Dəstəmaz

wikishia saytından
(Dəztəmaz səhifəsindən yönləndirilmişdir)


Dəstəmaz ( Ərəbcə: الوضوء) Allaha yaxınlıq niyyəti və xüsusi qaydalarla üzü və əlləri yumaq, baş və ayaqlara məsh çəkməkdir. Dəstəmazın özü müstəhəbbdir; Amma namazın, təvafın və digər bəzi ibadətlərin düzgünlüyünün şərti dəstəmazla yerinə yetirilməsidir. Dəstəmazsız Quran sətirlərinə və Allahın adına toxunmaq olmaz. Məscidə getmək, Qurani-Kərim oxumaq kimi hallarda dəstəmaz almaq müstəhəbdir. Tarixi mənbələrə görə, dəstəmazın hökmü Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Məkkədə bəyan olunub. Maidə surəsinin altıncı ayəsi və həmçinin məsumlardan nəql olunan 400-dən çox rəvayət dəstəmaz haqqındadır. Hədislərdə dəstəmazın və dəstəmazın təzələnməsinin günahların pak olmasına, qəzəbin aradan getməsinə, ömrün uzanmasına, məhşərdə üzün nurlu olmasına və ruzinin artmasına səbəb olduğu bildirilir.

Dəstəmaz tərtibi və irtimasi formada alına bilər. Tərtibi dəstəmazda əvvəlcə üz yuyulur, sonra əllər yuyulur, ondan sonra baş və ayaqlara məsh çəkilir. İrtimasi dəstəmaz da tərtibi dəstəmaz kimidir, yalnız üzü və əlləri yumaq əvəzinə suya salınıb dəstəmaz niyyəti edilir. Sonra isə baş və ayaqlara məsh çəkilir. Əgər yaranı açmaq çətin olarsa və ya su, yaraya zərərlidirsə, cəbirə dəstəmazı alınmalıdır.

Şiələrsünnilər arasında əllərin yuyulması, həmçinin dəstəmazda baş və ayaqlara məsh çəkmək üsulu ilə bağlı ixtilaflar vardır; O cümlədən, şiələr əlləri yuxarıdan aşağıya yumağı vacib hesab edir, sünnilər isə əlləri aşağıdan yuxarı yumağa inanırlar. Rəvayət mənbələrinə görə, Ömər ibn Xəttabın xilafətinin sonuna qədər müsəlmanlar arasında dəstəmazda böyük fərq yox idi və onların hamısı eyni şəkildə (İmamiyyə üsulu ilə) dəstəmaz alırdılar. İslam mənbələri üçüncü xəlifənin dövründən bəri dəstəmazda şiə və sünni arasında ixtilafların olması haqqında məlumat veriblər.

Tərif

Dəstəmaz Allaha yaxınlaşmaq və Onun əmrini yerinə yetirmək niyyəti ilə üz və əlləri yumaq, baş və ayaqları xüsusi şəkildə məsh (əl çəkmək) etməkdir.[1] Bu ibadət əməli namazın və təvafın düzgünlüyünün şərtidir, həmçinin Quranın yazısına toxunmağa icazənin şərtidir.[2]

Tarixi mənbələrə görə dəstəmaz Məkkədə və Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Cəbrail (ə) vasitəsi ilə Peyğəmbərə (s) öyrədilmiş və Peyğəmbər (s) də bunu insanlara izah etmişdir.[3]

Hökmlər

Əsas məqalə: Dəstəmaz ayəsi

Dəstəmaz alma üsulu və əhəmiyyəti Quranhədislərdə qeyd edilmişdir.[4] Dəstəmazın hökmü "Maidə" surəsinin altıncı ayəsində olduğu üçün bu ayə, dəstəmaz ayəsi adlanır:[5]

[6]«یا أَیُّها الَّذینَ آمَنوا إِذا قُمتُم إِلَی الصَّلاةِ فَاغسِلوا وُجوهَكُم وَ أَیدیَكُم إِلَی الْمَرافِقِ وَ امسَحوا بِرُءُوسِكُم وَ أَرجُلَكُم إِلَی الكَعبَین

