Məzmuna keç

Nüvə silahının hazırlanması və istifadəsinin haram olması barədə fətva

wikishia saytından

Nüvə silahının hazırlanması və ondan istifadə etməyin haram olması barədə fətva ( فتوى حول تحريم استخدام السلاح النووي), İran İslam Respublikasının lideri və şiə mərcəyi‑təqlidi Seyid Əli Xameneinin fiqhi baxışıdır. Bu fətva İranın nüvə silahı hazırlamaq niyyətinə dair iddialara cavab olaraq irəli sürülmüşdür. Seyid Əli Xamenei kütləvi qırğın silahlarını bəşəriyyət üçün təhlükə hesab edir və onları haram bilir.

Bəzi tədqiqatçılar bu hökmün haram olmasını əsaslandırmaq üçün müharibədə mülki şəxslərə zərər vurmağı qadağan edən Qurandakı ayələrə və rəvayətlərə istinad etmişlər. Əbulqasim Əlidustun sözlərinə görə, Şiə fəqihlərinin yanında kütləvi qırğın silahlarından istifadənin haram olması barədə fiqhi baxışın tarixi ən azı on əsr əvvələ gedib çıxır.

Bu fətva beynəlxalq siyasi araşdırma mərkəzlərində və düşüncə qurumlarında geniş əks‑səda doğurmuş, BMT-də rəsmi sənəd kimi qeydiyyata alındığı bildirilmişdir. “Nüvə fiqhi” adlı kitab (bir qrup müəllifin əsəri) və Cabir Sivanizadın “Beynəlxalq hüquq baxımından nüvə fətvası” kitabı bu hökmün dəlillərini və müxtəlif hüquqi‑fiqhi aspektlərini araşdırmışdır.

Əhəmiyyəti

Nüvə silahının hazırlanması və istifadəsinin haram olması barədə fətva, İranın nüvə silahı hazırladığına dair iddialara cavab olaraq, İran İslam Respublikasının lideri və şiə mərcəyi-təqlidi Seyid Əli Xamenei tərəfindən verilmişdir.[1] Bu fətva rəsmi şəkildə şəmsi təqvimi ilə 1389‑cu ildə (2001) İranda keçirilən ilk “beynəlxalq silahsızlanma və nüvə silahlarının yayılmamasına dair konfrans”da oxunmuşdur.[2]

İran atom enerjisi təşkilatının o vaxtkı rəhbəri Əliəkbər Salehi, İranın atom bombası hazırlamağa yönəldiyi barədə suallara cavab olaraq, İranın mənafeyinin nüvə silahının hazırlanması və istifadəsinin haramlığına dair fətvaya əməl etməkdə olduğunu bildirmişdir.[3] ABŞ-ın o vaxtkı dövlət katibi Hillary Clinton da şəmsi təqvmi ilə 1391‑ci ilin (2013) fərvərdin ayında ABŞ‑İran danışıqlarına zəmin yaratmaq məqsədilə İran liderinin bu fiqhi mövqeyinə işarə etmişdir.[4] ABŞ-ın o dövrdəki Prezidenti Barack Obama da şəmsi təqvimi ilə 2 Mehr 1392‑ci ildə (2014) BMT-də çıxışı zamanı bu fətvaya istinad etmişdir.[5]

Fətvanın əks‑sədaları

Bildirilir ki, Seyid Əli Xameneinin nüvə silahının haramlığına dair fətvası beynəlxalq səviyyədə müsbət qarşılanmış[6] və siyasi analiz mərkəzləri ilə beynəlxalq düşüncə qurumlarında geniş əks‑səda doğurmuşdur.[7] Həmçinin Keyhan qəzetinin saytının verdiyi məlumata görə, nüvə silahının hazırlanması və istifadəsinin haramlığına dair bu fətvanı ehtiva edən Seyid Əli Xameneinin “Beynəlxalq nüvə silahsızlanması konfransı”na mesajı təqdim edildikdən sonra BMT-də rəsmi sənəd kimi qeydiyyata alınmışdır.[8] ABŞ‑dakı Qlobal Təhlükəsizlik İnstitutunun rəhbəri Conatan Qranoff bir müsahibəsində İran liderindən xahiş etmişdi ki, dünya dini liderlərinə məktub yazaraq nüvə silahından hər şəraitdə istifadənin qadağan olduğunu elan etsin ki, onlar da bu mövqeyə qoşulsunlar.[9]

