Məzmuna keç

Taslim:Peyğəmbərin (s) müharibələri

wikishia saytından
İslamın ilk dövrlərinin tarixi
Şəxsiyyətlər
İslam Peyğəmbəri (s)Əbu TalibHəzrət Xədicə (s)İmam Əli (ə)Həzrət Fatimə (s)Həmzə ibn ƏbdülmutəllibSalman FarsiƏbuzər ĞəffariMiqdad ibn ƏmrCəfər ibn Əbi TalibBilal HəbəşiƏbubəkrÖmər ibn XəttabOsman ibn Əffan
Döyüşlər
ĞəzvələrSəriyyələr
Bədr döyüşüÜhüd döyüşüBəni-Nəzir qəzvəsiXəndək qəzvəsiBəni Qüreyzə qəzvəsiHüdeybiyyə sülhüXeybər qəzvəsiMəkkənin fəthiTəbuk qəzvəsi
Şəhərlər və məkanlar
MəkkəŞebe Əbi TalibMədinəTaifQuba məscidiMəscidun-NəbiBəni-Saidə səqifəsiXeybərBəqi qəbiristanlığı
Hadisələr
BesətHəbəşəyə hicrətLeylətul-məbitMədinəyə hicrətHüdeybiyyə sülhüHəccətul-vidaQədir-xum hadisəsiSəqifəUsamənin qoşunu
Əlaqəli məfhumlar
İslamƏnsarMühacirlərTəşəyyöHəccQüreyşBəni HaşimBəni-ÜməyyəCahiliyyət
Bu məqalə Peyğəmbərin (s) müharibələri haqqındadır. Bu müharibələrin siyahısını görmək üçün “Peyğəmbərin (s) müharibələrinin siyahısı” səhifəsinə baxın.

Peyğəmbərin (s) müharibələri (ərəbcə:حروب النبي (ص)) o Həzrətin Mədinəyə hicrətindən sonra İslam cəmiyyətini qorumaq, İslam dövləti qurmaq, müşriklərin hücumlarına qarşı durmaq və fitnələri aradan qaldırmaq məqsədi ilə həyata keçirilmişdir. Bəzi tədqiqatçıların fikrincə, bu müharibələrin hamısı ya müşriklərin müqaviləni pozması, ya da onların hərbi təxribatları səbəbilə baş vermişdir. Bu səbəbdən, müstəşriqlərin bu müharibələrin maddi məqsədlərlə aparıldığını iddia etməsi qeyri-dəqiqdir və tarixi məlumatlarla ziddiyyət təşkil edir.

Peyğəmbərin (s) şəxsən iştirak etdiyi döyüşlərə “qəzvə”, iştirak etmədiyi döyüşlərə isə “səriyyə” deyilir. Tarixi mənbələrə görə, Peyğəmbər (s) üçün təqribən 80 döyüş qeyd olunmuşdur ki, onların 30-a yaxını real hərbi qarşıdurma ilə nəticələnmiş, yalnız 5 döyüşdə isə şiddətli toqquşma baş vermişdir. Peyğəmbərin (s) bütün döyüşlərində – həm müsəlmanlardan, həm də qeyri-müsəlmanlardan – həlak olanların ümumi sayı təqribən 900 ilə 1600 nəfər arasında qiymətləndirilir.

Qurani-Kərimdə bəzi döyüşlərə işarə olunmuş və bir neçəsinin adı da çəkilmişdir. Müfəssirlərin dediyinə əsasən, müsəlmanlara ilk dəfə döyüş icazəsi “Həcc” surəsinin 39-cu ayəsi və ya “Bəqərə” surəsinin 190-cı ayəsi ilə verilmişdir. Qurana əsasən, Allah müharibələrdə müsəlmanlara mələklərlə, düşmənlərin qəlbinə qorxu salmaqla və möminlərin qəlbinə aramlıq bəxş etməklə yardım edirdi. Peyğəmbər (s) döyüşlərdə hərbi prinsiplərə riayət edir və həlledici döyüşlərə şəxsən rəhbərlik edirdi. O, döyüşlərdə insan haqlarını qoruyur, qadınların, uşaqların və yaşlıların öldürülməsinə icazə vermirdi. Səhabələrlə məsləhətləşmək, kütləvi qətliamdan çəkinmək və döyüş zamanı Mədinədə özünə canişin təyin etmək – Peyğəmbərin (s) hərbi davranışının digər xüsusiyyətləri idi.

Peyğəmbər (s) hərbi rəhbərlikdə aldadıcı üsullar və psixoloji müharibə də daxil olmaqla müxtəlif taktikalardan istifadə edirdi. O Həzrət ordusunu beş hissəyə bölərək formalaşdırırdı: ön dəstə, mərkəz (qəlb), sağ cinah, sol cinah və ehtiyat qüvvələr. Müsəlmanlar döyüşə qatılmağa məcbur edilmirdi; zəif və azyaşlıların iştirakına da icazə verilmirdi.

Həzrət Fatimə Zəhra (s), Ümmü Əymən, Ümmü ƏtiyyəÜmmü Əmarə kimi bəzi qadınlar döyüşlərdə kişilər kimi iştirak edir, yaralıları müalicə edir, döyüşçülərə su çatdırır, yemək hazırlayır, oxları toplayır və saxlayırdılar.

Peyğəmbərin (s) müharibədəki məqsədləri

Peyğəmbər (s) İslam dinini yaymaq və İslam hökuməti qurmaq[1] məqsədilə müşriklərə, yəhudilərə və rumlulara qarşı müharibələr aparmışdır;[2] çünki Peyğəmbərin (s) düşmənləri İslam hökumətinin qurulmasına mane olurdular.[3] Müşriklərin hücumlarına qarşı çıxmaq və fitnənin kökünü kəsmək də Peyğəmbərin (s) müharibələrdəki digər məqsədlərindən idi.[4] Bu səbəbdən, Peyğəmbər (s) döyüşə başlamazdan əvvəl düşmənlərini İslam dininə dəvət edərdi və yalnız onlar bu dəvəti qəbul etmədikdə müharibəyə başlayardı.[5] Bildirilir ki, Peyğəmbərin (s) müharibələrdəki ilahi məqsədlərinə görə dini ədəbiyyatda “müharibə” sözünün yerinə “Allah yolunda cihad” ifadəsi işlədilmişdir.[6] Bəzi tədqiqatçılara görə, Peyğəmbər (s) döyüşlərdə ordusuna savaşın səbəblərini, məqsədlərini və prinsiplərini açıqlayır, sonra isə güclü hərbi təşkilat qururdu.[7]

Bununla belə, əksər müstəşriqlər (Qərb islamşünasları) Peyğəmbərin (s) müharibələrinin maddi məqsədlərlə, siyasi və iqtisadi hakimiyyət qazanmaq üçün həyata keçirildiyini qeyd etmişlər.[8] Əlbəttə, onlar Peyğəmbərin (s) müharibə məqsədləri barədə eyni fikirdə deyillər və qənimət əldə etmək, dolanışıq, şöhrətpərəstlik və rəqiblərdən qisas almaq kimi məqsədləri qeyd etmişlər.[9] Tədqiqatçılar bu iddiaları əsassız sayır və tarixi sənədlərin bu fikirləri təkzib etdiyini bildirirlər.[10] Bəzi digər müstəşriqlər isə Peyğəmbərin (s) bacardıqca müharibədən uzaq durduğunu və yalnız zəruri hallarda, İslamı və müsəlmanları müdafiə məqsədilə döyüşdüyünü hesab edirlər.[11]

Qəzvələr və Səriyyələr

“Xeybərin fatehi” tablosu, kətan üzərində yağlı boya, müəllif: Həsən Ruhul-Əmin, 1397 h.ş., 180 × 280 sm.

Əsas məqalələr: QəzvəSəriyyə

İslam tarixi mövzusundakı kitablarda Peyğəmbərin (s) apardığı müharibələr “qəzvə” və “səriyyə” olmaqla iki yerə bölünür:[12] Peyğəmbərin (s) şəxsən iştirak etdiyi və birbaşa komandanlıq etdiyi döyüşlərə “qəzvə”, onun iştirak etmədiyi, ancaq bir komandan təyin edərək bir dəstəni hansısa bölgəyə göndərdiyi müharibələrə isə “səriyyə” deyilir.[13] Lakin bəzi tədqiqatçılar “qəzvə” və “səriyyə” üçün edilən bu bu təriflərin dəqiq olmadığını hesab edirlər; belə ki, “qəzvə” dedikdə, açıq şəkildə, çox sayda döyüşçü ilə və təşkilatlanmış şəkildə həyata keçirilən müharibələr, “səriyyə” isə az sayda döyüşçü ilə, gizli şəkildə və təşkilatlanmamış şəkildə aparılan döyüşlər nəzərdə tutulur.[14] Bu iki tərif arasında qəzvə və səriyyələrin konkret misalları baxımından fikir ayrılığı yoxdur; çünki son tərifə əsasən, az sayda şəxslə aparılan və məqsədi əsasən təxribat və ya kəşfiyyat olan əməliyyatlarda Peyğəmbər (s) iştirak etməzdi.[15]

