Quran

wikishia saytından
(Kəlamullah səhifəsindən yönləndirilmişdir)
4-cü və ya 5-ci qəməri əsrlərə aid Quran nüsxəsi kufi yazısında

Quran (ərəbcə: القرآن الكريم) Cəbrayıl vasitəsilə həzrət Məhəmmədə (s) vəhy olunan Allahın kəlamı və müsəlmanların səmavi kitabıdır. Müsəlmanlar Quranın sözlərinin və məzmununun Allah tərəfindən nazil olduğunu düşünürlər. Həmçinin Quranın möcüzəliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərlik əlaməti və sonuncu səmavi kitab olmasına inanırlar. Bu kitab özünün möcüzə olduğuna təkid edir və heç kimin onun oxşarını gətirə bilməməsini özünün möcüzəliyinə dəlil bilir.

Quranın ilk ayələri Nur dağında yerləşən Həra mağarasında İslam peyğəmbərinə (s) nazil oldu. Məşhur nəzər budur ki, Quranın ayələri həm vəhy mələyinin vasitəsilə həm də vasitəsiz olaraq birbaşa Peyğəmbərə (s) nazil olurdu. Quranın nazil olması tədrici formada baş vermişdir. Amma bəziləri düşünür ki, ayələrin tədricən nazil olmasından əlavə bir ildə Peyğəmbərə (s) nazil olacaq ayələr Qədr gecəsində birdəfəlik də o həzrətə (s) nazil olurdu.

Quran ayələri Peyğəmbərin (s) zamanında pərakəndə halda heyvanların dəriləri, xurma ağacının taxtaları, kağız və parça üzərinə yazılmışdı. Peyğəmbərin (s) vəfatından sonra Quranın ayə və surələri səhabələr tərəfindən toplanıldı. Amma surələrin ardıcıllığı və qiraəti baxımından bir birindən fərqlənən bir çox nüsxələr yazıldı. Osmanın göstərişi ilə Qurandan vahid bir nüsxə hazırlandı və mövcud olan digər nüsxələr aradan qaldırıldı. Şiələr öz İmamlarına (ə) tabe olaraq bu nüsxəni kamil və düzgün hesab edir.

Quran, Furqan, Əl-kitab və Müshəf Quranın ən məşhur adlarındandır. Quranın 114 surəsi və 6000-dən çox ayəsi vardır. 30 cüzə və 120 hizbə bölünmüşdür. Quranda tövhid, məad, İslam Peyğəmbərinin (s) iştirak etdiyi döyüşlərdən, Peyğəmbərlərin (ə) əhvalatlarından, İslam dininin şəri əməllərindən, əxlaqi fəzilət və nöqsanlardan, şirk və nifaqla mübarizə kimi mövzulardan söhbət edilir.

4-cü hicri əsrinə qədər müsəlmanlar arasında Quranın müxtəlif qiraətləri yayılmışdı. Müsəlmanlar arasında Quranın müxtəlif nüsxələrinin olması, ərəb xəttinin ibtidai olması, müxtəlif ləhcələrin mövcudluğu və qarilərin özünə məxsus tərzdən istifadə etməsi müxtəlif qiraətlərin yaranma səbəblərindən idi. Həmin əsrdə qiraətlər arasından yeddi qiraət seçildi. Müsəlmanlar arasında yayılmış Quran qiraəti Həfsin vasitəsilə nəql olunan Asim qiraətidir.

Quranın fars dilində ilk kamil tərcüməsi dördüncü hicri əsrində, latın dilinə tərcüməsi isə altıncı hicri əsrində ( 12-ci miladi əsrində ) yazılmışdır. Bu kitab ilk dəfə 950-ci hicri ilində ( miladi 1543-ci ildə ) İtaliyada çap edildi. Onun müsəlmanlar vasitəsilə ilk dəfə çap edilməsi 1200-ci qəməri ilində Rusiyanın Sank Peterburq şəhərində baş vermişdi. İran 1243 və 1248- ci hicri illəri arasında Quranı çap edən ilk müsəlman ölkəsidir. Bu gün Osman Taha adı ilə tanınan Quran, Misir çapı əsasındadır.

Quran müsəlmanlar arasında müxtəlif elmlərin yaranma mənşəyidir. Təfsir, Quran tarixi, Quranın lüğəti elmi, Quranın hərəkələnməsi elmi, Quranın bəlağəti, Quranın əhvalatlarıQuranın möcüzəliyi kimi Quran elmləri bu elmlərdəndir.

Quranın müsəlman ayinləri və incəsənəti arasında xüsusi yeri vardır. Quranın xətm edilməsi, Quranın başa qoyulması və evlilik mərasimində Quran oxunması yuxarıda deyilənin misallarındandır. Quranın incəsənətdə olan təzahürü özünü daha çox xəttatlıqda, Quranın qızıl suyu ilə yazılmasında, cildlənməsində, ədəbiyyat və memarlıqda göstərmişdir.

Allahın kəlamı

Hicrətin 5-ci əsrinə aid Qurani-Kərim

Müsəlmanlar Quranın vəhy yolu ilə İslam Peyğəmbərinə (s) nazil edilən,[1] sözləri və məzmunu Allah tərəfindən olan Allah kəlamı olduğuna inanır. [2] Peyğəmbərə (s) ilk dəfə Nur dağında yerləşən Həra mağarasında vəhy oldu.[3] Peyğəmbər (s) nazil olan ilk ayələrin Ələq surəsinin ilk ayələri olduğu və ilk tam formada nazil olan surənin isə Fatihə surəsi olduğu deyilir.[4] Müsəlmanların inancına görə İslam Peyğəmbəri (s) sonuncu peyğəmbər və Quran sonuncu səmavi kitabdır.[5]

Quran nazil olma üslubu

Quran vəhyin nazil olmasının yalnız üç yolla olduğunu bildirir: ilham yolu, pərdə arxasından (gələn səslə) və mələk vasitəsi ilə.[6] Bəziləri, “De, Cəbrayıla düşmən olan ( əslində Allaha düşməndir ). (Çünki) O, Quranı Allahın əmri ilə sənin qəlbinə nazil etmişdir"[7] ayəsinə istinad edərək bu kitabın yalnız Cəbrayıl vasitəsilə nazil olduğunu deyiblər.[8] Amma məşhur nəzər budur ki, Quran müxtəlif üslublarla o cümlədən birbaşa vasitəsiz olaraq Peyğəmbərə (s) nazil olmuşdur.[9]

