Süfyaninin üsyanı

wikishia saytından
(Süfyaninin xürucu səhifəsindən yönləndirilmişdir)

Süfyaninin üsyanı (ərəbcə: خروج السفياني) Həzrət Mehdinin (ə.f) zühur ərəfəsində olacaq beş qəti əlamətdən biridir və Şam bölgəsində baş verəcək. İmam Rzadan (ə) gələn rəvayətə görə, Qaimin zühuru Süfyaninin üsyanı olmadan baş tutmayacaq. Digər rəvayətlərdə Süfyani 9 ay Şama hökmranlıq etdikdən sonra Mədinəyə doğru qoşun çəkəcək və Bəyda adlı yerdə yerə batacaq.

Şiəsünni rəvayətlərində Süfyani Əbu Süfyanın nəslindən sayılıb ki, qantökən və qəddar üzlü biridir və insanlar onu gördükdə qorxurlar. Onun üçün Ənbəsə ibn Mərrə kimi müxtəlif adlar qeyd olunub.

Bioqrafiya və xüsusiyyətləri

Şiəsünni rəvayət mənbələrində Süfyani üçün müxtəlif adlar qeyd olunub. O cümlədən, İmam Əlidən (ə) nəql olunan müxtəlif rəvayətlərdə onun adı Ənbəsə ibn Mərrə,[1] Hərb ibn Ənbəsə[2] və Osman bin Ənbəsə[3] kimi  zikr edilmişdir. Onun Əbu Süfyanın nəslindən olduğu bildirilir.[4] Habelə sünni mənbələrində onun adının Hərb ibn Ənbəsə[5] və Müaviyə ibn Utbə olduğu bildirilmişdir.[6]

Rəvayətlərdə Süfyani çox qantökən, qatil və qəddar kimi təsvir edilmişdir.[7] Həmçinin İmam Əlidən (ə) nəql edilən rəvayətlərə görə Süfyani insanların qorxduğu dörd çiyinli, çiçək xəstəliyinə tutulmuş və bir gözü olan bir kişidir ki, camaat onu gördükdə qorxurlar.[8] İmam Sadiqdən (ə) Biharul-Ənvarda nəql olunmuş rəvayətə əsasən, Süfyani şiə düşmənidir və onun Kufədəki carçısı elan edir ki, hər kim bir şiənin başını kəssə ona min dirhəm verəcək.[9]

Qəti şəkildə baş verəcək

Əsas məqalə: Beyda hadisəsi

Süfyaninin üsyanı İmam Sadiqin (ə) rəvayətlərində qəti hesab edilir.[10] O, həmçinin Yəmaninin qiyamı, səmavi nida, Nəfsi-Zəkiyyənin öldürülməsiBeyda çökməsinin kənarında Qaimin (ə.f)  zühurundan əvvəl baş verəcək beş əlamətdən biri kimi təqdim edilmişdir.[11]

Həmçinin İmam Rzadan (ə) edilən bir nəqlə əsasən, Qaimin (ə.f) Allah tərəfindən zühuru qətidir. Süfyaninin üsyanı da qətidir və Süfyaninin üsyanı olmadan Qaim (ə.f) zühur etməyəcək.[12] İmam Sadiqdən (ə) gələn bir rəvayətdə də Süfyaninin üsyanının qəti və Rəcəb ayında baş verəcəyi bildirilir.[13] İmam Baqirdən (ə) gələn bir rəvayət göstərir ki, Süfyaninin, Seyid Yəmani və Seyid Xorasaninin qiyamı bir il, bir ay və bir gündə baş verəcək.[14]

Bəyda hadisəsi: Süfyaninin məhv olması

Rəsuli-Əkrəmin (s) rəvayətlərində İmam Mehdinin (ə.f) zühur əlamətlərindən biri də bir ordunun Suriyadan Məkkəyə doğru getməsi və Beyda adlı məntəqədə (Məkkə ilə Mədinə arasında olan səhra) yerə batmasıdır.[15] Başqa bir rəvayətdə İmam Əli (ə) "Səbə" surəsinin 51-ci ayəsinin (Və lo tari iz fəzəva fələ faut və və əxizvə min məkani qərib) bir hissəsinin Süfyani haqqında olduğunu qeyd etmişdir. Onun 9 ay Suriyada hakimiyyət etdiyini və Mədinəyə doğru qoşun çəkdikdən sonra Allahın onu səhrada yerə batırdığını bildirmişdir.[16]

Həqiqi və ya simvolik əlamət?