Müharibələrin sayı

Tarixi mənbələrdə Peyğəmbərin (s) təqribən 80 döyüşdə iştirak etdiyi qeyd olunmuşdur.[16] İmam Hadi (ə) tərəfindən “Təzkirətül-xəvass” kitabında nəql olunan rəvayətə görə, Peyğəmbərin (s) ümumi döyüşlərinin sayı 82 olmuşdur.[17] Bu qəzvələr və səriyyələrin cəmi təqribən 30-u real qarşıdurma ilə nəticələnmiş, digərləri isə döyüşsüz başa çatmışdır.[18] Həmçinin hərbi qarşıdurma ilə nəticələnən döyüşlərdən yalnız beşi mühüm döyüş hesab olunur və bu döyüşlərdə şiddətli qarşıdurmalar baş vermişdir.[19] Tarixçilərin müxtəlif mənbələrə istinadən verdikləri məlumata görə, Peyğəmbərin (s) döyüşlərində ölənlərin ümumi sayı – həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar – 900 ilə 1600 nəfər arasında olmuşdur[20]şəhid olan müsəlmanların sayı 317 nəfər olaraq qeyd edilmişdir.[21]

Peyğəmbərin (s) döyüşləri Quranda

Ali-İmran surəsinin 123-cü ayəsində Bədr döyüşünün adı zikr olunur.

Qurani-Kərimin – Bəqərə, Ali-İmran, Nisa, Maidə, Ənfal, Tövbə, Əhzab, Fəth, Həşr, SəffAdiyat– kimi bir sıra surələrində Peyğəmbərin (s) bəzi döyüşlərinə işarə olunmuşdur.[22] Bununla belə, Quranda yalnız üç döyüşün – Bədr,[23] Xəndək[24]Hüneynin[25] –açıq şəkildə adı çəkilmişdir.[26] “Ət-Tibyan” təfsirinin müəllifi Şeyx Tusi qeyd edir ki, “Həcc” surəsinin 39-cu ayəsi nazil olduqdan sonra ilk dəfə müsəlmanlara döyüşə icazə verildi.[27] Lakin “Əl-Mizan” təfsirinin müəllifi Əllamə Təbatəbaiyə görə, bu göstəriş Bəqərə surəsinin 190-cı ayəsi ilə verilmişdir.[28]

Qeybi yardımlar

Qurani-Kərimin verdiyi xəbərə əsasən, bəzi döyüşlərdə Allah, Peyğəmbərə (s) qeybi yardımlarla kömək etmişdir:

  • “Ənfal” surəsinin 9-11-ci ayələrinə görə, “Bədr” döyüşündə Allah müsəlman ordusunu mələklərlə dəstəkləmiş, düşmənlərin qəlbinə qorxu salmış, müsəlmanları isə qısa müddətdə rahatlaşdıran yüngül bir yuxuya qərq edərək onların ruhuna aramlıq bəxş etmiş və sonda onları qələbəyə çatdırmışdır.[29]
  • “Ali-İmran” surəsinin 151-ci ayəsinə əsasən, Ühüd döyüşündə müşriklər bəzi müsəlmanların səhvindən istifadə edib qələbə qazandılar və Mədinəyə hücum edərək İslamı məhv edə bilərdilər. Amma Allah onların qəlbinə qorxu saldı və onlar bu niyyətdən vaz keçib Məkkəyə döndülər.[30]
  • “Əhzab” surəsinin 9-cu ayəsinə görə, Əhzab döyüşündə Məkkə müşrikləri və ətraf qəbilələr birləşərək Mədinəyə hücum edib Peyğəmbəri (s) öldürmək və İslamı məhv etmək istədilər. Amma Allah görünməyən bir ordu – yəni külək və tufanla – müsəlmanlara yardım etdi və onları qələbəyə çatdırdı.[31]
  • “Tövbə” surəsinin 26-cı ayəsinə əsasən, Hüneyn döyüşündə bəzi müsəlmanlar məğrur oldular və başlanğıcda müşriklər qələbə qazandılar. Lakin Allah möminlərin qəlbinə aramlıq və inam endirdi və onlar yenidən döyüşə qayıdaraq qalib gəldilər.[32]

Peyğəmbərin (s) müharibələri müdafiə xarakterli idi, yoxsa hücum xarakterli?

Bəzi İslamşünasların fikrincə, Peyğəmbər (s) heç vaxt müharibəyə başlayan tərəf olmayıb və bütün müharibələr müşriklərin müqaviləni pozması və ya onların hərbi təxribatları nəticəsində baş verib.[33] Həmçinin Məhəmməd Təqi Misbah Yəzdiyə görə, hücum xarakterli cihad da müdafiə növüdür; çünki müsəlmanların canını və torpağını qorumaq vacib olduğu kimi, Allahın haqqını qorumaq da vacibdir.[34]

Peyğəmbərin (s) müharibələrdəki davranışı

Peyğəmbər (s) müharibələrdə hərbi prinsiplərə riayət edirdi.[35] O, əsgərlərin intizamına böyük əhəmiyyət verirdi və heç kimə öz vəzifə yerini tərk etməyə icazə vermirdi.[36] Peyğəmbər (s) Bədr, Ühüd və Xəndək kimi böyük və taleyüklü döyüşlərin rəhbərliyini şəxsən öz üzərinə götürürdü.[37] Nəhcül-Bəlağədə qeyd olunub ki, Peyğəmbər (s) döyüşlərdə ön cəbhədə olurdu və müsəlmanlar müharibənin çətinliklərində ona sığınırdılar.[38] Peyğəmbər (s) düşmən haqqında məlumat əldə etməyə çox önəm verirdi,[39] düşmənin ordusuna məlumat toplamaq üçün şəxslər göndərir və ordunun sirlərinin ifşa olunmasının qarşısını alırdı.[40] Aşağıdakılar da Peyğəmbərin (s) müharibələrdəki digər üsullarından hesab olunur:

Bədr döyüşündə mələklərin Peyğəmbərə (s) kömək etməsini təsvir edən bir təsvir.
  • İnsani hüquqlara riayət: Bəzi tədqiqatçıların sözlərinə görə, Peyğəmbər (s) müharibələrdə can və mal itkilərini minimuma endirməyə çalışırdı.[41] Düşmənin cəsədlərini müslə etmək (əzaları kəsməklə insanı eybəcər hala salmaq), ağacları kəsmək və qadınları, uşaqları və qocaları öldürməyi qadağan etmişdi.[42] Hətta qadınlar və uşaqlar müsəlmanlara qarşı döyüşsələr belə, imkan olduğu qədərində onların öldürülməməsini tapşırırdı.[43] Bəzi tədqiqatçıların sözlərinə görə, dünyada ilk dəfə əsirlərlə və mülki şəxslərlə bağlı qaydalar İslamda tərtib olunmuşdur.[44]
  • Müharibədə fəal diplomatiya: Peyğəmbər (s) daha çox uğur əldə etmək üçün müharibə ilə yanaşı fəal diplomatiyaya da önəm verirdi. Buna görə də neytral güclərlə siyasi razılaşmalar bağlanırdı ki, həm onların əsas düşmənlərə qoşulmasının qarşısı alınsın, həm də onların gücündən ehtiyacların təminində istifadə edilsin.[45] Peyğəmbər (s) düşmənlə danışıqları və sülhü məqsədlərinə uyğun bildiyi hallarda qəbul edir, əks halda isə danışıqlardan çəkinirdi.[46]
  • Hərbi şura yaratmaq:[47] Məsələn, Ühüd döyüşündə şəhərdaxili və ya şəhərxarici döyüşlə bağlı hərbi şura qurulması,[48] yaxud Xəndək döyüşündə xəndək qazmaq məsələsində Peyğəmbərin (s) məsləhətləşməsi.[49]
  • Mədinədə yerinə canişin təyin etmək: Peyğəmbər (s) hər dəfə Mədinədən müharibəyə gedəndə, öz yerinə bir nəfəri canişin təyin edirdi.[50]
  • Bağışlama və böyüklük: Məkkənin fəthi zamanı, Qüreyş başçılarına aman verdi. Halbuki onlar Peyğəmbəri (s) doğma yurdundan çıxarmış və qohumlarını və səhabələrini öldürmüşdülər.[51]
  • Kütləvi qırğından çəkinmək: Peyğəmbər (s) şəhərlərin zəhərlənməsini (su yolları, qida ehtiyatlarını zəhərləməyi) qadağan etmişdi.[52]

Müharibədə iştirak edənlər

Peyğəmbər (s) heç bir müsəlmanı orduda iştirak etməyə məcbur etmirdi.[53] O, qeyri-müsəlmanlardan silah alsa da, onlardan insan qüvvəsi kimi istifadə etmirdi.[54] Bildirilir ki, müsəlmanların döyüşdə iştirak etməsi üçün yaş həddi on beş idi[55] və Peyğəmbər (s), yaşı on beşdən aşağı olan şəxslərə döyüşdə iştirak etməyə icazə vermirdi.[56] Əgər müharibə çoxsaylı insana ehtiyac duymurdusa, ümumi səfərbərlik elan edilmirdi. Amma əgər İslam ordusunun daha çox qüvvəyə ehtiyacı olurdusa, o zaman Peyğəmbər (s) ümumi səfərbərlik elan edir və zəif şəxslər istisna olmaqla hamını döyüşə çağırırdı.[57] Lakin o, heç vaxt bir şəxsi döyüşə getməyə məcbur etməzdi.[58] Həmçinin Peyğəmbər (s), döyüş qabiliyyəti olmayan şəxslərin iştirakını qəbul etmirdi.[59] “Beyətul-Hərb” adlı müqaviləyə əsasən, Mədinədə Peyğəmbərin (s) canını qorumaq Mədinə əhalisinin öhdəsində idi və şəhər xaricində baş verən müharibələrdə isə onların məsuliyyəti yox idi.[60] Buna əsasən, Bədr döyüşünə qədər Peyğəmbərin (s) ordusunda yalnız Ənsar iştirak edirdi. Lakin Bədr döyüşündən sonra Mühacirlər də döyüşlərdə iştirak etmək istədilər və qoşulduqdan sonra döyüşlərdə iştirak etdilər.[61]

