Səhifeyi-Səccadiyyənin beşinci duası
| Mövzu | Özün, qohumların və dostların üçün dua etmək, nemət və hidayət (doğru yol) istəmək. |
|---|---|
| Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
| Nəql olunub | İmam Səccad (ə) |
| Ravi | Mütəvəkkil ibn Harun |
| Şiə mənbələri | Səhifeyi Səccadiyyə |
Səhifeyi-Səccadiyyənin beşinci duası (ərəbcə: الدعاء الخامس من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır. Bu duada İmam (ə) özü, qohumları və dostları üçün doğru yolda sabitqədəm olmaları, Allahın nemətləri, hidayəti, Allaha yaxınlığı və əmin-amanlıq istəmişdir. İmam Səccad (ə) bu duada həmçinin Allahın sonsuz hökmranlığına, mərhəmətinə ümid bağlamağın təsirlərinə, Allahın nemətlərinə diqqət yetirmiş və yaradılışın bitib-tükənməyən heyrətamizliklərini qeyd etmişdir.
Beşinci dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə izah olunmuşdur. O cümlədən Hüseyn Ənsarianın fars dilində yazdığı “Aşiqlər Diyarı” əsəri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin” əsərində izah olunmuşdur.
Duanın təlimləri
Beşinci duanın əsas mövzusu insanın özü, qohumları və dostları üçün doğru yolda sabitqədəm qalması, Allahın bəndəsi olması və nemət, hidayət və əmin-amanlıq istəməsidir. Bu dualarda yer alan başlıca təlimlər aşağıdakılardır:
- Yaradılışın bitib-tükənməyən heyrətamizlikləri Allahın əzəmətinin nişanələrindəndir
- Allahın hökmranlığı sonsuzdur
- Dünyada xar olmaqdan və axirət əzabından qurtuluş üçün dua etmək
- Mərhəməti sonsuz olan Allahdan rəhmət istəmək
- Allahın yaxınlığına nail olmaq arzusu
- Uca Allahdan insani kəramət istəmək
- Bütün sirləri və insanların daxilini bilən Allahdan rüsvay olmamaq üçün dua etmək
- Allahın rəhmətinə ümid bağlamağın nəticələri: (Başqalarına ehtiyac duymamaq və insanlardan ayrılmaqdan qorxmamaq)
- Düşmənlərin hiylələrindən və zamanın fəlakətlərindən qorunmaq üçün Allahın tədbirinə sığınmaq
- Şeytanın qurduğu tələlərin şərindən qorunmaq üçün dua etmək
- Allahın qoruması və hidayət nemətini istəmək
- Qəlb sağlamlığı, bədən rahatlığı və Allahı zikr etməklə dilin şükr içində olması üçün dua etmək
- Zəliledici və azdırıcı qüvvələrin şərindən Allahın yardım və hidayətinə pənah aparmaq
- Allahdan izzət və lütf istəmək
- Allahın əzəməti və nemətlərinə diqqət yetirmək
- Allah yoluna çağıranların yüksək məqamı (özünə yox, Allaha dəvət edənlər)[1]
Duaya yazılan şərhlər
Səhifeyi-Səccadiyyənin beşinci duası Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[2] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət”,[3] Məhəmməd Təqi Xəlcinin “Əsrare Xamuşan”[4] kimi Səhifeyi Səccadiyyəyə yazılan şərh kitablarında fars dilində izah edilmişdir.
Səhifeyi-Səccadiyyənin beşinci duası, həmçinin Məhəmməd Cavad Müğniyənin “Fi zilalis-Səhifətis-Səccadiyyə”,[5] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-arifin”[6] kimi kitablarında və digər bəzi kitablarda, o cümlədən Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-ruh”,[7] Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin fi şərhi Səhi̇fəti Seyyidis-Sacidin”[8] adlı əsərlərində də ərəb dilində şərh olunmuşdur. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[9] adlı əsərində lüğəvi baxımdan izah edilmişdir.
Duanın mətni və tərcüməsi
وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلَامُ لِنَفْسِهِ وَ لِأَهْلِ وَلَايَتِهِ
يَا مَنْ لَا تَنْقَضِي عَجَائِبُ عَظَمَتِهِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ احْجُبْنَا عَنِ الْإِلْحَادِ فِي عَظَمَتِكَ
وَ يَا مَنْ لَا تَنْتَهِي مُدَّةُ مُلْكِهِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَعْتِقْ رِقَابَنَا مِنْ نَقِمَتِكَ
وَ يَا مَنْ لَا تَفْنَى خَزَائِنُ رَحْمَتِهِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلْ لَنَا نَصِيباً فِي رَحْمَتِكَ
وَ يَا مَنْ تَنْقَطِعُ دُونَ رُؤْيَتِهِ الْأَبْصَارُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَدْنِنَا إِلَي قُرْبِكَ
وَ يَا مَنْ تَصْغُرُ عِنْدَ خَطَرِهِ الْأَخْطَارُ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ كَرِّمْنَا عَلَيْكَ
وَ يَا مَنْ تَظْهَرُ عِنْدَهُ بَوَاطِنُ الْأَخْبَارِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ لَا تَفْضَحْنَا لَدَيْكَ
اللَّهُمَّ أَغْنِنَا عَنْ هِبَةِ الْوَهَّابِينَ بِهِبَتِكَ، وَ اكْفِنَا وَحْشَةَ الْقَاطِعِينَ بِصِلَتِكَ حَتَّى لَا نَرْغَبَ إِلَى أَحَدٍ مَعَ بَذْلِكَ، وَ لَا نَسْتَوْحِشَ مِنْ أَحَدٍ مَعَ فَضْلِكَ
اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ كِدْ لَنَا وَ لَا تَكِدْ عَلَيْنَا، وَ امْكُرْ لَنَا وَ لَا تَمْكُرْ بِنَا، وَ أَدِلْ لَنَا وَ لَا تُدِلْ مِنَّا
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ قِنَا مِنْكَ، وَ احْفَظْنَا بِكَ، وَ اهْدِنَا إِلَيْكَ، وَ لَا تُبَاعِدْنَا عَنْكَ إِنَّ مَنْ تَقِهِ يَسْلَمْ وَ مَنْ تَهْدِهِ يَعْلَمْ، وَ مَنْ تُقَرِّبْهُ اِلَيْكَ يَغْنَمْ
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اكْفِنَا حَدَّ نَوَائِبِ الزَّمَانِ، وَ شَرَّ مَصَايِدِ الشَّيْطَانِ، وَ مَرَارَةَ صَوْلَةِ السُّلْطَانِ
اللَّهُمَّ إِنَّمَا يَكْتَفِي الْمُكْتَفُونَ بِفَضْلِ قُوَّتِكَ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اكْفِنَا، وَ إِنَّمَا يُعْطِي الْمُعْطُونَ مِنْ فَضْلِ جِدَتِكَ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَعْطِنَا، وَ إِنَّمَا يَهْتَدِي الْمُهْتَدُونَ بِنُورِ وَجْهِكَ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اهْدِنَا
اللَّهُمَّ إِنَّكَ مَنْ وَالَيْتَ لَمْ يَضْرُرْهُ خِذْلَانُ الْخَاذِلِينَ، وَ مَنْ أَعْطَيْتَ لَمْ يَنْقُصْهُ مَنْعُ الْمَانِعِينَ، وَ مَنْ هَدَيْتَ لَمْ يُغْوِهِ إِضْلَالُ الْمُضِلِّينَ
فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ امْنَعْنَا بِعِزِّكَ مِنْ عِبَادِكَ، وَ أَغْنِنَا عَنْ غَيْرِكَ بِإِرْفَادِكَ، وَ اسْلُكْ بِنَا سَبِيلَ الْحَقِّ بِاِرْشَادِكَ
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْ سَلَامَةَ قُلُوبِنَا فِي ذِكْرِ عَظَمَتِكَ، وَ فَرَاغَ أَبْدَانِنَا فِي شُكْرِ نِعْمَتِكَ، وَ انْطِلَاقَ أَلْسِنَتِنَا فِي وَصْفِ مِنَّتِكَ
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْنَا مِنْ دُعَاتِكَ الدَّاعِينَ إِلَيْكَ، وَ هُدَاتِكَ الدَّالِّينَ عَلَيْكَ، وَ مِنْ خَاصَّتِكَ الْخَاصِّينَ لَدَيْكَ، يَا أَرْحَمَ الرَّاحِمِينَ
O Həzrətin özü və dostları haqqında etdiyi duası.
Ey əzəmətinin mö’cüzələrinin sonu olmayan, Muhəmməd və onun soyuna səlavat göndər və bizi əzəmətin qarşısında azmaqdan saxla!
Ey hökmdarlığının sonu olmayan, Muhəmməd və onun soyuna səlavat göndər və bizə öz əzabından nicat ver!
Ey rəhmət xəzinələrinin sonu olmayan, Muhəmməd və onun soyuna səlavat göndər və bizə öz rəhmətindən bir nəsib, bəhrə qərar ver!
Ey gözlər Səni anmaqdan yorulan kəs, Muhəmməd və onun soyuna səlavat göndər və bizi özünə yaxın et!
Ey məqamı qarşısında bütün məqamlar kiçilən varlıq, Muhəmməd və soyuna səlavat göndər və bizi Öz yanında əziz tut!
Ey gizli xəbərlər yanında aşkar olan, Muhəmməd və bizi öz yanında rüsvay etmə,
Başqalarından ayrılmaq qorxusunu özünə birləşməklə kifayət et ki, Sənin ehsan etməyini başqalarından istəməyək və Sənin bəxşişinlə heç kəsdən qorxmayaq.
İlahi! Hər bir işdə bizim xeyrimizə çarə et və bizim ziyanımıza çarə etmə, bizim xeyrimizə tədbir gör və bizim zərərimizə tədbir etmə, bizi qalib et, və başqalarını bizə qalib etmə!
İlahi! Öz qəzəbindən qoru, Öz dərgahından uzaqlaşdırma. Hər kəsi sən qorusan salamat qalar, sənin hidayət etdiyin bilici olar, özünə yaxınlaşdırdığın qənimət aparar.
İlahi! Muhəmməd və bizi zamandakı müsibətlərin çətinliklərindən, Şeytan tələlərinin şərrindən, və hakimin qəzəbinin acılığından qoru!
İlahi! Şübhəsiz ki, ehtiyacsızlar Sənin lütfün sayəsində ehtiyacsızdırlar. Muhəmməd və özündən başqalarına nisbətdə bizə kifayət et! Həqiqətdə bağışlayanlar Sənin verdiyinin çoxluğundan bəxşiş edirlər, belə isə Muhəmməd və öz ne’mətindən bizə əta et və həqiqətən də yol tapanlar sənin zatının nuru sayəsində yol tapırlar, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və bizi hidayət et!
İlahi! Sənin kömək etdiyin kimsəni heç bir qüdrət zəlil edə bilməz, hər kəsə Sən ehsan etsən, heç kəs ona qarşı bəxşişini əskildə bilməz, sənin hidayət etdiyini heç bir azdıran yoldan yuvarlada bilməz,
Belə isə Muhəmməd və onun soyuna səlavat göndər və izzətinlə bizi bəndələrinin şərrindən qoru, öz bəxşininlə bizə başqalarının bəxşişindən ehtiyacsız et və hidayətinlə bizi haqq yola apar!
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və qəlblərimizin salamatlığını əzəmətinin zikrində, bədənlərimizin rahatlığını ne’mətinə şükr etməyimizdə, dilimizin hərəkətini bəxşişinin vəsfində qərar ver!
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi sənə sarı də’vət edənlərin zümrəsində, sənə sarı yol göstərənlərdən qərar ver, xüsusi bəndələrinin sırasına daxil et, ey rəhm edənlərin rəhm edəni!
İstinadlar
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.347-565; Xələci, Əsrare xamuşan, h.ş 1385, s.299-536
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.3, s.347-565
- ↑ Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.337-356
- ↑ Xələci, Əsrare xamuşan, h.ş 1383, c.2, s.299-536
- ↑ Müğniyə, Fi zilalis-Səhifətis-Səccadiyyə, h.q 1428, s.107-118
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.97-103
- ↑ Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.115-131
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.135-173
- ↑ Feyz Kaşani, Təliqat ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.29-30
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Xələci, Məhəmməd Təqi, Əsrare xamuşan, Qum, Pərtove xorşid, h.ş 1383
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqat ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyid Əli Xan, Riyazus-salikin, Qum, h.q 1435
- Müğniyə, Məhəmməd Cavad, Fi zilalis-Səhifətis-Səccadiyyə, Qum, Darul-kutubil-İslami, h.q 1428
- Məmduhi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
Xarici keçid
- متن و صوت دعای پنجم صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin beşinci duasının ərəbcə mətni və səsli formatı