Ey iman gətirənlər, namaza qalxdığınız zaman üzünüzü və əllərinizi dirsəklərinizlə yuyun, başınıza və ayaqlarınıza topuqlara qədər məsh edin.[7] Dəstəmaz almaq özlüyündə müstəhəbbdir.[8] Amma namaz qılmaq (meyit namazı istisna olmaqla), təvaf etmək, Quranın yazısına və Allahın adına toxunmaq üçün vacib olur.[9] Vacib ehtiyata əsasən, Peyğəmbərin (s), imamların (ə) və Həzrət Zəhranın (s) adlarına da toxunmaq üçün dəstəmaz alınmalıdır.[10] Bəzi hallarda o cümlədən; məscidəimamların hərəminə getmək, Quran oxuyub gəzdirmək, bədənin bir hissəsini Quranın üz qabığına və ya yazısına toxundurmaq, həmçinin qəbiristanlıq əhlini ziyarət etmək üçün dəstəmaz almaq müstəhəbdir.[11]

Dəstəmazın növləri

Dəstəmazə tərtibi ya irtimasi formada almaq olar.[12] Həmçinin müəyyən şəraitdə bunu cəbirə formasında da almaq lazım olur.[13]

Tərtibi dəstəmaz

Tərtibi dəstəmaz: Əvvəlcə saçların uzandığı yerdən çənənin sonuna qədər bir əl enində üzü yumaq lazımdır. Sonra dirsəkdən bir az yuxarıdan baş barmağa qədər əvvəlcə sağ əl, sonra isə sol əl yuyulur. Bundan sonra əllərin yuyulmasından qalan rütubətlə başın qabağına və alının üstünə məsh çəkilir. Sonra həmin nəmlə sağ ayağa və sol ayağa məsh çəkilir.[14]

İrtimasi dəstəmaz

Əsas məqalə: İrtimasi dəstəmaz

İrtimasi dəstəmaz o deməkdir ki, insan niyyət etdikdən sonra[15] dəstəmaz niyyəti ilə üzünü, sonra isə əllərini suya batırmalıdır.[16] İrtimasi dəstəmazının ikinci üsulu isə belədir ki, əvvəlcə üzünü və əllərini suya batırır, dəstəmaz almaq niyyəti edir, sonra isə onları sudan çıxardır.[17] İrtimasi dəstəmazda Üz və əl yuyulduqdan sonra məsh edilir.[18]

Cəbirə dəstəmazı

Əsas məqalə: Cəbirə dəstəmazı

Dəstəmazda yuyulan və ya məsh edilən bədən üzvlərindən birində yara və ya sınıq olarsa, onu yumaq və ya məsh etmək mümkün deyilsə, normal şəkildə dəstəmaz almaq lazımdır. Amma yaralı və ya sınıq bədən üzvünü yumaq və ya məsh etmək əvəzinə yaş əli cəbirənin üstünə çəkmək lazımdır.[19]

"Cəbirə" yaranı bağlamaq üçün istifadə edilən parça və ya hər hansı bir şeydir.[20] "Cəbirə" dəstəmazı ancaq sarğını açmaq çətin və ya zərərli olarsa, yaxud yara və ya sınığa birbaşa su tökmək olmazsa, caizdir.[21]

Bəzi hallarda dəstəmaz əvəzinə təyəmmüm etmək vacibdir; Məsələn, namazın vaxtı o qədər dar olar ki, dəstəmaz almaq namazın hamısının və ya bir hissəsinin vaxtından sonra qılınmasına səbəb olar.[22] Həmçinin su olmayan və ya suyun bədənə zərərli olduğu yerlərdə dəstəmaz əvəzinə təyəmmüm yerinə yetirilir.[23] Cənabət qüslu verən şəxs namaz qılmaq üçün dəstəmaz almamalıdır. Həmin qüsl dəstəmazı da əvəz edər.[24]

Dəstəmaz necə batil olur?

Dəstəmaz bir neçə yolla batil olur, fiqh mənbələrində dəstəmazı batil edənlər (dəstamazı batil edən şeylər) "hədəs əsğər" (kiçik hədəs) kimi qeyd olunur;[25] Onlardan bəziləri bunlardır:

  • İnsanlardan sidik, nəcis və ya mədə yelinin çıxması.
  • Yuxu (qulaqlar eşitməsin və gözlər görməsin), dəlilik, sərxoşluq və huşsuzluq.[26]
  • Qüsl etməyə səbəb olan şeylər; Cənabət və ölüyə toxunmaq (məss-meyyit) kimi.[27]

Fazil Miqdadın dediyinə görə, bəzi sünni fəqihləri naməhrəm kişi ilə qadının bədənlərinin dərilərinin bir-birinə toxunmasının dəstəmazı batil etdiyini hesab edirlər. Onlar Kəsainin qiraətinə istinad ediblər ki, o, [28]«أَوْ لامَسْتُمُ النِّسا» ayəsində "Laməstum" sözünü "ləməstum" qiraət etmişdir. Lakin şiə fəqihlərinə görə "Ləməstum" sözü cinsi əlaqəyə işarədir.[29]

Şiə və sünni dəstəmazının fərqi

Dəstəmaz məsələsində şiələr və sünnilər arasında əllərin yuyulması, həmçinin baş və ayaqların məsh edilməsi məsələsində ixtilaf vardır.[30]

Dəstəmazla bağlı şiələr və sünnilər arasında ixtilaflar daha çox "Maidə" surəsinin altıncı ayəsinin mənasını başa düşməkdə və ya qiraətindəki ixtilaflardan qaynaqlanır.[31]

Şiələr məsumların rəvayətlərinə arxalanaraq[32], qeyd olunan ayədə «و أیدیکم إلی المرافق» ifadəsini əlləri aşağıdan yuxarı yumağa inanan dörd əhli-sünnə məzhəbinin əksinə olaraq, əlləri yuxarıdan aşağıya yumağın vacib olması mənasında olduğunu bildirirlər.[33]

Həmçinin şiə fəqihlərinin hökmünə görə, sağ əlin yuyulması sol əldən əvvəl olmalıdır.[34] Sünni məzhəblərində bu hökm müstəhəb sayılır.[35]

Dörd əhli-sünnə məzhəbi ayaqları topuqlarla birlikdə yumağı dəstəmazda vacib hesab edir.[36] Şiələr isə ayaq barmaqlarının ucundan ayağın üstündəki hündürlüyə qədər məsh çəkməyə inanırlar.[37] Şiə fiqhinə görə bu məsh də başı məsh çəkmək kimi dəstəmazın rütubətindən olmalıdır.[38] əmçinin Malikiyyə və Hənəfiyyə dəstəmazda sıranı riayət etməyi Hənəfiyyə və Şafiiyyə ardıcıllığı riayət etməyi vacib hesab etmirlər. Amma şiələr və digər əhli-sünnə məzhəbləri onlara əməl etməyi vacib bilirlər.[39]

Başa məsh etməkdə şiələr və sünnilər arasında ixtilaflar var; Onlardan biri budur ki, şiələrə görə, başın üzərinə məsh çəkmək bir həddə olsa ki, məsh çəkildi desələr kifayətdir. Habelə çox deyil, üç bağlı barmaq ölçüsündə olması müstəhəbdir.[40] Həmçinin şiə fiqhində dəstəmaz suyu ilə başa məsh etmək lazımdır və ona təzə su ilə məsh etmək olmaz.[41] Bununla belə, müxtəlif sünni məzhəblərində başın necə məsh ediləcəyi barədə müxtəlif fikirlər vardır;[42] Hənbəli fiqhinə görə, iki qulağı ilə birlikdə başın hamısına məsh çəkmək vacibdir.[43] Habelə başı məsh etmək üçün yeni sudan istifadə edilməlidir.[44] Maliki fiqhində başın hamısına məsh çəkilməlidir.[45] Hənəfi fiqhində isə başın dörddə birinə məsh çəkmək vacibdir.[46] Şafii məzhəbinə görə, başına minimum miqdarda məsh çəkmək kifayətdir və yeni su ilə məsh çəkmək lazımdır.[47]