Birdəfəlik və tədrici nazil olma

Bəzi Quran ayələrinə əsasən bu səmavi kitab Ramazan ayında, Qədir gecəsində nazil olmuşdur.[10] Buna əsasən müsəlmanlar arasında Quran birdəfəlik yoxsa tədricən nazil olması haqqında fikir ayrılığı mövcuddur.[11] Bəziləri Quranın həm birdəfəlik həm də tədricən nazil olduğunu deyiblər.[12] Başqa bir qrupun fikrincə isə Peyğəmbərə (s) bir il ərzində nazil olacaq ayələr Qədr gecəsində birdəfəlik də Peyğəmbərə (s) nazil olurdu. [13] Bir qrup isə Quranın yalnız tədricən nazil olduğunu və onun Ramazan ayında Qədr gecəsində nazil olmağa başladığını düşünür.[14]

Quranın məşhur adları

Quran üçün çoxsaylı adlar qeyd olunmuşdur.[15] Quran, Fürqan, Əl-kitab, Müshəf o adların ən məşhurlarıdır. Qurana Müshəf adını Əbu Bəkir qoymuşdur. Amma digər adlar isə Quranın özündə gəlmişdir.[16] Quran bu kitabın ən məşhur adıdır. Bu söz lüğətdə “oxunan” mənasındadır və əvvəlində Əlif-Lam ilə birlikdə Quranda əlli dəfə işlədilmişdir. Bu yerlərin hamısında məqsəd Quran kitabıdır. Həmçinin əvvəlində Əlif-Lam olmadan isə iyirmi dəfə işlədilmişdir. Bu yerlərin on üçündə Quran kitabı mənasındadır. [17] Quran kökü məhz Quranın özündə gələn müxtəlif ləqəblərlə tanıtdırılmışdır: Məcid, Kərim, Həkim, Mubin. “Quran və Quran pəjuhi” kitabının müəllifi düşünür ki, İslam və Şiə mədəniyyədində Əhli-sünnə həmişə Quranı “Kərim” ləqəbi ilə birlikdə “Qurani Kərim” olaraq, şiələr isə “Məcid” ləqəbi ilə birlikdə “Qurani Məcid” olaraq adlandırırlar və bu iki adın kökü Qurana qayıdır.[18]

Quranın məqamı

Quran müsəlmanların ən mühüm fikir mənbəyidir və eyni zamanda da hədissünnə kimi digər islami fikir mənbələrinin bir növ ölçülmə vasitəsidir. Bu mənada ki, digər İslami mənbələrdən əldə edilən təlimlər Quran təlimləri ilə müxalif olduğu zaman etibarsız hesab edilir.[19] İslam Peyğəmbərinin (s)İmamların (ə) hədislərinə əsasən, onlardan gələn hədislər Quranla ölçülməlidir. Həmin hədislər Qurana uyğun olmadığı zaman etibarsız və uydurulmuş sayılmalıdır.[20]

Misal üçün qeyd edək ki, İslam Peyğəmbərindən (s) belə nəql edilib: Məndən sizə nəql edilən hər hansı bir söz Quranla uyğun gələrsə onu mən demişəm. Əgər Quranla ziddiyəti olarsa onu mən söyləməmişəm.[21] İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə də qeyd olunur ki, Quranla ziddiyəti olan hər bir hədis yalandır.[22]

Quran Tarixi

Yazılması və toplanması

20 vərəq Ceyran dərisi üzərində muncuq haşiyəli və ölçüləri 8,20 x 15 sm olan kufi xətti ilə İmam Həsənə (ə) aid Quran. Bu Quran Məlik Muzeyində yerləşir.

İslam Peyğəmbəri (s) Quran ayələrinin əzbərlənməsinə, düzgün oxunuşuna, həmçinin yazılmasına çox təkid edirdi. O həzrət (s) Besətin ilk illərində savadlı şəxslərin və yazı vasitələrinin az olması cəhətindən hər hansı bir kəlmənin undulumasından və ya yalnış qeyd olunmasından qorxduğu üçün ayələrin düzgün formada əzbərlənməsinə və oxunuşuna çalışırdı. [23] O həzrət (s) bir ayə nazil olan zaman ayənin yazılması üçün vəhy katiblərini çağırırdı. [24] Quran ayələri pərakəndə formada heyvanların dərisi, xurma ağacının taxtaları, kağız və parça üzərində yazılırdı.[25]

Peyğəmbər (s) özü vəhy katiblərinə nəzarət edirdi. O həzrət (s) ayələri vəhy katiblərinə oxuduqdan sonra yazıda ehtimal olunan səhvlərin aradan qalxması üçün onlardan yazdıqlarını oxumaqlarını istəyirdi.[26] Siyutinin yazdığına əsasən, Quranın hamısı Peyğəmbər (s) zamanında yazıldı. Amma hamısı birlikdə deyildi və surələrin düzülüşü müəyyən edilməmişdi.[27]

Quranın hazırkı formada yazılışı Peyğəmbər (s) zamanında baş verməmişdi. “Ət-təmhid fi ulumil Quran” kitabının yazdığına əsasən ayələr və surələrin adları Peyğəmbər (s) zamanında həzrətin fikri əsasında müəyyən edilmişdi. Lakin Quranın kitab olaraq tamamlanma işləri və surələrin düzülüşü Peyğəmbərin (s) vəfatından sonra səhabənin məsləhəti əsasında olmuşdur.[28] Bu kitabın yazdığına əsasən Quranı ilk olaraq yazan şəxs İmam Əli (ə) olmuşdur. O, Quran surələrini nazil olma tarixi əsasında topladı.[29]

Müshəflərin eyniləşdirilməsi

Peyğəmbərin (s) vəfatından sonra həzrətin böyük səhabələrinin hər biri Quranı bir yerə toplamağa başladı. Nəticədə surələrin düzülüşü və qiraət baxımından bir-biri ilə fərqlənən çoxlu müshəflər yazıldı. [30] Bu məsələ onlardan hər bir qrupun öz qiraətini düzgün başqalarının qiraətini isə yalnış hesab etməsinə səbəb oldu.[31]

Hüzeyfənin Osmana müshəflərin eyniləşdirilməsini təklif etməsindən və Peyğəmbər (s) səhabələrinin bu işə razılığından sonra Osman bir qrupu bu iş üçün məmur etdi.[32] O, bir sıra şəxsləri müxtəlif İslami məntəqələrə göndərdi və mövcud Quranların hamısını bir yerə topladı. Sonra isə həmin Quranların aradan qaldırılmasına əmr etdi.[33] Ət-təmhid kitabının dediyinə əsasən Quranların eyniləşdirilməsinin zamanı barəsində ən güclü ehtimal bu işin hicrətin 25-ci ilində olmasıdır.[34]

