Məzmuna keç

Səhifeyi Səccadiyyənin onuncu duası

wikishia saytından
(Səhifeyi-səccadiyyənin onuncu duası səhifəsindən yönləndirilmişdir)
Səhifeyi Səccadiyyənin onuncu duası
MövzuAllahın ehsanına və fəzlinə pənah aparmaq
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi Səccadiyyə


Səhifeyi Səccadiyyənin onuncu duası (ərəbcə: الدعاء الثاني من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır. Bu duada Allahdan istənilir ki, bəndələrə ədaləti ilə deyil, fəzli ilə (lütfü ilə) rəftar etsin. Çünki fəzl ilə rəftarın nəticəsi bağışlamaq, ədalətlə rəftarın nəticəsi isə əzab verməkdir və bəndələr Allahın əzabına tab gətirə bilməzlər. Bu duada həmçinin insanın Allaha möhtac olması və insanın günah etməsi ilə şeytanın sevinməsi kimi mövzulara da toxunulmuşdur. Bundan əlavə, Allahın duaları qəbul etməyi Öz öhdəsinə götürməsi də duanın məzmunlarındandır.

Onuncu dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə izah olunmuşdur. O cümlədən Hüseyn Ənsarianın fars dilində yazdığı “Aşiqlər Diyarı” və Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət” əsərləri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin” əsərində izah olunmuşdur.

Duanın təlimləri

Səhifeyi Səccadiyyənin onuncu duasının əsas mövzusu Allahın fəzlinə və rəhmətinə sığınmaq və Ondan kömək istəməkdir.[1] İmam Səccadın (ə) bu duada buyurduğu və altı hissədən ibarət olan təlimlər aşağıdakılardır:

  • Allahdan istənilir ki, bəndələrə ədaləti ilə deyil, fəzli ilə rəftar etsin
  • Ədalətlə rəftarın nəticəsi əzab, fəzl ilə rəftarın nəticəsi isə bağışlamadır
  • Bəndələrin nicat tapmasının yeganə yolu Allahın əfv etməsidir
  • Bəndələr Allahın əzabına tab gətirə bilməzlər
  • Allahın mütləq ehtiyacsızlığı və insanın Ona möhtac olması
  • Allahın rəhmətindən məhrum olan şəxsin bədbəxtliyi
  • Acizlik, çarəsizlik və sıxıntı qarşısında etiraf[2]
  • Allahın duanı qəbul etməyə və çarəsizlərə kömək etməyə dair verdiyi vəd
  • Şeytanı və onun insanı azdırmaq üçün istifadə etdiyi vasitələri tanımaq
  • İnsanın günah etməsi ilə şeytanın sevinməsi
  • Şeytanın insanı Allaha qarşı itaətsizliyə vadar etdikdən sonra onu məzəmmət etməsi[3]

Duaya yazılan şərhlər

Onuncu dua, Səhifeyi Səccadiyyənin şərhlərində izah olunmuşdur. Bu dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[4] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət”[5] və Seyid Əhməd Fəhrinin[6]Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi” kimi kitablarda və bir neçə başqa kitabda da şərh olunmuşdur.

Səhifeyi Səccadiyyənin onuncu duası, həmçinin Seyid Əli Xan Mədəninin qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin”,[7] Məhəmməd Cavad Müğniyənin “Fi zilalis-Səhifətis-Səccadiyyə”,[8] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-arifin”[9] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-ruh”,[10] adlı əsərlərində ərəb dilində şərh olunmuşdur. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[11] adlı əsərində lüğəvi baxımdan izah edilmişdir.

Duanın mətni və tərcüməsi

İstinadlar

  1. ترجمه و شرح دعای دهم صحیفه سجادیه, İrfan saytı
  2. Duanın mətni
  3. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.75-96; Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.465-482
  4. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.75-96
  5. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.465-482
  6. Fehri, Şərh və təfsire Səhifeyi Səccadiyye, h.ş 1388, c.1, s.519-525
  7. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.425-441
  8. Müğniyə, Fi zilalis-Səhifətis-Səccadiyyə, h.q 1428, s.159-165
  9. Darabi, Riyazul-arifin, h.ş 1379, s.137-140
  10. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.275-284
  11. Feyz Kaşani, Təliqat ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.34-35

Ədəbiyyat

  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Seyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyid Əhməd, Şərh və təfsire Səhifeyi Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqat ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyid Əli Xan, Riyazus-salikin, Qum, h.q 1435
  • Müğniyə, Məhəmməd Cavad, Fi zilalis-Səhifətis-Səccadiyyə, Qum, Darul-kutubil-İslami, h.q 1428
  • Məmduhi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid