İmamların məsumluğu

wikishia saytından
(Əimmənin məsumluğu səhifəsindən yönləndirilmişdir)

Bu məqalə İmamların məsumluğu haqqındadır. İsmət (məsumluq) və Peyğəmbərlərin məsumluğu haqqında məlumat almaq üçün adı keçən məqalələrə daxil olun.

İmamların məsumluğu (ərəbcə: عصمة الأئمة) şiə imamlarının bütün günahlardan; istər böyük olsun, istər kiçik, istər bilərəkdən olsun, istər səhvən, istərsə də unutqanlıq üzündən olsun, pak olması anlamındadır. İmamların məsumluğu on iki imam şiələrinə xas olan etiqadlardan biridir. İmamiyyə və həmçinin İsmailiyyə məzhəbinə görə, məsumluq imamlığın şərtlərindən və imamların sifətlərindən hesab olunur. Abdullah Cəvadi Amulinin fikrincə, imamlar (ə) öz rəftarlarında məsum olduqları kimi, elmləri də haqdır və onlar elmlərində də xətadan məsumdurlar.

Şiə alimləri imamların məsumluğunu isbat etmək üçün Ulul-əmr, Təthir, İbrahimin ibtila ayəsi (Həzrət İbrahimin imtahan edilməsindən söz açan ayə), Sadiqin, MəvəddətSalavat ayələri kimi bir neçə ayəyə istinad edirlər. Hədis qaynaqlarında bu barədə çoxlu rəvayətlər nəql edilmişdir. Səqəleyn hədisi, Əman hədisiSəfinə hədisi imamların (ə) məsumluğunu sübut edən hədislərdəndir. İmamların məsumluğunun çoxsaylı dəlilləri olmasına baxmayaraq, sələfilərin rəhbəri İbn Teymiyyə Hərrani və vəhhabilər bunu inkar etmiş və ona iradlar bildirmişlər. Şiə alimləri də bütün bu iradların cavabını vermişlər.

Məqam və əhəmiyyəti

İmamın məsumluğu və onun dəlilləri Quranın və kəlam elminin önəmli mövzularından sayılır.[1] On iki imam şiələrinə görə, məsumluq imamətin şərtlərindən və sifətlərindən biridir. Bu baxımdan imamlarının məsumluğu şiələrin əsas etiqadların hesab olunur.[2] Əllamə Məclisinin dediyinə görə, “İmamiyyə” imamların istər böyük olsun, istər kiçik, istər bilərəkdən olsun, istərsə də səhvən edilən bütün günahlardan və hər növ səhv və xətadan məsum olduqları barədə həmfikirdirlər.[3]

İsmailiyyənin də məsumluğu imamətin şərtlərindən hesab etdiyi bildirilir.[4] Bunun əksinə, Əhli-sünnə, məsumluğu imamətin şərti hesab etmir.[5] Çünki onlar üç xəlifənin imam olduğuna, lakin məsum olmadıqlarına dair icma ediblər.[6] Onlar imamətdə məsumluğun əvəzinə ədaləti şərt bilirlər.[7] Lakin buna baxmayaraq 7-ci əsrin sünni alimlərindən olan Sibt İbn Cəvzi məsumluğu imamda şərt olaraq qəbul etmişdir.[8] Vəhhabilər də imamın və eləcə də şiə imamlarının məsumluğunu qəbul etmirlər və məsumluğun yalnız peyğəmbərlərə aid olduğunu düşünürlər.[9]

İbni Əbil-Hədid Mötəzilinin dediyinə görə, hicri-qəməri 5-ci əsrin mötəzili mütəkəllimi Əbu Məhəmməd Həsən ibn Əhməd ibn Məttəvəyh məsumluğu imamət üçün şərt bilməsə də, Əlinin (ə) məsumluğunu açıq-aşkar bəyan etmiş və bunu Mötəzilə məzhəbinin rəyi hesab etmişdir.[10]

Ayətullah Sübhaninin fikrincə, bu fikir ayrılığı şiə və sünninin imamət və Peyğəmbərin xəlifəsi barədə etiqadından irəli gəlir. Şiələrin inancına görə, imamət də peyğəmbərlik kimi ilahi məqam, vəzifədir və Allahın özü bu vəzifənin daşıyıcısını təyin etməlidir.[11] Lakin sünnilərə görə, imamət adi bir mənsəbdir[12] və imam Allah tərəfindən yox, insanlar tərəfindən seçilir. Onun elmi və ədaləti də insanların səviyyəsindədir.[13]

İmamların (ə) məsumluğu şiənin üsuli-fiqh elminin etiqadi prinsiplərindən hesab olunur. Çünki imamların məsumluğunu isbat etməklə, imamın sünnəsi (sözü, əməli və təqriri) üsuli-fiqhdə istinbat (şəriət hökmünü ələ gətirmək üçün istifadə olunan) mənbələrindən biri olaraq qəbul edilir. Amma əgər imamların məsumluğu sübuta yetirilməsə, onların sünnəsindən şəriət hökmlərinin əldə olunmasında istifadə oluna bilməz.[14] Həmçinin, şiə alimlərinin fikrincə, icmanın höccət olması (səhihliyi) da imamın məsum olmasına qayıdır. Çünki onlara görə, imam peyğəmbərin (s) canişinidir və onun kimi məsumdur və icma məsumun sözünü aşkar etdiyi üçün dəlildir. Bunun müqabilində, sünni üsulçuları imamların məsumluğunu icmanın səhihliyi üçün meyar hesab etmişlər.[15]

İmamların (ə) məsumluğu Quranda açıq şəkildə qeyd edilməmişdir, lakin şiə alimləri "Ulul-əmr”,[16] “Təthir”[17] və “İbtilaye-İbrahim”[18] ayəsi kimi ayələri imamın və ya imamların məsumluğu kimi təfsir etmişlər. Amma hədis mənbələrində imamların məsumluğu haqqında çoxlu sayda hədislər nəql olunmuşdur.[19]

Tərifi

İmam Kazim (ə) atalarından, onlar da İmam Zeynul-Abidindən (ə) belə nəql edirlər:

Bizim ailənin imamı ancaq məsum olmalıdır və məsumluq elə bir şey deyil ki, insanın zahirində olsun və onun vasitəsilə tanınsın. Ona görə də məsum (Allah tərəfindən) təyin olunmalıdır. Dedilər: Ey Allah Rəsulunun oğlu! Məsumun mənası nədir? Həzrət buyurdu: Məsum o kəsdir ki, Allahın ipindən yapışır, Allahın ipi isə Qurandır və bu ikisi (məsum və Quran) Qiyamətə qədər bir-birindən ayrılmazlar. İmam Qurana, Quran isə İmama tərəf yönəldilir və bu, Uca Allahın kəlamıdır ki, orada buyurur: “Həqiqətən, bu Quran daha doğru olana yönəldir”.

Məaniul-Əxbar, Şeyx Səduq, səh.132

Əsas məqalə: İsmət

İmamların məsumluğu onların hər növ günah və xətadan qorunması anlamındadır.[20] İslam filosofları və kəlamçılarının terminində məsumluq ümumilikdə leksik mənada olduğu kimi qorumaq, saxlamaq mənalarını ehtiva etsə də,[21] onlar qəbul etdikləri üsul və prinsiplərə əsasən, məsumluğa müxtəlif təriflər vermişlər ki, onlardan bəziləri bunlardır:

* Kəlamçıların tərifi: Ədliyyə (İmamiyyə[22]Mötəzilə[23] kəlamçıları məsumluğu lütf qaydası əsasında tərif etmişlər.[24] Belə ki, məsumluq Allahın bəndəsinə bəxş etdiyi bir lütfdür və onun vasitəsilə o, günah və pis bir iş etmir.[25] Əşairə isə məsumluğu Allah tərəfindən məsum şəxsdə günah yaratmamaq kimi tərif etmişlər.[26]

* Filosofların tərifi: İslam filosofları məsumluğu ruhi qüvvət hesab edirlər ki, onun vasitəsilə məsum şəxs günah etmir.[27] Bu tərif filosofların "feli tovhid" mövzusunda prinsiplərinə əsaslanır ki, bu prinsiplərə əsasən insanın rəftarlarını, onun ixtiyarlı nəfsi vasitəsilə Allaha aid adirlər.[28]

Morfoloji quruluşuna görə məsumluq “əsəmə”[29] sözünün ismi məsdəridir və hərfi mənası saxlamaq və qarşısını almaqdır.[30] Quranda məsumluq (ismət) sözü işlədilməyib; amma ondan alınma sözlər Quranda 13 dəfə hərfimənada işlənmişdir.[31]

Əhatəsi

Təthir ayəsi, Əbdür-Rəsul Yaqutinin əsəri

İmamiyyə alimləri inanırlar ki, şiə imamları da peyğəmbərlər kimi qəsdən və ya unutqanlıq üzündən olmasına baxmayaraq hər növ böyük və ya kiçik günahdan və hər növ səhv və xətadan uzaqdır, məsumdurlar.[32] Onların etiqadına əsasən, imamlar həyatları boyu — həm imamlığa yetişməzdən əvvə, həm də yetişdikdən sonra məsumdurlar.[33] Fəyyaz Lahici günah və xətadan əlavə cismi, ruhi, əqli və nəsil-qohum etibari ilə nöqsanlardan da məsum olmağı imam üçün şərt bilir və hesab edir ki, imamın cüzam və lallıq kimi xroniki və ikrah doğuran cismi xəstəliyi və ya paxıllıq, xəsislik və kobudluq kimi nəfsi qüsurları və yaxud dəlilik, cəhalət, unutqanlıq kimi əqli nöqsanları və eləcə də nəsil etibarı ilə əlaqədar qüsurları olmamalıdır. O, bunu belə əsaslandırır ki, bu nöqsanlar insanların imamlara rəğbət etməməsinə və onlardan nifrət etmələrinə səbəb olacaq ki, bu da onlara itaət etməyin vacibliyi ilə uyğun gəlmir.[34]

Şeyx Müfid imamın səhvən müstəhəb əməli tərk etməsini əqli baxımdan mümkün hesab etsə də, inanır ki, imamlar həyatları boyunca heç bir müstəhəb əməli tərk etməyiblər.[35]

Abdullah Cəvadi Amuli məsumluğu əməli və elmi olaraq iki növə ayırmış və imamların (ə) onların hər ikisinə sahib olduğunu qeyd etmişdir. Onun fikrincə, imamların rəftarları haqqa uyğun olduğu kimi, onların elmi də haqdır və heç bir səhv, xəta və unutqanlıq olmayan bir mənbədən qaynaqlanır.[36] Onun fikrincə, kim elmi baxımdan ismət məqamına çatsa, şeytanın vəsvəsəsindən qorunar və şeytan onun fikrinə müdaxilə edə və qarışdıra bilməz.[37]

Kəlam elmi üzrə tədqiqatçılardan sayılan Əli Rəbbani Gülpayqani, əməli məsumluğu elə günahdan məsumluq anlamında olduğunu vurğulamış, elmi məsumluğun isə aşağıdakı mərhələlərdən ibarət olduğunu qeyd etmişdir:

  1. İlahi hökmləri tanımaqda məsumluq;
  2. İlahi hökmlərin mövzularını tanımaqda məsumluq;
  3. Cəmiyyətin idarəçiliyi ilə bağlı xeyirli və ziyanlı məsələləri müəyyən etməkdə məsumluq;
  4. Normal yaşayışla bağlı məsələlərdə – istər fərdi olsun, istərsə də ictimai- məsumluq;[38]

Onun fikrincə, şiə imamları bütün bu mərhələlərə sahibdirlər.[39]

Məsumluğu sübuta yetirən əqli dəlillər

İmamın məsumluğunu sübut etmək üçün şiə alimləri tərəfindən bir çox əqli dəlillər gətirilmişdir ki, bu dəlillərə aşağıdakılar daxildir: silsilə sonsuzluğunun qeyri-mümkünlüyü arqumenti, imamın vasitəsilə şəriətin qorunması, bəyan olunması arqumenti, imama itaətin vacibliyi arqumenti, hədəfin pozulması arqumenti, günah etdiyi təqdirdə imamın süqut və tənəzzül etməsi arqumenti.[40]

Əqli dəlillər obyekt olaraq imamın kim olduğunu vurğulamadan, imamın məsumluq prinsipini sübuta yetirir. Cəfər Sübhaninin fikrincə, besətin öz hədəfinə çatması və insanların etimadını qazanmaq kimi Peyğəmbərin məsumluğunu sübut etmək üçün istifadə edilən bütün əqli dəlillər imamın məsumluğu üçün də keçərlidir. Onun fikrincə, imamın məsumluğu imamət məqamını Peyğəmbərin (s) risalət və peyğəmbərlik vəzifələrinin davamı hesab edən məktəbin (şiə məktəbinin) tələbidir. İmamın məsumluğu olmadan belə vəzifələri davam etdirmək mümkün deyil.[41]

İmama itaət etməyin vacibliyinin dəlili

Ulul-əmr ayəsi kimi dəlillərə əsasən, imama itaət vacibdir.[42] Hətta bəziləri imama itaətin vacibliyini müsəlmanların birmənalı olaraq qəbul etdiyini qeyd etmişlər.[43] Əgər imam məsum olmasa, günah və ya xəta etsə, ona itaət etmək haram və əmr be məruf və nəhy əz munkər dəlillərinə əsasən, onu günahdan çəkindirmək vacibdir. Bu halda, bir tərəfdən imama qarşı çıxmaq, digər tərəfdən isə ona itaət etmək lazımdır ki, bu isə mümkün deyil; buna görə də imam məsum olmalıdır.[44]

Qurandan dəlillər

İmamların məsumluğunu sübut etmək üçün İbrahimin ibtila ayəsi, Ulul-əmr, Təthir, Sadiqin,[45] Məvəddət[46]Salavat ayəsi[47] kimi ayələrə istinad edilmişdir.

İbrahimin ibtila ayəsi

Əsas məqalə: İbrahimin (ə) imtahan olunması ayəsi
وَ إِذِ ابْتَلی إِبراهیمَ رَبُّه بِکلماتٍ فَأتَمَّهُنَّ قالَ إِنّی جاعِلُک لِلنّاسِ إِماماً قالَ وَمِنْ ذُرّیتی قالَ لاینالُ عَهدی الظّالِمینَ

O zaman ki, Allah İbrahimi (ə) müxtəlif vasitələrlə imtahana çəkdi (və o, imtahandan yaxşı keçdi), Allah ona dedi: Mən səni insanlara imam təyin etdim. İbrahim (ə) dedi: “Övladlarımdan da [imamlar təyin et]. Allah buyurdu: Mənim əhdim zalımlara çatmaz”.[48]

İbtila ayəsinə istinad edilərkən imamların məsum olması ilə bağlı arqument olaraq “Mənim əhdim zalımlara çatmaz” cümləsinin ümumiyyət daşıdığı əsas gətirilərək bildirilir ki, hər kim hər hansı bir şəkildə bir vaxt zalım olsa imamət ona şamil olmur. Buna görə də ayə həm imamın imaməti zamanı və həm də imamətindən əvvəl məsum olmasına dəlalət edir.[49] Fazil Miqdad bu ayəyə istinad etməyi bu şəkildə bəyan edir: Qeyri-məsum zalımdır. Zalımın imamlıq səlahiyyəti yoxdur. Qeyri-məsumun imamlıq səlahiyyəti və ləyaqəti yoxdur. Buna görə də imam məsum olmalıdır.[50] Şiə alimləri belə hesab edirlər ki, “əhdim” sözü imaməti nəzərdə tutur.[51]

Ulul-əmr ayəsi

Əsas məqalə: Ulil-əmr ayəsi
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ ...

Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə tabe olun.[52]

Şiə alimləri “Ulul-əmr” ayəsinə istinad edərək bildirmişlər ki, ayədə əmr sahiblərindən qeydsiz-şərtsiz itaət etməyə əmr edilmişdir. Bu, əmr sahiblərinin məsum olduğunu bildirir. Çünki əgər əmr sahibləri məsum olmasaydılar və günah və xəta etsəydilər, Allahın hikmət və ədaləti tələb edirdi ki, O, onlara mütləq şəkildə itaət etməyi əmr etməsin.[53] Şiələr rəvayətlərə[54] əsaslanaraq belə hesab edirlər ki, “Ulul-əmr” sözü şiə imamlarını nəzərdə tutur.[55]

Təthir ayəsi

Əsas məqalə: Təthir ayəsi
إِنَّمَا یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیتِ وَ یُطَهِّرَکُمْ تَطْهِیراً

Şübhəsiz, Allah siz (Peyğəmbərin) Əhli-beytindən hər növ pisliyi təmizləmək və sizi pak-pakizə etmək istəyir.[56]

İmamların (ə) məsumluğu ilə bağlı istinad edilən ayələrdən biri də bu ayədir.[57] Bəziləri bu ayə ilə bağlı arqumenti bu şəkildə izah edirlər:

  • Təthir ayəsində Əhli-beyt (ə) sözündən məqsəd beş nəfərdən ibarət olan Ali-Əbadır.
  • Bu ayə Allahın Əhli-beytdən (ə) hər növ pisliyi uzaqlaşdırmaq istəyindən xəbər verir.
  • Allah pislikləri aradan aparmaq istəyilə yanaşı, bunu həm də həyata keçirib. Çünki ayə Əhli-beytin (ə) mədhindən və fəzilətindən bəhs edir. (Allahın təkvini istəyi, yəni xüsusi yaradılış iradəsi)
  • Əhli-beytdən (ə) pislikləri və çirkinlikləri təmizləmək onların məsum olması deməkdir.[58]

Şiə[59]sünnilərdən[60] nəql olunan bir çox rəvayətlərə əsasən, Təthir ayəsi əshabi-kisanın şənində nazil olmuşdur. Deməli, ayədə “Əhli-beyt”deyildikdə beş nəfər nəzərdə tutulur.[61]

Rəvayətlərdən dəlillər

İmamların (ə) məsumluğunu isbat etmək üçün imamlar və səhabələr vasitəsilə Səqəleyn, ƏmanSəfinə hədisi kimi bir çox hədislər nəql edilmişdir.[62]

Səqəleyn hədisi

عَنْ عَبْدِ الله بْنِ عَبَّاسٍ قَالَ سَمِعْتُ رَسُولَ الله ص يَقُولُ:‏ «أَنَا وَ عَلِيٌّ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ وَ تِسْعَةٌ مِنْ وُلْدِ الْحُسَيْنِ مُطَهَّرُونَ مَعْصُومُون؛

“Mən, Əli, Həsən, Hüseyn və Hüseynin övladlarından olan doqquz nəfər pak və məsumuq”.

