Əbulqasim (künyə)
Əbulqasim, (ərəbcə: أبو القاسم) İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) künyəsidir.[1] Allah Rəsulunun (s) oğlu Qasım dünyaya gəldikdən sonra o Həzrət Əbulqasim künyəsi ilə tanınmışdır.[2] Şeyx Səduq (381-ci hicri-qəməri ilində vəfat edib) bir rəvayəti qeyd edərək bu künyənin insanların cənnətə və cəhənnəmə bölünməsinə səbəb olan Peyğəmbərə (s) iman və küfrdən qaynaqlandığını hesab edir.[3] O, həmçinin eyni rəvayətə əsaslanaraq qeyd edir ki, İmam Əli (ə) cənnət və cəhənnəmin bölücüsü olduğu üçün Peyğəmbərə (s) Əbulqasim deyilib. Çünki Peyğəmbər (s), İmam Əlinin (ə) və digər müsəlmanların atası hesab olunur.[4]
Həmçinin baxa bilərsiniz: Qəsimun-nari vəl-cənnət hədisi
Məhəmməd ibn Əli Ərdəbili "Camiur-Ruvat adlı əsərində bu künyənin İmam Səccad (ə) üçün də işlədildiyini bildirir.[5] Həmçinin bu künyə İmam Mehdi (ə.f) üçün də istifadə olunmuşdur.[6] 11-ci hicri-qəməri əsrin şiə ricalşünası İnayətullah Quhpayi qeyd edir ki, Əbulqasim künyəsi İmam Mehdi (ə.f) üçün Peyğəmbərdən (s) daha çox işlədilmişdir.[7]
Şeyx Hürr Amuli "Vəsailuş-Şiə" kitabında bildirir ki, adı Məhəmməd olan bir şəxsə Əbulqasim künyəsi qoymaq məkruhdur (bəyənilmir).[8]
İstinadlar
- ↑ Quhpayi, Məcməur-rical, h.ş 1364, c.7, s.193
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.16, s.107
- ↑ Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403, s.52
- ↑ Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403, s.52
- ↑ Ərdəbili, Cameur-rüvat, h.q 1403, c.2, s.462
- ↑ Nuri, Nəcmu saqib, h.ş 1384, c.1, s.89
- ↑ Quhpayi, Məcməur-rical, h.ş 1364, c.7, s.193
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.21, s.399-400
Ədəbiyyat
- Ərdəbili, Məhəmməd ibn Əli, Cameur-rüvat, Beyrut, 1-ci çap, h.q 1403
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, 1-ci çap, h.q 1409
- Şeyx Səduq, Məaniul-əxbar, Qum, İslami nəşr, h.q 1403
- Quhpayi, İnayətullah, Məcməur-rical, Qum, İsmailiyyan, 2-ci çap, h.ş 1364
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Nuri, Hüseyn, Nəcmu saqib, Qum, Cəmkəran məscidi, h.ş 1384