Qara bayraqlar

wikishia saytından

Qara bayraqlar (ərəbcə: الرايات السود), rəvayətlərdə "ər-rayatus-səvd" ibarəti ilə gəlmiş və şərq torpaqlarından qara bayraqlarla baş qaldıran dəstəyə işarədir. Qara bayraqlarla bağlı bir çox hədislərdə, Əbu Muslim Xorasaninin qiyam edib Abbasilər dövlətini təşkil edəcəyinə işarə edilmişdir. O hədislərdən bəzilərində isə qara bayraqların aşkar olması, axirəz-zamanda imam Zamanın (ə.c) zühuru nişanələrindən biri olduğu bildirilir.

Şiə hədis tədqiqatçılarının fikrincə, bu cür hədislər əksəriyyət Əhli-sünnə mənbələrində gəlmişdir; amma o hədislər ki, onların raviləri tamamilə şiə raviləridir, qara bayraqları Əbu Muslim Xorasaninin Əməvilər xilafətinə qarşı olduğunu vurğulayırlar. Əlbətdə bunu da qeyd etmək lazımdır ki, bu nəzəriyyənin müqabilində bəziləri düşünürlər ki, qara bayraqlar imam Mehdinin (ə.c) zühuru əlamətlərindən biridir.

Məfhumşünaslıq

Qara bayraqlar, rəvayətlərdə (Ərəb dilində, ər-rayatus-səvd) ibarəti ilə gəlmiş və Xorasandan qara bayraqlarla baş qaldıran bir dəstəyə işarədir.[1] Bu cür rəvayətlərdə, Xorasandan məqsəd, keçmiş Xorasandır ki, İranın bir çox hissəsini, Əfqanıstan, Türkmənistan, Tacikistan və Özbəkistan kimi ölkələri əhatə edir.[2]

Qara bayraqlar haqqında olan rəvayətlərin mənbələri

İmam Mehdi (ə.c) ensiklopediyasının yazarlarının verdiyi məlumata əsasən, qara bayraqlar haqqında olan hədislərin böyük hissəsi Əhli-sünnə mənbələrində nəql olunmuşdur. Şiə hədis mənbələrində, qara bayraqlar barəsində imamlardan az bir həddə hədislər nəql olunmuş və bu barədə çox bir hissəsi isə Əhli-sünnə ravilərindən nəql edilmişdir.[3]

Rəvayətlərin məzmunu

Bəzi şiə hədislərində, qara bayraqların aşkar olması, imam Zamanın (ə.c) zühurunun nişanəsi kimi bəyan edilmişdir. Misal üçün, hədislərin birində imam Əli (ə) Şamlılar arasında olan ixtilafı, qara bayraqları və Ramazan ayında ucalan səsi zühurun nişanələrindən olduğunu bildirmişdir. Başqa hədislərdə isə, qara bayraqların aşkar olması Əbu Muslim Xorasaninin qiyamı və Əməvi hakimiyyətinin məhv olması ilə əlaqələndirilmişdir. Nümunə olaraq; imam Baqirdən (ə) nəql olunan hədislərin birində, Bəni Üməyyə və Bəni Abbas hakimiyyətinin süqutuna işarə edilərək qara bayraqlardan söz açılmışdır.[4] Həmçinin bir sıra hədislərdə, açıq-aşkar bildirilir ki, o qara bayraqların sahibi Əbu Muslim Xorasanidir.[5]

Qeyd olunan nöqtələr Əhli-sünnə mənbələrində də özünə yer tutmuşdur:

  1. Qara bayraqların qiyamından sonra Bəni Üməyyə hakimiyyəti tənəzzül edəcək.[6]
  2. Qara bayraqların qiyamından sonra hakimiyyətə çatan şəxslərin məzəmmət olunması.[7]
  3. Qara bayraqlıların ixtilafı.[8]
  4. Süfyaninin zühur etməsi.[9]
  5. Şüeyb ibn Salehin rəhbərliyi.[10]
  6. Qara bayraqların qiyamından sonra, imam Zamanın (ə.c) Məkkədə zühuru.[11]

Qara bayraqların zahir olması, zühurun nişanələrindəndir?

