Məzmuna keç

Qiblədən yayınma

wikishia saytından
(Qiblədən çevrilmək səhifəsindən yönləndirilmişdir)


Qiblədən yayınma, fiqhi bir termin olub, insanın ürfə görə Kəbəyə tərəf olmaması mənasını verir. Qiblədən yayınma məsələsi namaz, həcc, qurban və təxəlli (təbii ehtiyacların ödənilməsi) kimi ibadətlərlə bağlı fiqhi mənbələrdə müzakirə olunmuşdur.

Fiqh alimləri bəzi ibadətlərdə, məsələn, namazda qiblədən yayındıqda onun batil olacağını bildirirlər. Həmçinin onların fətvasına əsasən, təxəlli zamanı qiblədən yayınmaq vacibdir.

Məfhumu və mövqeyi

Müsəlmanlar Kəbəyə və ya Kəbənin yerləşdiyi istiqamətə qiblə deyirlər.[1] Qiblədən yayınmaq dedikdə is, s insanın ürfə görə,[2] (dəqiq riyazi və həqiqi ölçülərə əsasən deyil)[3] Kəbəyə tərəf olmaması nəzərdə tutulur.[4]

Fiqh alimləri İslam dinində namaz, həcc, qurban, təxəlli hökmləri və meyitlə bağlı hökmlər kimi bir çox şəri vəzifələrdə qibləyə tərəf olmağı və qiblədən yayınılmamasını vacib bilmiş, bunun riayət olunmamasının bəzi ibadətləri batil etdiyini vurğulamışlar.[5]

Bəzi alimlərin fikrincə, namaz qılarkən qibləyə tərəf dayanmaq və ondan yayınmamaq, Allahın əmrini yerinə yetirməklə yanaşı, müsəlmanlar arasında birliyin yaranmasına da səbəb olur.[6]

Qiblədən yayınmağın fiqhi hökmləri

Fiqh alimləri qiblədən yayınmağı bəzi ibadətlərin batil olmasına səbəb saymış və bəzi işlərdə bunu vacib və ya haram bilmişlər;[7] o cümlədən:

  • Əgər namaz qılan şəxs qəsdən elə bir şəkildə qiblədən yayınsa ki, ona "qibləyə yönəlib" deməsinlər və ya başını sağa və ya sola çevirsə, namazı batildir.[8] Lakin əgər qiblədən yayınma səhvən baş verərsə və 90 dərəcədən az olarsa, namaz düzgündür.[9] Başın az miqdarda hərəkət etməsi isə problem yaratmır.[10]
  • Heyvan kəsilərkən onun bədəninin ön tərəfi qibləyə doğru olmalıdır;[11] əks halda, kəsilmiş heyvan murdar sayılır və onun əti haram olur.[12] Lakin əgər unutqanlıq və ya qibləni bilməmək səbəbindən heyvan qibləyə doğru kəsilməzsə, bu halda kəsim düzgündür.[13] Bu hökmün əsasının bəzi rəvayətlər[14]icma[15] olduğu bildirilir.
  • Təxəlli zamanı (ehtiyacını ödəyərkən) qiblədən yayınmaq vacibdir[16] və bu halda qibləyə tərəf durmaq və ya qibləyə arxasını çevirmək haramdır.[17]
  • Kəbəni təvaf edərkən, təvaf edən şəxsin sol çiyni Kəbəyə tərəf olmalı[18] və ürfə görə bundan yayınmamalıdır.[19]