Xuffəynə (ayaqqabıya) məsh çəkmək şiələrin düzgün hesab etmədiyi başqa bir ixtilaf məqamıdır.[48] Bunun üçün onlar "Maidə" surəsinin 6-cı ayəsinə və hədislərə istinad etmişlər.[49] Bu ixtilafa görə bəzi hallarda şiə dəstəmazı təqiyyə ilə müşayiət olunur və sünni dəstəmazı kimi olmuşdur: İmam Kazım (ə) Abbasi xilafətində xüsusi mövqeyə malik olan Əli ibn Yəqtinin məktubuna cavab olaraq, ona sünnilər kimi dəstəmaz almağı vacib edir ki, Harunər-Rəşid onun şiə olmasından xəbərdar olmasın.[50] Musa ibn Cəfər (ə) bundan əvvəl Əli ibn Yəqtindən Abbasi hökumətində qalıb şiələrə xidmət etməsini istəmişdi.[51] Bir halda ki, digər şiələrə Abbasilərlə əməkdaşlıq etməyi qadağan etmişdi.[52]

Osmanın dövründən dəstəmazda ixtilafın başlanması

Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Peyğəmbərin (s) dövründə müsəlmanlar arasında dəstəmazda heç bir ixtilaf yox idi.[53] Həzrət Peyğəmbər (s) ayaqları yumaq əvəzinə, onlara məsh çəkməklə dəstəmaz alırdı.[54] Peyğəmbərin (s) dövründən əlavə, Əbu Bəkrin xilafətində də dəstəmazla bağlı ixtilafdan bəhs edilməmişdir.[55] Ömər ibn Xəttabın xilafəti dövründə xuffəynə məsh çəkmək (ayaqlara məsh çəkmək) istisna olmaqla, dəstəmazla bağlı ixtilaflara dəlalət edən bir rəvayət yoxdur.[56]
"Kənzul-Ummal"[57] kitabında və bəzi digər mənbələrdə[58] deyilənlərə əsasən, bəzi tədqiqatçılar üçüncü xəlifə (Osmanın) dövründən müsəlmanlar arasında dəstəmazda ixtilafların aşkar olmasına inanırlar.[59] ]Qeyd 1] Seyyid Əli Şəhristani İmam Əli (ə) ilə Ömər ibn Xəttab arasında xuffəynə (ayaqlara) məsh çəkmək haqqında ixtilafa istinad edərək, ikinci xəlifənin Osman ibn Əffandan fərqli olaraq dəstəmazda ayaqlarını yumadığına, əksinə, onları məsh etdiyinə inanır.[60]

Şiələr dəstəmaz ayəsinə, eləcə də dəstəmazla bağlı rəvayətlərə əsaslanaraq, Peyğəmbərin (s)səhabələrinin dəstəmazda İmamiyyə kimi ayaqlarına məsh çəkdiklərini, sünnilər kimi ayaqlarını yumadıqlarına inanırlar.[61] Həmçinin Peyğəmbərdən (s) əllərin yuyulması ilə bağlı rəvayətlər vardır ki, o həzrətin dəstəmazı şiələrin dəstəmazına bənzəyir və əlləri yuxarıdan aşağı yuyur.[62] Şiələrə görə, sünnilərin istinad etdiyi dəstəmazda ayaqların yuyulması rəvayətləri zəif və əsassızdır; Bundan əlavə, dəstəmaz ayəsinə də ziddir.[63]

Ədəb, müstəhəb və fəzilətlər

Dəstəmaz zamanı bir neçə şey müstəhəb hesab edilmişdir; O cümlədən:

  • Dəstəmazdan əvvəl dişləri fırçalamaq: Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində hər dəstəmazdan əvvəl dişləri fırçalamağı tövsiyə etmişdir.[64]
  • Dəstəmazın əvvəlində Allahın adını çəkmək[65]
  • Ağız və burunda suyu dolandırmaq[66]
  • Dəstəmazın bütün işlərini edərkən hüzuri-qəlbə sahib olmaq

Dəstəmaz alarkən Qədr surəsini oxumaq, dəstəmazdan sonra Ayətül-kürsi oxumaq.

