Məhdəviyyətlə bağlı ayələrin siyahısı
Görünüş
Məhdəviyyətlə bağlı ayələrin siyahısı (ərəbcə: قائمة آيات ذات صلة بالإمام المهدي (عج)) Quranda həzrət Mehdinin (ə) zühuru, qiyamı, qeyb və hakimiyyəti kimi məhdəviyyətlə əlaqəli mövzulara işarə edən ayələrin siyahısıdır. Bu ayələrin təfsiri və ya təvilində Əhli-beytdən (ə) rəvayətlərə istinad edilmişdir.
| Sıra | Mətn və tərcümə | Ayə | Təfsir |
|---|---|---|---|
| 1 | Ənbiya, 105 | İmam Baqirdən (ə) nəql olunub ki, "salehlər"dən məqsəd, axır zamanda Həzrət Mehdinin (ə.f) səhabələridir.[1] | |
| 2 | Qəsəs, 5 | İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə "zəif salınmışlar" ifadəsi Əhli-Beyt (ə) kimi təfsir olunub və bildirilir ki, Həzrət Mehdi (ə.f) onların düşmənlərini zəlil edəcək.[2] | |
| 3 | Nur, 55 | Şeyx Tusinin buyurduğuna görə: Əhli Beytdən (ə) rəvayət olunmuşdur ki, bu ayə Ali Muhəmmədin (s) Mehdisi (ə.f) barəsindədir. [3] | |
| 4 | Bəqərə, 1-3 | İmamların (ə) bəzi rəvayətlərində, "Qeyb" bu ayədə, Qeybdə olan İmam kimi təfsir olunmuşdur.[4] | |
| 5 | Bəqərə 148 | İmam Sadiqdən (ə) nəql olunub ki, bu ayə Ali-Muhəmmədin (s) Qaimi (ə.f) və onun səhabələri barəsində nazil olub; onlar heç bir əvvəlcədən təyin olunmuş vaxt və vədə olmadan bir yerə toplanacaqlar.[5] | |
| 6 | Bəqərə, 155 | Bir rəvayətdə, İmam Sadiq (ə) zühurun bəzi nişanələrini zikr edəndən sonra, bu ayəni oxudu.[6] | |
| 7 | يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّـهَ لَعَلَّكُمْ تُفْلِحُونَ Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız. | Ali İmran, 200 | İmam Baqirdən (ə) tərəfindən nəql olunan bir rəvayətdə, İmam Zamanın (ə.f) intizarında olanların vəzifələrindən biri kimi "mürabətə"yə işarə olunub. Mürabətə o deməkdir ki, insan özünü onun vilayət kökünə bağlasın, onunla əlaqədə olsun, ona itaət və yardım etməyi üzərinə götürsün.[7] |
| 8 | وَمَن يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَـٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّـهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَـٰئِكَ رَفِيقًا Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır. | Nisa, 69 | İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə “nəbiyyin” Peyğəmbər (s), “siddiqin” İmam Əli (ə), “şühəda” Həsən və Hüseyn (əleyhiməs-salam), “salihin” isə digər İmamlara, " Ən gözəl dostlardır ” ifadəsi isə Həzrət Qaimə (ə.f) aid edilmişdir. [8] |
| 9 | هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur. Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur. | Tövbə, 33 - Səff, 9 | Həzrət Mehdinin (ə.f) hökuməti dövründə İslamın bütün dünyaya yayılması.[9] |
| 10 | وَذَكِّرْهُم بِأَيَّامِ اللَّـهِ ...Və Allahın günlərini onların yadlarına sal ... | İbrahim, 5 | İmam Baqirdən (ə) nəql olunub ki, Allahın günləri üç gündür: Qaimin (ə.f) qiyam edəcəyi gün, Rəcət günü və Qiyamət günü.[10] |
| 11 | قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver». Allah buyurdu: «Sən möhlət verilənlərdənsən» . «(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)». | Hicr, 36-38 | İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə bu ayədəki “müəyyən vaxt” (vəqt-i məlum) Ali-Muhəmmədin (s) Qaiminin (ə.f) qiyam edəcəyi vaxt kimi təfsir olunmuşdur.[11] |
| 12 | وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ Doğrudan da, sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik. | Hicr, 87 | İmam Baqirdən (ə) nəql olunan rəvayətdə, " yeddi əzəmətli ayə" İmamlar (ə) və "böyük Quran" İmam Zaman (ə.f) barəsində təfsir edilmişdir .[12] |
| 13 | ...وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِف فِّي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ مَنصُورًا Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır). | İsra, 33 | İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, bu ayə İmam Hüseynə (ə) aiddir və Onun qanının sahibi Həzrəti Məhdidir (ə.f)[13] |
| 14 | وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir)». | İsra, 81 | İmam Baqirdən (ə) bu ayənin təfsirində nəql olunub ki, İmam Qaim (ə.f) qiyam etdikdə batil hökumət aradan qalxacaq.[14] |