Şiə İmamlarının (ə) Osmanın müshəfi ilə razılaşması

Bir sıra hədislərə əsasən şiə İmamları (ə) Quranların eyniləşdirilməsi ilə, həmçinin Osmanın göstərişi ilə yazılmış Quranla razı idilər. Siyutu imam Əlidən (ə) Osmanın quranları eyniləşdirilməsi haqqında onunla məşvərət etdiyini və onun da bu işə razılıq verdiyini nəql edir.[35] Həmçinin rəvayətə əsasən, bir şəxsin İmam Sadiqin (ə) hüzurunda rəsmi qiraətdən fərqli qiraətlə Quran oxuyan zaman həzrət onu bu işdən çəkindirmişdir.[36] Ət-təmhid kitabının dediyinə əsasən şiələr hamısı bu gün əldə olan Quranı düzgün və kamil hesab edir.[37]

Quranın müxtəlif qiraətləri

Hicrətin 4-cü əsrinə qədər müsəlmanlar arasında Quranın müxtəlif qiraətləri yayılmışdı.[38] Qiraətlər arasında fərqliliyin ən mühüm səbəbləri kimi müsəlmanlar arasında fərqli Quranların olmasını, ərəb xəttinin sadəliyini, həriflərdə nöqtənin olmamasını, həriflərdə hərəkənin olmamasını, müxtəlif ləhcələrin olmasını və Quran qarilərinin (Quranı təlim edən şəxslərin) özlərinə məxsus tərzdən istifadə etməsini göstərmək olar.[39]

Hicrətin 4-cü əsrində Bağdad qarilərinin ustadı olan Əbu Bəkir ibn Mücahid ( 245-324 h.q ) qiraətlər arasından yeddi qiraəti seçdi. Bu qiraətlərin qariləri Qurrai-səbə (yeddi qari) olaraq məşhurdular. Bu qiraətlərdən hər biri 2 rəvayət əsasında nəql olunduğu üçün, bundan sonra Quranın on dörd qiraəti müsəlmanlar tərəfindən qəbul edildi.[40]

Əhli-sünnə düşünür ki, Quran sözlərinin müxtəlif formaları varıdır və insanlar Quranı bu formalardan istədiyi əsasında oxuya bilərlər.[41] Lakin şiə alimlərinin fikrincə isə Quran yalnız bir qiraət əsasında nazil olmuşdur və İmamlar (ə) yalnız asanlıq məqsədi ilə Quranın müxtəlif qiraətlər əsasında oxunuşuna icazə vermişlər.[42]

Müsəlmanlar arasında yayılmış qiraət Həfs rəvayəti əsasında olan Asim qiraətidir. Müasir şiə Quran araşdırmaçıları yalnız bu qiraəti düzgün və mütəvatir hesab edir və digər qiraətlərin Peyğəmbərdən (s) alınmadığını və qarilərin şəxsi oxunuş tərzləri olduğunu bildirir.[43]

Quranın erablanması (hərəkələnməsi)

Teymurilər dövrünə aid farsca tərcüməsi olan Quran nüsxəsinin şəkli

Ərəb dilində erab (hərəkə) mənaların izahında mühüm rola malikdir və Quranın hərəkələrinə diqqətli olmağın daha çox zərurəti vardır. Çünki, Quranın hərəkəsinin müəyyən edilməsində səhvə yol vermək mənanın dəyişməsinə və bəzən Allahın nəzərdə tutduğu mənaya zidd bir mənanın ifadəsinə səbəb olur.[44] Vəhy katibləri əvvəldə Quran kəlmələrini nöqtəsiz və hərəkəsiz yazırdılar. Bu iş Peyğəmbər (s) əsrində yaşayan insanlar üçün elə də çətinlik yaratmırdı. Amma sonrakı nəsillər üçün məxsusən ərəb olmayan müsəlmanlar üçün qiraət fərqliliyinə və məna dəyişikliyinə səbəb olurdu. Buna görə də ixitlafların aradan qaldırılması, Quranın məna cəhətindən dəyişikliyinin qarşısını almaq üçün Quranın hərəkələnməsi zəruri bir məsələ idi.[45] Quranı ilk dəfə hərəkələyən və ərəb əlamətlərini qeyd edən şəxsin kimliyi haqqında fərqli tarixi məruzələr nəql olunur. Adətən Əbul-Əsvəd Duəlinin ( h.q 69) Yəhya ibn Yəmərin köməyi ilə Quranı hərəkələyən ilk şəxsin olduğu deyilir.[46] İlk hərəkələnmə bu formada olmuşdur: son hərifin üzərində olan nöqtə nəsb (fəthə) əlaməti, hərifin altında olan nöqtə cərr (kəsrə) əlaməti, sonuncu hərifdən sonra gələn nöqtə isə rəf (zəmmə) əlaməti sayılırdı.[47] Bir əsr sonra Xəlil ibn Əhməd Fərahidinin ( h.q 175) nöqtələri xüsusi formalar ilə əvəz etdi: hərifin üzərində düz xətt nəsb (fəthə) əlaməti, hərifin altında düz xətt cərr (kəsrə) əlaməti, hərifin üzərində kiçik “vav” hərifi rəf (zəmmə) əlaməti üçün təyin edildi. Deyilən formaların təkrarı tənvin üçün, “sin” hərifinin çıxıntılı hissəsi təşdid üçün, “sad” hərifinin baş hissəsi sükun üçün əlamət sayıldı.[48] Sonra hicrətin ikinci əsrinin ikinci yarısında Bəsrənin Nəhv elmi məktəbi Sibəveyh kimi şəxsiyyətlə, Kufənin Nəhv elmi məktəbi Kəsayinin başçılığı ilə, üçüncü hicri əsrinin ortalarında Bağdadın Nəhv elmi məktəbi yarandı və Quranın hərəkələnməsində dəyişiklik baş verdi.[49]

Tərcümə

Quranın tərcümə edilməsi olduqca uzun keçmişə malikdir və bu iş İslamın əvvəllərinə qayıdır.[50] Lakin Quran fars dilinə ilk dəfə dördüncü əsrdə kamil formada tərcümə edilmişdir.[51] Deyilənə görə, Quranın ilk mütərcimi Salman Farsi olmuşdur. Belə ki, O “Bismillahir-rəhmanir-rəhim” ayəsini “Bağışlayan Yəzdanın adı ilə” kimi tərcümə etmişdir.[52]

