Ramazan ayının gündəlik duaları

wikishia saytından
(Ramazan ayının gündəlik oxunan duaları səhifəsindən yönləndirilmişdir)
Ramazan ayının gündəlik duaları
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİslam Peyğəmbəri (s)
Şiə mənbələriƏl-Bələdul-əmin - Cunnətul-əman - Məfatihul-cinan


Ramazan ayının qısa gündəlik duaları (ərəbcə: أدعية أيام شهر رمضان المبارك) Ramazan ayının günlərində oxunan dualardır. Adətən gündəlik qısa dualar hər vacib namazdan sonra oxunur.

Sənədi

Ramazan ayının gündəlik duaları Bələdül-Əmin[1] və Misbah[2] kitablarında Peyğəmbəri-Əkrəmdən (s) nəql edilmişdir, lakin bəzi günlərin dualarının sırası və ya bəzi mətnləri fərqlidir.

Məfatihul-cinan kitabında nəql olunan Ramazan ayının gündəlik duaları

Sıra Oxunuşu Tərcüməsi Ərəbcə mətni
1.
Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən nəvmətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!
اللهمَ اجْعلْ صِیامی فـیه صِیـام الصّائِمینَ وقیامی فیهِ قیامَ القائِمینَ ونَبّهْنی فیهِ عن نَومَهِ الغافِلینَ وهَبْ لی جُرمی فیهِ یا الهَ العالَمینَ واعْفُ عنّی یا عافیاً عنِ المجْرمینَ
2.
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
اَللّهُمَّ قَرِّبْنِی فِیهِ إِلَی مَرْضَاتِک وَ جَنِّبْنِی فِیهِ مِنْ سَخَطِک وَ نَقِمَاتِک وَ وَفِّقْنِی فِیهِ لِقِرَاءَةِ آیاتِک بِرَحْمَتِک یا أَرْحَمَ الرَّاحِمِین
3.
Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.
İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ الذِّهْنَ وَ التَّنْبِیهَ وَ بَاعِدْنِی فِیهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِیهِ وَ اجْعَلْ لِی نَصِیبا مِنْ کلِّ خَیرٍ تُنْزِلُ فِیهِ بِجُودِک یا أَجْوَدَ الْأَجْوَدِین
4.
Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi`ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.
İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükür etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!
اَللّهُمَّ قَوِّنِی فِیهِ عَلَی إِقَامَةِ أَمْرِک وَ أَذِقْنِی فِیهِ حَلاوَةَ ذِکرِک وَ أَوْزِعْنِی فِیهِ لِأَدَاءِ شُکرِک بِکرَمِک وَ احْفَظْنِی فِیهِ بِحِفْظِک وَ سِتْرِک یا أَبْصَرَ النَّاظِرِین
5.
Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs-salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər-rahimin.
İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver, məni təvazökar və saleh bəndələrinin sırasında yerləşdir, məni bu gün Sənə yaxın olan bəndələrindən təyin et, ey mehribanların ən mehribanı!
اَللّهُمَّ اجْعَلْنِی فِیهِ مِنَ الْمُسْتَغْفِرِینَ وَ اجْعَلْنِی فِیهِ مِنْ عِبَادِک الصَّالِحِینَ الْقَانِتِینَ وَ اجْعَلْنِی فِیهِ مِنْ أَوْلِیائِک الْمُقَرَّبِینَ بِرَأْفَتِک یا أَرْحَمَ الرَّاحِمِینَ
6.
Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin.
İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!
اَللّهُمَّ لاتَخْذُلْنِی فِیهِ لِتَعَرُّضِ مَعْصِیتِک وَ لاتَضْرِبْنِی بِسِیاطِ نَقِمَتِک وَ زَحْزِحْنِی فِیهِ مِنْ مُوجِبَاتِ سَخَطِک بِمَنِّک وَ أَیادِیک یا مُنْتَهَی رَغْبَةِ الرَّاغِبِینَ
7.
Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin.
İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən!
اَللّهُمَّ أَعِنِّی فِیهِ عَلَی صِیامِهِ وَ قِیامِهِ وَ جَنِّبْنِی فِیهِ مِنْ هَفَوَاتِهِ وَ آثَامِهِ وَ ارْزُقْنِی فِیهِ ذِکرَک بِدَوَامِهِ بِتَوْفِیقِک یا هَادِی الْمُضِلِّینَ
8.
Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət-təam, və ifşaəs-səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin.
