Salehul-möminin

wikishia saytından

Salehul-möminin (ərəbcə: صالح المؤمنين) ifadəsi, Təhrim surəsinin dördüncü ayəsindən götürülmüş ən yaxşı möminlər və ya saleh möminlər deməkdir. Bu ayədə Salehul-möminin Allah, Cəbrail və digər mələklərlə birlikdə İslam Peyğəmbərinə (s) dəstək verən şəxs kimi təqdim edilir. Təfsirçilər Salehul-möminin ayəsinin nazil olmasının səbəbini Peyğəmbərin (s) bəzi zövcələrinin o həzrəti (s) incitmələri hesab etmişlər və Allah bu ayəni nazil etməklə onları məzəmmət etmiş və onlardan öz davranışlarına görə tövbə etməsini istəmişdir.

Bəzi təfsirçilər Salehul-möminin sözünü tək hesab edərək yalnız bir şəxsə aid etmişlər, bəziləri isə ümumi bir isim hesab etmiş və bütün mömin müsəlmanları əhatə etdiyini bildirmişlər. Şiə təfsirçiləri İmam Əlini (ə) birinci nöqteyi-nəzərdə yeganə nümunə, ikinci baxışda isə ən gözəl nümunə hesab etmişlər. Birinci nöqteyi-nəzərin sənədi şiə və sünni mənbələrində nəql olunmuş rəvayətlərdirdir ki, İmam Əlinin (ə) məsumluğu və fəzilətinə görə möminlərin yeganə nümunəsi hesab edilmişdir.

Bir sıra əhli-sünnə müfəssirləri ilk iki xəlifə qızlarının (AişəHəfsə) Peyğəmbəri (s) incitmələrinə mane olduqları üçün onları Salehul-möminin nümunəsi hesab etmişlər. Amma bildirmişlər ki, onun nümunələri yalnız bu insanlara xas deyil.

Konseptologiya

Salehul-möminin, möminlərin ən yaxşısı və ya layiqli möminlər deməkdir.[1] Bəzi təfsirçilər qeyd olunan birləşmədə “Saleh” ümumi isim hesab etmiş[2] və onu bütün saleh və kamil möminləri əhatə etdiyini bildirmişlər.[3] Digər tərəfdən isə, bəziləri Salehul-möminin ümumiliyini rədd etmiş və bu terminin yalnız bir şəxsə şamil olduğunu bildirmişlər.[4]

Əllamə Təbatəbainin fikrincə, “Salehul-möminin” mənası “əs-Salehul minəl muminin” (Möminlərin əməli salehi) mənasından fərqlidir. Yalnız ikinci birləşmədə əlif-lam” artiklinə görə “Saleh” sözü ümumi isimdir və ümumi məna daşıyır. Amma Salehul-möminin ümumi isim olmadığı üçün ümumiliyi çatdırmır.[5]

Salehul-möminin ayəsi

Salehul-möminin bu ayədən götürülüb:

إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ ۖ وَالْمَلَائِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ

“Əgər [siz iki qadın] Allaha tövbə etsəniz [daha yaxşı olar], şübhəsiz ki, hər ikinizin qəlbi azmışdır. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və Salehul-möminin onun yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.”[6] Buna görə də qeyd olunan ayə Salehul-möminin ayəsi kimi tanınır.[7]

Ayənin nazil olma səbəbi

Salehul-möminin ayəsinin nazil olmasını səbəbi haqqında İslam peyğəmbərinin (s) bəzi zövcələri tərəfindən incidilməsindən xəbər verən rəvayətlər vardır.[8] Bu rəvayətlərə görə, Peyğəmbər (s) zövcələrindən birini ziyarət edərkən* onun hazırladığı baldan bir az yemiş və uzun müddət onun yanında qalmışdır. Həzrətin (s) həyat yoldaşı olan Aişə, digər zövcələri ilə birlikdə belə qərara gəlmişlər ki, Peyğəmbər (s) onların yanına gəldikdə, yediyi balın pis qoxusunu bəhanə edərək ondan uzaqlaşsınlar. Belə olan halda Həzrət Peyğəmbər (s) bir daha o baldan yeməz. Beləcə Peyğəmbər (s) bu qarşılaşmadan sonra özünə bal yeməyi qadağan etdi. Bəzi rəvayətlərdə Həzrət Peyğəmbərin (s) zövcələrindən uzaqlaşaraq onları boşamaq qərarına gəldiyi bildirilir. Bir müddət sonra Təhrim surəsinin ayələri nazil oldu və Peyğəmbərin (s) ona halal olan şeyləri haram etməsinə mane oldu.[9]

  • Qeyd: Bu qadınların adları ilə bağlı tarixi xəbərlərdə fərqliliklər var; Bu qadınların adları ilə bağlı tarixi mənbələrdə fərqliliklər var. Bəziləri Peyğəmbərin evində bal yediyi şəxsi Zeynəb binti Cəhş bəziləri Mariyə əl-Qibtiyyə, bəziləri isə Həfsə binti Ömər və Sevda binti Zəma hesab etmişlər. Həmçinin Ayişə ilə əməkdaşlıq edən qadınlar arasında Həfsə, Sevda və Səfiyə adlarına da rast gəlmək olar.