| 15 | يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər. | Taha, 110 | İmam Sadiqdən (ə) nəql olunub ki, " Onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər" ifadəsinin mənası, Həzrəti Məhdinin (ə.f) xəbərləridir. [15] |
| 16 | وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِن قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا Həqiqətən, Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o unutdu və Biz onda (möhkəm) əzm görmədik. | Taha, 115 | İmam Baqirdən (ə) bu ayənin təfsirində nəql olunub ki, Allah öz rübubiyyətini, İslam Peyğəmbərinin (s) nübuvvətini, Şiə İmamlarının imamətini və həmçinin Həzrət Məhdini (ə.f) nəzərdə tutaraq, onun vasitəsilə dinini yardımla qüvvətləndirəcək, dövlətini onunla aşkar edəcək və düşmənlərindən intiqam alacaq. Allah bu barədə onlardan əhd almışdır.[16] |
| 17 | قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz. | Taha, 135 | İmam Kazimdən (ə) nəql olunan bir rəvayətdə, "Sırat-ı səviyy" (orta yol) Həzrət Qaimə (ə.f) aid edilmişdir və doğru yola yönəlmək, onun itaətinə əməl edənlərə aiddir.[17] |
| 18 | وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ حَتَّىٰ أَتَانَا الْيَقِينُ Cəza gününü təkzib və inkar edərdik. Ölüm bizi yaxalayana qədər». | Muddəssir, 46-47 | "Cəza günü" Həzrəti Qaimin (ə.f) günü kimi, "Yəqin" (ölüm) isə Həzrəti Mehdinin (ə.f) zühur günü kimi təfsir edilmişdir.[18] |
| 19 | وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! | Loğman, 20 | İmam Musa ibn Cəfərdən (ə) nəql olunan bir rəvayətdə, daxili nemət (batini nemət) Qeybdə olan İmama (ə.f) təfsir edilmişdir.[19] |
| 20 | وَلَئِن جَاءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?! | Ənkəbut, 10 | İmam Sadiqdən (ə) rəvayət olunub ki, Allah tərəfindən olan qələbə və yardımın mənası, Həzrət Qaimdir (ə.f).[20] |
| 21 | وَيُرِيدُ اللَّـهُ أَن يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi. (Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi) ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin. | Ənfal, 7-8 | İmam Baqirdən (ə) bir rəvayətdə, ayənin təfsirində batili məhv edən şəxsin İmam Zaman (ə.f) olduğu bildirilmişdir.[21] |
| 22 | إِنَّ اللَّـهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي Beləliklə, Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil... | Bəqərə, 249 | İmam Sadiqdən (ə) bu ayənin təfsirində nəql olunub ki, İmam Zamanın (ə.f) səhabələri də Talutun səhabələri kimi imtahan və sınağa çəkiləcəklər.[22] |
| 23 | وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ And olsun əsr vaxtına ki, Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir. | Əsr, 1-2 | İmam Sadiqdən (ə) bir rəvayətdə nəql olunub ki, bu ayədəki “əsr”dən məqsəd, Qaimin (ə.f) zühur və qiyam zamanıdır.[23] |
| 24 | وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِ Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur! | Bəyyinə, 5 | Bir rəvayətə əsasən, İmam Sadiq (ə) “dinul-qəyyimə” (sabit və möhkəm din) ifadəsindən məqsədin Həzrət Qaim (ə.f) olduğunu bildirmişdir.[24] |
| 25 | سَلَامٌ هِىَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir. | Qədr, 5 | İmam Sadiqdən (ə)bir hədisdə «dan yeri sökülənə qədər» ifadəsi, Həzrət Qaimin (ə.f) zühur fəcrinin doğması kimi izah edilmişdir.[25] |
| 26 | وَالنَّهَارِ إِذَا تَجَلَّی And olsun, cilvələnməkdə olan gündüzə. | Ləyl, 2 | Bəzi İmamların (ə) rəvayətlərində bu ayənin şərhində “gün” ifadəsi İmam Zamanın (ə.f) zühuru kimi təfsir olunmuşdur.[26] |
| 27 | وَالنَّهَارِ إِذَا جَلَّاهَا And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə. | Şəms 3 | İmam Sadiq (ə) bir rəvayətdə bu ayədəki «gün» ifadəsini Həzrət Qaimə (ə.f) təfsir etmişdir.[27] |
| 28 | وَالْفَجْرِ And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına). | Fəcr, 1 | İmam Sadiq (ə) bu ayədəki «dan yerini» Həzrət Qaimə (ə.f) təfsir etmişdir.[28] |
| 29 | وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ And olsun bürcləri olan göyə. | Buruc, 1 | Peyğəmbərdən (s) nəql olunub ki, bu ayədəki "bürclərdən" məqsəd İmamlardır (ə), Onların birincisi Əli (ə) və sonuncusu isə Məhdidir (ə.f).[29] |