İlahi, Öz nemətinlə bu gün məni yetimlərə rəhm edən, yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver, məni kəramətli və yaxşı insanlarla yoldaş et, ey arzu edənlərin sığınacaq və pənahı!
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ رَحْمَةَ الْأَیتَامِ وَ إِطْعَامَ الطَّعَامِ وَ إِفْشَاءَ السَّلامِ وَ صُحْبَةَ الْکِرامِ بِطَوْلِک یا مَلْجَأَ الْآمِلِینَ
9.
Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.
İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu!
اَللّهُمَّ اجْعَلْ لِی فِیهِ نَصِیبا مِنْ رَحْمَتِک الْوَاسِعَةِ وَ اهْدِنِی فِیهِ لِبَرَاهِینِک السَّاطِعَةِ وَ خُذْ بِنَاصِیتِی إِلَی مَرْضَاتِک الْجَامِعَةِ بِمَحَبَّتِک یا أَمَلَ الْمُشْتَاقِینَ
10.
Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.
İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!
اَللّهُمَّ اجْعَلْنِی فِیهِ مِنَ الْمُتَوَکلِینَ عَلَیک وَ اجْعَلْنِی فِیهِ مِنَ الْفَائِزِینَ لَدَیک وَ اجْعَلْنِی فِیهِ مِنَ الْمُقَرَّبِینَ إِلَیک بِإِحْسَانِک یا غَایةَ الطَّالِبِینَ
11.
Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.
İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən !
اَللّهُمَّ حَبِّبْ إِلَی فِیهِ الْإِحْسَانَ وَ کرِّهْ إِلَی فِیهِ الْفُسُوقَ وَ الْعِصْیانَ وَ حَرِّمْ عَلَیَّ فِیهِ السَّخَطَ وَ النِّیرَانَ بِعَوْنِک یا غِیاثَ الْمُسْتَغِیثِینَ
12.
Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin.
İlahi, Öz gözətçiliyinlə bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir, mənə qənaət və kifayət libası geyindir, məni bu gün ədalət və insafa vadar et, məni qorxduğum işlərdən amanda saxla, ey qorxanların gözətçisi!
اَللّهُمَّ زَینِّی فِیهِ بِالسِّتْرِ وَ الْعَفَافِوَ اسْتُرْنِی فِیهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْکفَافِ وَ احْمِلْنِی فِیهِ عَلَی الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّی فِیهِ مِنْ کلِّ مَا أَخَافُ بِعِصْمَتِک یا عِصْمَةَ الْخَائِفِینَ
13.
Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit-tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əy­il məsakin.
İlahi, Öz köməyinlə bu gün məni çirkin əməl və pis işlərdən pak et, bu gün baş verəcək müqəddəratda mənə səbir və dözüm ver, məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey yoxsulların gözünün işığı!
اَللّهُمَّ طَهِّرْنِی فِیهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ وَ صَبِّرْنِی فِیهِ عَلَی کائِنَاتِ الْأَقْدَارِ وَ وَفِّقْنِی فِیهِ لِلتُّقَی وَ صُحْبَةِ الْأَبْرَارِ بِعَوْنِک یا قُرَّةَ عَینِ الْمَسَاکینِ
14.
Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.
İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!
اَللّهُمَّ لاتُؤَاخِذْنِی فِیهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِی فِیهِ مِنَ الْخَطَایا وَ الْهَفَوَاتِ وَ لاتَجْعَلْنِی فِیهِ غَرَضا لِلْبَلایا وَ الْآفَاتِ بِعِزَّتِک یا عِزَّ الْمُسْلِمِینَ
15.
Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin.
İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən!
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ طَاعَةَ الْخَاشِعِینَ وَ اشْرَحْ فِیهِ صَدْرِی بِإِنَابَةِ الْمُخْبِتِینَ بِأَمَانِک یا أَمَانَ الْخَائِفِینَ
16.
Əllahummə vəffiqni fihi limuvafəqətil əbrar, və cənnibni fihi murafəqətəl əşrar, və avini fihi birəhmətikə ila daril qərar, biilahiyyətikə ya ilahəl aləmin.
