçik və əsassız ixtilaflardan çəkinməli, şayiə yaymaqdan uzaq durmalıdır.[33]
Əks-səda və baxışlar

İran İslam İnqilabının Rəhbərinin “təbyin cihadı” barədə çıxışları hövzə alimləri, universitet müəllimləri və ölkənin icraedici qurumları arasında geniş əks-səda doğurmuşdur.
- Əli Zu Elm (İslam İnqilabı İnstitutunun müəllimlərindən) hesab edir ki, təbyin cihadı rasional düşüncə, xalq hakimiyyəti, məntiq və inkişaf yönümlü yanaşma çərçivəsində həyata keçirildikdə təsirli olur.[34]
- Hadi Sadiqi (Qum elmi hövzəsi və universitet müəllimi) “İmamın 1368/1/6 tarixli məktubunda uzaqgörənlik” adlı (Məhəmməd Məhəmmədi Rişəhriyə aid son yazılı əsər) kitabı təbyin cihadının nümunəsi hesab edir və bildirir ki, müəllif bu əsərdə İmam Xomeyninin (r.ə) baxışlarını aydınlaşdırmış və təhriflərdən təmizləmişdir.[35]
- Məhəmməd Həsən Zamani (universitet müəllimi) deyir ki, Ayətullah Xamenei İran xalqı arasında təbyin cihadının yayılmasına xüsusi önəm verir; çünki düşmənin media müharibəsi — İranın nailiyyətlərini kiçiltmək və problemlərini şişirtmək — artmışdır və təbyin cihadı bu hücumu zərərsizləşdirə bilər.[36]
- İran Məclisi təbyin cihadının yayılması üçün büdcə ayırmışdı, lakin İranın rəhbəri bu qərarla razılaşmamış və onu nəticəsiz adlandırmışdır; çünki onun fikrincə, belə büdcələr çox vaxt israf olunur.[37]
- Ayətullah Xameneinin çıxışından sonra Qum,[38] Şəhrikürd,[39] Nəhavənd[40] və Xuzistan kimi şəhərlərdə “təbyin cihadı qərargahları” yaradılmışdır. Bu qərargahların məqsədi ölkənin icraedici qurumlarının fəaliyyətlərini xalqa izah etməkdir.[41]
Monoqrafiya
“Təbyin cihadı” kitabı Səid Sülh Mirzayi tərəfindən yazılmış və İran İslam İnqilabının Rəhbərinin çıxışlarından götürülmüşdür. Kitabda aşağıdakı mövzular araşdırılır: Təbyin cihadının anlayışları, Əxlaqi tələbləri,Təbyin cihadının metodları, Təbyinə ehtiyac duyulan mövzular, Xalqın və xalqın xas şəxslərinin onun qarşısındakı vəzifələri. Bu kitab şəmsi təqvimi ilə 1400-cü ildə İslam İnqilabı nəşriyyatı tərəfindən fars dilində, 384 səhifə həcmində nəşr edilmişdir.[42]
Kitabın ərəb dilindəki nəşri isə 1401-ci ildə Beyrutda, Hizbullahın İcra Şurasının sədri Seyyid Haşim Səfidinin iştirakı ilə təqdim olunmuşdur.[43]
İstinadlar
- ↑ بیانات در دیدار مداحان اهلبیت(ع), Əhli-beyt məddahları ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.23
- ↑ بیانات در دیدار پرستاران و خانواده شهدای سلامت, Tibb işçiləri və səlamət şəhidlərinin ailələri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.43
- ↑ بیانات در دیدار پرستاران و خانواده شهدای سلامت, Tibb işçiləri və səlamət şəhidlərinin ailələri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.23
- ↑ بیانات در دیدار دستاندرکاران راهیان نور, Nur yolçularının vəzifəli şəxsləri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ بیانات در دیدار ائمه جمعه سراسر کشور, Ölkə üzrə imam-cümələr ilə görüşdəb çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.23-24
- ↑ Nəhcül-bəlağə, Saleh Sübhi, məktub 47, s.422