Şəmsi təqvimi ilə 14-cü əsrin mərcəyi-təqlidlərindən olan Seyid Məhəmməd Sədr (1322-1377) "Tarixul Qeybətil-Kübra" kitabında Süfyanini İslam cəmiyyətində azğınlıq simvolu hesab etmişdir.[17] Əlbəttə ki, onun cavabında zühur əlamətlərini sirr və simvolik kimi bilmənin hədislərin zahirinə zidd olduğu deyilib.[18] Həmçinin zühur əlamətlərinin faydasının, yəni İmam Mehdinin (ə.f) batil iddiaçılardan tanınması[19] funksiyasının ləğvinə səbəb olur.[20]

Əlqəli məqalələr

İstinadlar

  1. İbn Tavus, Ət-Təşrifu bil-minən, h.q 1416, s.296; Fətlavi, Əlamatul-Mehdil-müntəzir, h.q 1421, s.279
  2. Şüştəri, İhqaqul-həqq, h.q 1409, s.567; Fətlavi, Əlamatul-Mehdil-müntəzir, h.q 1421, s.337
  3. Tacuddin, Əl-Məcalisul-Mehdiyyə, h.q 1437, s.223
  4. Şüştəri, İhqaqul-həqq, h.q 1409, s.567; Fətlavi, Əlamatul-Mehdil-müntəzir, h.q 1421, s.337; Tacuddin, Əl-Məcalisul-Mehdiyyə, h.q 1437, s.223
  5. Müqəddəsi, Əqdud-durər, h.q 1428, s.128
  6. Müqəddəsi, Əqdud-durər, h.q 1428, s.116
  7. Müqəddəsi, Əqdud-durər, h.q 1428, s.76; İbn Tavus, Ət-Təşrifu bil-minən, h.q 1416, s.115-117
  8. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.205
  9. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.215
  10. Şeyx Səduq, Kəmaluddin, h.q 1429, c.2, s.678, hədis 5; s.682, hədis 15 və 16
  11. Şeyx Səduq, Kəmaluddin, h.q 1429, c.2, s.678, hədis 5
  12. Həmiri, Qurbul-isnad, s.374, hədis 1329
  13. Numani, Əl-Ğeybə, h.q 1397, s.302
  14. Numani, Əl-Ğeybə, h.q 1397, s.369
  15. İbn Tavus, Ət-Təşrifu bil-minən, h.q 1416, s.158, hədis 205 və 206;
  16. Numani, Əl-Ğeybə, h.q 1397, s.305
  17. Sədr, Tarixul Qeybətil-Kübra, h.q 1412, s.484
  18. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.7, s.460
  19. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.7, s.414-415
  20. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.7, s.460

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, Ət-Təşrifu bil-minən, İsfahan, h.q 1416
  • Tacuddin, Mehdi, Əl-Məcalisul-Mehdiyyə, Qum, Muəssisətul-məktəbil-Heydəriyyə, h.q 1427
  • Həmiri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Qum, Alul-beyt müəssisəsi, h.q 1413
  • Şüştəri, Nurullah ibn Şərifuddin, İhqaqul-həqq, Qum, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, h.q 1429
  • Sədr, Seyyid Məhəmməd, Tarixul Qeybətil-Kübra, Beyrut, h.q 1412
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Fətlavi, Mehdi Həmd, Əlamatul-Mehdil-müntəzir, Beyrut, h.q 1421
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye İmam Mehdi, Qum, Darul-hədis, h.ş 1393
  • Müqəddəsi, Yusif ibn Yəhya, Əqdud-durər, Təhqiq: Əbdül-Fəttah Məhəmməd, Qum, Cəmkəran məscidi, h.q 1428
  • Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Düzəliş: Əli Əkbər Ğəffari, Məktəbətus-Səduq, h.q 1397