Ümmü Həbibə

wikishia saytından
(Əbu Süfyanın qızı Ümmü Həbibə səhifəsindən yönləndirilmişdir)
Ümmü Həbibə
Suriyada "Babus-səğirədə" Ümmü Həbibəyə mənsub məzar
Suriyada "Babus-səğirədə" Ümmü Həbibəyə mənsub məzar
Tam adıRəmələ binti Əbi Süfyan
KünyəsiÜmmü Həbibə
Doğulduğu günBesətdən 17 il əvvəl
Doğulduğu məkanMəkkə
Yaşadığı yerMəkkə - Həbəşə - Mədinə
Mühacir \ ƏnsarMühacir
Nəsəb \ QəbiləQüreyş
Tanınmış qohumlarıƏbu Süfyan (atası) - İslam peyğəmbəri (s) (həyat yoldaşı)
Vəfat tarixi və məkanıHicrətin 44-cü ili, Mədinə və ya Dəməşq
HicrətHəbəşəyə hicrət - Mədinəyə hicrət
Önəmli işləriOsmanın qanlı köynəyini Müaviyəyə göndərmək - Muhəmməd ibn Əbi Bəkrin şəhadətinə şad olduğunu bildirməsi - Peyğəmbərdən (s) hədis nəql etməsi


Peyğəmbərin (s) zövcələri
Xüveylidin qızı Xədicə (Evlilik: 25 Amul-fil)
Zəməənin qızı Sudə Evlilik: Hicrətdən qabaq
Əbubəkrin qızı Aişə (Evlilik: h.q 2)
Ömər ibn Xəttabın qızı Həfsə (Evlilik: h.q 3)
Xüzeymənin qızı Zeynəb (Evlilik: h.q 3)
Əbu Üməyyənin qızı Ümmi Sələmə (Evlilik: h.q 4)
Cəhşin qızı Zeynəb (Evlilik: h.q 5)
Harisin qızı Cuveyriyə (Evlilik: h.q 5 ya 6)
Əbu Süfyanın qızı Ümmi Həbibə (Evlilik: h.q 6 ya 7)
Şəmunun qızı Mariyə (Evlilik: h.q 7)
Huyəyyənin qızı Səfiyyə (Evlilik: h.q 7)
Harisin qızı Meymunə (Evlilik: h.q 7)

Ümmü Həbibə (ərəbcə: أم حبيبة) Əbu Süfyanın qızı, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) xanımı və hədis ravisidir. Adı Rəmlədir. Bəzi qaynaqlarda isə Hind qeyd edilib. O, Həbəşistana hicrət edən ilk müsəlman qadınlardandır. Ümmü Həbibə üçüncü xəlifə Osman bin Əffan öldürüldükdən sonra onun qanlı köynəyini Dəməşqə (Şam) qardaşı Müaviyənin yanına göndərdi.

O, hicrətin 44-cü ilində 74 yaşında ikən Mədinədə öldü və orada da dəfn edildi.

Viladət

Əbu Süfyanın qızı Ümmü Həbibə be`sətdən 17 il öncə, miladi tarixlə 593-cü ildə anadan olub.[1] Bu tarix onun hicrətin 7-ci ilində otuz neçə yaşında olduğunu deyən rəvayətlərlə uyğundur.[2]

İzdivac

Ümmü Həbibə əvvəlcə Übeydullah ibn Cəhş Əsədinin arvadı idi.[3] Ondan bir qızı oldu. Adını Həbibə qoydular və buna görə ona Ümmü Həbibə künyəsi verdilər.[4] O, müsəlmanların Həbəşəyə hicrət etdiyi zaman öz həyat yoldaşı Übeydullah ibn Cəhşlə hicrət etdi və hicrət edən ilk müsəlman qadınlardan biridir.[5]

Peyğəmbərlə (s) evlənməsi

Übeydullah Həbəşədə vəfat etdikdən sonra Peyğəmbər (s) hicrətin 6 ya 7-ci ilində Əbu Üməyyə Əmr ibn Üməyyə ibn Xuvəylid Zəmərini səfir olaraq Həbəşistanın şahı Nəcaşinin yanına göndərdi. Həmçinin Həzrət Peyğəmbər (ə) onu vəkil etdi ki, orada Ümmü Həbibənin əqdini Peyğəmbərə (s) oxusun və onu digər müsəlmanlarla birlikdə Mədinəyə gətirsin.[6] Nəcaşi də Ümmü Həbibəni digər mühacir müsəlmanlar ilə birlikdə və müxtəlif hədiyyələrlə Mədinəyə yola saldı.[7]