- ↑ بیانات در دیدار اعضای مجلس خبرگان رهبری, Xübrəqan ekspertlər şurasının üzvləri ilə görüşdən çıxarışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ بیانات در دیدار مداحان اهلبیت(ع), Əhli-beyt məddahları ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ پیام به کنگرهی علمی بینالمللی امام علیبنموسیالرضا(ع), İmam Əli ibn Musar-Rza (ə) adına beynəlxalq konqresinə məktubdan, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ بیانات در دیدار فرماندهان و کارکنان نیروی هوایی و پدافند هوایی ارتش, Ordunun hava qüvvələri və hava hücumundan müdafiə işçiləri və komandirləri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ بیانات در دیدار جمعی از دانشجویان, Bir qrup tələbə ilə görüşdən, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ بیانات در دیدار رئیس و اعضای مجلس خبرگان رهبری, Xübrəqan ekspertlər şurasının üzvləri ilə görüşdən çıxarışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi,
- ↑ بیانات در اجلاس جهانی علما و بیداری اسلامی, "Cəhani üləma və bidari islami" adın keçirilən iclasdan bəyanat, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ ديدار چند تن از شخصيتهاى فرهنگى، مذهبى و علمى جهان اسلام, İslam dünyasının bir neçə elmi, məzhəbi və mədəni şəxsləri ilə görüşdən, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ بیانات در پایان مراسم عزاداری اربعین حسینی, Ərbəin əzadarlığ mərasimində oxunulan bəyanat, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.303
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.75-76
- ↑ بیانات در دیدار مسئولان نظام و سفرای کشورهای اسلامی, İslam ölkələrinin səfirləri və məsul şəxsləri ilə görüşdən bir hissə, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Siyasət, h.ş 1398, s.324
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.78
- ↑ Xamenei, Əmine zəban və ədəbe oarsi, h.ş 1397, s.234
- ↑ Xamenei, Aftab dər məsaf, h.ş 1392, s.272
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.82-83
- ↑ Xamenei, Məarife inqilab, h.ş 1397, s.445
- ↑ بیانات در دیدار با اعضای کنگره بزرگداشت شهید آیتالله مدنی, Şəhid Ayətullah Mədəninin ildönümü münasibətilə keçirilən konqres üzləri ilə görüşdən, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Hövzə və ruhaniyyət, Tarixi məlum deyil, s.1086
- ↑ Xamenei, Cihade təbyin, h.ş 1400, s.99
- ↑ بیانات در دیدار کارگزاران نظام, Dövlət işçiləri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Ğəffari, Fitneye təğəllub, h.ş 1398, s.412
- ↑ «جهاد تبیین»؛ مقدمهای برای اصلاح، تحول و مطالبه, "Cihadi-təbyin" İslah üçün müqəddimə, Dəyişim və istəmə, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ آخرین اثر آیتالله ریشهری مصداق «جهاد تبیین» است, Ayətullah Reyşəhrinin axırıncı əsəri "Cihadi-təbyinin" nümunəsidir, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ راز تاکید رهبر معظم انقلاب بر جهاد تبیین چیست؟, İslam inqilabının rəhbərinin "cihade təbyin"ə təkid etməsinin sirri, İsna xəbər agentliyi
- ↑ رهبر انقلاب: تخصیص بودجه سنگین برای جهاد تبیین، غلط است, İnqilabın rəhbəri: "Cihade təbyin" üçün ağır büdcənin ayrılması yanlışdır, İsna xəbər agentliyi
- ↑ تشکیل قرارگاه عملیاتی "جهاد تبیین" و پیگیری تبیین ارزشها, "Cihadi təbyin" üçün əməliyyat qərargahının təşkili..., İmna xəbər agentliyi