  • Dəstəmaz suyu qabını sağ tərəfə qoymaq.[67]

Rəvayətlərə görə, İmam Əli (ə) dəstəmaz alarkən dualar oxuyurdu. Bu rəvayətlərə görə, kim dəstəmaz alarkən bu duanı oxuyarsa, Allah onun dəstəmaz suyunun hər damcısından bir mələk yaradar. O mələk Allahı təsbih edər, pak sayar və təkbir deməklə məşğul olar. Həmçinin onun savabını dəstəmaz alan üçün Qiyamət gününə qədər yazar.[68] Dəstəmazın əməllərinin hər birini yerinə yetirərkən qeyd olunan dualar bunlardır:

  1. Sağ əllə sol ələ su tökərkən: الْحَمْدُ للَّهِ الذی جَعَلَ الْماءَ طَهُوراً وَ لَمْ یَجْعلْه نَجِساً; "Suyu pak edən, onu murdar etməyən Allaha həmd və şükürlər olsun".[69]
  2. Təharət: اللَّهُمّ حَصِّنْ فَرْجی و أعِفّهُ وَ اسْتُر عَوْرتی و حَرّمنی عَلى النّار; "İlahi! Mənim övrətimi haramdan qoru, onu iffətli et, üstünü ört və onu atəşə haram et".[70]
  3. Burnuna su dolandırmaq: اللّهم لا تحرّم عليَّ ريحَ الجنّة و اجعلني ممّن يشمّ ريحها و طيبها و ريحانها; İlahi! Mənə behiştin qoxusunu haram etmə və məni onun qoxusunu, ətrini və ətirli bitkilərini duyanlardan et.[71]
  4. Ağızda su dolandırmaq: اللّهمّ أنطق لساني بذكرك و اجعلني ممّن ترضى عنه; İlahi! Zikrində dilimi aç və məni razı olduğun kəslərdən et.[72]
  5. Üzü yumaq: اللّهم بيّض وجهي يوم تَسوّد فيه الوجوه و لا تُسَوّد وجهي يوم تبيضّ فيه الوجوه; İlahi! Üzlər qara olan gün üzümü ağ elə, üzlər ağ olduğu gün üzümü qara etmə.[73]
  6. Sağ əlin yuyulması: اللّهمّ أعطني كتابي بيميني و الخلد بيساري; İlahi! Əməl dəftərimi sağ əlimə, əbədiliyi isə sol əlimə ver.[74]
  7. Sol əlin yuyulması: اللّهمّ لا تعطني كتابي بشمالي و لا تجعلها مغلولة إلى عنقي و أعوذ بك من مقطّعات النّيران; İlahi! Əməl dəftərimi sol əlimə vermə və boynuma asma və odlu paltarlardan Sənə sığınıram.[75]
  8. Başa məsh çəkmək: اللّهمّ غشّني برحمتك و بركاتك و عفوك، اللهم غشّني برحمتك و بركاتك و عفوك; İlahi! Məni rəhmət, bərəkət və məğfirətinlə əhatə et.[76]
  9. Ayağa məsh çəkmək: اللّهمّ ثبّت قدميّ على الصّراط يوم تزلّ فيه الأقدام و اجعل سعيي فيما يرضيك عنّي; İlahi! Addımların sürüşdüyü o gündə addımlarımı sirat üzərində möhkəm et və səyimi sənin razı olduğun və məndən razı qaldığın işlərə sərf et.[77]

Şiə və sünni rəvayət mənbələrində dəstəmazın qaydaları, onun xüsusiyyətləri və fəzilətləri haqqında Peyğəmbər (s) və şiə imamlarından 400-dən çox hədis nəql edilmişdir;[78]

Buna əsasən dəstəmaz günahların təmizlənməsinə,[79] qəzəbin yox olmasına,[80] ömürün uzun olmasına,[81] Məhşərdə üzün nurlu olmasına[82] və ruzinin artmasına[83] səbəb olur. Həmçinin dəstəmazı təzələməyin fəziləti[84] və dəstəmazın tövbə[85] olması haqqında da rəvayətlər vardır.