Şəmsi təqvimi ilə 1392‑ci ildə (2014) altı nəfərlik amerikalı keşiş və mütəxəssis heyəti bu fiqhi baxışın etibarlılığını araşdırmaq üçün Qumda şiə alimləri ilə görüşmüş və müzakirələr aparmışdır. Onlar öz səfərlərinin və nüvə silahının şiə fiqhində qadağan olunması barədə əldə etdikləri nəticələrini ABŞ hökumətinə təqdim etmişlər ki, Qərbin İranla nüvə danışıqlarında nəzərə alınsın.[10] Həmçinin şəmsi təqvimi ilə 1400‑cü ildə (2022) BBC Fars xidməti “Bir nüvə fətvası” adlı sənədli film yayımlayaraq Seyid Əli Xameneinin fətvasının dəyişə biləcəyi və müvəqqəti ola biləcəyi ehtimalını irəli sürdü;[11] lakin fiqh tədqiqatçıları bu ehtimalı və zaman‑məkan amilinin fətvanın mahiyyətinə təsir etməsi fikrini qəti şəkildə rədd etdilər.[12]

Tarixi əsaslar

Nüvə silahı, kütləvi qırğın silahlarının bir nümunəsi hesab olunur.[13] Əbulqasim Əlidustun sözlərinə görə, şiə fəqihləri ən azı on əsr əvvəl geniş insan qırğınına, canlıların məhvinə və ətraf mühitin dağıdılmasına səbəb olan silah və vasitələrdən istifadənin haram olması barədə fətva vermişlər.[14] Seyid Əli Xamenei də şəmsi təqvimi ilə 30 bəhmən 1388‑ci (2010) etibarən dəfələrlə nüvə silahının hazırlanması və istifadəsinə qarşı olduğunu, bunun haram olduğunu açıq şəkildə bəyan etmişdir.[15]

Fətvanın mətni və digər mərcəyi-təqlidlərlə həmrəylik

Şiə mərcəyi-təqlidi və İran İslam Respublikasının lideri Seyid Əli Xameneinin fətvasının mətni şəmsi təqvimi ilə 1389‑cu ilin 28 fərvərdin (2011) tarixində onun “birinci beynəlxalq nüvə silahsızlanması və nüvə silahlarının yayılmamasına dair konfrans”a göndərdiyi rəsmi mesajda Əliəkbər Vilayəti tərəfindən oxunmuşdur.[16] Bu mesajda belə deyilir: “Bizim inancımıza görə, nüvə silahından əlavə, kimyəvi və bioloji silahlar kimi digər kütləvi qırğın silahları da bəşəriyyət üçün ciddi təhdiddir… Biz bu silahlardan istifadənin haram olduğuna inanırıq”.[17]

Bildirilir ki, şəmsi təqvimi ilə 1390‑cı illərin (2012) ilk yarısında mərcəyi‑təqlidlərdən Nasir Məkarim Şirazi, Hüseyn Nuri Həmədani, Cəfər Sübhani və Abdullah Cavadi Amuli də Seyid Əli Xameneinin bu fiqhi mövqeyini təsdiqləmiş və ona təkid etmişlər.[18] Həmçinin şiə fəqihi və “Milli nüvə fiqhi konfransı”nın katibi Əbulqasim Əlidust, eləcə də Xobrəqan Məclisinin üzvü və Şiə fəqihi Əhməd Mübəlliği bu nəzəriyyəni dəlillərinə əsasən ilahi və əbədi bir hökm hesab etmiş, dəyişdirilə və ya alver mövzusu ola bilməyəcəyini bildirmişlər.[19]

Fətvanın dəlilləri

Nüvə silahının hazırlanması və istifadəsinin haram olmasına dair müxtəlif fiqhi dəlillər irəli sürülmüşdür. Seyid Əli Xamenei bu hökmün əsas səbəbini belə açıqlayır: İslamın etiqadi prinsipləri kütləvi qırğın silahlarından istifadəyə ziddir. Onun sözlərinə görə, belə silahların istifadəsi Quranda “Bəqərə” surəsinin 205‑ci ayəsində qeyd olunan “hərsi” (əkinləri) və nəsli məhv etmək anlayışına daxildir.[20] Bu mövzuda şiə fəqihi Əbulqasim Əlidust bildirir ki, şəriətin məqsədlərindən biri insanların Allahla və bir‑birləri ilə münasibətlərinin islahıdır və islah heç vaxt fəsad və kütləvi qırğın silahlarının istifadəsi ilə təmin edilə bilməz.[21] Aşağıda bu mövzuda irəli sürülmüş dəlillərin izahı təqdim olunur:

Quran ayələri

Şiə fəqihi Əhməd Mübəlliği bu fiqhi baxışın dəlillərini çoxsaylı hesab edir və üç əsas Qurani‑Kərim qaydasına işarə edir:[22]

  • Vizr qaydasına əsasən: Ayə: «وَلا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى» (İsra, 15) Bu qaydaya əsasən, bir şəxsin günahı başqasına yüklənə bilməz. Nüvə silahından istifadə isə mülki şəxslər və günahsız insanların kütləvi şəkildə öldürülməsi, hətta gələcək nəsillərə də zərər vurması deməkdir. Bu isə bu ayənin ruhuna tam ziddir.
  • Fəsad törətmək üçün səy göstərməyin haramlığı qaydasına əsasən: Bu qayda, “Bəqərə” surəsinin 205-ci ayəsindən istifadə edilib. Yer üzündə fəsad törədən, hərs (əkinləri) və nəsli məhv edən hər bir əməl haramdır. Nüvə silahı isə həm insanları, həm canlıları, həm də ətraf mühiti məhv etdiyi üçün bu qadağanın açıq nümunəsidir.
  • “İsm” qaydasına əsasən: Ayə: «إِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا» (Bəqərə, 219) Bu qaydaya görə, bir işin zərəri onun faydasından böyükdürsə, həmin əməl haramdır. Mübəlliğinin fikrincə, nüvə silahının fəsadı onun mümkün faydalarından qat‑qat böyükdür, buna görə də haramdır. Nasir Qurban‑niya isə “Bəqərə” surəsinin 190 və 205‑ci ayələrini, həmçinin “Maidə” surəsinin 8 və 32‑ci ayələrini nüvə silahından istifadənin tam qadağası kimi şərh edir.[23]

Rəvayətlər

"Fiqhe həsteyi" kitabının üz qabığı

Nüvə silahının — kütləvi qırğın silahlarının bir nümunəsi kimi — fiqhi baxımdan qadağan edilməsinə dair rəvayətlərdən də dəlil gətirilmişdir. O cümlədən:

  • Düşmənin suyuna zəhər qatmağın qadağan edilməsi Əbulqasim Əlidust və Məhəmməd Cavad Fazil Lənkərani bu mövzuda düşmənin su mənbəyinə zəhər tökməyi qadağan edən hədislərə istinad etmişlər.[24]
  • Mülki şəxslərə zərər vurmağın qadağan edilməsi Bəzi tədqiqatçılar mülki şəxslərə (uşaqlar, qadınlar, qocalar, dəli şəxslər və heyvanlara) zərər verməyi qadağan edən rəvayətlərə istinad etmişlər.[25]

Monoqrafiya

Nüvə silahının hazırlanması və istifadəsinin haramlığına dair fətva haqqında bir sıra kitablar yazılmışdır:

  • “Beynəlxalq hüquq baxımından nüvə fətvası” kitabı, Cabir Sivanizadın əsəridir. Bu kitab ABŞ‑ın “Supreme Century” nəşriyyatı tərəfindən çap edilmişdir. Bildirilir ki, bu əsər, Seyid Əli Xameneinin nüvə fətvasının beynəlxalq hüquq baxımından yerini və hüquqi ölçülərini araşdırır.[26]
  • “Nüvə fiqhi” kitabı, Əbulqasim Əlidustun səyləri ilə hazırlanıb. Bu kitab şəmsi təqvimi ilə 1392‑ci ildə (2014) nəşr olunmuş və nüvə və digər kütləvi qırğın silahlarının hazırlanması və istifadəsinin haramlığına dair 10 fiqhi məqaləni əhatə edir. Kitabın məzmunu həmin il Tehranda və Qumda keçirilmiş “Nüvə fiqhi konfransı”nda təqdim olunan çıxışlara əsaslanır.[27]
  • “Nüvə fətvası: İranın yayılmanın qarşısının alınması strategiyasında siyasət və din” kitabı, Maykl Ayzenştadt və Mehdi Xələci tərəfindən yazılıb. Bu kitab Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutu tərəfindən nəşr edilmişdir və müəlliflər burada İranın nüvə fətvasını siyasi və dini aspektlərdən təhlil edirlər.[28]

