Taslim:Orucu pozmaq
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Orucu pozmaq (ərəbcə: المجاهرة بالإفطار) – Ramazan ayında şəri üzr olmadan orucu qəsdən batil etməkdir. Bu əməl İslamda haram sayılır və böyük günahlardan hesab olunur. Oruc pozan şəxsə, orucun qəzası ilə yanaşı kəffarə də vacib olur. Fiqh alimlərinin fətvalarına görə, orucu pozma əməli üçün birinci və ikinci dəfə baş verərsə, 25 şallaq cəza nəzərdə tutulur. Bəzi fəqihlərin fətvasına əsasən, əgər bir şəxs orucu pozduğu üçün iki dəfə cəzalandırıldıqdan sonra üçüncü dəfə yenə bu əməli edərsə, onun cəzası edamdır. Fəqihlərə görə, hətta şəri üzr olduqda belə, aşkar şəkildə orucu pozmaq, haramdır və bunu edən şəxs cəzaya layiqdir. Bir sıra İslam ölkələrində açıq şəkildə orucu pozmaq cinayət sayılır və onu edən şəxsə həbs, şallaq, pul cəriməsi kimi cəzalar tətbiq edilir.
Orucu pozma anlayışı və onun mövqeyi
Orucu pozmaq – Ramazan ayında şəri üzrü olmadan orucu qəsdən batil etmək deməkdir.[1] Orucu pozmaq haram bir əməl və böyük günah hesab olunur.[2] İmam Sadiqdən (ə) Kafi kitabında nəql edilən rəvayətə əsasən, kim bilərəkdən orucunu pozarsa, dindən çıxmış sayılır.[3]
Fiqh kitablarında qeyd edilən hökmlərə görə, əgər bir şəxs Ramazan ayında bilə-bilə və qəsdən orucu pozarsa və bunu halal saysa, mürtəd olur. Hətta əgər orucu pozmasa, lakin orucu pozmağı halal bilsə, yenə mürtəd hökmündə olur.[4] Fəqihlərin fətvasına əsasən, orucu pozan şəxs həm orucun qəzasını, həm də kəffarəsini yerinə yetirməlidir.[5]
Fəqihlərin fikrincə, əgər bir şəxs orucu pozsa, lakin bunu halal saymasa, o zaman təzir və ya şərii cəza tətbiq edilə bilər. Oruc pozmağın birinci və ikinci dəfə üçün cəzası 25 şallaq olaraq qeyd edilib.[6] Bəzi alimlərin fətvasına görə, əgər iki dəfə cəzalandırıldıqdan sonra şəxs yenə orucu pozarsa, onun şərii cəzası edamdır; lakin bu rəydə olmayan fəqihlər də vardır.[7] Orucu pozan şəxs cəza ilə yanaşı, orucun qəzasını tutmalı və kəffarəsini də yerinə yetirməlidir.[8]
Aşkar şəkildə orucu pozmaq və onun cinayət sayılması
Şiə və sünni fəqihləri, hətta şərii üzr olduqda belə, açıq-aşkar orucu pozmağı caiz hesab etmir və bunu edən şəxsin cəzalandırılmasını vacib bilirlər.[9] Bir çox müsəlman ölkələrində açıq şəkildə orucu pozma cinayət sayılır[10] və buna görə həbs, sürgün, şallaq, pul cəriməsi, bəzən isə edam kimi cəzalar tətbiq olunur.[11] İran İslam Cəza Qanununda bu əməl üçün 10 gündən 2 aya qədər həbs və 74 şallağa qədər cəza nəzərdə tutulur.[12] Həmçinin İran ərazisində yaşayan qeyri-müsəlmanlar da Ramazan ayında ictimai yerlərdə yeyib-içməməlidirlər, çünki ölkənin cəza qanunları bütün sakinlərə şamil edilir.[13]
Orucu pozma cəzasının tətbiq olunma şərtləri
Orucu pozma cəzasının tətbiqi üçün əməlın açıq-aşkar olması şərt sayılır.[14] Həmçinin bildirilib ki, kim aşkar şəkildə orucu pozarsa, onu hüquqi orqanlara təhvil vermək lazımdır.[15]
İstinadlar
- ↑ Salihi, معارف اسلامی، ج۲۷، ص۱۵.