Quranın Avropa dillərinə tərcüməsi əvvəllərdə məsihi keşişlərin və rahiblərin vasitəsi ilə olmuşdur. Onlar Kəlami (əqidə) məsələlərdə İslam dininə irad tutmaq məqsədi ilə Quranın bəzi ibarələrini tərcümə etdilər.[53] Quran latın dilinə ilk dəfə 6-ci hicri əsrində (12-ci miladi əsri ) kamil formada tərcümə edilmişdir.[54]

Çap

Hicrətin 3-cü əsrinin axırına aid olan mavi rəngdə Qurani-Kərim

Quran ilk dəfə hicrətin 950-ci ilində ( miladi 1543-ci ildə ) İtaliyada çap edildi. Quranın bu çapı kilsə rəhbərlərinin göstərişi ilə aradan aparıldı. Ondan sonra isə 1104-ci hicri ilində ( 1692-ci miladi ilində) daha sonra isə 1108-ci hicri ilində ( miladi 1696-cı ildə ) Avropada çap oldu. Quranın müsəlmanlar tərəfindən ilk dəfə 1200-ci hicri ilində çap edildi. Mövla Osman bu işi Rusiyanın Sank Peterburq şəhərində həyata keçirdi. Quranı çap edən ilk müsəlman ölkəsi İrandır. İran 1243 və 1248- ci ildə iki dəfə Quranı gözəl daş çapı ilə çap etdi. Sonrakı illərdə Türkiyə, Misir və İraq kimi digər müsəlman ölkələri Quranı müxtəlif formalarda çap etdi.[55]

Quranın 1342-ci hicri ilində Misirdə baş tutan çapı Əl-əhzər universitetinin alimlərinin nəzarəti ilə Həfsin rəvayət yolu ilə Asim qiraəti əsasında olmuşdur və bu çap İslam dünyası tərəfində qəbul edilmişdir. Bu fün Osman Taha adı ilə tanınan Quran çapı Suriyalı xəttatın Misir çapına əsaslanan xətti əsasındadır. Bu Quran növü İslam ölkələrinin çoxunda çap edilir. Ayələrin səhifələrdə nizamlı şəkildə gəlməsi, hizblərin və 30 cüzün nizamlı şəkildə bölünməsi bu çapın özəlliyindəndir.[56]

Bu gün Quranın çapı bu işi öhdəsinə alan təşkilatlar tərəfindən həyata keçirilir və özünə məxsus qanunları vardır.[57] İranda Quranın çapına nəzarət və nöqsanların aradan qaldırılması vəzifəsi Darul-Quran təşkilatının öhdəsindədir.[58]

Quranın quruluşu

Quranın 114 surəsi və 6 min civarında ayəsi varıdır. Onun ayələrinin dəqiq sayı barəsində fikirlər müxtəlifdir. Bəziləri İmam Əlidən (ə) Quranın 6236 ayəsi olduğunu nəql edirlər.[59] Quran 30 cüzə və 120 hizbə bölünür.[60]

Surə

Əsas məqalə: Surə

Quranın sistematik məzmunu olan müxtəlif hissələrinə surə deyilir.[61] Quran Tövbə surəsi istisna olmaqla bütün surələri “Bismillahir-rəhmanir-rəhim”-lə başlayır.[62] Surələr nazil olma zamanı baxımından Məkki və Mədəni olmaqla iki hissəyə ayrılır. İslam Peyğəmbərinin (s) Mədinə şəhərinə hicrətindən əvvəl nazil olan surələrə Məkki surələrdeyilir. O həzrətin (s) Mədinə şəhərinə hicrətindən sonra nazil olan surələr isə Mədəni surələr adlanır.[63]

Ayə

Əsas məqalə: Ayə

Surələri təşkil edən Quran kəlmələri, ifadələri və cümlələri ayə adlanır.[64] Hər bir surənin müəyyən sayda ayələri varıdır.[65] Quran ayələri həcm baxımından bir birindən fərqlənir. Bəqərə surəsinin 282-ci ayəsi Quranın ən uzun ayəsidir. “Mudhəmmətan” ( Ər-rəhman surəsi, 64-cü ayə), Vəzzuha ( Zuha surəsi, 1-ci ayə), Vəlfəcr (Fəcr surəsi, 1-ci ayə) kimi ayələr və ya bir sıra surələrin əvvəlində keçən Müqəttəə hərifləri isə Quranın ən kiçik ayələri sayılırlar.[66]

Quran ayələri mənanın aydınlığı cəhətindən möhkəm və mütəşabih olmaqla iki hissəyə ayrılır. Möhkəm, mənaları heç bir şəkk edilməyəcək qədər aydın olan ayələrə deyilir. Mənaları haqqında müxtəlif ehtimallar verilən ayələr isə mütəşabih ayələr adlanır.[67] Bu bölgünü Quranın özü irəli sürmüşdür.[68]

Ayələr üçün başqa bir bölgü də deyilmişdir. Belə ki, bir ayədə mövcud olan hər hansı bir hökmü aradan qaldıran digər bir Quran ayəsinə nasix, hökmü aradan qaldırılan ayəyə isə mənsux ayələr deyilir.[69]

Hizb və cüz

Əsas məqalə: HizbCüz

Hizb və cüz Quran üzərində müsəlmanlar tərəfindən icad edilən digər bir bölgüdür. Təxmin edilir ki, müsəlmanlar bu işi Quran tilavətini və ya hifzini proqramlaşdırmaq məqsədi ilə həyata keçirmişlər. Bu növ bölgülər fərdi xarakter daşıyır və hər zaman eyni olmur.[70] Peyğəmbər (s) zamanında Quranın yeddi hizbə ayrıldığı və hər bir hizbin bir neçə surəni əhatə etdiyi deyilir. Həmçinin digər dövrlərdə, Quran üçün 2 cüzdən 10 cüzə qədər bölgülər təqdim edilmişdir. Bu gün Quranın 30 cüzə və hər cüz-ün 4 hizbə bölünməsi geniş yayılmışdır.[71]

Məzmun

London muzeyində saxlanılan Hicrətin 1-ci əsrinə aid olan Qurani-Kərim

Quranda əqidə məsələləri, əxlaq, şəri hökümlər, keçmiş qövmlərin hekayələri, münafiqlərmüşriklərlə mübarizə kimi müxtəlif mövzulardan söhbət açılır. Quranın danışdığı bəzi mühüm mövzular bunlardır: tövhid, məad, İslam Peyğəmbərinin (s) döyüşləri kimi İslamın əvvəlində olan hadisələr, Quranın əhvalatları, dinin ibadət, hüquq və cəza tipli hökümləri, əxlaqi fəzilət və rəzilətlər, şirk və münafiqlikdən çəkindirmək.[72]