İstinadlar

  1. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.44-45; Hüseyni Dəşti, "Vzu", dər məaref və məarif, c.10, s.370
  2. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.44-45; Hüseyni Dəşti, "Vzu", dər məaref və məarif, c.10, s.370
  3. İbn Hişam, Əs-siyrətun-nəbəviyyə, Darul-mərifə, c.1, s.244; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.307
  4. Sübhani, vzu dər ketab və sünnət, s.4
  5. Mərkəze fərhəng və məarife Quran, Dayrətul-məarife Qurne Kərim, h.ş 1382, s.407-408
  6. Maidə surəsi, ayə 6
  7. Maidə surəsi, ayə 6
  8. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.2, s.82
  9. Feyz Kaşani, Mutəsimuş-şiə, h.q 1429, c.1, s.241
  10. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.50
  11. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.50
  12. Muəssisətu Dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.q 1426, c.1, s.347
  13. Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.1, s.436
  14. Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.1, s.436
  15. Mirzaye Qumi, Cameuş-şitati fi əcvəbətis-sualat, h.q 1413, c.1, s.32
  16. «وضوی ارتماسی»Mərkəze tənzim və nəşre asar Ayətullah Behcət
  17. İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.61
  18. Xamanei, Əcvəbətul-istiftaat, h.q 1424, s.21
  19. Fəllahzadə, Dərsname Əhkame mubtəla bih, h.q 1389, s.37 və 38
  20. Fəllahzadə, Dərsname Əhkame mubtəla bih, h.q 1389, s.37
  21. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.47-48
  22. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.46
  23. İbn İdris Hilli, Əs-sərair, h.q 1410, c.1, s.135
  24. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.57
  25. Feyz Kaşani, Rəsail, h.q 1429, c.2, 4 risalə, s.22
  26. Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1419, c.1, s.330-331; Feyz Kaşani, Mutəsimuş-şiə, h.q 1429, c.1, s.241
  27. Fəllahzadə, Əhkame din, h.ş 1386, s.51
  28. Maidə surəsi, ayə 6
  29. Fazil Miqdad, Kənzul-irfan, h.q 1419, s.25
  30. Qummi, Çequnegiye əncame vzu nəzd firqeyn, s.29-30
  31. Hüseyni, Vzu əz didqahe məzahebe İslami, s.6
  32. Hüseyni, Vzu əz didqahe məzahebe İslami, s.9
  33. Seyyid Sabiq, Fiqhus-sunnət, h.q 1397, c.1, s.43
  34. Hüseyni, Vzu əz didqahe məzahebe İslami, s.12
  35. Seyyid Sabiq, Fiqhus-sunnət, h.q 1397, c.1, s.48
  36. Seyyid Sabiq, Fiqhus-sunnət, h.q 1397, c.1, s.44
  37. Hüseyni, Vzu əz didqahe məzahebe İslami, s.11-12
  38. Hüseyni, Vzu əz didqahe məzahebe İslami, s.11-12
  39. Hüseyni, Vzu əz didqahe məzahebe İslami, s.12
  40. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.43-44
  41. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.45