(Xəzzaz Qumi, Kifayətul-əsər, h.q.1401, səh.19)

Əsas məqalə: Səqəleyn hədisi

Bu hədisin “Onlar hovuzun başında mənimlə qovuşmayana qədər bir-birindən ayrılmayacaqlar” ifadəsində açıq şəkildə QuranƏhli-beytin (ə) bir-birindən ayrılmayacağının bildirilməsi Əhli-beytin məsumluğuna dəlalət edir.[63] Həmçinin, Peyğəmbərin (s) bu hədisində Qurandan və Əhli-beytdən yapışanın heç vaxt azmayacağı qeyd olunmuşdur ki, bu ifadə də öz növbəsində Əhli-beytin məsumluğuna dəlalət edir; çünki məsum olmasalar, onlardan yapışmaq və onlara qeyd-şərtsiz tabe olmaq zəlalətə səbəb olar.[64] Başqa sözlə desək, bu hədis Əhli-beytə itaətin vacibliyinə, onlara itaətin vacibliyi isə onların məsum olmasına dəlalət edir.[65]

Şiə rəvayətlərində səqəleyn hədisində Əhli-beyt deyildikdə, məqsəd şiə imamlarıdır.[66] Bəzi sünnilər[67] Əhli-beyt deyildikdə məqsədin əshabi-kisa olduğunu, bəziləri[68] isə İmam Əlini (ə) Əhli-beytin ən bariz nümunəsi olduğunu qeyd etmişlər.

Bəzi şiə kəlam alimləri səqəleyn hədisini mütəvatir hesab etmiş və onun səhihliyinə heç bir şəkk-şübhə olmadığına inanmışlar.[69] Bəziləri isə bu hədisi məzmun etibarı ilə mütəvatir (mənəvi mütəvatir) hesab etmişlər.[70]

Əman hədisi

Əsas məqalə: Əman hədisi

Əman hədisi İslam Peyğəmbərinin (s) məşhur hədisidir ki, şiə[71] və sünni[72] onu cüzi fərqlə Peyğəmbərdən belə rəvayət etmişlər: “Ulduzlar səma əhlinin əmin-amanlıq vasitəsi, mənim Əhli-beytim isə ümmətinin əmin-amanlıq vasitəsidir”.

Məlum hədisə belə əsaslandırılır ki, Allah Rəsulu (s) öz Əhli-beytini ulduzlara bənzədir, onları ümmətin və ya yer əhlinin təhlükəsizliyi vasitəsi kimi tanıtdırır. Heç bir qeyd və şərt vurğulamadan Əhli-beyti hidayət ulduzları və ümmətin ixtilaf və azğınlıqdan qurtuluş vasitəsi hesab edən Peyğəmbərin (s) bu kəlamı Əhli-beytin məsumluğuna dəlalət edir. Çünki məsumluq olmadan ümmətin azğınlıqdan və ixtilafdan nicat tapıb doğru yolu tutması mümkün deyil.[73]

“Kifayətul-Əsər” kitabında nəql olunan bir rəvayətdə Əhli-beyt (ə), imamlar kimi təfsir edilmiş və onların məsum olduqları açıq şəkildə qeyd olunmuşdur.[74] Hicri-qəməri 4-cü əsrin əhli-sünnə hədis mütəxəssislərin olan Hakim Nişaburi “Əman” hədisinin sənədinin səhih olduğunu bildirmişdir.[75]

Səfinə hədisi

Əsas məqalə: Səfinə hədisi

Səfinə adi ilə məşhur olan hu hədis bir çox şiə[76] və sünni[77] mənbələrində Peyğəmbərdən (s) cüzi fərqlə belə nəql edilmişdir: “Həqiqətən, mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ona minməkdən boyun qaçıran isə həlak olar”. Bəziləri bu hədisi mütəvatir hesab etmişlər.[78] Hakim Nişaburi də bu hədisi səhih hesab etmişdir.[79]

Mirhamid Hüseyn bu hədisə əsaslanarkən deyir: Əhli-beytin (ə) gəmisi insanlara nicat verirsə və ona minməkdən boyun qaçırmaq insanların həlakına və azğınlığa səbəb olursa, ilk növbədə Əhli-beytin özünün azmaqdan məsum olması lazımdır. Əks halda, qeyd-şərtsiz onlara tabe olmaq və gəmilərinə minmək azmağa səbəb olacaq və Allah və Onun Rəsulunun (s) insanların azmalarına səbəb olacaq bir şeyə əmr etmələri isə qeyri-mümkündür.[80]

Səfinə hədisində Əhli-beytin (ə) nümunəsi on iki imamdır.[81] Hicri-qəməri 10-11-ci əsrin Şafii məzhəbinin alimlərindən olan Əbdur-Rəuf Mənavi də Əhli-beytdən (ə) məqsədin imamlar və Həzrət Fatimə (s.ə) olduğunu qeyd etmişdir.[82]

Məsumluğa inamın mənşəyi

İmamların məsumluğuna inanmayanların bəziləri belə bir fikrin İslamın əvvəlində olmadığını və sonradan yarandığını düşünürlər. Məsələn, İbn Teymiyyə inanır ki, İmamın məsumluğuna etiqad Abdullah ibn Səbadan qaynaqlanır və onun bidətidir.[83] Nasir əl-Qiffariyə görə, ilk dəfə belə bir əqidəni yaradan Hişam ibni Həkəmdir.[84] Şiə və iranlı İslam elmləri tədqiqatçısı Seyid Hüseyn Müdərrisi Təbatəbai də “məktəb dər fərayənde təkamul” kitabında məsumluq əqidəsinin Hişam İbn Həkəmdən qaynaqlandığını bildirmişdir.[85]

Vəhhabilərdən olan Nasir Əl-Qifari şiələrə qarşı müxalifətçilik və düşmənçiliyinə baxmayaraq, məsumluq etiqadının Abdullah bin Səbaya aid edilməsini tarixi baxımdan yanlış hesab edir və deyir ki, mən öz araşdırmama əsasən, ondan bununla bağlı belə bir söz tapmadım.[86] Həmçinin, imamların məsumluğu və məsum sözünün mənşəyi Hişam İbn Həkəmin bidətlərindən deyil. Çünki Peyğəmbər (s) və imamlardan (ə) nəql olunmuş bir çox rəvayətlərdə imamların məsumluğu qeyd edilmişdir.[87] Məsələn, İmam Əli (ə) bir rəvayətdə məsumluğu imamın nişanələrdən olduğunu bildirmişdir.[88] İmam Səccad (ə) bir rəvayətdə atası İmam Hüseyndən nəql edir ki, Peyğəmbər (s) imamları məsum adlandırmışdır.[89] Sünni mənbələrində Abdullah bin Abbas da Peyğəmbərdən (s) nəql etmişdir ki, mən, Əli, Həsən, Hüseyn və Hüseynin övladlarından olan doqquz nəfər pak və məsumdur.[90]

İmamların məsumluğu və ğuluvv

Səudiyyə Ərəbistanın tədqiqatçı vəhhabi alimlərindən olan Nasir Əl-Qifari və başqaları[91] Əhli-beyti məsum hesab etməyi ğuluv hesab edirdilər.[92] Şiələr hesab edirlər ki, ğuluvv edən o kəsdir ki, Əhli-beytin (ə) fəzilətlərini vəsf etməkdə həddi aşır, onları bəndəlik məqamından yuxarı qaldırır və Allahın xüsusi sifətlərini onlara nisbət verir. Amma şiələrin Əhli-beyt haqqında belə bir əqidəyə sahib deyillər.[93] Şiələr inanırlar ki, digər kamil sifətlər kimi məsumluq da zati baxımdan Allaha məxsusdur. Lakin Allah hidayət edən bir qrup bəndəsinə məsumluqda kömək etmişdir. Deməli, məsumluq Allaha xas olsa da, bir qrup bəndənin də bu sifətə malik olmasına heç bir maneə yoxdur. Necə ki, bütün müsəlmanlar İslam Peyğəmbərini (s) məsum bilirlər.[94]

İmamların məsumluğu, davranışı və danışığı

Şiə imamlarının bəzi sözlərinin onların məsumluğu ilə uyğun gəlmədiyini düşünürlər. O sözlərdən biri də İmam Əlinin (ə) səhabələrinə dediyi sözlərdir: “Həqiqəti danışmaqdan və ədalətli məsləhətdən imtina etməyin. Həqiqətən, mən nə səhv etməkdən üstün deyiləm, nə də Allah məni qorumasa, işimdə səhvlərdən amanda deyiləm... ”.[95] Şafii məzhəbinin fəqihimüfəssiri olan Şəhabuddin Alusi, Əhməd Əmin Misri, Hindistanın sələfi alimlərindən olan Əbdul-Əziz Dehləvi və Nasir Əl-Qifari kimi bəzi şəxslər bu rəvayətin İmam Əlinin (ə) və imamların (ə) məsumluğu ilə uyğun gəlmədiyini düşünmüş və onu imamların məsumluğunu inkar edən dəlillərdən saymışlar.[96]

Əllamə Məclisi[97] və Molla Saleh Mazandarani[98] İmamın bu sözlərini öz səhabələrini həqiqəti rahat şəkildə qəbul etməyə təşviq etmək və məsumluğun Allahın bir lütfü olduğunu etiraf etməkdən ötrü ifadə etdiyini qeyd etmişlər. Onlar İmamın sözünü Həzrət Yusifin (ə) bu sözünə bənzədiyini düşünmürlər: “Mən özümü təmizə çıxarmıram. Çünki həqiqətən, Allahın rəhm etdiyi kəs istisna olmaqla, nəfs mütləq (insana) pis işlər görməyə əmr edər”.[99]

Nasir Məkarim Şirazinin fikrincə, məsumluq etiqadına müxalif olanların arqumenti olan “həqiqətən mən səhv etməkdən üstün deyiləm” cümləsi “Allah məni qorumasa” ifadəsi ilə təfsir olunur. İmam birinci cümlədə deyir ki, mən bir insan olaraq xətalardan amanda deyiləm. Amma ikinci cümlə ilə Allah tərəfindən qorunduğunu, himayə olunduğunu və sıradan bir insan olmadığını başa salır. Bundan əlavə, imam öz səhabələrini tərbiyə etmək məqamındadır. Onlara hər an xəta ehtimalının ola biləcəyini başa salır və təvazökarlıq üzündən özünü onlarla bir sırada qərar verir.[100]

İmamların öz günahlarına etiraf etmələri və bağışlanma diləmələri

Məsumluq etiqadına müxalif olanlar şiə imamlarının öz günahlarına etiraf edib və istiğfar etmələrini onların məsumluğu ilə uyğun gəlmədiyini hesab etmişlər.[101] Halbuki Peyğəmbərin (s) də tövbə və istiğfar etdiyi rəvayət olunur. Həmin rəvayətlərə əsasən, Peyğəmbər (s) gündə yetmiş dəfə istiğfar edirdi.[102]

Məhəmməd Təqi Məclisiyə[103] görə, imamların (ə) istiğfarı günah etdikləri üçün deyil, bəlkə ravilərə və insanlara öyrətmək məqsədi daşıyır. Necə ki, bəzi sünnilər[104] Peyğəmbərin (s) istiğfar etməsini bu cür izah edirlər. Bəziləri imamların (ə) günahlarına etiraf edib istiğfar etmələrini “"Yaxşıların" (əbrar) yaxşı əməlləri "Allaha yaxın olanlar" (müqərrəblər) üçün günah (xoşagəlməz) sayılır” məntiqinə əsasən izah edirlər və deyirlər ki, imamlar uca məqamlara sahib olduqlarına görə hər dəfə insanların xeyrinə o məqamlarından yayınıb dünya işləri ilə məşğul olduqda, özlərini günahkar hesab edib bağışlanma diləyirdilər.[105] Onlar Peyğəmbərdən nəql olunan “Bəzən qəlbim paslanır və mən gündə yetmiş dəfə bağışlanma diləyirəm” hədisini də öz sözlərini əsaslandırmaq üçün gətirmişlər.[106]

Bəzi tədqiqatçılar Peyğəmbərin (s) və İmamların (ə) tövbə edib bağışlanma diləmələrinin ən mühüm səbəbini onların bu dünyada yaşadıqları üçün diqqətlərinin Allahdan başqasına yönəldiyinə görə olduğu qeyd ediblər.[107] Əllamə Məclisiyə görə, məsumların elmi ən yüksək səviyyədə olduğu və Allahın zatında fani olduqları üçün öz əməllərinə baxdıqları zaman, onları Allahın əzəməti qarşısında çox kiçik görür, günah hesab edirlər və məhz buna görə də Allaha tövbə edib bağışlanma diləyirlər.[108]

Həmçinin, imamların bağışlanma diləmələrinin izahında deyilib ki, onların bağışlama diləmələri günahın qarşısını almaq xarakteri daşıyır. Adi insanların bağışlanma diləmələri onların etdikləri günah və xətaların bağışlanmasından ötrüdür. Lakin imamların bağışlanma diləmələri onların günah etməkdən qorxduqlarıdan və qabaqlayıcı tədbir olaraq günah işlətmələrinin qarşısını almaqdan ötrüdür.[109]