Quranın dəyişməzliyi

Əsas məqalə: Quranın təhrifi

Adətən danışılan təhrif məsələsindən məqsəd Qurana bir kəlmə və ya kəlmələrin artırılması və ya Qurandan bir kəlmə və ya kəlmələrin azadılmasıdır. Əbül-Qasim Xoyi bu barədə belə yazır: Müsəlmanlar Quranın birinci mənada təhrif edilmədiyi haqqında yekdil fikirə sahibdirlər. Lakin Qurandan bir kəlmə və ya kəlmələrin azaldılması barədə fikir ixtilafı vardır.[73] Onun sözlərinə görə, şiə alimləri arasında məşhur olan fikirə əsasən Quranda ikinci mənada olan təhrif baş verməmişdir.[74]

Quranın möcüzəliyi və bu barədə mübariz tələbliyi

Əsas məqalə: Quranın möcüzəliyi

Bir sıra Quran ayələrində İslam Peyğəmbərinin (s) müxaliflərindən istənilir ki, əgər onlar həzrət Peyğəmbərin (s) Allahın elçisi olmasında şəkk edirlərsə elə isə Quran kimi bir kitab və ya onun surələri kimi on surə və ya ən azı bir surə gətirsinlər.[75] Müsəlmanlar bu məsələni “təhəddi” adlandırırlar. Təhəddi rəqib və mübariz tələb etmək deməkdir. Bu söz ilk dəfə 3-cü əsrin kəlam mövsuzunda olan yazılarında Quranın rəqib tələb etmək mənasında işlədilmişdir.[76] Müsəlmanların inancına görə heç kim Quran kimi bir kitab gətirə bilməz və bu özü Quranın möcüzəliyinin, həmçinin həzrət Məhəmmədin (s) peyğəmbərliyinin əlamətidir. Quran özü də bu kitabın Allah tərəfindən olduğuna təkid edir və onun kimi bir kitabın gətirilməsini mümkünsüz hesab edir.[77] Quranın möcüzəliyi Quran elmlərindən biridir. Bu elmdə Quranın möcüzəlik dəlilləri araşdırılır.[78]

Quranla əlaqəli elmlər

Quran müsəlmanlar arasında bir çox elmlərin yaranma səbəbidir. Təfsir və Quran elmləri bu elmlərin sırasındadır.

Təfsir

Əsl məqalə: Quranın təfsiri

Təfsir Quran ayələrini izah edən bir elmdir.[79] Quranın təfsiri Peyğəmbərin (s) zamanından və həzrətin (s) özü tərəfindən başlanmışdır.[80] İmam Əli (ə), İbn Abbas, Abdullah ibn Məsud və Ubəyy ibn Kəb Quranın Peyğəmbərdən (s) sonra ilk təfsirçiləridirlər.[81] Quran müxtəlif üslublarla təfsir edilmişdir. Quranın bəzi təfsir üslubları bunlardır: mövzu əsasında təfsir, tərtib əsasında təfsir, Quranın Quranla təfsiri, Quranın rəvayət əsasında təfsiri, elmi təfsir, fiqhi təfsir, fəlsəfiirfani təfsir.[82]

Quran elmləri

Əsl məqalə: Quran elmləri

Quran barəsində bəhs edən elmlər toplusuna Quran elmləri deyilir. Quran tarixi, Əhkam ayələri, Quranın kəlmələri elmi, Quranın bəlağət və erabı (hərəkələnməsi) elmi, ayələrin nazil olma səbəblərindən danışan elm, Quran hekayələri, Quranın möcüzəliyi, Qiraətlər elmi, ayələrin Məkki və Mədəni olması elmi, ayələrin möhkəm və ya mütəşabih olma elmi, nasix və mənsux elmi Quran elmlərinin mövzularındandır.[83] Quran elmlərinin bəzi mühüm mənbələri aşağıdakılardır:

  • Şeyx Tusinin (h.q 460-cı il ) Ət-tibyan kitabının müqəddiməsi
  • Əllamə Təbərsinin (h.q 548-ci il) Məcməul-bəyan kitabının müqəddiməsi
  • Əbül Bəqa Əkbərinin (h.q 616-cı il ) İmlau ma mənnə bihir-rəhman kitabı
  • Zərəşkinin (h.q 794-ci il ) Əl-burhan fi ulumil-quran kitabı
  • Siyutinin ( h.q 911-ci il ) Əl-itqan fi ulumil-quran kitabı
  • Məhəmməd Cavad Bəlağinin ( h.q 1352-ci il ) Alaur-rəhman kitabı
  • Seyyid Əbül-Qasim Xoyinin ( hicri şəmsi 1371-ci il ) Əl-bəyan fi təfsiril-quran kitabı
  • Seyyid Məhəmməd Hüseyn Təbatəbainin ( hicri şəmsi 1360-cı il ) “Quran dər eslam “ (İslamda Quran kitabı)
  • Məhəmməd Hadi Mərifətin (hicri şəmsi 1385-ci il ) Ət-təmhid fi ulumil-quran kitabı[84]

Mərasimlər

Nəcəfdə Qədr gecəsində Quran başa qoyma mərasimi

Quran müsəlmanların ictimai həyatında ciddi formada iştirak edir. Məscidlərdə, İmamların (ə) və İmamzadələrin hərəmlərində, evlərdə ümumi xətm məclisləri keçirilir.[85] Quranı başa qoymaq şiələrin Qədr gecələrində keçirtdiyi mərasimlərdəndir. Onlar bu mərasimdə Quranı başa qoymaqla yanaşı günahlarının bağışlanması üçün Allahı öz haqqına, Quranın haqqına, Məsumların (ə) haqqına and verirlər.[86]

Müsəlmanların moizə məclisləri kimi bir çox rəsmi mərasimlərində, həmçinin evlilik kimi ictimai mərasimlərində Qurandan bəzi ayələr oxunur.[87] İranda yayılmış mərasimlərdən biri yeni evə Quranla daxil olmaqdır. İranlılar yeni evə əşyaları gətirərkən ilk öncə evə Quranla daxil olurlar sonra digər ev əşyalarını gətirirlər.[88]

Quran İranlıların Novruz mərasimləri ilə sıx bağlıdır. İranda “7 sin süfrəsinə” Quran qoyulur və yeni ili təhvil alarkən Qurandan bəzi ayələri oxuyurlar. Həmçinin bəzi ailələrdə böyüklər Quran vasitəsi ilə bayramlıq verirlər. Belə ki, onlar Quranın arasına müəyyən qədər pul qoyur, uşaqlar Quranı açmaqla öz bayramlığını götürürlər.[89]

