Qina (kitab)
| Başqa adları | Dərsnameye ğina və Musiqi, Ketabe Ğina və Musiqi |
|---|---|
| Müəllif | Seyyid Əli Hüseyni Xamenei |
| Mövzu | Qina və musiqi |
| Üslub | Fiqh dərsi-xaricinin mətni |
| Dil | Farsca |
| Cild sayı | Bir cild |
| Nəşriyyat | İslam inqilabı nəşriyyatı |
| Nəşr edildiyi yer | Tehran |
| Tiraj | Birinci (3000) |
Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün daxil olun: Qina (səhv salmamaq üçün)
Qina (farsca: غناء) və ya qina və musiqi dərsliyi, Ayətullah Xameneinin qina və musiqi mövzusunda keçdiyi xaric fiqh dərslərinin nəşr olunmuş mətnidir. Bu dərslər hicri‑şəmsi təqvimi ilə 1387‑ci ilin azər ayından 1388‑ci ilin bəhmən ayına qədər tədris edilmişdir. Kitabda qina ilə bağlı hədislər əsas götürülərək qinanın mahiyyəti, haram musiqinin meyarları, hədislərin təhlili və fiqh alimlərinin nəzərləri araşdırılmışdır. Həmçinin mövzu ilə bağlı 48 sualın cavabı verilmişdir.
Ayətullah Xameneinin bu kitabdakı nəzərinə görə qina özü‑özlüyündə haram deyil. Onun haram olmasının meyarı ləhvə aparması, insanı azdırması və Allah yolundan uzaqlaşdırmasıdır. Haram musiqinin meyarı isə dinə qarşı laqeydlik, günaha təşviq və mənəvi boşluq yaratmasıdır.
Bu kitab ilk dəfə hicri‑şəmsi təqvimi ilə 1398‑ci ildə, İslam İnqilabı Araşdırma‑Mədəniyyət İnstitutu tərəfindən fars dilində nəşr edilmişdir.
Müəllif
Əsas məqalə: Seyyid Əli Hüseyni Xamenei
Ayətullah Xamenei, İran İslam İnqilabının Rəhbəri və şiə məzhəbinin müctəhidlərindən biridir.[1] O, hicri‑şəmsi təqvimi ilə 1369‑cu ildən xaric fiqh dərsləri tədrisinə başlamış və cihad, qisas, məkasibi mühərrəmə (haram qazanc yolları) və səfər namazı kimi fiqhi mövzuları dərs olaraq keçmişdir.[2]
Kitabın məzmunu
“Qina və musiqi dərsliyi”, Ayətullah Xameneinin fiqh üzrə xaric dərslərinin 75 iclasının tərtib edilmiş mətnidir. Bu dərslər hicri‑şəmsi təqvimi ilə 1387‑ci ilin azər ayının 4-dən 1388‑ci ilin bəhmən ayının 6-na qədər tədris olunmuşdur.[3] Kitabda qina və haram musiqinin anlayışı izah edilir və bu mövzunun müxtəlif tərəfləri araşdırılır.[4] Hədislərin təhlili zamanı şiə fəqihlərinin kitablarına və fikirlərinə istinad edilmişdir.[5] Kitabın sonunda isə rəqs məsələsi ayrıca müzakirə olunur.[6]
Rza Muxtarinin sözlərinə görə, bu dərsliyin əsas mənbələrindən biri Məhəmməd Sadiqi və Rza Muxtarinin dörd cildlik “Qina, musiqi” kitabı olmuşdur. Ayətullah Xameneinin xaric fiqh dərslərinin əsas mətni Şeyx Ənsarinin “Məkasib” əsəri idi. Lakin qina mövzusuna çatdıqda, Şeyx Ənsarinin mətni kənara qoyulmuş və müzakirələrin əsasını “Qina, musiqi” kitabı təşkil etmişdir. O, bu kitabdakı bütün rəvayətləri sənəd və mətn baxımından araşdırmış, həmçinin digər cildlərdəki fəqihlərin araşdırmalarını da mövzuya uyğun şəkildə təhlil etmişdir.[7] Bundan əlavə, rəvayətlərin sənəd və dəlalət baxımından araşdırılması ilə yanaşı, qina və musiqi məsələsinin tarixi tərəfinə də diqqət yetirilmişdir. Bu tarixi baxış, rəvayətlərin düzgün anlaşılmasına kömək edir.[8]
Mövzuların təqdim olunma üsulu
Kitabda qina, musiqi və rəqs mövzuları geniş şəkildə araşdırılır. Ayətullah Xamenei qina mövzusu ilə dediyi xaric fiqh dərsində qinaya aid hədisləri beş kateqoriyaya bölmüşdür. Sonra isə təxminən 100 hədisi sənəd və məzmun baxımından təhlil etmiş və araşdırmışdır. Bu beş kateqoriya aşağıdakılardır:
- Ayələrin aşağısında qeyd olan rəvayətlər, ayələrin təfsiri ilə bağlı rəvayətlər; Bu bölmədə aşağıdakı ayələrin təfsiri ilə əlaqəli rəvayətlər araşdırılır:[9] “Vəctənibu qavləz‑zur” — “(yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri sözlərdən uzaq olun”,[10] “La yəşhədunəz‑zur” — “O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina söyüş və sairə məclislərində iştirak etməzlər),[11] “Ləhvəl‑hədis” — “boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və ş kimi sözləri)”,[12] “İza mərru bil‑ləğvi mərru kiramən” — “bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər”, [13]Həmçinin ayələrə işarə edən rəvayətlər də bu bölməyə daxildir.[14]
- Ayələrin aşağısında qeyd olmayan rəvayətlər (Qinanın haram olmasına dair rəvayətlər)[15]
- Qinanı dinləmək haqqında rəvayətlər[16]
- Müğənniyəlikdən (qinadan) qazanc əldə etmək haqqında rəvayətlər[17]
- Quranda qinaya aid olan rəvayətlər — (Quran tilavətində qina məsələsi)[18]
Xüsusiyyətləri
Televiziyada musiqi alətlərinin göstərilməsi Bu alətlərin televiziyada göstərilməsi bir növ təbliğ və adiləşdirmədir. Bu alətlərin ləhvi (əyləncə xarakterli) səs yaratmaqda istifadəsi, qeyri-ləhvi səsdə istifadəsindən daha çox üstünlük təşkil edir. Yəni onun haram tərəfi halal tərəfindən daha çoxdur. Biz bunu nə qədər təbliğ etsək, haramı və ləhvi də təbliğ etmiş olarıq.[19]
“Qina” kitabı üçün bir sıra xüsusiyyətlər qeyd edilmişdir ki, aşağıdakılardan ibarətdir:
- Qina ilə bağlı rəvayətlərin (100 rəvayət) əsas mövzu olması;[20] bildirilir ki, qina və onunla əlaqəli bütün hədislər sənəd və mətn baxımından ətraflı şəkildə araşdırılmışdır.[21]
- Qina və haram musiqinin müxtəlif meyarlarının təqdim edilməsi[22]
- Şiənin qədim və müasir fəqihlərinin nəzərlərinin geniş şəkildə toplanması;[23] qina mövzusu ilə bağlı bütün risalələrə müraciət edilməsi kitabın xüsusiyyətlərindən sayılır.[24]
- Qina və haram musiqi ilə bağlı 48 suala cavab verilməsi[25]
- Kitabın dərslik (tədris mətni) formatında tərtib olunması[26]
- Qina mövzusunda keçirilmiş bu xaric fiqh dərsləri, mövzu baxımından hövzələrdə ən uzun dərs silsilələrindən biri hesab olunur.[27]
Baxışlar
Ayətullah Xameneinin bu kitabdakı bəzi nəzərləri aşağıdakılardır:
Qina
- Qina özü‑özlüyündə haram deyil. Onun haram olmasının meyarı ləhv (insanı mənəviyyatdan uzaqlaşdıran əyləncə) və “izlal ən səbilillah” — insanı Allah yolundan azdırmasıdır.[28]
- Ləhv və “izlal ən səbilillah” meyarı aşağıdakı hallardan biri ilə müəyyən edilir: şəhvəti oyatmaq, harama sövq etmək, vaciblərdən yayındırmaq, dinə qarşı laqeydlik yaratmaq.[29]
- Şübhəli hallar haram sayılmır və bu kimi məsələlərdə əsli-bəraət (günahsızlıq əsası) tətbiq olunur.[30]
Musiqi
Haram musiqi üçün ümumi qayda Hər bir mahnı və ya səs ki, yayıldığı mühiti — yəni həmin səsin yayıldığı məkanı — dinə qarşı laqeydliyə, günaha doğru, vacib əməllərə və şəri vəzifələrə qarşı etinasızlığa yönəldərsə, haramdır.[31]
- Haram musiqinin meyarı, dini laqeydliyə və günaha doğru yönəltməsidir.[32] Musiqi özü‑özlüyündə haram deyil və ona “günaha sövq etmək və dinə qarşı biganəlik yaratmaq” adı verilmədikcə, onun haram olduğuna dair fətva vermək olmaz.[33]
- Qina və haram musiqinin meyarını müəyyən edən ölçünün ürf “cəmiyyətin ümumi anlayışı) olduğu bildirilir.[34] Əgər bir şəxs şübhə etsə ki, bu musiqi insanların nəzərində “insanı Allah yolundan azdıran” və haram sayılan musiqidir, ya yox — bu halda hilliyyət prinsipi (halal olmaq əsası) tətbiq olunur və musiqi halal hesab edilir.[35]
Rəqs
- Rəqs haramdır və onun haram olmasının meyarı ləhv (insanı mənəviyyatdan uzaqlaşdıran əyləncə) olmasıdır. Lakin arvadın əri üçün etdiyi rəqs ləhv sayılmadığı üçün haram deyil.[36]
Çap edilməsi