İlahi, Öz böyüklüyünlə bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et, pis və şər insanlardan uzaqlaşdır və Öz rəhmətinlə məni əbədi behişt evində məskunlaşdır, ey aləmlərin məbudu!
اَللّهُمَّ وَفِّقْنِی فِیهِ لِمُوَافَقَةِ الْأَبْرَارِ وَ جَنِّبْنِی فِیهِ مُرَافَقَةَ الْأَشْرَارِ وَ آوِنِی فِیهِ بِرَحْمَتِک إِلَی دار الْقَرَارِ بِإِلَهِیتِک یا إِلَهَ الْعَالَمِینَ
17.
Əllahumməhdini fihi lisalihəl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət təfsiri vəs-sual, ya alimən bima fi suduril aləmin, səlli əla Muhəmmədin və alihit-tahirin.
İlahi, bu gün məni yaxşı əməllərə doğru yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlblərində olanları bilən, salamın olsun Mühəmməd və onun pak Əhli-beytinə!
اَللّهُمَّ اهْدِنِی فِیهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِی فِیهِ الْحَوَائِجَ وَ الْآمَالَ یا مَنْ لایحْتَاجُ إِلَی التَّفْسِیرِ وَ السُّؤَالِ یا عَالِماً بِمَا فِی صُدُورِ الْعَالَمِینَ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِینَ
18.
Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.
İlahi, Öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et, bu gün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et, ey qəlbləri nurlandıran Allah!
اَللّهُمَّ نَبِّهْنِی فِیهِ لِبَرَکاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِیهِ قَلْبِی بِضِیاءِ أَنْوَارِهِ وَ خُذْ بِکلِّ أَعْضَائِی إِلَی اتِّبَاعِ آثَارِهِ بِنُورِک یا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِینَ
19.
Əllahummə vəffir fihi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl həqqil mubin.
İlahi, bu ayın bərəkətlərindən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbulundan məhrum etmə. Ey aşkar həqiqətə doğru hidayət edən!</ref>
اَللّهُمَّ وَفِّرْ فِیهِ حَظِّی مِنْ بَرَکاتِهِ وَ سَهِّلْ سَبِیلِی إِلَی خَیرَاتِهِ وَ لاتَحْرِمْنِی قَبُولَ حَسَنَاتِهِ یا هَادِیا إِلَی الْحَقِّ الْمُبِینِ
20.
Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin.
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən!
اَللّهُمَّ افْتَحْ لِی فِیهِ أَبْوَابَ الْجِنَانِ وَ أَغْلِقْ عَنِّی فِیهِ أَبْوَابَ النِّیرَانِ وَ وَفِّقْنِی فِیهِ لِتِلاوَةِ الْقُرْآنِ یا مُنْزِلَ السَّکینَةِ فِی قُلُوبِ الْمُؤْمِنِینَ
21.
Əllahumməc`əl li fihi ila mərzatikə dəlila, və la təc`əl liş-şəytani fihi ələyyə səbila, vəc`əlil cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit-talibin.
İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey istəyənlərin ehtiyaclarını ödəyən!
اَللّهُمَّ اجْعَلْ لِی فِیهِ إِلَی مَرْضَاتِک دَلِیلا وَ لاتَجْعَلْ لِلشَّیطَانِ فِیهِ عَلَیَّ سَبِیلا وَ اجْعَلِ الْجَنَّةَ لِی مَنْزِلا وَ مَقِیلا یا قَاضِی حَوَائِجِ الطَّالِبِینَ
22.
Əllahumməftəh li fihi əbvabə fəzlik, və ənzil ələyyə fihi bərəkatik, və vəffiqni fihi limucibati mərzatik, və əskinni fihi buhbuhati cənnatik, ya mucibə də`vətil muztərrin.
İlahi, bu gün Öz ehsan qapılarını mənim üzümə aç və Öz bərəkətlərini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ortasında (ən gözəl yerində) məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
اَللّهُمَّ افْتَحْ لِی فِیهِ أَبْوَابَ فَضْلِک وَ أَنْزِلْ عَلَی فِیهِ بَرَکاتِک وَ وَفِّقْنِی فِیهِ لِمُوجِبَاتِ مَرْضَاتِک وَ أَسْکنِّی فِیهِ بُحْبُوحَاتِ جَنَّاتِک یا مُجِیبَ دَعْوَةِ الْمُضْطَرِّینَ
23.
Əllahumməğsilni fihi minəz zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəq-vəl qulub, ya muqilə əsəratil muznibin.
İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!
اَللّهُمَّ اغْسِلْنِی فِیهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِی فِیهِ مِنَ الْعُیوبِ وَ امْتَحِنْ قَلْبِی فِیهِ بِتَقْوَی الْقُلُوبِ یا مُقِیلَ عَثَرَاتِ الْمُذْنِبِینَ
24.
Əllahummə inni əs`əlukə fihi ma yurzik, və əuzu bikə mim-ma yu`zik, və əs`əlukət təvfiqə fihi li ən utiəkə və la ə`siyək, ya cəvadəs sailin.
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!
اَللّهُمَّ إِنِّی أَسْأَلُک فِیهِ مَا یُرْضِیک وَ أَعُوذُ بِک مِمَّا یؤْذِیک وَ أَسْأَلُک التَّوْفِیقَ فِیهِ لِأَنْ أُطِیعَک وَ لاأَعْصِیک یا جَوَادَ السَّائِلِینَ
25.
Əllahumməc`əlni fihi muhibbən liəvliyaik, və muadiyən liə`daik, mustənnən bisunnəti xatəmi ənbiyaik, ya asimə qulubin-nəbiyyin.
İlahi, məni bu gün dostlarını sevən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin şərəf və yolunu üstün tutub ona əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini qoruyan!
اَللّهُمَّ اجْعَلْنِی فِیهِ مُحِبّا لِأَوْلِیائِک وَ مُعَادِیا لِأَعْدَائِک مُسْتَنّا بِسُنَّةِ خَاتَمِ أَنْبِیائِک یا عَاصِمَ قُلُوبِ النَّبِیینَ
26.
Əllahumməc`əl sə`yi fihi məşkura, və zənbi fihi məğfura, və əməli fihi məqbula, və əybi fihi məstura, ya əsməəs samiin.
İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!
اَللّهُمَّ اجْعَلْ سَعْیی فِیهِ مَشْکورا وَ ذَنْبِی فِیهِ مَغْفُورا وَ عَمَلِی فِیهِ مَقْبُولا وَ عَیبِی فِیهِ مَسْتُورا یا أَسْمَعَ السَّامِعِینَ
27.
Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin.
İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ فَضْلَ لَیلَةِ الْقَدْرِ وَ صَیرْ أُمُورِی فِیهِ مِنَ الْعُسْرِ إِلَی الْیسْرِ وَ اقْبَلْ مَعَاذِیرِی وَ حُطَّ عَنِّی الذَّنْبَ وَ الْوِزْرَ یا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِینَ
28.
Əllahummə vəffir həzzi fihi minən nəvafil, və əkrimni fihi biihzaril məsail, və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin.
İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
اَللّهُمَّ وَفِّرْ حَظِّی فِیهِ مِنَ النَّوَافِلِ وَ أَکرِمْنِی فِیهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِیهِ وَسِیلَتِی إِلَیک مِنْ بَینِ الْوَسَائِلِ یا مَنْ لایشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّینَ
29.
Əllahummə ğəşşini fihi bir rəhməh, vərzuqni fihit təvfiqə vəl isməh, və təhhir qəlbi min ğəyahibit tuhəməh, ya rəhimən biibadihil mu`minin.
İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah!
اَللّهُمَّ غَشِّنِی فِیهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِی فِیهِ التَّوْفِیقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِی مِنْ غَیاهِبِ التُّهَمَةِ یا رَحِیما بِعِبَادِهِ الْمُؤْمِنِینَ
30.
Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu’uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!
İlahi, mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!
اَللّهُمَّ اجْعَلْ صِیامِی فِیهِ بِالشُّکرِ وَ الْقَبُولِ عَلَی مَا تَرْضَاهُ وَ یرْضَاهُ الرَّسُولُ مُحْکمَةً فُرُوعُهُ بِالْأُصُولِ بِحَقِّ سَیدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِینَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ

İstinadlar

  1. Kəfəmi, Bələdul-əmin, h.q 1403, s.220-222
  2. Kəfəmi, Misbah, h.q 1403, s.613

Ədəbiyyat

  • Kəfəmi, İbrahim ibn Əli, Bələdul-əmin, Beyrut, h.q 1403
  • Kəfəmi, İbrahim ibn Əli, Misbah, Beyrut, h.q 1403