İstinadlar

  1. Rağib İsfahani, Müvrədatu əlfazil-Quran, h.q 1404, s.392; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.7, s.320
  2. Mühəqqiq Hilli, Əl-Mutəbər, h.ş 1363, c.2, s.65; Ərdəbili, Məcməul-faidə, h.q 1416, c.2, s.57; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.7, s.329; Ruhani, Fiqhus-Sadiq, h.q 1413, c.4, s.90
  3. Mühəqqiq Hilli, Əl-Mutəbər, h.ş 1363, c.2, s.65; Ərdəbili, Məcməul-faidə, h.q 1416, c.2, s.57; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.7, s.329; Ruhani, Fiqhus-Sadiq, h.q 1413, c.4, s.90
  4. Tusi, Əl-Xilaf, h.q 1418, c.1, s.295; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.7, s.328; Həkim, Müstəmsəkul-ürvə, h.q 1404, c.5, s.176-179
  5. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.310-313; Meşkini, Müstələhatul-fiqh, h.ş 1362, s.415
  6. Təbatəbai, Təfsirul-Mizan, h.q 1417, c.1, s.337; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.1, s.415
  7. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.310-313; Meşkini, Müstələhatul-fiqh, h.ş 1362, s.415
  8. Nümunə üçün baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.3, s.7-9; Bəni Haşim Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.617
  9. Nümunə üçün baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.3, s.9; Bəni Haşim Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.617; «برگشتن و انحراف بدون عذر از قبله», sistani.org
  10. Bəni Haşim Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.618
  11. Mufid, Əl-Muqniə, h.q 1410, s.419; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.7, s.36; Tozihul-məsail, h.q 1424, c.2, s.573, məsələ 2594
  12. Təbrizi, İstiftaate cədid, h.ş 1384, c.1, s.398
  13. Tusi, Əl-Xilaf, h.q 1418, c.8, s.319; Şəhid Sani, Məsalikul-əfham, h.q 1416, c.1, s.160; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.36, s.111-112; Tozihul-məsail, h.q 1424, c.2, s.573, məsələ 2594
  14. Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, c.14, s.152-153
  15. Tusi, Əl-Xilaf, h.q 1418, c.6, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.36, s.110
  16. Mirdamad, Şareun-nəcat, h.q 1426, s.301
  17. Tusi, Ən-nəhayə, h.q 1400, c.1, s.9-10; Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.1, s.180; Şəhid Sani, Məsalikul-əfham, h.q 1416, c.1, s.28
  18. Xomeyni, Muntəxəbe mənasike Həcc, h.q 1426, s.142
  19. Mahmudi, Mənasike Həcc, h.q 1429, s.298

Ədəbiyyat

  • Ərdəbili, Məcməul-faidə vəl-burhan, Qum, Enteşarate İslami, h.q 1416
  • «برگشتن و انحراف بدون عذر از قبله», sistani.org saytı
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Hüseyn, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami, 8-ci çap, h.q 1424
  • Təbrizi, Cavad, İstiftaate cədid, Qum, Darus-Siddiqətiş-şəhidə, 1-ci çap, h.ş 1384
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt, h.q 1412
  • Həkim, Seyid Möhsin, Müstəmsəkul-ürvə, Qum, Məktəbətun-Nəcəf, h.q 1404
  • Xomeyni, Seyid Ruhullah, Muntəxəbe mənasike Həcc, Qum, Məşər nəşri, 2-ci çap, h.q 1426
  • Rağib İsfahani, Hüseyn ibn Muhəmməd, Müvrədatu əlfazil-Quran, Nəşrul-kitab, h.q 1404
  • Ruhani, Məhəmməd Sadiq, Fiqhus-Sadiq, Qum, Darul-kitab, h.q 1413
  • Şəhid Sani, Zeynuddin, Məsalikul-əfham, Qum, Məarife İslami, h.q 1416
  • Təbatəbai, Məhəmməd Hüseyn, Təfsirul-Mizan, Qum, Came müdərrisin, h.q 1417
  • Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Dəftəre enteşarate İslami, Qum, 1-ci çap, h.q 1419
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, Nəşre İslami, h.q 1418
  • Tusi, Məhəmməd ibn Həsən, Ən-nəhayə, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1400
  • Əllamə Hilli, Həsən ibn Yusif, Qəvaidul-əhkam, Qum, İslami nəşr müəssisəsi, h.q 1413
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Mutəbər, Seyidüş-Şühəda müəssisəsi, h.ş 1363
  • Mahmudi, Məhəmməd Rza, Mənasike Həcc, Tehran, Məşər nəşri, h.q 1429
  • Meşkini, Əli, Müstələhatul-fiqh, Qum, Darul-hədis, h.ş 1362
  • Mufid, Əl-Muqniə, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Qum, Darul-kutubil-İslami, h.ş 1374
  • Mirdamad, Məhəmməd Baqir, Şareun-nəcat fi əhkamil-ibadat, 1-ci çap, h.q 1426
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1362