Qadınların müharibədə iştirakı

Qadınlar da kişilər kimi Peyğəmbərin (s) döyüşlərində iştirak edirdilər.[62] Yaralıların müalicəsi, döyüşçülərə su çatdırılması, yemək hazırlanması, ox və digər silahların toplanması və saxlanması, həmçinin yaralı və şəhidlərin şəhərə daşınması qadınların üzərinə düşən işlərdən idi.[63] Bəzi qadınlar, məsələn Kəyibə bint SədRəfidə Ənsariyyənin xüsusi çadırları var idi ki, döyüşdə yaralananlar və xəstələr müalicə edilmələri üçün onların çadırlarına aparılırdı.[64]

Xeybər döyüşündə Peyğəmbərin (s) ordusunda altı qadın iştirak edirdi.[65] Ühüd döyüşündə isə on dörd qadın iştirak etmişdi; onlar yaralıları müalicə edir, əsgərlərə su və yemək verirdilər.[66] Bu qadınlardan bəziləri Fatimeyi-Zəhra (s), AişəÜmmü Əymən idi.[67] Həzrət Fatimə (s) Ühüd döyüşündə İmam Əli (ə) ilə birlikdə Peyğəmbərin (s) yaralarını sarıyırdı.[68] Ümmü Əymən həm Ühüd, həm də Xeybər döyüşlərində iştirak etmişdi.[69] Ümmü Ətiyyə bir çox döyüşlərdə iştirak etmişdi[70] və ondan nəql olunan bir rəvayətə görə o, yeddi döyüşdə iştirak etmişdir.[71] Rəbi bint Muəvviz də döyüşlərdə Peyğəmbərlə (s)birlikdə iştirak edən qadınlardan idi.[72] Ümmü Əmarə isə Ühüd, Xeybər və Hüneyn kimi müxtəlif döyüşlərdə iştirak etmiş və kişilərlə birlikdə döyüşmüşdü.[73] O, müxtəlif döyüşlərdə yaralanmışdı və Ühüd döyüşündə müşriklər Peyğəmbərə (s) hücum etdikdə, o, qılınc ilə Peyğəmbəri (s) müdafiə edirdi.[74]

Taktikalar

İslamın ilk dövrlərində ordunun necə təşkil olunduğunu göstərən bir təsvir.[75]

Peyğəmbər (s) bəzi döyüşlərdə, məsələn, Xeybər qəzvəsində[76], ordusunu nizama salmaq üçün “Xəmis” adlı hərbi düzülüçdən istifadə edirdi.[77] Bu sistemdə qüvvələr beş hissəyə bölünərək – ön dəstə, mərkəz, sağ cinah, sol cinah və ehtiyat qüvvələr – döyüş düzülüşünə salınırdı.[78] Peyğəmbərin (s) döyüşlərdəki taktikalarından biri, müharibəyə düşmən torpaqlarında başlamaq idi ki, bununla müharibənin bütün zərərləri düşmənin üzərinə düşsün.[79] Bəzi hallarda İslam ordusu gizli yollarla hərəkət etdirilirdi ki, düşmənin kəşfiyyat qüvvələri onların məqsədlərindən xəbər tutmasın.[80] Həmçinin Peyğəmbər (s), düşmənlərin hücum məqsədilə toplandığını eşitdikdə, qəfil hücumlarla onların bir yerə toplanmasını dağıdır və daha böyük bir müharibənin qarşısını alırdı.[81]

Aldatma taktikası da Peyğəmbərin (s) döyüş üsullarından biri idi.[82] Məsələn, Xeybər döyüşündə Peyğəmbər (s) əvvəlcə ordunu Qətfan tərəfə hərəkət etdirdi, sonra kiçik bir dəstə onların üzərinə göndərildi və Peyğəmbər (s) əsas qüvvələrlə istiqaməti dəyişərək Xeybərə tərəf yönəldi. Bu taktikayla həm qətfanlılar, həm də xeybərlilər qəfil yaxalandılar və bir-birlərinə kömək edə bilmədilər.[83] Bəzi döyüşlərdə düşməni çaşdırmaq üçün psixoloji müharibə üsullarından da istifadə olunurdu;[84] məsələn, Həmraul-Əsəd döyüşündə gecələr 500 nöqtədə od qalanırdı ki, düşmən bu odları görüb qorxsun.[85] Habelə Məkkənin fəthi zamanı Peyğəmbər (s), Abbas ibn Əbdülmuttəlibə göstəriş verdi ki, Əbu Süfyanı vadinin başlanğıcına aparsın və oradan müsəlmanların böyük ordusunu görsətsin[86] ki, hər hansı müqavimət fikrindən daşınıb, Məkkə döyüşsüz fəth olunsun.[87] Peyğəmbər (s) bir çox döyüşlərdə qəfil hücum prinsipindən istifadə edirdi; məsələn, Bəni Qüreyzə qəbiləsini döyüş zamanında, Xeybər əhalisini döyüş məkanında və müşriklərin Əhzab ordusunu döyüş taktikasında gözlənilməz vaxtda və şəraitdə yaxalayaraq təəccübləndirmişdi.[88]

