Səluni qəblə ən təfqiduni

wikishia saytından
Səluni qəblə ən təfqiduni
Məhəmməd Əl-Məşrvafi tərəfindən "Səluni qəblə ən təfqiduni" hədisinin xəttatlıq parçası[1]
Məhəmməd Əl-Məşrvafi tərəfindən "Səluni qəblə ən təfqiduni" hədisinin xəttatlıq parçası[1]
Nəql olunubİmam Əli (ə)
RaviAmir ibn Vasilə, Abdullah ibn Abbas, Süleym ibn Qis Hilali, Əsbəğ ibn Nubatə
Şiə mənbələriBəsairud-dərəcat, Kitabu Süleym ibn Qis Hilali, Əl-Əmali (Şeyx Səduq), Əl-İrşad (Mufid), Nəhcül-bəlağə
Sünni mənbələriƏl-Mustədrəku ələs-səhiheyn, Mənaqibu Xarəzmi, Fəraidus-simteyn, Tarixu Mədinəti Dəməşq


Səluni qəblə ən təfqiduni (Ərəbcə:سلوني قبل أن تفقدوني) - Məni itirməzdən əvvəl məndən soruşun ifadəsi İmam Əlinin (ə) elminin genişliyinə işarə edən bir kəlamıdır. Şiə və sünni mənbələrinə əsasən, İmam Əli (ə) bu cümləni dəfələrlə söyləmişdir. Bu ifadə o cümlədən bir xütbənin içərisində də gəlib ki, Səd ibn Əbi Vəqqasın reaksiyası ilə qarşılaşıb. Həmçinin həzrət Əlidən (ə) başında və saqqalında nə qədər tük olduğunu soruşub. Həzrət Əli (ə) cavabında buyurub ki, sənin başında tük yoxdur, ancaq onda şeytan yaşayır. O həzrət, habelə onun oğlu Ömər ibn Sədin əli ilə İmam Hüseynin (ə) şəhid ediləcəyindən xəbər verdi.

"Səluni qəblə ən təfqiduni" ifadəsini İmam Əlinin (ə) xüsusi fəzilətlərindən biri hesab ediblər. Həmçinin bu ifadəni o həzrətin Peyğəmbərin (s) digər səhabələrindən üstünlüyünün sübutu hesab ediblər.

Qısa tanıtım

"Səluni qəblə ən təfqiduni" (məni itirməzdən əvvəl məndən soruşun) cümləsi İmam Əlinin (ə) bir cümləsidir.[2] "Yənabiul-Məvəddə" kitabında nəql olunan hədisə əsasən Əli ibn Əbi Talib (ə) bu cümləni dəfələrlə söylməişdir.[3] O cümlədən xalq ona xəlifə olaraq beyət etdikdən sonra, Kufə əhlinə xitab edərək oxuduğu xütbədə[4] habelə SiffeynNəhrəvan döyüşlərinin arasındakı zaman bölümündə səhabələrinin bir dəstəsinin içərisində[5] söyləmiişdir. Bu cümlənin məzmunu müxtəlif ibarətlərlə nəql olunmuşdur. O cümlədən: «فَاسْأَلُونی قَبْلَ أَنْ تَفْقِدُونِی» (məni itirməzdən əvvəl məndən soruşun),[6] «سَلُونِی عَمَّا شِئْتُمْ» (İstədiyiniz hər şeyi məndən soruşun),[7] [8]«سَلُونِی قَبْلَ أَنْ لَا تَسْأَلُونِی» və «سَلونی» (Məndən soruşun.)[9]

Hədis İmam Əlinin (ə) elminin çoxluğuna dəlalət edir

"Nəhcül-bəlağə"nin bəzi şərhlərində deyilir ki, "səluni qəblə ən təfqiduni" cümləsi İmam Əlinin (ə) hər şeyə alim olmasına dəlalət edir.[10] Həmçinin şiə alimi Molla Saleh Mazandaraninin (vəfatı h. 1081) dediyinə görə, bəzi əhli-sünnə alimləri bu ifadəni İmam Əlinin (ə) elminin çoxluğuna dəlil hesab ediblər.[11]

İmam Baqirdən (ə) "səluni qəblə ən təfqiduni" cümləsinin mənasında nəql edilmişdir: "Əlidən (ə) almadıqca heç kəsin elmi yoxdur. İnsanlar istədikləri yerə getsinlər. Allaha and olsun ki, həqiqi elm buradan başqa yerdə yoxdur". Rəvayətin davamında nəql olunur ki, İmam Baqir (ə) əli ilə öz evinə işarə etmişdir.[12] Əllamə Məclisinin dediyinə görə, İmam Baqirin (ə) öz evinə işarə etməsindən məqsəd, vəhypeyğəmbərlik evi olmuşdur.[13]

Həmçinin "səluni qəblə ən təfqiduni" cümləsinin davamında İmam Əlinin (ə) elminin genişliyinə dəlalət edən müxtəlif ifadələr vardır. O cümlədən:

  • "Həqiqətən, birinci və sonuncu elm mənim yanımdadır. Mən Tövrat əhlinə Tövrata əsasən, İncil əhlinə İncilə əsasən, Quran əhlinə Qurana əsasən fətva verirəm".[14]
  • "Nə üçün insanların ölümü, bəlalar, hadisələr və əsil-nəsəblər haqqında elmə sahib olan adamdan sual soruşmursunuz"?[15]
  • "Mən göyün yollarını (ilahi elmi) yerin yollarından daha yaxşı bilirəm".[16]
  • "Allaha and olsun ki, hər nə istəsəniz cavab verəcəm. Allahın kitabından soruşun, and olsun Allaha ki, istər gecə, istərsə də gündüz nazil olsun, düz yerdə və ya dağda nazil olmuş olsun mən Quranın bütün ayələrindən xəbərdaram".[17]
  • "Allaha and olsun ki, keçmiş, indi və gələcəklə bağlı hər sualınıza cavab verəcəm".[18]

İmam Əlinin (ə) müstəsna fəziləti

4-cü və 5-ci əsrin Əhli-sünnə mühəddisi (Rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxs) İbn Mərdəvəyh İsfahaninin dediyinə görə, "səluni qəblə ən təfqiduni" ifadəsi İmam Əlinin (ə) digər səhabələrdən daha bilikli olmasına dəlildir.[19]

Həmçinin sünni alimi İbrahim ibn Muhəmməd Coyni Şafii (hicri 730-cu ildə vəfat edib) "Fəraidus-Simteyn" kitabında bu cümləni İmam Əlinin (ə) xüsusi fəzilətlərindən hesab etmişdir ki, düşmənlərin və müxaliflərin bunu etiraf etməkdən başqa çarəsi yoxdur.[20]

Seyyid İbn Tavusun fikrincə də İmam Əli (ə) bu cümləni camaatın və düşmənlərin qarşısında dediyi üçün elmdə bir növ mübarizəyə çağırış sayılır.[21] Bununla belə sələfi alimlərindən Şəmsəddin Zəhəbi[22]İbn Teymiyyə[23] bu fəziləti qəbul etməyərək həzrət Əlinin (ə) bu cümləni cahil insanlar olan Kufə əhlinə dediyini söyləyiblər.

Bəzi hədislərə əsasən, həmçinin İmam Baqir (ə)[24]İmam Sadiq (ə)[25] bəzi hallarda "səluni qəblə ən təfqiduni" ifadəsini deyiblər. Habelə "səluni əmmə şitum" (istədiyiniz hər şeyi məndən soruşun) ifadəsi İslam Peyğəmbərindən (s) nəql edilmişdir.[26] Lakin bəzi sünni alimləri bu cümləni İmam Əlidən (ə) başqa heç kəsin demədiyini bildirmişlər.[27] Əlbəttə, Bəzi sünni mənbələrində Əlidən (ə) başqa səhabələrdən heç birinin belə bir sözü demədiyini söyləmişlər.[28]

Yalançı iddiaçılar

Müsəlman alimləri "səluni qəblə ən təfqiduni" ifadəsini deyib bu iddiada olan insanların olduğunu, lakin verilən suallara cavab verə bilmədiklərini bildiriblər. Onların arasında Bəsrə fəqihləri və tabeindən olan Qətadə ibn Diamə[29] və 6-cı əsrin hənbəli fəqihi İbn Cozi olub.[30]

Həmçinin Əllamə Əmini "Əl-Qədir" kitabında "səluni" (məndən soruşun) iddiası edib və rüsvay olmuş beş başqa hadisəni qeyd etmişdir.[31] Əllamə Məclisi və Molla Saleh Mazandaraninin dediyinə görə, İmam Əlidən (ə) başqa belə bir iddiada olan hər kəs rüsvay olmuşdur.[32]

Hədis raviləri və onun mötəbər olması

"Səluni qəblə ən təfqiduni" ifadəsi müxtəlif ravilər tərəfindən nəql edilmişdir; O cümlədən Amir ibn Vasilə,[33] Abdullah ibn Abbas,[34] Süleym ibn Qeys Hilali,[35] Əsbəğ ibn Nubatə[36] və Əbayə ibn Ribi.[37] Hakim Nişaburi Əbu Təfil Amir ibn Vasilədən nəql olunan hədisin sənədini səhih hesab etmişdir.[38]

Səd ibn Əbi Vəqqasın reaksiyası

Bəzi mənbələrə görə, İmam Əli (ə) xütbədə bu cümləni dedikdən sonra Səd ibn Əbi Vəqqas o həzrətdən soruşdu ki, mənim başımda və saqqalımda neçə tük var? İmam Əli (ə) cavabında and içdi ki, Allahın Rəsulu (s) ona xəbər verib ki, sən mənə belə bir sual verəcəksən. Başınızda və saqqalınızda bir tük yoxdur, ancaq onda şeytan yaşayır. Həmçinin sənin evində (Ömər ibn Sədi nəzərdə tutur) bir keçi var ki, o, oğlum Hüseyni (ə) şəhid edəcək.[39]Bəziləri bu əhvalatı İmam Hüseynin (ə) qatillərindən olan Sinan ibn Ənəsin atası Ənəs haqqında nəql ediblər.[40]

İstinadlar

  1. سلونی, Pinterestdə Məhəmməd Əl-Məşrvafiyə məxsus səhifə
  2. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.266-268 və 296-299; İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.74; Səduq, Əl-əmali, h.ş 1376, s.133 və 341-344; Nəhcül-bəlağə, Düzəliş: Subhi Salih, Xütbə: 189, s.280; Hakim Nişaburi, Əl-müstədrək, h.q 1411, c.2, s.383; Xarizmi, Əl-mənaqib, Müəssisə: Nəşre İslami, s.91; Coyni, Fəraidus-simteyn, h.q 1400, c.1, s.340, 341; İbn Əbil-Hədid, Şərhe Nəhcül-bəlağə, h.q 1404, c.2, s.286, c.6, s.136, c.7, s.57, c.10, s.14, c.13, s.101
  3. Qunduzi, Yənabiul-məvəddə, Darul-usvə, c.1, s.222
  4. Mufid, Əl-irşad, h.q 1413, c.1, s.34, 35, 330
  5. Həlali, Kitabu Səim ibn Qeys Əl-Həlali, h.q 1405, c.2, s.802, 941
  6. Nəhcül-bəlağə, Düzəliş: Subhi Salih, Xütbə: 93, s.137
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.339, h.2; Səffar, Bəsairud-dəracat, h.q 1404, s.12
  8. Hakim Nişaburi, Əl-müstədrək, h.q 1411, c.2, s.506
  9. İbn Əbdül-Berr, Əl-İstiab, h.q 1412, c.3, s.1107; Təbəri, Zəxayirul-üqba, h.q 1428, c.1, s.399, 400; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.27, s.100 və c.42, s.398 və c.44, s.335, 397; Xarizmi, Əl-mənaqib, Nəşre İslami müəssisəsi, s.94; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.40, 42, 45
  10. Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.5, s.192; Haşimi Xoyi, Minhacul-bəraə, h.q 1400, c.2, s.402 və c.11, s.172
  11. Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.5, s.192
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.399, h.2; Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.12, h.1
  13. Məclisi, Miratul-uqul, h.q 1404, c.4, s.308
  14. Səduq, Əl-Əmali, h.ş 1376, s.341
  15. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.266-268
  16. Nəhcül-bəlağə, Düzəliş: Subhi Salih, Xütbə: 189, s.280
  17. İbn Əbdül-Berr, Əl-istiab, h.q 1412, c.3, s.1107; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.42; Təbəri, Zəxayirul-üqba, h.q 1428, c.1, s.399, 400; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.27, s.100 və c.42, s.398
  18. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.74; Səduq, Əl-əmali, h.ş 1376, s.133, 134; Mufid, Əl-İrşad, h.qq 1413, c.1, s.330 və 331
  19. İbn Mərdviyye İsfahani, Mənaqibu Əli ibn Əbi-Talib, h.q 1424, s.86, 87
  20. Coyni, Fəraidus-simteyn, h.q 1400, s.1, s.340
  21. Seyyid ibn Tavus, Əl-təraif, h.q 1400, c.2, s.510
  22. Zəhəbi, Əl-müntəqa min minhacil-itidal, s.342
  23. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.8, s.56, 57
  24. İbn Həyyun, Şərhul-əxbar, h.q 1409, c.3, s.292
  25. İbn Əbi Zeynəb, Əl-ğeybətu lin-Numani, h.q 1397, s.87; Zəhəbi, Tarixul-İslam, m.2002, c.3, s.828; Qunduzi, Yənabiul-məvəddə, Darul-usvə, c.1, s.222
  26. Nişaburi, Səhih Musli, Daru ehyait-terasil-ərəbi, c.4, s.1834
  27. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.3, s.597; İbn Əbdül-Berr, Əl-istiab, h.q 1412, c.3, s.1103; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.42, s.399; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.50; İbn Əbil-hədid, Şərhe Nəhcül-bəlağə, h.q 1404, c.7, s.46
  28. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.646; Zəhəbi, Tarixul-İslam, m.2002, c.2, s.361; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.42, s.399; Xarizmi, Əl-mənaqib, Nəşre İslami müəssisəsi, s.90, 91
  29. Zəməxşəri, Əl-kəşşaf, h.q 1407, c.3, s.355, 356; Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.5, s.192
  30. Nəbati Amili, Əs-siratul-mustəqim, h.ş 1384, c.1, s.218
  31. Əmini, Əl-ğədir, h.q 1416, c.6, s.275, 276
  32. Miratul-uqul, h.q 1404, c.4, s.308; Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.5, s.192, c.6, s.400
  33. Hakim Nişaburi, Əl-mustədrək, h.q 1411, c.2, s.383; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.17, s.335; İbn Əbdül-Berr, Əl-istiab, h.q 1412, c.3, s.1107; Təbəri, Zəxairul-üqba, h.q 1428, c.1, s.224
  34. Qunduzi, Yənabiul-məvəddə, Darul-üsvə, c.1, s.224
  35. Həlali, Kitabu Səlim ibn Qeys Əl-Həlali, h.q 1405, c.2, s.802, 941
  36. Səduq, Əl-əmali, h.ş 1376, s.133 və 341
  37. Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.266; Qunduzi, Yənabiul-məvəddə, Darul-usvə, c.1, s.222
  38. Hakim Nişaburi, Əl-mustədrək, h.q 1411, c.2, s.383, 506
  39. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.74; Səduq, Əl-əmali, h.ş 1376, s.133, 134; Mufid, Əl-irşad, h.q 1413, c.1, s.330, 331
  40. İbn Əbil-Hədid, Şərhe Nəhcül-bəlağə, h.q 1404, c.2, s.286; Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.6, s.400