Quran incəsənətdə

Quran müsəlman incəsənətinə çoxsaylı töhfələr vermişdir. Bunların ən bariz nümunəsi xəttatlıq, Quranın qızıl suyu ilə bəzədilməsi, cildlənməsi, ədəbiyyat və memarlıqda müşahidə edilir. Quranın yayılması və əzbərlənməsi nüsxələr vasitəsi ilə olduğu üçün xəttatlıq müsəlmanlar arasında çox inkişaf etdi [90] və tədricən Quran Nəsx Kufi, Səls, sınıq və nəstəliq kimi xətt növləri ilə yazıldı.[91] Quran ayələri fars və ərəb ədəbiyyatında da çox işlənmişdir. Ərəblərin və farsların həm nəsr həm də şeir janırında çoxlu Quran ifadələri və məzmunları işlədilmişdir.[92]

İslam memarlığı incəsənəti hər şeydən öncə Quran ayələrinin təsiri altında olmuşdur. Müsəlmanların məscidlər və saraylar kimi tarixi binalarının çoxunda Quran ayələri nəzərə çarpır. Həmçinin memarlıq binalarında Quranın cənnətcəhənnəm haqqında olan ayələri kimi bəzi ayələrin məzmunu işlədilmişdir.[93] Beytül-Müqəddəsdə yerləşən Qubbətus-səxrə-də mövcud olan Quran ifadələrini, Quran ayələrinin binalarda işlənməsinin ən maraqlı yerlərindən hesab edirlər. Hicri 71-ci ildə (miladi 691-ci il) düzəldilən bu binanın yazılarında İslam dinin əsas əqidələriNisa, Ali-İmranMəryəm surələrindən bəzi ayələr müşahidə edilir.[94]

Quranın aydın ərəb dilinin qalıcığında olan rolu

Quran dilinin, fəsahətli (aydın) və Quranın nazil olduğu əsrin ərəb diil və ədəbiyyatından üstün olduğu deyilir. Quranın söz baxımından möcüzəliyi, Quranın yazılması, sonralar Rəsmul-xətt və hərəkələnmə, təfsir, ərəb qrammatikasının hazırlanması, Quran elmləri, İslam dinin digər yerlərə yayılması və s bu dilin qorunmasına və beynəlxalq bir dilə çevrilməsinə səbəb oldu. Buna görə deyilir ki, əgər Quran olmasaydı fəsahətli (aydın) ərəb dili Latın və Sanskrit dilləri kimi ölü və antik bir dil olacaqdı.[95]

Şərqşünasların baxışı

Kristaldan olan Qurani-Kərim

Qeyri müsəlman alimlər Quranın ədəbiyyatı, məzmunu, vəhy olması barəsində çoxsaylı araşdırmalar etmişlər. Bəzi şərqşünaslar Quranı Peyğəmbərin (s) sözü hesab etmiş və Quranın məzmunun Yəhudi və Məsihi mənbələrindən, həmçinin cahiliyyət dövrünün şeirlərindən əxz edildiyini bildirmişlər. Bəziləri də, Quranı aşkar şəkildə vəhy hesab etməsələr də, onu bəşər kəlamından üstün bir kəlam saymışlar.[96]

Richard Bell belə yazır: Çoxlu qafiyələr, təkrarlar, bənzətmələr işlədilən Quran ədəbiyyatının üslubu Yəhudi, Məsihi və Hünəfa ayinlərindən təsirlənmişdir. Bunun müqabilində Nuld Ki Quran surələrini, məxsusən Məkki surələri ədəbiyyat baxımından möcüzəvi hesab etmiş və Quran ayələrini möminlərin ruhuna sevinc gətirən mələklərin nəğmələrinə bənzətmişdir. Fransız şərqşünas Morris Bukai Quranın elmi möcüzəviliyini diqqət mərkəzinə alaraq belə yazır: Bəzi Quran ayələri müasir elmi kəşflərlə tam şəkildə uyğun gəlir. O, buradan Quranın ilahi mənşəli olmasını nəticə olaraq qeyd edir.[97]