Mənbələr və hərbi avadanlıqlar

İslam dövləti gücləndikdən sonra, hərbi mənbələrin və texniki vasitələrin təminatını Peyğəmbər (s) şəxsən öz öhdəsinə götürdü. Lakin Mədinəyə hicrətin ilk illərində döyüş üçün lazım olan təchizat döyüş iştirakçıları, varlı şəxslər və ümumxalq tərəfindən təmin edilirdi.[89] Məsələn, Peyğəmbər (s), Səd ibn Zeydə göstəriş verdi ki, Bəni Qüreyzədən alınan əsirlərlə birlikdə Nəcd bölgəsinə getsin və orada İslam ordusu üçün at və silah hazırlasın.[90] Eyni zamanda, Təbuk döyüşündə bəziləri Peyğəmbərdən (s) xahiş etdilər ki, onlara cihadın fəzilərindəm məhrum olmamaları üçün döyüşə getməyə minik və azuqə verilsin; Peyğəmbər (s) bu ehtiyacların təmin edilməsini əmr etdi.[91]

Peyğəmbər (s) müxtəlif qəbilələrlə elə müqavilələr bağlamışdı ki, onların vasitəsilə ordu üçün silah və digər zəruri ehtiyacları ala bilsin.[92] Həmçinin bəzən də Peyğəmbər (s) ordu üçün lazım olan vasitələri bəzi qəbilələrdən müvəqqəti olaraq borc alırdı.[93] Müsəlmanlar bəzi döyüşlərdə daha təsirli silahlardan, məsələn, mancanaq[94] və “dəbbabə”dən (divarları dağıtmaq üçün istifadə olunan xüsusi döyüş arabası)[95] istifadə edirdilər.[96]

