Məzmuna keç

Müfəssəlat

wikishia saytından
(Müfəssəlat surələri səhifəsindən yönləndirilmişdir)

Müfəssəlat, (ərəbcə: المفصلات) Quranın sonunda yerləşən, qısa surələrdir və “Nas” surəsi ilə sona çatır. Lakin onların ilk surəsi barədə müxtəlif fikirlər mövcuddur. Müfəssəlat surələri ayələrinin sayına görə üç qrupa bölünür: tival (uzun), əvsət (orta) və qisar (qısa). Müfəssəlat surələrində nəsx olunmuş ayələr az olduğu üçün onlara möhkəm ayələr də deyilir. Həmçinin bu surələr “Riyazül-Quran” adlandırılmışdır.

Adlandırılması

Müfəssəlat surələri Quranın sonunda yerləşən, qısa olan və təkrar olaraq “Bismillahir-Rahmənir-Rahim” ifadəsi ilə bir-birindən ayrılan surələrdir.[1] Bu surələrdə nəsx olunmuş ayələr az olduğu üçün möhkəm adlandırılmışdır. İbn Abbasdan nəql edilən bir rəvayətdə “möhkəm”lə bağlı bir suala cavab olaraq onu “müfəssəl” kimi məna edilmişdir.[2] Bəzi rəvayətlərdə müfəssəlat surələri “Riyazül-Quran” olaraq adlandırılmışdır.[3]

Müfəssəl surələrin əksəriyyəti Məkkə dövründə nazil olmuşdur.[4]

Müfəssəlat surələrin Qurandakı yeri

Peyğəmbərdən (s) nəql edilən bir hədisdə “müfəssəl” ifadəsinə rast gəlinir. Rəvayətdə bildirilir ki, mənə Tövratın əvəzinə uzun surələr verilib. İncilin əvəzinə yüz ayəli (muin) surələri verilib. Zəburun əvəzinə Məsani surələri verilib. Əlavə olaraq, 68 surə olan “müfəssəl” surələri verilib.[5] Başqa rəvayətlərə əsasən, Allah, Peyğəmbəri (s) müfəssəl surələr vasitəsilə digər peyğəmbərlərdən üstün etmişdir.[6]

Müfəssəl surələrin növləri

Müfəssəl surələr ayələrinin sayına görə üç qrupa bölünür:

1. Uzun müfəssəl surələr (Tival)

Hücurat, Qaf, Zariyat, Tur, Nəcm, Qəmər, Rəhman, Vaqiə, Hədid, Mücadilə, Həşr, Mümtəhənə, Səff, Cümə, Münafiqun, Təğabun, Talaq, Təhrim, Mülk, Qələm, Haqqə, Məaric, Nuh, Cin, Müzzəmmil, Müddəssir, Qiyamət, İnsan, Mürsəlat, Nəbə, Naziat, Əbəsə, Təkvir, İnfitar, Mütəffifin, İnşiqaqBuruc.

2. Orta müfəssəl surələr (Əvsət)

Tariq, Əla, Qasiə, Fəcr, Bələd, Şəms, Ləyl, Zuha, Şərh, Tin, Ələq, QədrBəyyinə.

3. Qısa müfəssəl surələr (Qisar)

Zəlzələ, Adiyat, Qariə, Təkasur, Əsr, Hüməzə, Fil, Qureyş, Maun, Kovsər, Kafirun, Nəsr, Məsəd, İxlas, FələqNas.[7]

Müfəssəl surələrin ilk surəsi ilə bağlı fikir ayrılıqları

Müfəssəl surələrin sonuncu surəsi haqqında fikir birliyi var və bu “Nas” surəsidir. Lakin ilk surənin hansı olduğu barədə 12 fərqli rəy mövcuddur. Müxtəlif görüşlərə görə ilk müfəssəl surə bunlardan biri hesab edilir: Saffat, Casiyə, Məhəmməd, Fəth, Hücurat, Qaf, Rəhman, Səff, Furqan, İnsan, ƏlaZuha.[8]

İstinadlar

  1. Təbərsi, Məcməul-bəyan, h.ş 1390, c.1, s.26; Ramyar, Tarixe Quran, h.ş 1387, s.595
  2. Əhməd ibn Hənbəl, Musnədu ibn Hənbəl, h.q 1375, c.4, s.343
  3. Səxavi, Cəmalul-Qurra, h.q 1418, c.1, s.89
  4. Mərifət, Ulume Qurani, h.ş 1380, s.83
  5. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.601
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1390, c.1, s.25
  7. Fərhəngnameye ulume Quran, h.ş 1394, s.2412
  8. Səxavi, Cəmalul-Qurra, h.q 1418, c.1, s.89; Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.2131

Ədəbiyyat

  • Əhməd ibn Hənbəl, Musnədu ibn Hənbəl, Təhqiq: Məhəmməd Şakir, Qahirə, h.q 1375
  • Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quranpejuhi, Tehran, Nahid, h.ş 1377
  • Ramyar, Mahmud, Tarixe Quran, Tehran, h.ş 1387
  • Səxavi, Əli ibn Məhəmməd, Cəmalul-Qurra, 1-ci çap, h.q 1418
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Məşhəd, h.ş 1390
  • Fərhəngnameye ulume Quran, h.ş 1394
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Mərifət, Məhəmməd Hadi, Ulume Qurani, Qum, h.ş 1380