İstinadlar

  1. Misbah Yəzdi, Quranşenasi, h.ş 1389, c.1, s.115-122
  2. Mir Muhəmmədi Zərəndi, Tarix və ulume Quran, h.ş 1363, s.44; Misbah Yəzdi, Quranşenasi, h.ş 1389, c.1, s.123
  3. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.124-127
  4. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.124-127
  5. Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.153
  6. Şura surəsi, ayə 51
  7. Bəqərə surəsi, ayə 97
  8. Mir Muhəmmədi Zərəndi, Tarix və ulume Quran, h.ş 1363, s.7
  9. Yusifi Ğərəvi, Ulume Qurani, h.ş 1393, s.46; Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.55, 56
  10. Bəqərə surəsi, ayə, 185; Qədr surəsi, ayə 1
  11. İskəndərlu, Ulume Qurani, h.ş 1379, s.41
  12. Misbah Yəzdi, Quranşenasi, h.ş 1389, c.1, s.139; İskəndərlu, Ulume Qurani, h.ş 1379, s.41
  13. İskəndərlu, Ulume Qurani, h.ş 1379, s.42
  14. İskəndərlu, Ulume Qurani, h.ş 1379, s.42
  15. Yusifi Ğərəvi, Ulume Qurani, h.ş 1393, s.28
  16. Yusifi Ğərəvi, Ulume Qurani, h.ş 1393, s.28
  17. Misbah Yızdi, Quranşenasi, h.ş 1389, c.1, s.43
  18. Xurrəmşahi, Quran və Quranpejuhi, s.10
  19. Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.26, s.25, 26
  20. Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.26, s.26
  21. Kuleyni, Kafi, h.q 1407, c.1, s.69
  22. Kuleyni, Kafi, h.q 1407, c.1, s.69
  23. Ramyar, Tarixe Quran, h.ş 1369, s.221 və 222
  24. Ramyar, Tarixe Quran, h.ş 1369, s.257
  25. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.280 və 281
  26. Ramyar, Tarixe Quran, h.q 1369, s.260
  27. Siyuti, Əl-itqan, h.ş 1363, c.1, s.202; Siyuti, Tərcümətul-İtqan, c.1, s.201
  28. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.272-282
  29. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.281
  30. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.334
  31. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.334-337
  32. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.338-339
  33. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.346
  34. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.343-346
  35. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.341
  36. Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, c.4, s.821
  37. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.342
  38. Nasihyan, Ulume Qurani dər məktəbe Əhli-Beyt (ə), h.ş 1389, s.195
  39. Mərifət, Ət-təmhid, h.q 1411, c.2, s.10, 12, 16, 25
  40. Nasihyan, Ulume Qurani dər məktəbe Əhli Beyt (ə), h.ş 1389, s.195-197
  41. Nasihyan, Ulume Qurani dər məktəbe Əhli Beyt (ə), h.ş 1389, s.198
  42. Nasihyan, Ulume Qurani dər məktəbe Əhli Beyt (ə), h.ş 1389, s.199
  43. Nasihyan, Ulume Qurani dər məktəbe Əhli Beyt (ə), h.ş 1389, s.199-200
  44. Muhəmmədi Reyşəhri, Şenaxtname Quran, h.ş 1391, c.3, s.312
  45. Muhəmmədi Reyşəhri, Şenaxtname Quran, h.ş 1391, c.3, s.314
  46. Muhəmmədi Reyşəhri, Şenaxtname Quran, h.ş 1391, c.3, s.315
  47. Muhəmmədi Reyşəhri, Şenaxtname Quran, h.ş 1391, c.3, s.315
  48. Muhəmmədi Reyşəhri, Şenaxtname Quran, h.ş 1391, c.3, s.315
  49. Muhəmmədi Reyşəhri, Şenaxtname Quran, h.ş 1391, c.3, s.316-317
  50. Ramyar, Tarixe Quran, h.ş 1369, s.653
  51. Azərnuş, Tərcüme Quran be farsi, s.79
  52. Ramyar, Tarixe Quran, h.ş 1369, s.653
  53. Rəhməti, Tərcüme Quran be zəbanhaye digər, h.ş 1382, s.84
  54. Rəhməti, Tərcüme Quran be zəbanhaye digər, h.ş 1382, s.84
  55. معرفت، پیشینه چاپ قرآن کریم، سایت دانشنامه موضوعی قرآن., maarefquran.org saytı
  56. http://www.maarefquran.org/index.php/page,viewArticle/LinkID,4333 معرفت، «پیشینه چاپ قرآن کریم»، سایت دانشنامه موضوعی قرآن.], maarefquran.org saytı
  57. «نظارت بر چاپ و‌ نشر قرآن کريم»، سایت تلاوت., telavat.com saytı
  58. «تاريخچه و وظايف و اهداف»، سایت تلاوت., telavat.com saytı
  59. Yusifi Ğərəvi, Ulume Qurani, h.ş 1393, s.32
  60. Mustəfid, "Cüz", s.229, 230
  61. Cəvadi Amuli, Təsnim, h.ş 1389, c.2, s.411
  62. Bir qrup Mühəqqiq: "Aye Bəsməle", s.120
  63. Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.130
  64. Müctehid Şəbestəri, Ayə, h.ş 1370, s.276
  65. Müctehid Şəbestəri, Ayə, h.ş 1370, s.276
  66. Müctehid Şəbestəri, Ayə, h.ş 1370, s.276
  67. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.3, s.21; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.433
  68. Ali-İmran surəsi, ayə 7
  69. Mərifət, Ət-təmhid, h.q 1411, c.2, s.294
  70. Mustəfid, Cüz, s.228, 229
  71. Mustəfid, Cüz, s.229, 230
  72. Xürrəmşahi, Qurane Məcid, s.1631, 1632
  73. Xoyi, Əl-Bəyanu fi Təfsiril-Quran, h.q 1430, s.200
  74. Xoyi, Əl-Bəyanu fi Təfsiril-Quran, h.q 1430, s.201
  75. İsra surəsi, ayə 88; Hud surəsi, ayə 13; Yunus surəsi, ayə 38
  76. Məmuri, Təhəddi, h.ş 1385, s.599
  77. Tur surəsi, ayə, 34
  78. Mərifət, Ecazul-Quran, h.ş 1379, c.9, s.363
  79. Abbasi, Təfsir, h.ş 1382, c.7, s.619
  80. Mərifət, Ət-Təfsiru vəl-mufəssirun, h.q 1418, c.1, s.174
  81. Mərifət, Ət-Təfsiru vəl-mufəssirun, h.q 1418, c.1, s.210-211
  82. Mərifət, Ət-Təfsiru vəl-mufəssirun, h.q 1418, c.2, s.14-20, 22, 25, 354, 443, 526
  83. İskəndərlu, Ulume Quran, h.ş 1379, s.12
  84. Haşimzadə, Ketabşenasi ulume Quran, s.395, 397, 401, 408; Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.11-19
  85. Adabe xətme Quran dər mahe Ramazan, Qolestane Quran, s.36
  86. «مراسم قرآن به سر گرفتن»، پایگاه اطلاع‌رسانی حوزه., hawzah.net
  87. Musəvi Amuli, Quran dər rusume İrani, h.ş 1384, s.47
  88. Adabe rəftəne be xane cədid, Şəriət Suallarına Cavablar Milli Mərkəzinin saytı
  89. Musəvi Amuli, Quran dər rusume İrani, h.ş 1384, s.47
  90. Mahmudzadə, Hünəre xət və təzhibe Qurani, s.3
  91. Cəbbari Rad, Nurangerane muasir, s.66
  92. Rastqu, Təcəlliye Quran dər ədibe farsi, s.56
  93. Gerabar, Hünər, memari və Quran, s.69
  94. Gerabar, Hünər, memari və Quran, s.71 və 72
  95. Əbdüt-Təvvab, Məbahisi dər fiqhul-lüğət, h.ş 1367, s.125-134
  96. Kərimi, Mustəşriqan və Quran, s.35
  97. Kərimi, Mustəşriqan və Quran, s.35