İstinadlar

  1. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.239
  2. Tusi, Əl-İqdisad, h.q 1496, s.305; Əllamə Hilli, Kəşfül-Murad, h.ş 1382, s.184; Fəyyaz Lahici, Sərmayeye iman, h.ş 1372, s.114; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.116
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.350 və 351
  4. Əllamə Hilli, Kəşfül-Murad, h.ş 1382, s.184; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.351
  5. Qazi Əbdül-Cabbar, Əl-Muğni, m. 1965 \ 1962, c.15, s.251, 255, 256 və c.20, s.26, 84, 95, 98, 215, 323; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.351; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.249
  6. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.351; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.249
  7. Qazi Əbdül-Cabbar, Əl-Muğni, m. 1965 \ 1962, c.20, s.201; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.350; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.5, s.243-246
  8. Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, c.2, s.519
  9. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.2, s.429 və c.3, s.381; İbn Əbdül-Vəhhab, Risalətun fir-rəddi ələr-Rafizə, s.28; Qəffari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.775
  10. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.6, s.376 və 377
  11. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.244-245
  12. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.239
  13. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.239-242
  14. Mübəlliği, Məbaniye kəlami üsul və bəhregiri əz an dər neqah və rəveşe İmam Xomeyni, s.149
  15. Ziyaifər, Təsire didqahhaye kəlami bər usule fiqh, s.323
  16. Tusi, Ət-Tibyan, c.3, s.236; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.113-114; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.391
  17. Seyyid Mürtəza, Əş-Şaqi fil-İmamə, h.q 1410, c.3, s.134; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.646; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.125
  18. Seyyid Mürtəza, Əş-Şaqi fil-İmamə, h.q 1410, c.3, s.139; Tusi, Ət-Tibyan, c.1, s.449; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.332-333; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.220
  19. Səduq, Mənaiul-əxbar, h.q 1403, s.132-133; Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.16-19, 29, 36-38, 45, 76, 99 və 100-104; Kufi, Fəzailu Əmiril-Möminin (ə), h.q 1424, s.154-155; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.665-675
  20. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.249
  21. Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.214
  22. Müfid, Təshihu etiqadatil-İmamiyyə, h.q 1414, s.128; Seyyid Mürtəza, Rəsail, h.q 1405, c.3, s.326; Əllamə Hilli, Babul-hadi Əşər, h.ş 1365, s.9
  23. Qazi Əbdül-Cabbar, Şərhul-usulil-Xəmsə, h.q 1422, s.529; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.4, s.312-313
  24. Fazil-Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.242; Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.215
  25. Seyyid Mürtəza, Rəsail, h.q 1405, c.3, s.326; Əllamə Hilli, Babul-hadi Əşər, h.ş 1365, s.9; Fazil-Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.243
  26. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.280; Taftazani, Şərhul-məqasid, h.q 1409, c.4, s.312-313
  27. Tusi, Təlxisul-muhəssəl, h.q 1405, s.369; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.281; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.11, s.162; Cəvadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1385, s.197; Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1395, s.285-286
  28. Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.216
  29. Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatik-Quran, h.q 1402, c.8, s.154
  30. İbn Fars, Mucəmu məqayisil-luğət, c.4, s.331; Rağib İsfahani, Mufrədatu əlfazil-Quran, s.569; Cuhəri, Əs-Sihah, h.q 1407, c.5, s.1986; İbn Mənzur, Lisanul-ərəb, c.12, s.403-404
  31. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.3
  32. Müfid, Təshihu etiqadatil-İmamiyyə, h.q 1414, s.129; Əllamə Hilli, Nəhcül-həqq və kəşfus-sidq, m. 1982, s.164; Fəyyaz Lahici, Sərmayeye iman, h.ş 1372, s.115; Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.209, 350, 351
  33. Əllamə Hilli, Nəhcül-həqq və kəşfus-sidq, m. 1982, s.164; Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.209, 350, 351
  34. Fəyyaz Lahici, Qovhəre murad, h.ş 1373, s.468, 469; Fəyyaz Lahici, Sərmayeye iman, h.ş 1372, s.115
  35. Müfid, Təshihu etiqadatil-İmamiyyə, h.q 1414, s.129-130
  36. Cəvadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1385, s.198-199
  37. Cəvadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1385, s.200
  38. Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.220
  39. Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.220
  40. Rəbbani Qolpayqani, İsməte İmam əz neqahe xirəd, s.45-64
  41. Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.251
  42. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.391
  43. Rəbbani Qolpayqani, İsməte İmam əz neqahe xirəd, s.58
  44. Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.185; Müzəffər, Dəlailus-sidq, c.4, s.219
  45. Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.196; Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.274-280
  46. Bəhrani, Mənarul-hüda, h.q 1405, s.664-665
  47. Rəbbani Qolpayqani, Əfzəliyyət və isməte Əhli-Beyt (ə) dər aye və rəvayəte səlavat, s.9-26
  48. Bəqərə surəsi, ayə 124
  49. Müzəffər, Dəlailus-sidq, c.4, s.220
  50. Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.332
  51. Seyyid Mürtəza, Əş-Şaqi fil-İmamə, h.q 1410, c.3, s.139; Tusi, Ət-Tibyan, c.1, s.449; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.332; Müzəffər, Dəlailus-sidq, c.4, s.220
  52. Nisa surəsi, ayə 59
  53. Tusi, Ət-Tibyan, c.3, s.236; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.113-114; Müzəffər, Dəlailus-sidq, c.4, s.221