  42. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.45
  43. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.46-47
  44. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.47
  45. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.47-48
  46. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.48
  47. Qummi, Fiqhe Həcc, Çequnegiye əncame vzu nəzde firqeyn (3) Məsh, s.48
  48. Amədi, Əl-məshu fi vzuir-Rəsul (s.), s.132
  49. Sübhani, Silsilətul-məsailil-fiqhiyyə, Qum, c.2, s.9-12
  50. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.227-228
  51. Kəşşi, Ricalu Kəşşi, h.q 1409, s.441
  52. Kəşşi, Ricalu Kəşşi, h.q 1409, s.441
  53. Şəhrestani, Limaza əl-ixtilafu fil-vzu, h.q 1426, s.31
  54. Amədi, Əl-məshu fi vzuir-Rəsul (s), h.q 1420, s.80-82
  55. Şəhrestani, Limaza əl-ixtilafu fil-vzu, h.q 1426, s.31
  56. Şəhrestani, Limaza əl-ixtilafu fil-vzu, h.q 1426, s.32
  57. Müttəqi Hindi, Kənzul-Ummal, h.q 1406, c.9, s.443, h.26890
  58. Şəhrestani, Limaza Əl-ixtilafu fil-vzu, h.q 1426, s.33
  59. Şəhrestani, Limaza Əl-ixtilafu fil-vzu, h.q 1426, s.33
  60. Şəhrestani, Limaza Əl-ixtilafu fil-vzu, h.q 1426, s.34-35
  61. Bəhbahani, Məshe pahha dər vzu, h.ş 1395, s.26-42
  62. Hürr Amili, Vəsailuş-şiə, h.ş 1374, c.1, a.387-390
  63. Bəhbahani, Məshe pahha dər vzu, h.ş 1395, s.31-33
  64. Şeyx Səduq, Mən la yəhzurul fəqih, c.1, s.53
  65. Şeyx Səduq, Mən la yəhzurul fəqih, c.1, s.43, h.87
  66. Hürr Amili, Vəsailuş-şiə, h.ş 1374, c.1, s.396, h.1036, s.397, h.1038
  67. Yəzdi, Urvətul-vüsqa, h.q 1417, c.1, s.368-370
  68. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.184
  69. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.182
  70. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.182
  71. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.183
  72. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.183
  73. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.183
  74. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.183
  75. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.183
  76. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.183
  77. Kuleyni, Fruu Kafi, h.ş 1388, c.1, s.184
  78. http://mizan.hadith.net/ Costecugəre hədisi Mizan
  79. Ğəzzali, Ehyau ulumid-din, Darul-kutubil-ərəbi, c.2, s.48
  80. Muhəddis Nuri, Mustədrəkul-vəsail, c.1, s.353
  81. Şeyx Mufid, Əl-Əmali, c.1, s.60, h.5
  82. Qazi Numan, Dəaimul-İslam, h.q 1385, c.1, s.100
  83. Müttəqi Hindi, Kənzul-Ummal, h.q 1405, c.16, s.129, h.44154
  84. Şeyx Səduq, Mən la Yəhzurul Fəqih, c.1, s.41
  85. Hürr Amili, Vəsailuş-şiə, Alul-Beyt (ə), c.1, s.377