Əbu Süfyan o zaman İslamın ən qatı düşmənlərinin sırasında olduğu üçün İbn Abbas Qurani-Kərimin "Ümid olunur ki, Allah-Taala sizinlə düşmənləriniz arasında dostluq bərqərar etsin"[8] ayəsinin Peyğəmbərin (s) Ümmü Həbibə ilə ailə qurmasıyla bağlı nazil olduğunu deyib.[9] Məkkənin fəthindən sonra Əbu Süfyan "Hüdeybiyyə" sülhünü yeniləmək üçün Mədinəyə gələrək qızı Ümmü Həbibəyə baş çəkmişdi. Bu görüşdə Ümmü Həbibə atasını müşrik və nəcis hesab edərək Həzrət Peyğəmbərin (s) yerində oturmağa icazə verməmişdi.[10]

Siyasi fəaliyyəti

Ümmü Həbibə Osman öldürüldükdən sonra onun qanlı köynəyini Nöman ibn Bəşirin vasitəsilə Dəməşqə öz qardaşı Müaviyəyə göndərdi.[11]

O həmçinin Məhəmməd ibn Əbu Bəkr şəhid edildikdən sonra sevincindən qoyun kababı bişirdi və Əbu Bəkrin qızı və Məhəmmədin bacısı Ayişə xanım üçün göndərdi. Birinci xəlifə Əbu Bəkrin qızı Ayişə xanım öz "günü"sü Ümmü Həbibə Əbu Süfyan qızının bu qeyri-əxlaqi işindən çox narahat oldu və buna görə onu nifrin etdi.

Qeyd: Ümmü Həbibənin Peyğəmbərin (s) digər xanımı Ayişənin qardaşının Əbu Süfyanın oğlu Müaviyə tərəfindən öldürülməsi nəticəsində belə şadlıq etməsinin səbəbi bizə dəqiq məlum deyil. Bunun səbəbi bir nəfərin xanımları arasında ("həvu" = "günü") münaqişə də ola bilər. Ayişənin bu iddiasını ki, Ümmü Həbibə öləndə ondan hallalıq istəyib, bu fikrə dəlil kimi göstərmək olar.

[12]«دعتنی أم حبیبة زوج النبی (ص) عند موتها فقالت قد کان یکون بیننا وبین الضرائر فغفر الله لی ولک ما کان من ذلک»

Tarixə nəzər saldıqda görürük ki, Ümmü Həbibə Osmanın qanlı köynəyini Dəməşqə göndərir, digər tərəfdən qardaşı Müaviyə xilafət iddiasındadır, İmam Əliyə (ə) qarşı döyüşür və Ayişənin qardaşı Məhəmməd isə İmam Əlinin (ə) yanında yer alaraq Müaviyəyə qarşı döyüşür. Burdan belə anlaşılır ki, Ümmü Həbibə bu hadisələrdə, yəni Osmanın öldürülməsi cərəyanında yaxından iştirak edir, Osmanın qanlı köynəyini Dəməşqə göndərməklə fitnəyə dəstək olur və qardaşı Müaviyənin xilafəti ələ almağına qarşı olan Məhəmmədin şəhid edilməsindən şadyanalıq edir və hətta qardaş dağı görən bacıya belə rəhm etmir. Bu kimi addımların fonunda isə təbii ki, İmam Əliyə (ə) qarşı nifrət və kin dayanır.[13][14]

Ümmü Həbibə hədis ravisi kimi

Ümmü Həbibə Həzrət Peyğəmbərdən (s) bir sıra hədislər rəvayət etmişdir.[15] Onun qardaşları Müaviyə, Ənbəsə və həmçinin Ənəs ibn Malik, Əbu Bəkr ibn Səid Səqəfi, Əbu Cərah Qərşi kimi tanınmış ravilər və digərləri ondan hədis nəql ediblər.[16]