- ↑ Dəstğeyb, Qonahane kəbire, c.1, s.27; İmam Xomeyni, Təhrirul-vəsilə, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.1, s.258-259
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.2, s.278
- ↑ Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.145-146; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.494-495
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.226; Xoyi, Musuətul-İmamil-Xoi, h.q 1418, c.21, s.305
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1420, c.3, s.521-522
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1420, c.3, s.522
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.926; Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe farsi, h.ş 1385, c.4, s.169
- ↑ Əllamə Hilli, Muntəhul-mətləb, c.9, s.174-175; Sərxəsi, Əl-Məbsut, h.q 1414, c.24, s.32-33
- ↑ Zəkəriyya və Salmanpur, Bazxaniye fiqhi və hüquqi cormenqariye təzahur be ruzexori dər qanune mucazate İslamiye İran və kod cezaye Əfqanıstan, s.60
- ↑ Mucazate ruzexori dər İran və sair keşvərhaye İslami, mundəric dər sayte xəbəri və təhlili şərq
- ↑ Qanune mucazate İslamiye İran, Ketabe pəncom, h.ş 1375, maddə 638
- ↑ Qanune mucazate İslamiye İran, h.ş 1392, maddə 3
- ↑ Musəvi Azade və həmkarları, Təəmmuli bər ruzexori dər ruye qəzayi, Fele mucrimane ya fele həram ?, s.544
- ↑ Musəvi Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.3, s.215
Ədəbiyyat
- Əllamə Hilli, Həsən ibn Yusif, Muntəhul-mətləb fi təhqiqil-məzhəb, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
- Dəstğeyb, Seyid Əbdül-Hüseyn, Qonahane kəbire, Qum, Dəftəre enteşarate İslami
- İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilə, Tehran, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, tarixi məlum deyil
- İmam Xomeyni, Seyid Ruhullah, Tozihul-məsail, Məhəmməd Həsən Bəni Haşim Xomeyninin səyi ilə, Enteşarate İslami, Qum, tarixi məlum deyil
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Musəvi Azade, Seyid Rza; İman İsfəndiyar; Seyid Həmid Rəzəvi, Təəmmuli bər ruzexori dər ruye qəzayi, fele mucrimane ya fele həram?, 11 nömrə, h.ş 1401
- Musəvi Qolpayqani, Seyid Məhəmməd Rza, Məcməul-məsail, Qum, Darul-Quranil-Kərim, h.q 1409
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-İslam, düzəliş: Abbas Quçani və Əli Axundi, Daru ihyait-turasil-ərəbi, 7-ci çap, h.q 1404
- Qanune mucazate İslamiye İran, Mərkəze pejuheşhaye Məclis, h.ş 1392
- Salihi, Nadə Əli, Maʿarif-e İslami, c. 27, s. 15, Qum, Dəftəre təbliğate islami hozeye elmiyyeye Qum
- Sərxəsi, Məhəmməd ibn Əhməd, Əl-Məbsut, Beyrut, Darul-mərifət, h.q 1414
- Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, Muəssisətun-nəşril-İslami, h.q 1420
- Xoyi, Seyid Əbül-Qasim, Musuətul-İmamil-Xoi, Qum, Muəssisətu ihyai asaril-İmamil-Xoi, 1-ci çap, h.q 1418
- Zəkəriyya və Salmanpur, Bazxani-ye feqhi və hüquqi cərm-engari-ye təzahor be ruzexori dər Qanune Mucazate İslami-ye İran və kod-e cəzaye Əfqanistan, h.ş 1402
- Mucazate ruzexori dər İran və sair keşvərhaye İslami, mündəric dər sayte xəbəri və təhlili Şərq, h.ş 1403