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Əbdül-Həmid ibn Hibbətullah, Şərhe Nəhcül-bəlağə, Təhqiq: Muhəmməd Əbül-fəzl İbrahim, Qum, Məktəbətu Ayətullah Mərəşi Nəcəfi, 1-ci çap, h.q 1404
  • İbn Əbi Zeynəb, Muhəmməd ibn İbrahim, Əl-ğeybətu lin-numani, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Nəşre Səduq, 1-ci çap, h.q 1397
  • İbn Əsir, Muhəmməd ibn Muhəmməd, Əsəd Əl-ğabə, Beyrut, Darul-fikr, h.q 1409-m.1989
  • İbn Teymiyye, Minhacus-sunnətin-Nəbəviyyə fi nəqzi kəlamiş-şiətil-qədriyə, Təhqiq: Muhəmməd Rəşad Salim, Camətul-İmam Muhəmməd ibn Səudil-İslamiyyə, 1-ci çap, h.q 1406
  • İbn Hənbəl, Əhməd ibn Hənbəl, Fəzailus-səhabə, Təhqiq: Vəsiyullah Muhəmməd Abbas, Beyrut, Muəssisətur-risalə, 1-ci çap, h.q 1403
  • İbn Həyyun, Numan ibn Muhəmməd Məğribi, Şərhul-əxbar fi fəzailil-əimmətil-əthar (ə), Təhqiq və düzəliş: Muhəmməd Hüseyn Hüseyni Cəlali, Qum, Cameə Mudərrisin, 1-ci çap, h.q 1409
  • İbn Əbdül-Berr, Yusuf ibn Abdullah, Əl-istiabu fi mərifətil-əshab, Təhqiq: Əli Muhəmməd, Beyrut, Darul-cəbəl, 1-ci çap, h.q 1412
  • İbn Əsakir, Əli bn Həsən, Tarixu Dəməşq, Təhqiq: Əmir ibn Ğəramə, Beyrut, Darul-fikr, h.q 1415-m.1995
  • İbn Qulaveyh, Cəfər ibn Muhəmməd, Kamiluz-ziyarat, Təhqiq və düzəliş: Əbdül Hüseyn Əmini, Nəcəf, Arul-Murtəzəviyyə, 1-ci çap, h.ş 1356
  • İbn Mərdviyye İsfahani, Əhməd ibn Musa, Mənaqibu Əli ibn Əbi Talib və ma nəzələ minəl-Quran fi Əli (ə) Təhqiq: Əbdür-Rəzzaq Muhəmməd, Qum, Darul-hədis, 2-ci çap, h.q 1424
  • Əmini, Əbdül-Hüseyn, Əl-ğədir, Qum, Mərkəzul-Ğədir, 1-ci çap, h.q 1416
  • Coyni, İbrahim ibn Muhəmməd, Fəraidus-simteyn, Təhqiq: Muhəmməd Baqir Məhmudi, Beyrut, Muəssisətu Məhmudi, h.q 1400
  • Hakim Nişaburi, Muhəmməd ibn Abdullah Əl-mustədrəku ələs-səhiheyn, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411-m.1990
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzili li-qəvaidit-təfzili, Təhqiq və düzəliş: Muhəmməd Baqir Məhmudi, Tehran, Vezarate Fərhəng və İrşade İslami, 1-ci çap, h.q 1411
  • Xarizmi, Əbu Cəfər ibn Musa, Mənaqibu, Qum, Nəşre İslami müəssisəsi
  • Zəhəbi, Şəmsud-din, Əl-müntəqa min minhacil-itidal, Təhqiq: Muhiddin Xətib
  • Zəhəbi, Şəmsud-din, Tarixul-İslam, Təhqiq: Bəşşar Əvvad Məruf, Darul-ğərbil-İslami, 1-ci çap, m.2003
  • Zəməxşəri, Məhmud ibn Ömər, Əl-kəşşaf, Düzəliş: Mustafa Hüseyn Əhməd, Beyrut, DArul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • سلونی, Xəttat Muhəmməd Əl-Məşrvafinin Pinterestdəki səhifəsi, Baxış: h.ş 1400 İsfənd 12
  • Şərif Rəzi, Muhəmməd ibn Hüseyn, Nəhcül-Bəlağə, Düzəliş: Subhi Salih, Qum, 1-ci çap, h.q 1404
  • Səduq, Muhəmməd ibn Əli ib Babaveyh, Əl-əmali, Tehran, Kitabçi, 6-cı çap, h.ş 1376
  • Səffar, Muhəmməd ibn Həsən, Bəsairud-dərəcat fi fəzaili Ali Muhəmməd (s), Qum, Məktəbətu Ayətullah Mərəşi Nəcəfi, 2-ci çap, h.q 1404
  • Təbəri, Muhid-din, Zəxairul-üqba, Qum, Darul-kutubil-İslami, 1-ci çap, h.q 1428
  • Tusi, Muhəmməd ibn Həsən, Ricalut-Tusi, Təhqiq: Cəvad Qəyyumi İsfəhani, Qum, Nəşre İslami müəssisəsi, 3-cü çap, h.ş 1373
  • Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə li-zəvil-qurba, Qum, Darul-üsvə
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və Düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Darul-kutubl-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mazandarani, Muhəmməd Salih ibn Əhməd, Şərhul-Kafi, Təhqiq və düzəliş: Əbül-Həəsn Şerani, Tehran, Məktəbətul-İslamiyyə, 1-ci çap, h.q 1382
  • Məclisi, Muhəmməd Baqir, Miratul-uquli fi şərhi əxbari Alir-Rəsul, Təhqiq və düzəliş: Seyyid HAşim Məhəllati, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1404
  • Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-irşad, Qum, Konqre Şeyx Mufid, 1-ci çap, h.q 1413
  • Nəbati Amili, Əli ibn Muhəmməd, Əs-siratul-müstəqim, Düzəliş: Muhəmməd Baqir Behbudi, Tehran, Əl-məktəbətul-murtəzəviyyə, h.ş 1384
  • Nişaburi, Muslim ibn Həccac, Səhih Muslim, Təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi, Beyrut, Daru ehyait-terasil-ərəbi
  • Həlali, Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys əl-Həlali, Təhqiq və düzəliş: Muhəmməd Ənsari Zəncani, Qum, Əl-Hadi, 1-ci çap, h.q 1405