- ↑ قرارگاه جهاد تبیین در چهارمحال و بختیاری فعال شد, Çaharməhal və Bəxtiyaridə "cihadi-təbyin" qərargahı aktiv oldu, İrna xəbər agentliyi
- ↑ تشکیل قرارگاه جهاد تبیین در شهرستان نهاوند, Nəhavənddə "cihadi-təbyin" qərargahı aktiv oldu, Mehr xəbər agentliyi
- ↑ نشست قرارگاه جهاد تبیین استان خوزستان برگزار شد, Xuzistan rayonunda "Cihadi təbyin" qərargahının yığıncağı keçirildi, Xuzistan rayonunun internet adresi
- ↑ کتاب «جهاد تبیین» از بیانات رهبر معظم انقلاب اسلامی رونمایی شد, İslam inqilabının rəhbərinin çıxışlarından ibarət "Cihadi təbyin" kitabı nümayiş olundu, İrna xəbər agentliyi
- ↑ رونمایی از نسخه عربی کتاب جهاد تبیین در بیروت, Beyrutta "Cihadi təbyin" kitabının ərəbcə nüsxəsi nümayiş olundu
Ədəbiyyat
- Qurani-Kərim
- Xamenei, Seyid Əli, Aftab dər məsaf, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1392
- Xamenei, Seyid Əli, Əmine zəban və ədəbe parsi, Təhqiq: Məhəmməd Həsən, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1397
- Xamenei, Seyid Əli, Cihade təbyin, Təhqiq: Səid Sülh Mirzayi, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1400
- Xamenei, Seyid Əli, Hövzə və ruhaniyyət, Qum, Tarixi məlum deyil
- Xamenei, Seyid Əli, Siyasət, Təhqiq: Əmin Siyahpuşi, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1398
- Xamenei, Seyid Əli, Məarife inqilab, Təhqiq: Əlirza Muxtarpur, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1397
- Ğəffari, Mustafa, Fitneye təğəllub, Tehran, İslam inqilabı nəşriyyatı, h.ş 1398
- Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, Qum, Mərkəzul-buhusil-İslamiyyə, h.ş 1374
- پیام به کنگرهی علمی بینالمللی امام علیبنموسیالرضا(ع), İmam Əli ibn Musar-Rza (ə) adına beynəlxalq konqresinə məktubdan, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, Baxış tarixi: 15 Aban h.ş 1401
- بیانات در دیدار مداحان اهلبیت(ع), Əhli-beyt məddahları ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, Baxış tarixi: 18 Aban h.ş 1401
- بیانات در دیدار اعضای مجلس خبرگان رهبری, Xübrəqan ekspertlər şurasının üzvləri ilə görüşdən çıxarışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, Baxış tarixi: 18 Aban h.ş 1401
- بیانات در دیدار فرماندهان و کارکنان نیروی هوایی و پدافند هوایی ارتش, Ordunun hava qüvvələri və hava hücumundan müdafiə işçiləri və komandirləri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 22 Aban h.ş 1401
- بیانات در دیدار پرستاران و خانواده شهدای سلامت, Tibb işçiləri və səlamət şəhidlərinin ailələri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 22 Aban h.ş 1401
- «جهاد تبیین»؛ مقدمهای برای اصلاح، تحول و مطالبه, "Cihadi-təbyin" İslah üçün müqəddimə, Dəyişim və istəmə, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 19 Aban h.ş 1401
- بیانات در دیدار جمعی از دانشجویان, Bir qrup tələbə ilə görüşdən, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 23 Aban h.ş 1401
- بیانات در اجلاس جهانی علما و بیداری اسلامی, "Cəhani üləma və bidari islami" adın keçirilən iclasdan bəyanat, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 23 Aban h.ş 1401