| 30 | هَلْ أَتَاک حَدِیثُ الْغَاشِیةِ وُجُوهٌ یوْمَئِذٍ خَاشِعَةٌ عَامِلَةٌ نَّاصِبَةٌ تَصْلَیٰ نَارًا حَامِیةً (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi? O gün (bəzi) üzlər zəlil və çökmüş olar. Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir. Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar. | Ğaşiyə, 1-4 | İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə, bu ayə Həzrəti Qaimin (ə.f) qiyamına təfsir olunmuşdur.[30] |
| 31 | فَلَا أُقْسِمُ بِالْخُنَّسِ الْجَوَارِ الْكُنَّسِ Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara, Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər). | Təkvir, 15-16 | İmam Baqirdən (ə) bir rəvayətdə bu ayənin İmam Zamanın (ə.f) qeybdə olması və zühuru ilə əlaqəli olduğu bildirilmişdir.[31] |
| 32 | فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ O gün çətin bir gündür. Kafirlər üçün asan deyildir. | Muddəssir, 9-10 | İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, bu ayə İmam Zamanın (ə.f) zühuruna və qiyamına işarədir.[32] |
| 33 | حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər. | Cin, 24 | İmam Kazımdan (ə) bir rəvayətdə bu ayənin mənasının İmam Zaman (ə.f) və Onun səhabələri olduğu bildirilmişdir. (Yəni, kafirlər görəcəklər ki, İmam Zaman (ə.f) və Onun köməkçiləri zəif və sayca az deyillər.)[33] |
| 34 | خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün. | Məaric, 44 | İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurur: «Vəd verilmiş gün» ifadəsindən məqsəd, Həzrət Qaimin (ə.f) qiyam və zühur günüdür.[34] |
| 35 | وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər. | Məaric, 26 | İmam Baqir (ə) bu ayə barədə belə buyurur: «Cəza günü» ifadəsindən məqsəd, Həzrət Qaimin (ə.f) zühuru və qiyamı günüdür.[35] |
| 36 | قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاءٍ مَّعِينٍ De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!» | Mulk, 30 | İmamlardan (ə) nəql olunan bəzi rəvayətlərdə bu ayə, Həzrət Mehdinin (ə.f) zühuru və onun dünyanı bürüyəcək ədaləti kimi təfsir olunmuşdur.[36] |
| 37 | يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّـهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır. | Səff, 8 | İmam Musa Kazım (ə) bu ifadə — «Allah Öz nurunu tamamlayacaqdır» — barəsində buyurub ki, bundan məqsəd Qaimin (ə.f) vilayətidir.[37] |
| 38 | اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا Bilin ki, həqiqətən, Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). | Hədid, 17 | İmam Baqirdən (ə) olan bir rəvayətdə, Həzrət Mehdinin (ə.f) vasitəsilə yerin dirildilməsi mənasına təfsir olunmuşdur.[38] |
| 39 | يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar. | Rəhman, 41 | İmam Sadiqdən (ə) bir rəvayətdə buyurulub: Qiyam zamanı Allah-Taala simaları tanımaq qabiliyyətini İmam Zamana (ə.f) bəxş edəcək.[39] |
| 40 | فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib). | Zariyat, 23 | İmam Zeynulabidindən (ə) olan bir rəvayətdə “haqq” İmam Zamanın (ə.f) qiyamı kimi təfsir olunmuşdur.[40] |
| 41 | اسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)! (Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin nərəni eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür. | Qaf, 41-42 | İmam Sadiqdən (ə) olan bir hədisdə “səyhə” (göydən gələn nida, fəryad) İmam Zamana (ə.f), "çıxma günü” isə rəcətə (qayıdışa) təfsir olunmuşdur.[41] |
| 42 | لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا أَلِيمًا ...Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik. | Fəth, 25 | İmam Sadiqdən (ə) olan bir rəvayətdə buyurulub ki, bu ayədə məqsəd budur: Münafiq və kafirlərin cəzasının təxirə salınması, onların belində (nəsillərində) olan mömin insanların zühuruna (dünyaya gəlməsinə) qədərdir.[42] |
| 43 | قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ اللَّـهِ لِيَجْزِيَ قَوْمًا بِمَا كَانُوا يَكْسِبُونَ İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın. | Casiyə, 14 | İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur ki, İmam Zamanın (ə.f) qiyam günü “Əyyamullah”dan (Allahın günlərindən) sayılır.[43] |