İstinadlar

  1. Muavinəte pejuheşi müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, Simaye məsumin dər əndişeye İmam Xomeyni, h.ş 1375, s.132
  2. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.75
  3. Muavinəte pejuheşi müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, Simaye məsumin dər əndişeye İmam Xomeyni, h.ş 1375, s.132
  4. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.23
  5. Sadiqi, Usule hüquqe cəng dər siyreye Nəbəvi, s.119
  6. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.35
  7. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.7
  8. Əbdül-Muhəmmədi və Əkbəri, Nəqd və bərresi ddiqahe müstəşriqan dərbareye əhdafe ğəzəvat və sərayaye Peyambər (s), s.7
  9. Əbdül-Muhəmmədi və Əkbəri, Nəqd və bərresi ddiqahe müstəşriqan dərbareye əhdafe ğəzəvat və sərayaye Peyambər (s), s.8-12
  10. Əbdül-Muhəmmədi və Əkbəri, Nəqd və bərresi ddiqahe müstəşriqan dərbareye əhdafe ğəzəvat və sərayaye Peyambər (s), s.17-29
  11. Əbdül-Muhəmmədi və Əkbəri, Nəqd və bərresi ddiqahe müstəşriqan dərbareye əhdafe ğəzəvat və sərayaye Peyambər (s), s.13-14
  12. Sübhani, Fərazhayi əz tarixe payambəre İslam. h.ş 1386, s.216
  13. Sübhani, Fərazhayi əz tarixe payambəre İslam. h.ş 1386, s.216
  14. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.79-80
  15. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.80
  16. Sadiqi, Usule hüquqe cəng dər siyreye Nəbəvi, s.137
  17. İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.322
  18. Əlixani, Təhlile siyasi cənghaye peyambəre Əkrəm rahbordi bəraye emruz, s.71
  19. Əlixani, Təhlile siyasi cənghaye peyambəre Əkrəm rahbordi bəraye emruz, s.71
  20. Nəsiri, Tarixe peyambəre İslam, h.ş 1383, s.76
  21. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.15
  22. Misbah Yəzdi, Cəng və cihad dər Quran, h.ş 1394, s.118
  23. Ali-İmran surəsi, ayə 123
  24. Əhzab surəsi, ayə 22
  25. Tövbə surəsi, ayə 25
  26. Misbah Yəzdi, Cəng və cihad dər Quran, h.ş 1394, s.117
  27. Şeyx Tusi, Ət-Tibyan, Daru ihyait-turasil-ərəbi, c.7, s.123
  28. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.60
  29. Məkarim Şirazi və başqaları, nümunə təfsiri, h.ş 1374, c.7, s.103-107
  30. Məkarim Şirazi və başqaları, nümunə təfsiri, h.ş 1374, c.3, s.125-126; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.43
  31. Məkarim Şirazi və başqaları, nümunə təfsiri, h.ş 1374, c.17, s.216-218
  32. Məkarim Şirazi və başqaları, nümunə təfsiri, h.ş 1374, c.7, s.338-341
  33. Müntəziri, Hokuməte dini və huquqe insan, h.ş 1387, s.68-69; Salehi Nəcəfabadi, Cihad dər islam, h.ş 1382, s.34
  34. Misbah Yəzdi, Cəng və cihad dər Quran, h.ş 1394, s.148-151
  35. Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), h.ş 1378, s.120
  36. Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), h.ş 1378, s.120
  37. Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), h.ş 1378, s.118
  38. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Hikmət 266, s.520
  39. Vətər, Fənnul-hərbil-İslami fi əhdir-Rəsul (s), Darul-fikr, s.143
  40. Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), h.ş 1378, s.120
  41. Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), h.ş 1378, s.119
  42. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.27
  43. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.29
  44. Huşyar və başqaları, Baztab cənghaye peyambər (s) dər ketabhaye tarixe İslame İran əz sale h.ş 1358 ta əknun, s.82
  45. Cəlili, Siyasəte xariciye Peyambər (s), h.ş 1374, s.105-106
  46. Cəlili, Siyasəte xariciye Peyambər (s), h.ş 1374, s.112-114
  47. Təqizadə Əkbəri, Rəveşe fərmandehiye peyambəre əzəm (s), s.15
  48. Baxın: Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.209-211
  49. Qumi, Təfsirul-Qumi, h.ş 1363, c.1, s.177
  50. Əbduş-Şaqi, Əs-Siyrətun-Nəbəviyyə vət-tarixul-İslami, h.q 1428, s.153
  51. Təqizadə Əkbəri, Rəveşe fərmandehiye peyambəre əzəm (s), s.9
  52. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.28
  53. Sadiqi, Usule hüquqe cəng dər siyreye Nəbəvi, s.129
  54. Sadiqi, Usule hüquqe cəng dər siyreye Nəbəvi, s.127
  55. Sadiqi, Usule hüquqe cəng dər siyreye Nəbəvi, s.131
  56. Baxın: Beyhəqi, Əs-sünənul-kübra, h.q 1424, c.9, s.37
  57. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.13
  58. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.15
  59. Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), h.ş 1378, s.120
  60. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.12
  61. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.12
  62. Cəlali Kondori, Hüzure nizamiye zənan dər sədr İslam, s.108
  63. Cəlali Kondori, Hüzure nizamiye zənan dər sədr İslam, s.108; Nümunə üçün baxın: Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.24
  64. Baxın: İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.8, s.226-227; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.297; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1838, İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.135-136
  65. İbn Əsir, Usdul-Ğabə, h.q 1409, c.6, s.334
  66. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.249-250
  67. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.249-250
  68. İbn Həccac, Səhih-Müslim, Darul-ihyait-turasil-ərəbi, c.3, s.1416
  69. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.8, s.180
  70. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1947
  71. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.8, s.333
  72. İbn Cəvzi, Əl-Müntəzəm, h.q 1412, c.5, s.137; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.132-133
  73. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.8, s.303-305
  74. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.8, s.303
  75. Zilabi, Cəng, əz sədre İslam ta payane xilafəte Abbas, s.63
  76. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.2, s.81
  77. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.26
  78. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.26
  79. Xəttab, ər-Rəsulul-Qaid, h.q 1422, s.208
  80. Xəttab, ər-Rəsulul-Qaid, h.q 1422, s.203
  81. Təqizadə Əkbəri, Rəveşe fərmandehiye peyambəre əzəm (s), s.17-18
  82. Təqizadə Əkbəri, Rəveşe fərmandehiye peyambəre əzəm (s), s.18-19
  83. Xəttab, ər-Rəsulul-Qaid, h.q 1422, s.452-453
  84. Təqizadə Əkbəri, Rəveşe fərmandehiye peyambəre əzəm (s), s.19
  85. İbn Seyyidun-Nas, Uyunul-əsər, h.q 1414, c.2, s.54
  86. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifət, c.2, s.403-404
  87. Xəttab, ər-Rəsulul-Qaid, h.q 1422, s.337
  88. Fiyruzi və Hüseyni, Bərresiye əhəmiyyəte əsle ğafilgiri dər cənghaye peyambəre Əkrəm (s) və karborde an dər əsre hazer, s.196-200
  89. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.16-17
  90. Beyhəqi, Dəlailun-Nübuvvə, h.q 1405, c.4, s.24
  91. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.3, s.994
  92. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.18; Nümunə üçün baxın: Bəlazuri, Futuhul-buldan, m.1988, s.71; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.9, s.367
  93. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.8, s.220
  94. İbn Əsir, Usdul-Ğabə, h.q 1409, c.1, s.30
  95. Salehi Şami, Subulul-hüda, h.q 1414, c.6, s.210
  96. Baxın: Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.12