- ديدار چند تن از شخصيتهاى فرهنگى، مذهبى و علمى جهان اسلام, İslam dünyasının bir neçə elmi, məzhəbi və mədəni şəxsləri ilə görüşdən, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 24 Aban h.ş 1401
- بیانات در پایان مراسم عزاداری اربعین حسینی, Ərbəin əzadarlığ mərasimində oxunulan bəyanat, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 24 Aban h.ş 1401
- بیانات در دیدار کارگزاران نظام, Dövlət işçiləri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 24 Aban h.ş 1401
- بیانات در دیدار ائمه جمعه سراسر کشور, Ölkə üzrə imam-cümələr ilə görüşdəb çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 30 Aban h.ş 1401
- بیانات در دیدار دستاندرکاران راهیان نور, Nur yolçularının vəzifəli şəxsləri ilə görüşdən çıxışlar, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 6 Azər h.ş 1401
- بیانات در دیدار با اعضای کنگره بزرگداشت شهید آیتالله مدنی, Şəhid Ayətullah Mədəninin ildönümü münasibətilə keçirilən konqres üzləri ilə görüşdən, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, 13 Azər h.ş 1401
- کتاب «جهاد تبیین» از بیانات رهبر معظم انقلاب اسلامی رونمایی شد, İslam inqilabının rəhbərinin çıxışlarından ibarət "Cihadi təbyin" kitabı nümayiş olundu, İrna xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 26 Dey h.ş 1400; Baxış tarixi: 13 Azər h.ş 1401
- رونمایی از نسخه عربی کتاب جهاد تبیین در بیروت, Beyrutta "Cihadi təbyin" kitabının ərəbcə nüsxəsi nümayiş olundu, Mətləbin dərc olma vaxtı: 8 Mehr h.ş 1401; Baxış tarixi: 13 Azər h.ş 1401
- رهبر انقلاب: تخصیص بودجه سنگین برای جهاد تبیین، غلط است, İnqilabın rəhbəri: "Cihade təbyin" üçün ağır büdcənin ayrılması yanlışdır, İsna xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 19 İsfənd h.ş 1400; Baxış tarixi: 13 Azər h.ş 1401
- آخرین اثر آیتالله ریشهری مصداق «جهاد تبیین» است, Ayətullah Reyşəhrinin axırıncı əsəri "Cihadi-təbyinin" nümunəsidir, Ali-rəhbər Ayətullah Xameneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 7 Fərvərdin h.ş 1401; Baxış tarixi: 14 Azər h.ş 1401
- تشکیل قرارگاه عملیاتی "جهاد تبیین" و پیگیری تبیین ارزشها, "Cihadi təbyin" üçün əməliyyat qərargahının təşkili..., İmna xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 28 Fərvərdin h.ş 1401; Baxış tarixi: 14 Azər h.ş 1401
- قرارگاه جهاد تبیین در چهارمحال و بختیاری فعال شد, Çaharməhal və Bəxtiyaridə "cihadi-təbyin" qərargahı aktiv oldu, İrna xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 25 Aban h.ş 1401; Baxış tarixi: 14 Azər h.ş 1401
- تشکیل قرارگاه جهاد تبیین در شهرستان نهاوند, Nəhavənddə "cihadi-təbyin" qərargahı aktiv oldu, Mehr xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 9 Azər h.ş 1401; BAxış atrixi: 14 Azər h.ş 1401
- نشست قرارگاه جهاد تبیین استان خوزستان برگزار شد, Xuzistan rayonunda "Cihadi təbyin" qərargahının yığıncağı keçirildi, Xuzistan rayonunun internet adresi, Mətləbin dərc olma vaxtı, 9 Azər h.ş 1401; Baxış tarixi: 14 Azər h.ş 1401
- راز تاکید رهبر معظم انقلاب بر جهاد تبیین چیست؟, İslam inqilabının rəhbərinin "cihade təbyin"ə təkid etməsinin sirri, İsna xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 10 Ordubehişt h.ş 1401; Baxış tarixi: 14 Azər h.ş 1401
Xarici keçid
- فیشهای جهاد تبیین, Təbyin cihadından ştepsellər