| 44 | هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?! | Zuxruf, 66 | İmam Baqir (ə) bir rəvayətdə "ساعَةَ بَغتَةً" (saat qəfil olaraq) ifadəsinin təfsirində, buradakı "saatın" mənasının Həzrət Mehdinin (ə.f) zühuru və qiyamı olduğunu bildirmişdir.[44] |
| 45 | وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur. | Şura, 41 | İmam Baqirdən (ə) "Təfsir əl-Qumidə" nəql olunan bir rəvayətə əsasən, bu ayə İmam Zaman (ə.f) və Onun səhabələrinin Bəni-Üməyyədən, onları təkzib edənlərdən və nasibilərdən intiqam alması kimi təfsir olunmuşdur.[45] |
| 46 | مَن كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِن نَّصِيبٍ Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır. | Şura, 20 | "مَا لَهُ فِي الْآخِرَةِ مِن نَّصِيبٍ "onun axirətdə heç bir payı yoxdur", bu şəkildə təfsir olunub ki, o şəxs Həzrət Qaimin (ə.f) rəhbərliyi ilə qurulacaq haqq dövlətdə heç bir nəsib və paya sahib olmayacaq.[46] |
| 47 | سَنُرِیهِمْ آیاتِنَا فِی الْآفَاقِ وَفِی أَنفُسِهِمْ حَتَّیٰ یتَبَینَ لَهُمْ أَنَّهُ الْحَقُ Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?! | Fussilət, 53 | Bir rəvayətdə İmam Baqir (ə) bu ayəni Həzrət Qaimin (ə.f) qiyamı və zühuru kimi təfsir etmişdir.[47] |
| 48 | لِّنُذِیقَهُمْ عَذَابَ الْخِزْی فِی الْحَیاةِ الدُّنْیا Beləliklə, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. | Fussilət, 16 | «عَذابُ الخِزی» ifadəsi, İmam Zamanın (ə.f) qiyamından əvvəl, inadkar və düşmən mövqedə olanların dünyada çəkəcəkləri zillət və rüsvayçılıq əzabı kimi təfsir olunmuşdur.[48] |
| 49 | وَأَمَّا ثَمُودُ فَهَدَینَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَیٰ عَلَی الْهُدَیٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا کانُوا یکسِبُونَ (Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu | Fussilət 17 | İmam Sadiq (ə) bu ayədəki Səmud qövmünü, vəhyin həqiqətlərini təkzib etdiklərinə görə, təkəbbür və azğınlıq göstərən bir qrup şiə kimi təfsir etmişdir. Ayədəki “saiqə” (əzab ildırımı) isə, Həzrət Qaimin (ə.f) zühuru zamanı baş verəcək qılınc cəzası ilə izah olunmuşdur.[49] |
| 50 | وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا (Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. | Zumər, 69 | İmam Sadiqdən (ə) nəql olunub ki, “yerin Rəbbi” dedikdə məqsəd, yer üzünün İmamıdır. Zühurundan sonra insanlar onun nurundan bəhrələnəcəklər.[50] |
| 51 | وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِینٍ Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır). | Sad, 88 | İmam Baqirdən (ə) nəql olunan bir rəvayətdə, «وَلَتَعْلَمُنَّ» (biləcəksiniz) ifadəsinin məqsədinin Həzrət Qaimin (ə.f) zühuru zamanı baş verəcəyi bildirilib.[51] |
| 52 | وَإِنَّ مِن شِيعَتِهِ لَإِبْرَاهِيمَ Həqiqətən, İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi. | Saffat, 83 | İmamlar və o cümlədən Həzrət Məhdinin (ə.f) və onların şiə tərəfdarlarının xüsusiyyətləri haqqında.[52] |
| 53 | وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِن مَّكَانٍ قَرِيبٍ Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar üçün qaçıb can qurtarmağa (heç bir imkan) yox və yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən). | Səbə, 51 | Biharul-Ənvar kitabında, Peyğəmbər (s) və İmam Baqirdən (ə) nəql olunan rəvayətlərdə göstərilir ki, bu ayənin misdaqlarından biri Həzrət Məhdinin (ə.f) qiyamı zamanı Süfyaninin çıxışıdır.[53] |
| 54 | قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنظَرُونَ (Ya Peyğəmbər) de: «Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!». | Səcdə, 29 | Həzrət Sadiqdən (ə) nəql olunub ki, qələbə və zəfər günü, dünyanın Həzrət Qaimin (ə.f) üzünə açılacağı gündür.[54] |
| 55 | وَلَنُذِيقَنَّهُم مِّنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar! | Səcdə, 21 | İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə, «عذاب اکبر» (ən böyük əzab) ifadəsinin məqsədi, axır zamanda Həzrət Qaimin (ə.f) qılıncla qiyamıdır.[55] |