  54. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.276, hədis 1; Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.253; Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.53-54; Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.109-115
  55. Tusi, Ət-Tibyan, c.3, s.236; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.109
  56. Əhzab surəsi, ayə 33
  57. Seyyid Mürtəza, Əş-Şaqi fil-İmamə, h.q 1410, c.3, s.134-135; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.646-647; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.125; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.92-93
  58. Faryab, İsməte İmam dər tarixe təfəkkore İmamiyyə, h.ş 1390, s.335-336
  59. Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.193-211
  60. Muslim Nişaburi, Səhih Muslim, c.4, s.1883, hədis 61; Tirmizi, Sunənu Tirmizi, h.q 1395, c.5, s.351, hədis 3205 və s.352, hədis 3206 və s.663, hədis 3787; Seyyid Haşim Bəhrani, Ğayətul-məram, Əhli-sünnətdən 41 rəvayət nəql olunmuşdur; Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.173-192
  61. Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.193; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.311 və 312; Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.387-392
  62. Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.16-19, 29, 36-38, 45, 76, 99 və 100-104; İbn Kufi, Fəzailu Əmiril-muminin (ə), h.q 1424, s.154 və 155; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.665-673
  63. Mufid, Əl-Məsailul-carudiyyə, h.q 1413, s.42; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.671; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.95
  64. Bəhrani, Mənarul-hüda, h.q 1405, s.671; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.95
  65. Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.97
  66. Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.87, 92, 129, 137; Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.1, s.57
  67. Mənavi, Feyzul-qədir, h.q 1365, c.3, s.14
  68. İbn Həcər, Əs-Səvaiqul-muhriqə, h.q 1417, c.2, s.442-443
  69. Bəhrani, Mənarul-hüda, h.q 1405, s.670
  70. Bəhrani, Əl-Hədaiqun-nazirə, c.9, s.360; Mazandarani, Şərhul-kafi, h.q 1382, c.6, s.124
  71. İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, h.q 1409, s.546; Səduq, Uyunu Əxbarir-RZa (ə), h.q 1378, c.2, s.27; Tusi, Əl-Əmali, h.q 1414, s.259 və 379
  72. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.671; Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1411, c.2, s.486 və c.3, s.517; Təbərani, Əl-Mucəmul-kəbir, c.7, s.22; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.40, s.20
  73. Rəbbani Qolpayqani və Fatiminejad, Hədise əman və imaməte Əhli-Beyt (ə), s.31
  74. Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.29
  75. Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1411, c.2, s.486
  76. Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.2, s.27; Səffar, Bəsairud-dərəcat, s.297; Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.34; Tusi, Əl-Əmali, h.q 1414, s.60, 249, 459, 482, 513, 733; Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.13-24
  77. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.785; Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1411, c.2, s.373 və c.3, s.163; İbn Teymiyyə, c.3, s.45; Mənavi, Feyzul-qədir, h.q 1356, c.2, s.519 və c.5, s.517
  78. Musəvi, Əl-İmamə, h.q 1411, s.209
  79. Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1411, c.3, s.163
  80. Mirhamid Hüseyn, Əbəqatul-ənvar, c.23, s.655, 656
  81. Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.34, 210, 211; Hələbi Əl-Kafi fil-fiqh, h.q 1403, s.97
  82. Mənavi, Feyzul-qədir, h.q 1356, c.2, s.519
  83. İbn Teymiyyəə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.7, s.220
  84. Nasir Qəffari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.777-779
  85. Müdərrisi Təbatəbai, Məktəb dər fərayənde təkamol, s.39; Qurbani və Məhəmməd Rizayi, Pejuheşi dər isməte İmaman, s.153
  86. Nasir Qəffari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.777
  87. Qurbani və Məhəmməd Rizayi, Pejuheşi dər isməte İmaman, s.158
  88. Səduq, Əl-Xisal, h.ş 1362, s.129; Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.164
  89. Kufi, Fəzailu Əmiril-Möminin (ə), h.q 1424, s.154; Xəzzaz Qumi, Kifayətul-əsər, h.q 1401, s.302-303
  90. İbrahim ibn Məhəmməd, Fəraidus-simteyn, c.2, s.133-313
  91. Əmin, Zuhəl-İslam, c.3, s.864
  92. Qəffari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.776
  93. Müfid, Təshihu etiqadatil-İmamiyyə, h.q 1414, s.114
  94. Sübhani, Rahnemaye həqiqət, h.ş 1385, s.365
  95. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.356; Nəhcül-bəlağə, 216-cı xütbə, s.335
  96. Alusi, Ruhul-məani, h.q 1415, c.11, s.198; Əmin, Zuhəl-İslam, c.3, s.861; Dəhləvi, Tuhfətu isna əşəriyyə, s.373; Qəffari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.793
  97. Məclisi, Miratul-uqul, h.q 1404, c.26, s.527 və 528
  98. Mazandarani, Şərhul-kafi, c.12, h.q 1382, s.485, 486
  99. Yusif surəsi, ayə 53
  100. Məkarim Şirazi, Peyame Əmrəl-möminin (ə), h.ş 1386, c.8, s.269
  101. Qəffari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.794-796; Dəhləvi, Tuhfətu isna əşəriyyə, s.463
  102. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.438, 450, 505
  103. Məclisi, Ləvamiu Sahinqərani, h.q 1414, c.4, s.185
  104. Alusi, Ruhul-məani, h.q 1415, c.11, s.198
  105. Məclisi, Ləvamiu Sahinqərani, h.q 1414, c.4, s.185; İrbili, Kəşful-ğummə, h.ü 1381, c.2, s.253-254; Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.204-210
  106. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.204-210
  107. فصل هشتم مراتب توبه/ مرتبه سوّم: توبة اخصّ‌ الخواص, almazaheri.ir saytı
  108. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.210
  109. بررسی دلیل استغفار معصومین(ع) از نگاه امام خمینی در پرتو دعای عرفه امام حسین(ع), imam-khomeini.ir saytı