Ədəbiyyat

  • Amədi, Muhəmməd Həsən, Əl-məshu fi vzuir-Rəsul, Derasətu muqarinətin beynəl-məzahibil-İslamiyyə, Beyrut, Darul-Mustafa li-ehyait-teras, h.q 1420
  • İbn İdris Hilli, Muhəmməd ibn Mənsur, Əs-səraril-havi li-təhriril-fətava, Qum, Dəftəre enteşarate İslami vapeste be came mudərrisine Hozeye Elmiyyeye Qum, h.q 1410
  • İbn Hişam, Əbdül-Məlik, Əs-siyrətun-nəbəviyyə, Təhqiq: Mustafas-səqa və İbrahim Əl-Əbyari və Əbdül-Həfiz, Beyrut, Darul-mərifə
  • Behbahani, Əbdül-Kərim, Məshe pahha dər vzu, Tərcümə: Qruhe mütərciman, Qum, Məcməe cəhaniye Əhle Beyt, h.ş 1395
  • Payənde, Əbül-Qasim, Nəhcül-Fəsahə,Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Nəşre donyaye daneş
  • Hürr Amili, Muhəmməd ibn Həsən, Təfsilu Vəsailiş-şiə ila təhsili məsailiş-şəriə, Qum, Muəssisətu Alil-Beyt li-ehyait-teras, h.q 1416, h.ş 1374
  • Hüseyni, Həmid, "Vzu əz didqahe məzahebe İslami", Dər fəslname mutaliate təqribi məzahebe İslami, 17 nömrə
  • Hüseyni, Dəşti, Seyyid Mustafa, "Vzu" Dər Məaref və Məarif, c.10, Tehran, Muəssiseye fərhəngi araye, h.ş 1379
  • Sübhani, Cəfər, Silsilətul-məasilil-fiqhiyyə, Qum
  • Sübhani, Cəfər, "Vzu dər ketab və sünnət" Dər fəslname fiqhe Əhle beyt, Tabestan, h.ş 1383
  • Seyyid Sabiq, Fiqhus-sunnət, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1397
  • Şəhrestani, Seyyid Əli, Limaza Əl-ixtilafu fil-vzu, Təlxis: Feys Əttar, Tehran, Məşər, h.q 1426
  • Şeyx Ənsari, Mürtəza ibn Muhəmməd Əmin, Ketabut-təharət, Qum, h.q 1415
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzurul-fəqih, Düzəliş: Şeyx Hüseyn, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1406
  • Şeyx Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-İrşadu fi mərifəti hucəcillah ələl ibad, Düzəliş: Muəssisətu Alil_Beyt (ə), Qum, Konqre Şeyx Mufid, h.q 1413
  • Şeyx Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-Əmali, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Enteşarate came mudərrisin, h.q 1403, h.ş 1362
  • Əyyaşi, Muhəmməd ibn Məsud, Təfsire Əyyaşi, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Əl-məktəbətul-elmiyyətil-İslamiyyə
  • Ğəzzali, Muhəmməd ibn Muhəmməd, Ehyau ulumid-din, Təhqiq: Əbdür-Rəhim ibn Hüseyn Hafiz İraqi, Müqəddimə: Muhəmməd Xizr Hüseyn
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməm vəl-muluk, Təhqiq: Muhəmməd Əbül-fəzl İbrahim, Beyrut, Darut-teras, h.q 1387-m. 1967
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan fi fiqhil-Quran, Təhqiq: Seyyid Muhəmməd Qazi, Məcmə cəhani təqrribe məzahebe İslami, h.q 1419
  • Fəllahzadə, Muhəmməd Hüseyn, Əhkame din: Mutabeq ba fətavaye mərace bozorqe İslami, Tehran, h.ş 1386
  • Fəllahzadə, Muhəmməd Hüseyn, Dərsname Əhkame mubtəla bih, Tehran, h.ş 1389
  • Feyz Kaşani, Muhəmməd Mohsin, Resailu Feyz Kaşani, Təhqiq: Behzad Cəfəri, Tehran, Mədrəse ali Şəhid Mütəhhəri, h.q 1429
  • Feyz Kaşani, Muhəmməd Mohsin, Mutəsimuş-şiə fi əhkamiş-şəriə, Düzəliş: Məsih Tohidi, Tehran, Mədrəse ali Şəhid Mütəhhəri, h.q 1429
  • Qummi, Əli, Çequnegiye əncame vzu nəzde firəqeyn, Dər məcəlle Miqate Həcc, h.ş 1388
  • Kəşşi, Muhəmməd ibn Ömər, Ricalu kəşşi, Məşhəd, Muəssiseye nəşre daneşqahe Məşhəd, h.q 1409
  • Müttəqi Hindi, Əli ibn Hisamud-din, Kənzul-ummal fi sunənil-əqval vəl-əfal, Beyrut, Muəssisətur-risalə, h.q 1405
  • Muhəddis Nuri, Hüseyn, Mustədrəkul-vəsail, Qum, Muəssisətu Alil-Beyt li-ehyait-teras, h.q 1407
  • Mərkəze fərhəng və məarife Quran, Dairətul-məarife Qurani-Kərim Qum, Muəssiseye Bustan ketabe Qum,

h.ş 1382

  • Qazi Numan, Dəaimul-İslam, Qum, Muəssiseye Alul-Beyt (ə), h.q 1385
  • Muəssiseye dairətul-məaref feqhe İslami, Fərhənge feqh mutabeq məzhəbe Əhle-Beyt (ə), Zire nəzəre
  • Seyyid Məhmud Haşim Şəhrudi, Qum, h.q 1426
  • Musəvi Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Təhqiq: Muhəmməd Hüseyn Bəni Haşim, Qum, Dəftəre enteşarate İslami vabeste be came mudərrisine Hozeye Elmiyye Qum, h.q 1424
  • Yəzdi Təbatəbai, Seyyid Muhəmməd Kazim, Əl-urvətul-vüsqa fima bihil-bəlva, Təhqiq: Əhməd Möhsini
  • Səbzevari, Qum, Dəftəre enteşarate İslami vabeste be came mudərrisine Hozeye Elmiyye Qum, h.q 1419