Məzmuna keç

İftar duası

wikishia saytından
(Allahummə ləkə sumna səhifəsindən yönləndirilmişdir)
İftar duası
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubPeyğəmbər (s)İmam Əli (ə)
Zamanİftar vaxtı


İftar duası, Peyğəmbərdən (s)[1]İmam Əlidən (ə) nəql edilən və iftar zamanı oxunan bir duadır.[2] Bu duada Allaha xitab edilərək, yalnız Onun üçün oruc tutduğumuz və Onun ruzisi ilə iftar etdiyimiz bildirilir.[3] Daha sonra Allahdan bu ibadəti qəbul etməsi istənilir.[4] Bəzi hədis şərhçilərinin fikrincə, iftar duasının mənası budur ki, orucumuzu ixlasla Allah üçün tutmuşuq və Allah kainatın yeganə ruzi verəni olduğu və biz Onun ruzisindən istifadə etdiyimiz üçün yalnız Ona ibadət edəcəyik.[5]

Bu dua rəvayət mənbələrində Ramazan ayının əməlləri hissəsində qeyd edilmişdir, lakin bu duanı nəql edən rəvayətlər onu yalnız Ramazan ayına məxsus etməmişdir.[6] Rəvayətlərdə qeyd edilir ki, Peyğəmbər (s) bu duanı oxuduqdan sonra deyirdi: "Orucun susuzluğu və çətinliyi keçdi, lakin onun mükafatı qaldı".[7] Bəzi rəvayətlərdə isə bu dua "Bismillah" ilə başlayır.[8]

İmam Rza (ə) tərəfindən də nəql olunan bu dua daha ətraflı və bir qədər fərqli ifadələrlə verilmişdir.[9] İmam Kazim (ə) tərəfindən Peyğəmbərdən (s) bu duaya oxşar bir dua iftar zamanı üçün nəql olunmuşdur. Bu duanın təsviri və savabı haqqında qeyd olunmuşdur ki, hər kim bu duanı oxuyarsa, həmin gün oruc tutan bütün insanların savabı qədər mükafat alar.[10] Bu duanın mətni belədir:

اللَّهُمَّ لَكَ صُمْتُ وَعَلَى رِزْقِكَ أَفْطَرْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu"[11] (Allahım! Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftar etdim və Sənə təvəkkül etdim).

İstinadlar

  1. İbn Sünni, Əməlul-yəvmi vəl-ləylihi, Ciddə, s.430
  2. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.4, s.200
  3. Əzim Abadi, Əvnul-məbud, h.q 1415, c.6, s.346
  4. Darəqutni, Sunənud-Darəqutni, h.q 1424, c.3, s.156
  5. Zeydani, Əl-Məfatih, h.q 1433, c.3, s.24
  6. Nümunə üçün baxın: İbn Babaveyh, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.106; İbn Həyyun, Dəaimul-islam, h.q 1385, c.1, s.280
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.95
  8. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.4, s.200
  9. Nümunə üçün baxın: İbn Babaveyh, Fəzailul-əşhəris-səlasə, h.q 1396, s.96
  10. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.117
  11. Məclisi, Zadul-məad, h.q 1423, s.85

Ədəbiyyat

  • İbn Babaveyh, Məhəmməd ibn Əli, Fəzailul-əşhəris-səlasə, Qum, Ketabfuruşiye Davəri, 1-ci çap, h.q 1396
  • İbn Babaveyh, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate islami, 2-ci çap, h.q 1413
  • İbn Həyyun, Numan ibn Məhəmməd, Dəaimul-islam, Qum, Alul-beyt müəssisəsi, 2-ci çap, h.q 1385
  • İbn Sünni, Əhməd ibn Məhəmməd, Əməlul-yəvmi vəl-ləylihi, Ciddə
  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
  • Darəqutni, Əli ibn Ömər, Sunənud-Darəqutni, Beyrut, ər-Risalə müəssisəsi, 1-ci çap, h.q 1424
  • Zeydani, Hüseyn ibn Mahmud, Əl-Məfatih fi şərhil-məsabih, Küveyt, Darun-Nəvadir, 1-ci çap, h.q 1433
  • Tusi, Məhəmməd ibn Əl-Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Əzim Abadi, Məhəmməd Əşrəf ibn Əmir, Əvnul-məbud, Beyrut, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1415
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Zadul-məad, Beyrut, 1-ci çap, h.q 1423