Ədəbiyyat

  • Əbdül-Muhəmmədi və Əkbəri, Nəqd və bərresi ddiqahe müstəşriqan dərbareye əhdafe ğəzəvat və sərayaye Peyambər (s), h.q 1391
  • Əbduş-Şaqi, Məhəmməd Əbdül-Lətif, Əs-Siyrətun-Nəbəviyyə vət-tarixul-İslami, Qahirə, Darus-səlam, h.q 1428
  • Əlixani, Əli-Əkbər, Təhlile siyasi cənghaye peyambəre Əkrəm rahbordi bəraye emruz, Pejuheşnameye ulume insani, nömrə 7, h.ş 1386
  • Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, Daru və Məktəbətul-Hilal, m.1988
  • Beyhəqi, Əhməd ibn Əl-Hüseyn, Dəlailun-Nübuvvə və mərifətu əhvali sahibiş-şəriə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1405
  • Beyhəqi, Əhməd ibn Əl-Hüseyn, Əs-sünənul-kübra, Beyrut, Darul-fikr, h.q 1424
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Beyrut, Daru təvqin-nəcat, h.q 1422
  • Cəlali Kondori, Süheyla, «حضور نظامی زنان در صدر اسلام», Fəslnameye ulume insani daneşqahe Əz-Zəhra (s), nömrə 46–47, h.ş 1382
  • Cəlili, Səid, Siyasəte xariciye Peyambər (s), Tehran, Mərkəze çap və nəşr sazmane təbliğate İslami, h.ş 1374
  • Fiyruzi, Səid və Hüseyni, Seyid Hidayətullah, Bərresiye əhəmiyyəte əsle ğafilgiri dər cənghaye Peyambəre Əkrəm (s), h.ş 1399
  • Huşyar və başqaları, «بازتاب جنگ‌های پیامبر(ص) در کتاب‌های تاریخ اسلام ایران از سال ۱۳۵۸ش تا کنون», nömrə 65, h.ş 1401
  • İbn Əbdül-Birr, Yusuf ibn Abdullah, Əl-İstiabu fi mərifətil-əshab, Beyrut, Darul-ceyl, h.q 1412
  • İbn Əsir, İzzəddin, Usdul-Ğabə fi mərifətis-sahabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Müntəzəm fi tarixil-uməmi vəl-muluk, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass minəl-umməti fi zikri xəsaisil-əimmə, Qum, Mənşuratuş-Şərifir-Rza, h.q 1418
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabətu fi təmyiizis-səhabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Həccac, Müslim, Səhih-Müslim, Beyrut, Darul-ihyait-turasil-ərəbi, tarixsiz
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifət, tarixsiz
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Taif, Məktəbətus-Sədiq, h.q 1414
  • İbn Seyyidun-Nas, Məhəmməd, Uyunul-əsər fi fununil-Məğazi vəş-şəmaili vəs-seyr, Beyrut, Darul-qələm, h.q 1414
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məkarim Şirazi, Nasir və başqaları, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma bima lin-Nəbi…, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
  • Mərkəze təhqiqate Sepah, Cənghaye peyambəre Əkrəm (s), Tehran, h.ş 1378
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Cəng və cihad dər Quran, Qum, h.ş 1394
  • Müntəziri, Hüseynəli, Hokuməte dini və huquqe insan, Qum, h.ş 1387
  • Nəsiri, Məhəmməd, Tarixe peyambəre İslam, Qum, h.ş 1383
  • Qaidan, Əsğər, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, nömrə 3, h.ş 1397
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-hədis, h.ş 1363
  • Qurani-Kərim
  • Sadiqi, Mustafa, Usule hüquqe cəng dər siyreye Nəbəvi, nömrə 11, h.ş 1388
  • Salehi Nəcəfabadi, Nemətullah, Cihad dər islam, Tehran, Ney, h.ş 1382
  • Salehi Şami, Məhəmməd ibn Yusif, Subulul-hüda vər-rəşad, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1414
  • Seyid Rəzi, Məhəmməd ibn Hüseyn, Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Hicrət, h.q 1414
  • Sübhani, Cəfər, Fərazhayi əz tarixe payambəre İslam, Tehran, Məşər, h.ş 1386
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyanu fi təfsiril-Quran, Beyrut, Daru ihyait-turasil-ərəbi, tarixsiz
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, h.q 1417
  • Təqizadə Əkbəri, Əli, «روش فرماندهی پیامبر اعظم(ص)», Fəslnameye Həsun, nömrə 9, h.ş 1385
  • Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1409
  • Vətər, Məhəmməd Zahir, Fənnul-hərbil-İslami fi əhdir-Rəsul (s), Dəməşq, Darul-fikr, tarixsiz
  • Xəttab, Mahmud Şeyt, ər-Rəsulul-Qaid, Beyrut, Darul-fikr, h.q 1422
  • Yaqut Həməvi, Mucəmul-buldan, Beyrut, Daru sadir, m.1995
  • Zilabi, Nigar, Cəng, əz sədre İslam ta payane xilafəte Abbas, Daneşnameye cəhane İslam, c. 11, Tehran, h.ş 1386

Xarici keçid