| 56 | وَیوْمَئِذٍ یفْرَحُ الْمُؤْمِنُونَ (Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər; | Rum, 4 | İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə əsasən, həmin gündə möminlərin sevinməsi Həzrət Qaimin (ə.f) qiyamı və zühuru ilə bağlı olacaqdır.[56] |
| 57 | إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər. | Şuəra, 4 | İmam Baqirdən (ə) nəql olunub ki: bu ayə, adı göydən elan ediləcək olan, Əhli-Beytdən (ə) olan Qaim (ə.f) barəsində nazil olmuşdur.[57] |
| 58 | أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ ﴿٢٠٥﴾ ثُمَّ جَاءَهُم مَّا كَانُوا يُوعَدُونَ ﴿٢٠٦﴾ مَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ (Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək; Sonra da vəd olunduqları (əzab) onlara yetişsə; Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər? | Şuəra 205-207 | İmam Sadiqdən (ə) bir rəvayətdə bu ayənin təfsirində «ما كانوا يوعدون» (vəd olunduqları (əzab) onlara yetişsə) ifadəsi İmam Zamanın (ə.f) zühuru və qiyamı, «ما كانوا يمتعون» "nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?" isə Bəni-Üməyyəyə aid edilmişdir.[58] |
| 59 | اللَّـهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُّورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّـهُ لِنُورِهِ مَن يَشَاء Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir. | Nur, 35 | İmam Əlidən (ə) bir rəvayətdə «يَهْدِي اللّٰهُ لِنُورِهِ مَنْ يَشَاء» ("Allah istədiyi şəxsi Öz nuruna doğru hidayət edər") ayəsi Həzrət Mehdiyə (ə.f) təfsir olunmuşdur.[59] |
| 60 | الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّـهِ عَاقِبَةُ الْأُمُورِ O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur. | Həcc, 41 | Bəzi rəvayətlərdə bu ayə Həzrət Mehdi (ə.f) və Onun səhabələrinə təfsir olunmuşdur.[60] |
| 61 | وَيَقُولُونَ لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۖ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّـهِ فَانتَظِرُوا إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ Və «nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: «Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə də nazil etdi). Buna görə də, gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyənlərdənəm». | Yunus, 20 | İmam Sadiqdən (ə) bir rəvayətdə "qeyb" Həzrət Qaimə (ə.f) təfsir olunmuşdur.[61] |
| 62 | أَفَأَمِنَ الَّذِينَ مَكَرُوا السَّيِّئَاتِ أَن يَخْسِفَ اللَّـهُ بِهِمُ الْأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?! | Nəhl, 45 | İmam Sadiqdən (ə) bir rəvayətdə bu ayənin təfsiri barəsində, Əhli-Beytdən (s) olan bir şəxsin üç yüz on üç nəfərlə birlikdə zühur edəcəyinə və Beyda çöküşünə (xəsfi-Beyda) işarə olunmuşdur.[62] |
| 63 | أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ (İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır. | Nəhl, 1 | İmamların (ə) rəvayətlərində "Əmrullahdan" (Allahın əmri) məqsəd, İmam Zamanın (ə.f) zühuruna işarədir.[63] |
| 64 | حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَن نَّشَاءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ (Bizim peyğəmbərlərimiz dəvət, qövmlər isə inkar etdilər və) nəhayət peyğəmbərlərimiz naümid olan və (qövmlər) onlara yalan deyilməsini güman edən zaman (birdən) Bizim köməyimiz onlara yetişdi. Beləliklə istədiyimiz kəslər xilas edildilər. (Əlbəttə,) Bizim əzabımız günahkar qövmdən sovuşdurulmur. | Yusuf, 110 | İmam Əlidən (ə) bir rəvayətdə buyurulur ki, möminlər qeyb dövründə çətin bir həyat sürəcəklər nəhayət, ilahi kömək (İmam Zamanın (ə.f) zühuru) ilə işləri asanlaşacaq və genişlik (rahatlıq) tapacaqlar.[64] |
| 65 | يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّـهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنكُمْ Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. | Nisa, 59 | Ayənin təfsirində, qeybdə olan İmamın (ə.f) faydası, bulud arxasında olan günəşə bənzədilmişdir; insanlar günəşin işığından bəhrələnirlər, hərçənd ki, bir bulud onu örtmüşdür.[65] |
| 66 | وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. | Ali-İmran, 83 | İmam Sadiqdən (ə) bir rəvayətdə bu ayə, İmam Zamanın (ə.f) zühuruna və Onun vasitəsilə bütün insanların Tövhid kəliməsinə yönəlməsinə işarə kimi təfsir olunmuşdur.[66] |