Ədəbiyyat

  • Adabe xətme Quran dər mahe Ramazan, Qolestane Quran, n. 91, h.ş 1380
  • Zərnuş Azərtaş, Tərcümə Quran be Farsi, Daneşname cəhane İslam, c.7, Tehran, Bunyade dairətul-məarife İslami, 1-ci çap, h.ş 1382
  • İskəndərlu, Muhəmməd Cavad, Ulume Qurani, Qum, Sazmane hozeha və mədarise elmiyye xaric əz keşvər, 1-ci çap, h.ş 1379
  • Bəlaği, Sədrud-din, Qisəse Quran, Tehran, Əmir Kəbir, 17-ci çap, h.ş 1380
  • Turabi, Sefidabi, Təsire Quran dər şer və ədibe farsi, Du mahname bəşarət, n.45, h.ş 1383
  • Cəbbari Rad, Həmid, Nurangerane Muasir, Du mahname bəşarət, n.58, h.ş 1386
  • Cəfəri, Aliye, Təsire Quran dər şere farsi, Du mahname bəşarət, n.67, h.ş 1387
  • Cəvadi Amuli, Abdullah, Təsnim, Qum, İsra, 6-cı çap, h.ş 1389
  • Mühəqqiqlərdən bir qrup, Aye bəsməle, Fərhəngname ulume Qurani, Qum, Dəftəre təbliğtate İslami, 1-ci çap, h.ş 1394
  • Hürr Amili, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə, Təhqiq: Əbdür-Rəhim Rəbbani Şirazi, Beyrut, Daru ehyait-teras, 6-cı çap, h.q 1412\m.1991
  • Xürrəmşahi, Bəhaud-din, Qurane Məcid, Daneşname Quran və Quranpejuhi, Tehran, Dustan-Nahid, 1-ci çap, h.ş 1377
  • Xürrəmşahi, Bəhaud-din, Quran və Quran pejuhi, Mətne elektroniki
  • Xoyi, Əbül-Qasim, Əl-bəyanu fi təfsiril-Quran, Qum, Muəssisətu ehyai asaril-İmamil-Xoyi, 4-cü çap, h.q 1430
  • Rəhməti, Muhəmməd Kazim, Tərcüme Quran be zəbanhaye digər, Daneşname cəhane İslam, Tehran, Bunyade dairətul-məarif İslami, 1-ci çap, h.ş 1382
  • Ramyar, Mahmud, Tarixe Quran, Tehran, Əmir Kəbir, 3-cü çap, h.ş 1369
  • Rastqu, Təcəlli Quran dər ədibe farsi, Du mahname bəşarət, n.30, h.ş 1381
  • Siyuti, Cəlalud-din Əbdür-Rəhman, Əl-İtqanu fi ulumil-Quran, Təhqiq: Muhəmməd Əbül-fəzl İbrahim, Qum, 2-ci çap, h.ş 1363
  • Siyuti, Cəlalud-din Əbdür-Rəhman, Əl-İtqanu fi ulumil-Quran, Təhqiq: Muhəmməd Əbül-fəzl İbrahim, Tərcümə: Seyyid Mehdi Hairi Qəzvini, Tehran, Əmir Kəbir, 1-ci çap, h.ş 1363
  • Tarimi, Həsən, "Təvil", Daneşname cəhane İslam, c.6, Tehran, Bunyade dairətul-məarife İslami, 2-ci çap, h.ş 1388
  • Abbasi, Mehrdad, "Təfsir" daneşname cəhane İslami, Tehran, Bunyade dairətul-məarife İslami, 1-ci çap, h.ş 1382
  • Əbdüt-Təvvab, Ramazan, Məbahisi dər fiqhul-lüğət və zəbanşenasi ərəbi, Tərcümə: Həmid Rza Şeyxi, Tehran, Entaşarate Astane qudsü Rəzəvi, h.ş 1367
  • Kərimi, Mahmud, Mustəşriqan və Quran, Qolestane Quran, n.22, h.ş 1379
  • Qarbar, Hünər, Memari və Quran, Tərcümə: Həsən Həftadir, İslampejuhi, n.1, h.ş 1379
  • Müctehid Şəbestəri, Muhəmməd, Ayə, Dayrətul-məarife bozorqe İslami, c.2, Tehran, Mərkəze dayrətul-məarife bozorqe İslami, 2-ci çap, h.ş 1370
  • Muhəmməd Reyşəhri, Muhəmməd və bir qrup araşdırmaçı, Şenaxtname Quran bər paye Quran və Hədis, c.3, Qum: Darul-hədis, 1-ci çap, h.ş 1391
  • Mahmudzadə, Mehrdad, Hunəre xət və təzhibe Qurani, Ketabe mahe mehr, n.3, h.ş 1377
  • Məraseme Quran be sər gereftən, Dər payqahe ettelaresani hoze
  • Mustəfid, Həmidriza, Cüz, Daneşname cəhane İslam, c.10, Tehran, Bunyade dayrətul-məarife İslami, 1-ci çap, h.ş 1385
  • Misbah Yəzdi, Muhəmməd Təqi, Quranşenasi, Qum, Entaşarate muəssise Amuzeşi və Pejuheşi İmam Xomeyni, 3-cü çap, h.ş 1389
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Entaşarate Sədra, 15-ci çap, h.ş 1389
  • Məarif, Məcid, Qozəreşi əz amuzeşe Quran dər siyre Rəsule Xoda (s), Pejuheşe dini, n.3, h.ş 1380
  • Mərifət, Muhəmməd Hadi, Pişine çape Qurane Kərim, Dər sayte daneşname movzui Quran
  • Mərifət, Muhəmməd Hadi, Ət-təfsir vəl-mufəssirun, Məşhəd, Daneşqahe ulume İslami Rəzəvi, 1-c çap, h.q 1418
  • Mərifət, Muhəmməd Hadi, Ət-təmhid fi ulumil-Quran, Qum, Muəssisətun-nəşril-İslami, 1-ci çap, h.q 1412
  • Məmuri, Əli, Təhəddi, Dayrətul-məarife bozorqe İslami, Tehran, Mərkəze Dayrətul-məarife bozorqe İslami, 1-ci çap, h.ş 1385
  • Məkarim Şirazi, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Musəvi Amuli, Quran dər rusume İrani, Dumahname bəşarət, n.51, h.ş 1384
  • Mir Muhəmmədi, Zərəndi, Seyyid Əbül-fəzl, Tarix və ulume Quran, Qum, Dəftəre enteşarate İslami, h.ş 1363
  • Nasihan, Əli Əsğər, Ulume Qurani dər məktəbe Əhli-Beyt (ə), Məşhəd, Daneşqahe ulume İslami Rəzəvi, 1-ci çap, h.ş 1389
  • Haşimzadə, MuhəmmədƏli, Ketabşenasi ulume Quran, Pejuheşhaye Qurani, n.13, 14, h.ş 1377
  • Yusuf Ğərəvi, Muhəmməd Hadi, Ulume Qurani, Qum, Dəftəre nəşre Məarif, h.ş 1393
  • «نظارت بر چاپ و‌ نشر قرآن کریم»، سایت تلاوت، تاریخ دسترسی(۱۰ بهمن ۱۳۹۵ش)., telavat.com
  • «آداب رفتن به خانه جدید»، سایت مرکز ملی پاسخگوی به سؤالات شرعی(۲۰ تیر ۱۳۹۵)، تاریخ دسترسی(۲۴ بهمن ۱۳۹۵)., pasokhgoo.ir saytı
  • «تاریخچه و وظایف و اهداف»، سایت تلاوت، تاریخ دسترسی(۱۰ بهمن ۱۳۹۵ش)., telavat.com

Xarici keçid