“Qina” kitabı hicri‑şəmsi təqvimi ilə 1398‑ci ildə, İslam İnqilabı Araşdırma‑Mədəniyyət İnstitutu tərəfindən 560 səhifə həcmində nəşr edilmişdir. Bu kitab, institutun Ayətullah Xameneinin fiqhi dərslərindən nəşr etdiyi ilk əsərdir.[37]
Əlaqəli mövzular
İstinadlar
- ↑ Behbudi, Şərhe ism, h.ş 1391, s.78
- ↑ نگاهی گذرا به زندگینامهی حضرت آیتاللهالعظمی سید علی حسینی خامنهای, Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin həyatına bir baxış, Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Ğina, h.ş 1398, kitabın müqəddiməsi
- ↑ Xamenei, Ğina, h.ş 1398, kitabın müqəddiməsi
- ↑ Xamenei, Ğina, h.ş 1398, kitabın müqəddiməsi
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.511
- ↑ تلاش بینظیر آیتالله خامنهای برای فقه موسیقی/ مفصلترین درس خارج فقه در موضوع غناء, Ayətullah Xameneinin misilsiz təlaşı ilə gercəkləşmiş fiqh-musiqi mövzusunda yazılmış ən geniş dərsi-xaric, Xəbər onlayn xəbər saytı
- ↑ تلاش بینظیر آیتالله خامنهای برای فقه موسیقی/ مفصلترین درس خارج فقه در موضوع غناء, Ayətullah Xameneinin misilsiz təlaşı ilə gercəkləşmiş fiqh-musiqi mövzusunda yazılmış ən geniş dərsi-xaric, Xəbər onlayn xəbər saytı
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.8
- ↑ Həcc surəsi, ayə 30
- ↑ Furqan surəsi, ayə 72
- ↑ Loğman surəsi, ayə 6
- ↑ Furqan surəsi, ayə 72
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.85
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.99
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.110
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.139
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.155
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.444
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.5
- ↑ غنا و موسیقی, Ğina və Musiqi, Ayətullah Xameneinin rəsmi internet adresi
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.252, s.444
- ↑ Xamenei, Ğina, h.ş 1398, kitabın müqəddiməsi
- ↑ غنا و موسیقی, Ğina və Musiqi, khameneibook.ir saytı
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.449-510
- ↑ Xamenei, Ğina, h.ş 1398, kitabın müqəddiməsi
- ↑ غنا و موسیقی, Ğina və Musiqi, khameneibook.ir saytı
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.452
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.444
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.337
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.444
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.444
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.444
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.465
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.466
- ↑ Xamenei, Ğina, h.ş 1398, s.525
- ↑ Xamenei, Ğina, h.ş 1398, kitabın müqəddiməsi
Ədəbiyyat
- Behbudi, Hidayətullah, Şərhe ism zendeginame Ayətullah Seyyid Əli Xamenei (h.ş 1318-1357), Tehrab, Müəssiseye mütaliat və pehujeşhaye siyasi, h.ş 1391
- تلاش بینظیر آیتالله خامنهای برای فقه موسیقی/ مفصلترین درس خارج فقه در موضوع غناء, Ayətullah Xameneinin misilsiz təlaşı ilə gercəkləşmiş fiqh-musiqi mövzusunda yazılmış ən geniş dərsi-xaric, Xəbər onlayn xəbər saytı, Mətləbin dərc olma vaxtı: 1 Mordad h.ş 1398, Baxış tarixi: 12 Xordad h.ş 1400
- Xamenei, Seyid Əli, Ğina, Tehran, İslami inqilabı nəşriyyatı, 1-ci çap, h.ş 1398
- غنا و موسیقی, Ğina və Musiqi, khameneibook.ir saytı, Baxış tarixi: 16 Dey h.ş 1404
- نگاهی گذرا به زندگینامهی حضرت آیتاللهالعظمی سید علی حسینی خامنهای, Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin həyatına bir baxış, Ayətullah Xameneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 1 Fərvərdin h.ş 1393, Baxış tarixi: 13 Xordad h.ş 1400