Şəf`i namazı
Şəf`i namazı (ərəbcə: صلاة الشفع) gecə namazının tərkib hissəsidir və iki rəkətdir. Gecə namazının sonuncu iki rəkətidir. Gecə namazı səkkiz rəkətdir və dörd salamla Sübh namazı kimi iki rəkətli qılınır. Bu səkkiz rəkətin tamamından sonra beçinci qılınan iki rəkət namaz Şəf`i namazı niyyəti ilə qılınır. Bundan sonra isə bir rəkət Vətr (və ya Vitr) niyyəti ilə namaz qılınır və Gecə namazı başa çatır. Şəf`i və Vətr namazları Gecə namazının ən fəzilətli və savablı hissəsi hesab edilir.
Adlanma səbəbi
Şəf`i lüğətdə bir şeyin digər bir şeyə əlavə edilməsidir, bu baxımdan "cüt" sözünün müadili və ekvivalentidir[1] və onun qarşısında Vətr sözüdür ki, "tək" (fərd) mənasındadır.[2]
Qılınma qaydası
Şəf`i namazı iki rəkətdir.[3] Səkkiz rəkətlik Gecə namazının tərkib hissəsidir. Səkkiz rəkətlik Gecə namazı tamam olandan sonra və Vətr namazından öncə qılınır.[4] Gecə namazı ümumilikdə on bir rəkətdir. Onun səkkiz rəkəti dörd yerə bölünərək hər bir iki rəkət olmaqla dörd salamla və Sübh namazı formasında qılınır.[5]
Müstəhəbdir ki, Şəf`i namazında Həmd surəsindən sonra İxlas surəsi oxunsun.[6] Həmçinin tövsiyə edilib ki, birinci rəkətdə surədən sonra Fələq və ikinci rəkətdə surədən sonra Nas surəsi oxunsun.[7]
Qılınma vaxtı
Gecə namazının qılınma vaxtı bəzi alimlərin fikrincə şəri gecə yarısından Fəcrə qədərdir.[8] Bəzilərinin fikrincə isə İşa namazından sonradan etibarən gecənin sonuna qədər qılmaq olar.[9]
Şəf`i namazının fəziləti
Şəf`i namazı Gecə namazının ən fəzilətli və ən savablı hissəsi sayılır.[10] Həzrət İmam Xomeyni (r.ə) "Təhrirul-Vəsilə" kitabında yazır: "On bir rəkət Gecə namazının hamısını qıla bilməyən şəxs Şəf`i və Vətr namazını qılarsa, (Gecə namazının savabına çatması cəhətindən) kifayət edər".[11]
Şəf`i namazından sonra oxunan dua Xatəmul-Mühəddisin mərhum Şeyx Abbas Qumi (r.ə) dəyərli "Məfatihul-Cinan" əsərində yazır ki, Şəf`i namazından sonra Şəban ayının ortasında (Nimeyi-Şəban) oxunan "İlahi, təərrəzə ləkə" duasını oxumaq müstəhəbdir.
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Rağib İsfahani, Təfsirur-Rağib İsfahani, h.q 1420, c.3, s.1358; Qərəşi, Qamuse Quran, h.q 1412, c.7, s.178
- ↑ Qərəşi, Qamuse Quran, h.q 1412, c.7, s.178
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, s.758, Səduq, Mən la Yəhzuruhul-fəqih, c.1, s.485
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.1, s.46
- ↑ Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.1, s.26
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, s.758, Səduq, Mən la Yəhzuruhul-fəqih, c.1, s.485
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, s.758, Səduq, Mən la Yəhzuruhul-fəqih, c.1, s.485
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.136
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.1, s.144
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.136
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.136
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Nəcəf, Adab, h.q 1390
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
- Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Came müdərrisin, h.q 1413
- Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Təfsirur-Rağib İsfahani, Riyaz, Darul-vətən, h.q 1420
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, h.q 1411
- Şeyx Abbas Qumi, Məfatihul-cinan, Təhqiq: Şeyx Əli Ali Kövsər, Qum
- Qərəşi, Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1412
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Tehran, İstiqlal, h.q 1409