Bəzi şiə tədqiqatçıların fikrincə qara bayraqlardan məqsəd Əbu Musa Xorasaninin qiyamıdır ki, Bəni Üməyyə hakimiyyətinə qarşı qalxdı və nəticədə Abbasilər hakimiyyəti quruldu.[12] Bunların fikrincə, xalis şiə hədisləri (yəni o hədislər ki, onun bütün raviləri şiədirlər) qara bayraqlar haqqında olan hədislərdə, zühurun əlamətlərindən olaraq bildirilməmişdir. O hədislərdə ki, qara bayraqları, zühurun nişanlərindən bildirilmişdir, Əhli-sünnə hədislərinə əsalandırırlar.[13] Seyyid Məhəmməd Sədr yazır, Abbasilər hakimiyyəti barəsində müxtəlif saxta (düzəlmə) hədislər vardır ki, bu da Abbasilər hakimiyyətinin təyid edilməsi və onların mənafeini qorumaq məqsədi ilə yazılmışdır.[14]

Bütün bunlarla belə, bəziləri yenə də bu fikirdədirlər ki, qara bayraqların aşkar olması, imam Mehdinin (ə.c) zühurunun nişanələrindəndir və zühurdan öncə baş verəcək bir qiyam kimi bilirlər.[15] “Əsre zuhur” (Zühur dövrü) kitabının müəllifi, qara bayraqların sahibini Seyyid Xorasaninin olduğuna inanır və onun qoşununun komandanlığını Şüeyb ibn Saleh öhdəsinə götürəcək və bu zaman onunla Süfyani qoşunu arasında müharibə olacaq, nəticədə Süfyani qoşununu məğlub edəcək;[16] ondan sonra imam Zamanla (ə.c) beyət edəcək.[17] Qeyd olunur, “Əsre zühur” kitabının müəllifi, bu mətləbi isbat etmək məqsədilə İbn Həmmadın “Əl-fitən” kitabından nəql etdiyi sənədləri dəlil gətirmişdir, lakin bu kitabın şiə nəzərində heç bir etibarı yoxdur; çünki, bu kitabda nəql olunan hədislərin əksəriyyəti məsum tərəfindən nəql olunmamışdır.[18]

Qara bayraqlar haqqında hədislər və İşid

Bəzi İşid dəstələrinin tərəfdarları, qara bayraqlar haqqında olan hədisləri, İşid qruplaşmasına aid olduğunu bildirirlər bu təfəkkürlə ki, onların da bayraqları qaradır.[19] Tarix tədqiqatçısı Rəsul Cəfəriyan, qara bayraqlar haqqında olan hədislərin sonradan düzəlmə olduğunu bildirir və əhli-sünnə alimləri də bu hədislərin düzgün olmadığını bildirirlər; əgər (səhih) sənədləri düzgün hədis olsalar da belə onları İşid qruplaşmasına nisbət verilməsi yanlış bir təfəkkürdür.[20]

İstinadlar

  1. Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1388, s.136
  2. Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1388, s.136
  3. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.6, s.60-61
  4. Numani, Əl-Ğeybət, h.ş 1397, s.256, hədis 13
  5. Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.294, hədis 248; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.528
  6. İbn Həmmad, Əl-Fitən, h.q 1414, c.1, s.207, hədis 566
  7. İbn Həmmad, Əl-Fitən, h.q 1414, c.1, s.210, hədis 573
  8. İbn Həmmad, Əl-Fitən, h.q 1414, c.1, s.216, hədis 596 və s.288, hədis 841
  9. İbn Həmmad, Əl-Fitən, h.q 1414, c.1, s.288, hədis 841 və s.289, hədis 845
  10. İbn Həmmad, Əl-Fitən, h.q 1414, c.1, s.314, hədis 907 və s.316, hədis 912 və s.344, hədis 996
  11. İbn Həmmad, Əl-Fitən, h.q 1414, c.1, s.322, hədis 921
  12. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.6, s.64-65; Sədr, Tarixul-ğeybətil-kübra, h.q 1412, s.453
  13. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.6, s.63
  14. Sədr, Tarixul-ğeybətil-kübra, h.q 1412, s.453
  15. Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1388, s.137; Kurani, Əsruz-zühur, h.q 1408, s.242 və 243
  16. Kurani, Əsruz-zühur, h.q 1408, s.242
  17. Kurani, Əsruz-zühur, h.q 1408, s.137
  18. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.448
  19. جعفریان، «موج جدید استفاده از گفتمان مهدوی در برآمدن داعش», farsca
  20. جعفریان، «موج جدید استفاده از گفتمان مهدوی در برآمدن داعش», farsca

Ədəbiyyat

  • Səlimiyan, Xodamurad, Fərhəngnameye Məhdəviyyət, Tehran, h.ş 1388
  • Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybətil-kübra, Beyrut, h.q 1412
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-İmamə, Tehran, h.q 1413
  • Kurani, Əli, Əsruz-zühur, h.q 1408
  • Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), Qum, h.ş 1393
  • Numani, Məhəmməd ibn İbrahim, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Əl-Ğeybət, Səduq nəşri, h.ş 1397
  • İbn Həmmad, Nəim, Əl-Fitən, Darul-fikr, h.q 1414