Ədəbiyyat

  • Alusi, Mhamud ibn Abdullah, Ruhul-məani, Təhqiq: Əli Əbdül-Bari Ətiyyə, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, 1-ci çap, h.q 1404
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-Nəbəviyyə, Riyaz, 1-ci çap, h.q 1406 \ m. 1986
  • İbn Həcər, Əhməd Məhəmməd, Əs-Səvaiqul-muhriqə, Beyrut, Ər-Risalə müəssisəsi, 1-ci çap, h.q 1417\m. 1997
  • İbn Hənbəl, Əhməd ibn Məhəmməd Hənbəl, Fəzailus-səhabə, Beyrut, r-Risalə müəssisəsi, 1-ci çap, h.q 1403 \ m. 1983
  • İbn Əbdül-Vəhhab, Məhəmməd ibn Əbdül-Vəhhab, Risalətun fir-Rafizə, Riyaz
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Dəməşq, Təhqiq: Əmir ibn Ğəramə, Daul-fikr, h.q 1415 \ m. 1995
  • İbn Uqdə Kufi, Əhməd ibn Məhəmməd, Fəzailul-Əmiril-Möminin (ə), Təhqiq: Əbdür-Rəzzaq Məhəmməd Hüseyn, 1-ci çap, h.q 1424
  • İbn Fars, Əhməd, Məqayisul-luğət, Qum, 1-ci çap
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, daru Sadir, 3-cü çap
  • İrbili, Əli ibn Musa, Kəşful-ğummə, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, 1-ci çap, h.q 1381
  • Əmin, Əhməd, Zuhəl-İslam, Qahirə
  • Bəhrani, Seyyid Haşim, Ğayətul-məram, Təhqiq: Seyyid Əli Aşur, Beyrut, 1-ci çap h.q 1422
  • Bəhrani, Şeyx Əli, Mənarul-hüda, Təhqiq: Əbdüz-Zəhra Xətib, Beyrut, Darul-muntəzir, h.q 1405
  • Bəhrani, Yusif, Əl-Hədaiqun-nazirə, Qum
  • بررسی دلیل استغفار معصومین(ع) از نگاه امام خمینی در پرتو دعای عرفه امام حسین(ع), imam-khomeini.ir saytı
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənu Tirmizi, Təhqiq: Əhməd Məhəmməd Şakir, Misir, 2-ci çap, h.q 1395-m. 1975
  • Taftazani, Səduddin, Şərhul-məqasid, Qum, 1-ci çap, h.q 1409
  • İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, Qum, 1-ci çap, h.q 1409
  • Corcani, Mir Seyyid Şərif, Ət-Tərifat, Tehran, Nasir Xosrov, 4-cü çap, h.q 1412
  • Corcani, Mir Seyyid Şərif, Şərhul-məvaqif, Qum, 1-ci çap, h.q 1325
  • Cavadi Amuli, Abdullah, Vəhy və nübuvvət dər Quran, Qum, İsra nəşri, 3-cü çap, h.ş 1385
  • Cuhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Təhqiq: Əhməd Əbdül-Ğəfur Əttar, Beyrut, Darul-elm, 4-cü çap, h.q 1407
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Təhqiq Mustafa Əbdül-qadir Əta, Beyrut,
  • Hələbi, Əbus-Səlah, Əl-Kafi fil-fiqh, Təhqiq: Rza Ustadi, İsfəhan, 1-ci çap, h.q 1403
  • Həmud, Məhəmməd Cəmil, Əl-Fəvaidul-bəhiyyə, Beyrut, 2-ci çap, h.q 1421
  • İbrahim ibn Məhəmməd, Fəraidus-simteyn, Təhqqi: Məhəmməd Baqir Mahmudi, Beyrut, Əl-Məhmudi müəssisəsi
  • Xəzzaz Qumi, Əli ibn Məhəmməd, Kifyətul-əsər, Qm, Bidar, h.q 1401
  • Dəhləvi, Əbdül-Əziz, Tuhfətu isna əşəri, İstanbul, Məktəbətul-həqiqət
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Mufrədatul-ləfzil-Quran, Beyrut, Daru Qələm, 1-ci çap
  • Rəbbani Qolpayqani, Əli, İmamət dər bineşe İslami, Qum, Bustane kitab, 2-ci çap, h.ş 1387
  • ربانی گلپایگانی، علی، «افضلیت و عصمت اهل بیت(ع) در آیه و روایات صلوات», kalamislami.ir saytı
  • ربانی گلپایگانی، علی و علیرضا فاطمی‌نژاد، «حدیث امان و امامت اهل بیت(ع)», kalamislami.ir saytı
  • ربانی گلپایگانی، علی، «عصمت امام از نگاه خرد», ensani.ir saytı
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, 1-ci çap, h.q 1412
  • Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, 1-ci çap, h.ş 1383
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əş-şafi fil-İmamə, Təhqiq: Seyyid Əbdüz-Zəhra, Tehran, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap,
  • Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Əl-Xisal, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, 1-ci çap, h.ş 1362
  • Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Uyunu Əxbarir-Rza (ə), Təhqiq: Mehdi Lacəvərdi, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Kəmaluddin, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Məaniul-əxbar, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, 1-ci çap, h.q 1403
  • تأثیر دیدگاه‌های کلامی بر اصول فقه, isca.ac.ir saytı
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, 5-ci çap, h.q 1417
  • Təbərani, Süleyman ibn Əhməd, əl-Mucəmul-kəbir, Qahirə, 2-ci çap
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-səqafə, 1-ci çap, h.q 1414
  • Tusi, Xacə Nəsirəddin, Təlxisul-muhəssəl, Beyrut, 2-ci çap, h.q 1405
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-İqtisad, Beyrut, 2-ci çap, h.q 1406
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut, 1-ci çap
  • Əllamə Hilli, Həsən ibn Yusif, Əl-Babu Hadi Əşər, Tehran, İslami mutaliat müəssisəsi, h.ş 1365
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Qum, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap, h.ş 1382
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq, Beyrut, Darul-kitabil-Lubnani, 1-ci çap, m. 1982
  • Faryab, Məhəmməd Hüseyn, İsməte imam dər taixe təfəkkore İmamiyyə ta payane qərne pəncome hicri, Qum, 1-ci çap, h.ş 1390
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Əl-Ləvamiul-İlahiyyə, Təhqiq: Qazi Təbatəbai, Qum, Dəftəre təbliğate İslami, 2-ci çap, h.q 1422
  • Fəyyaz Lahici, Əbdür-Rəzzaq, Sərmayeye İman dər usule etiqadat, Tehran, Əz-Zəhra nəşri, 3-cü çap, h.ş 1372
  • Fəyyaz Lahici, Əbdür-Rəzzaq, Qohəre murad, Tehran, Sare nəşri, 1-ci çap, h.ş 1383
  • Qazi Əbdül-Cabbar, Əbdül-Cabbar ibn Əhməd, Əl-Muğni, Qahirə, m. 1962 \ 1965
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Məclisi, Məhəmməd Baqir, Miratul-uqul, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, Darul-kutubil_islamiyyə, 2-ci çap, h.q 1404
  • Məclisi, Məhəmməd Baqir, Ləvamiu Sabibqərani, Qum, İsmaiyyan müəssisəsi, 2-ci çap, h.q 1414
  • Muslim Nişaburi, Səhih-Muslim, Beyrut, Daru ehyait-turas
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Rah və rahnemaşenasi, Qum, İmam Xomeyni adına müəssisə, h.ş 1395
  • Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quran, Tehran, 1-ci çap, h.q 1402
  • Müzəffər, Məhəmməd Hüseyn, Dəlailus-sidq, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1422
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Təshihu etiqadatil-İmamiyyə, Qum, 2-ci çap, h.q 1414
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Məsailul-carudiyyə, Qum, 1-ci çap, h.q 1413
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-Möminin (ə), Tehran, Darul-kutubil_islamiyyə, 1-ci çap, h.ş 1386
  • Musəvi, Seyyid Əsədullah, Əl-İmamə, Təhqiq: Seyyid Mehdi Rəcai, İsfəhan, 1-ci çap, h.q 1411
  • Nəhcül-bəlağə, Qum, 1-ci çap, h.q 1414

Xarici keçid