| 67 | يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا ۗ قُلِ انتَظِرُوا إِنَّا مُنتَظِرُونَ Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyamətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik». | Ənam, 158 | İmam Sadiq (ə) buyurur ki, «يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ» ayəsindəki "gün" Həzrət Qaimin (ə.f) zühur etdiyi gündür. "Bəzi ayələr" isə İmamlar (ə) olaraq təfsir edilmiş, o cümlədən gözlənilən ayə — «آية المنتظرة»
İmam Zaman (ə.f) kimi izah olunmuşdur.[67] |
| 68 | وَمِن قَوْمِ مُوسَىٰ أُمَّةٌ یهْدُونَ بِالْحَقِّ وَبِهِ یعْدِلُونَ Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır. | Əraf, 159 | İmam Sadiqdən (ə) bir rəvayətdə bildirilir ki, Musa peyğəmbərin (ə) ümmətindən olan bəzi möminlər, Həzrət Mehdinin (ə.f) səhabə və köməkçilərindən olacaqlar.[68] |
| 69 | قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ Dedi: Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım». | Hud, 80 | İmam Sadiq (ə) "qüvvə"ni Həzrət Qaimin (ə.f) gücü, "rüknü şədidi" (möhkəm və sabit) isə İmam Zamanın (ə.f) köməkçi və səhabələri kimi təfsir etmişdir.[69] |
| 70 | أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّـهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir. | Həcc, 39 | İmam Sadiq (ə) bu ayənin Həzrət Qaim (ə.f) haqqında olduğunu buyurur; çünki O, zühur etdikdə İmam Hüseynin (ə) qanının intiqamını alacaq.[70] |
| 71 | إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا وَأَكِيدُ كَيْدًا فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər. Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm. Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama). | Tariq 15-17 | İmam Sadiqdən (ə) nəql olunub ki, "möhlət"dən məqsəd kafirlərə, İmam Zamanın (ə.f) zühur və qiyamına qədər verilən vaxtdır.[71] |
| 72 | أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَـٰهٌ مَّعَ اللَّـهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ (O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız! | Nəml, 62 | Bəzi rəvayətlərdə, bəhs olunan ayə Həzrət Mehdinin (ə.f) qiyamı, "muztərr" sözündən (zərər və çətinliyi aradan qaldıran) məqsəd isə İmam Zaman (ə.f) kimi təfsir olunmuşdur.[72] |
İstinadlar
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.327
- ↑ Tusi, Əl-Ğeybə, h.q 1411, s.184
- ↑ Tusi, Ət-Tibyan, c.7, s.457
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.18
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.313
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.229
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.199
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.142-143
- ↑ Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.2, s.338
- ↑ Bəhrani, Əl-Burhan, h.ş 1374, c.3, s.286
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.242
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.250
- ↑ İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.63
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.287
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.65
- ↑ Səffar Qumi, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.70
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.317
- ↑ Kufi, Təfsiru furatil-kufi, h.q 1410, s.658
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.368
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.149
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.50
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.316
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.656
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.801
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.794
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.425
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.778
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.778
- ↑ Mufid, Əl-İxtisas, h.q 1413, s.224
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.50
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.341