Vəfat

Ümmü Həbibə hicrətin 44-cü ilində 74 yaşında ikən vəfat etmişdir.[17] Onun cənazə namazını Mərvan ibn Həkəm qılıb.[18] Bəzi tarixi məlumatlara görə, o, Dəməşqə də səfər edib[19] və hətta bəzilərinin fikrincə orada ölüb və "Babus-Səğir" qəbiristanlığında dəfn edilib.[20] Amma bəzi etibarlı tarixi qaynaqlara və rəvayətlərə əsasən, o, Mədinədə vəfat edib və Bəqi qəbiristanlığında[21] dəfn edilib.[22]

İstinadlar

  1. İbn Həcər Əsqəlani, Əl-İsabə, c.4, s.305
  2. İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.70; Təbəri, Əl-Muntəxəbu min kitabiz-zil, s.607; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.1, s. 87
  3. İbn İshaq, Əs-Seyru vəl-məğazi, s.259; İbn Hişam, Əs-Siyrıətun-Nəbəviyyə, c.1, s.238
  4. İbn İshaq, Əs-Seyru vəl-məğazi, s.259; İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.68
  5. İbn İshaq, Əs-Seyru vəl-məğazi, s.259; İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.68; Təbəri, Tarix, c.3, s.165
  6. İbn İshaq, Əs-Seyru vəl-məğazi, s.259; İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.70; İbn Həbib, Əl-Muhəbbər, s.76
  7. İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.70; Bəlazuri, Ənsabul-əşraf, c.1, s.439; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.1, s. 76, 79, 80
  8. Mümtəhinə surəsi, ayə 7\60
  9. İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.70; Beyhəqi, Dəlailun-nübuvvət, c.3, s.459
  10. İbn Hişam, Əs-Siyrıətun-Nəbəviyyə, c.3, s.306
  11. Məsudi, Muruucuz-zəhəb, c.2, s.353
  12. İbn Səəd, "Təbəqatul-Kubra", c.8, s.100
  13. İbn Cəvzi, Təzkirətul-xəvass, s.102
  14. Əhadise Ümmul-muminin Aişe, c.1, s.35
  15. Əhməd ibn Hənbəl, Musnəd, c.6, s.325-328, 425-428
  16. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.441; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.1, s. 70, 76
  17. İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.71; Bəlazuri, Ənsabul-əşraf, c.1, s.440
  18. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.440
  19. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.1, s.70, 76
  20. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.1, s.70
  21. Cəfəriyan, Asare İslamiye Məkkə və Mədinə, h.ş 1381, s.343
  22. İbn Səd, Ət-Təbəqatul-kübra, c.8, s.71; Bəlazuri, Ənsabul-əşraf, c.1, s.440; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.1, s.70; İbn Qudamə, Ət-Təbyinu fi ənsabil-qüreşiyyeyn, s.82

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn İshaq, Məhəmməd, Əs-Seyru vəl-məğazi, Beyrut, h.q 1398\m. 1978
  • İbn Cəvzi, Sibt, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • İbn Həbib, Məhəmməd, Əl-Muhəbbər, h.q 1361\m. 1942
  • İbn Həcər Əsqəlani, Əhməd, Əl-İsabə, Qahirə, h.q 1328
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, h.q 1321
  • İbn Əsakir, Əli, Tarixu Mədinəti Dəməşq, Dəməşq, h.q 1402\m.1981
  • İbn Qudamə, Abdullah, Ət-Təbyinu fi ənsabil-qüreşiyyeyn, Beyrut, h.q 1408\m.1988
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrıətun-Nəbəviyyə, Qahirə, h.q 1355\m.1936
  • Əhməd ibn Hənbəl, Musnəd, Beyrut, Daru sadir
  • Bəlazuri, Əhməd, Ənsabul-əşraf, Qahirə, m.1959
  • Beyhəqi, Əhməd, Dəlailun-nübuvvət, Beyrut, m.1985
  • Təbəri, Əl-Muntəxəbu min kitabiz-zil
  • Məsudi, Əli, Muruucuz-zəhəb, Beyrut, h.q 1385\m.1965

Xarici keçid