İstinadlar

  1. ↑ «ثبت پیام رهبر انقلاب به‌عنوان سند در سازمان ملل», Khamenei saytı
  2. ↑ «آشنایی با کنفرانس بین‌المللی خلع سلاح و عدم اشاعه سلاح‌های هسته‌ای», Hamshahrionline saytı
  3. ↑ «صالحی:‌ تنها رهبر انقلاب می‌توانند درباره ساخت سلاح هسته‌ای نظر صائب بدهند», Farsnews saytı
  4. ↑ «فتوایی که بعد از ۱۰سال به سازمان ملل رسید», Mehrnews saytı
  5. ↑ «فتوایی که بعد از ۱۰سال به سازمان ملل رسید», Mehrnews saytı
  6. ↑ «بازنگاهی بر صدور فتوای حرمت سلاح‌های هسته‌ای از سوی رهبر معظم انقلاب», Basirat saytı
  7. ↑ Məhəmmədpur, Fətva be məsabe yek mənbəe huquqe meynəl-miləl, s.134
  8. ↑ «پیام رهبر انقلاب به کنفرانس تهران به عنوان سند رسمی سازمان ملل ثبت شد», Kayhanarch saytı
  9. ↑ «رهبران مذهبی جهان به آیت‌الله خامنه‌ای بپیوندند», Khamenei saytı
  10. ↑ «به قم رفتیم تا فتوای هسته‌ای آیت الله خامنه‌ای را بررسی کنیم/ گزارش سفرمان را به کاخ سفید ارسال کردیم/ مسلماً دولت آمریکا این گزارش را مدنظر قرار می‌دهد», Mashreghnews saytı
  11. ↑ «یک فتوای هسته‌ای - بین سطور», BBC NEWS saytı
  12. ↑ «آیا حرمت سلاح هسته‌ای قابل تغییر است؟», Farsnews saytı
  13. ↑ «تولید و استفاده از سلاح‌های کشتار جمعی از دیدگاه فقه اسلامی», Markazfeqhi saytı
  14. ↑ «بررسی تحریم سلاح کشتار جمعی در تاریخ تشیع», A-alidoost
  15. ↑ Nümunə üçün baxın: «بیانات در دیدار دست‌اندرکاران ساخت ناوشکن جماران», Khamenei saytı; «بیانات رهبر معظم انقلاب اسلامی در دیدار مسؤولان و کارگزاران نظام», Leader saytı, «فتوایی که بعد از ۱۰سال به سازمان ملل رسید», Mehrnews saytı
  16. ↑ «پیام به نخستین کنفرانس بین‌المللی خلع سلاح هسته‌ای و عدم اشاعه», Khamenei saytı
  17. ↑ «پیام به نخستین کنفرانس بین‌المللی خلع سلاح هسته‌ای و عدم اشاعه», Khamenei saytı
  18. ↑ «تحریم سلاح کشتار جمعی در تاریخ تشیع», İsna saytı
  19. ↑ «آیا حرمت سلاح هسته‌ای قابل تغییر است؟», Farsnews saytı
  20. ↑ «بیانات در دیدار دست‌اندرکاران ساخت ناوشکن جماران», Khamenei saytı
  21. ↑ Bir qrup yazıçı, Fiqhe həsteyi, s.113
  22. ↑ «دلائل فقهی تحریم سلاح‌های اتمی», Khamenei saytı
  23. ↑ Bir qrup yazıçı, Fiqhe Həsteyi, s.182-184
  24. ↑ Bir qrup yazıçı, Fiqhe həsteyi, s.87 və 112
  25. ↑ Bir qrup yazıçı, Fiqhe həsteyi, s.85-87, 185, 231 və 343
  26. ↑ «کتاب فتوای هسته‌ای رهبر انقلاب از منظر حقوق بین‌الملل در آمریکا منتشر شد», Farsnews saytı
  27. ↑ «عرضه کتاب فقه هسته‌ای در نمایشگاه کتاب سی‌و‌دوم», İict saytı
  28. ↑ Məhəmmədpur, Fətva be məsabeye yek mənbəe huquqe beynəl-miləl, s.133-134

Ədəbiyyat

* «بیانات رهبر معظم انقلاب اسلامی در دیدار مسؤولان و کارگزاران نظام» (İslam inqilabının rəhbəri ölkənin məsul şəxsləri ilə görüşdən çıxış), Ayətullah Xameneinin əsərlərinin nəşri və qorunması üzrə ofis,  Mətləbin dərc tarixi: 2/11/2013; Baxış tarixi: 20/9/2026