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.343
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.343
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.701
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.287
- ↑ Ərusi Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.5, s.387
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.432
- ↑ Ərusi Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.5, s.242
- ↑ Səffar Qumi, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.356
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.596
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.327
- ↑ Ərusi Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.5, s.70
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.558-559
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.552
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.278
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.436
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.269
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.269
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.777
- ↑ Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.4, s.331
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.287
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.486
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.57
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.438
- ↑ Bəhrani, Əl-Burhan, h.ş 1374, c.4, s.401
- ↑ Təbəri, Dəlailul-imamə, h.q 1413, s.464-465
- ↑ Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.383-384
- ↑ Yəzdi Hairi, İlzamun-nasib, h.q 1422, c.1, s.79
- ↑ Bəhrani, Əl-Muhəccətu fima nəzələ fil-Qaimil-hoccət (ə), h.q 1427, s.159
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.87
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.18
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.65-66
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.198
- ↑ Təbəri, Dəlailul-imamə, h.q 1413, s.471
- ↑ Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.54-55
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.13
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.357
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.32
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.157
- ↑ Yəzdi Hairi, İlzamun-nasib, h.q 1422, c.2, s.277
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.416
- ↑ Ərusi Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.4, s.94
Ədəbiyyat
- İbn Qulaveyh, Cəfər ibn Muhəmməd, Kamiluz-ziyarat, Düzəliş: Əbdül-Hüseyn Əmini, Darul-Mürtəzəviyyə, h.ş 1356
- Əstirabadi, Əli, Təvilul-ayatiz-zahirə, Düzəliş: Hüseyn Vəli, Qum, İslami nəşr müəssisəsi, h.q 1409
- Bəhrani, Seyid Haşim ibn Süleyman, Əl-Burhan, Qum, Besət müəssisəsi, h.ş 1374
- Bəhrani, Seyid Haşim ibn Süleyman, Əl-Muhəccətu fima nəzələ fil-Qaimil-hoccət (ə), Qum, Darul-məvəddə, h.q 1427
- Xəzzaz Qumi, Əli ibn Muhəmməd, Kifayətul-əsər, Bidar, Qum, h.q 1401
- Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, h.q 1395
- Səffar Qumi, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, h.q 1404
- Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum, Besət, h.q 1413
- Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Təhqiq: Əhməd Qüseyr Amili, Beyrut
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, Darul-məarif, h.q 1411
- Ərusi Hüveyzi, Əbdu Əli ibn Cümə, Nurus-səqəleyn, Qum, İsmailiyyan nəşriyyatı, h.q 1415
- Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Tehran, h.q 1380
- Feyz Kaşani, Məhəmməd Möhsin ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-Sədr, h.q 1415
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.q 1404
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Kufi, Furat ibn İbrahim, Təfsiru furatil-kufi, Tehran, h.q 1410
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, h.q 1413
- Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Tehran, Səduq nəşri, h.q 1397
- Yəzdi Hairi, Əli, İlzamun-nasib, Beyrut, h.q 1422
Xarici keçid
- سیمای مهدویت در قرآن, farsca məqalə