Ayə həmçinin Peyğəmbərin (s) zövcələrindən Peyğəmbərə (s) etdikləri əziyyətə görə tövbə etmələrini istəmiş və onları xəbərdar etmişdir ki, əgər Peyğəmbəri (s) incitməkdə israrlı olsalar, bilsinlər ki, Allah Peyğəmbərin (s) vəlisi və himayədarıdır. Peyğəmbəri (s) təhdid edən hər hansı bir təhlükədə ona kömək edər və Allah, Cəbrayıl, Salehul-möminin (möminlərin ən yaxşısı) və digər mələklər də Allah Rəsuluna (s) kömək edərlər.[10]

Salehul-möminin kimdir ?

Çoxlu sayda şiə təfsirçiləri İmam Əlini (ə) Salehul-möminin nümunəsi hesab etmişlər. Əllamə Məclisiyə görə,[11] şiə alimləri və Əllamə Hilliyə[12] görə təfsirçilər Salehul-möminin İmam Əli (ə) olmasında həmfikirdirlər. Onların sənədi şiə[13] və sünni[14] mənbələrindəki rəvayətlərdir ki, İmam Əlini (ə) yeganə olaraq Salehul-möminin nümunəsi bildirmişdir. Bunun səbəbi haqqında isə demişlər ki, Salehul-möminin möminlərin ən yaxşısı[15]məsum olmalıdır; Çünki o, Cəbrayıl və başqa mələklərlə birlikdə işlənmişdir.[16] Əllamə Təbatəbai İmam Əlini (ə), Salehul-möminin yeganə nümunəsi hesab etmişdir.[17] Bu fikrin əksinə olaraq, bəzi digər sünni və şiə təfsirçiləri belə hesab etmişlər ki, Salehul-möminin bütün saleh, imanlı və təqvalı möminləri əhatə edir.[18] Buna əsaslanaraq şiə təfsirçilərindən Nasir Məkarim ŞiraziAbdullah Cavadi Amuli İmam Əlini (ə) “Salehul-möminin” ən mükəmməl nümunəsi olaraq təqdim etmişlər.[19]

Sünni təfsirçisi Alusi (vəfat 1270-h,q) Əbu BəkrÖməri Salehul-möminin nümunəsi hesab etmişdir. Lakin bildirmiş ki, onun nümunələri təkcə bu insanlarda məhdudlaşmır.[20] O, bu sözü 6-cı əsrdə yaşamış sünni təfsirçisi İbn Əsakirə aid etmişdir.[21] Onun bu fikirdə olmasının səbəbi isə Əbu Bəkr və Ömərin Peyğəmbərin (s) zövcələri olan qızları Aişə və Həfsəni Peyğəmbəri (s) incitməkdən saxlamaları hadisəsi olmuşdur.[22] Qazi Nurullah Şüştəri bu görüşü təfsirçilərin yekdil rəyi hesab etməmiş və Salehul-möminin sözünü “Əsləhul-muminin” (möminlərin ən layiqlisi) mənasında hesab etmişdir. Çünki tək sözü bir neçə nəfərə şamil etmək ədəbi qaydalara ziddir. Buna əsasən, yalnız bir şəxs bu anlayışa nümunə olmalıdır.[23] Həmçinin sünni mənbələrindəki bəzi rəvayətlərə əsasən, Əbu Bəkr və Ömər və ya təkcə Ömər Salehul-möminin nümunəsi kimi təqdim edilmişdir.[24] Hər halda bu hədislərin sənədi zəif hesab edilmişdir.[25]

İstinadlar

  1. Qərəşi, Qumuse Quran, h.q 1412, c.4, s.142
  2. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.471; Alusi, Ruhul-məani, h.q 1415, c.14, s.348; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.24, s.280
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.24, s.280
  4. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.19, s.332
  5. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.19, s.332
  6. Təhrim surəsi, ayə 4
  7. Əllamə Hilli, Nəhcül-həqq, h.q 1407, s. 191
  8. Vahidi, Əbsabu nuzulil-Quran, h.q 1411, s.459-461
  9. Vahidi, Əbsabu nuzulil-Quran, h.q 1411, s.459-461
  10. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.19, s.331
  11. Məclisi, Biharul-ənvar, h.q 1403, c.36, s.31
  12. Əllamə Hilli, Minhacul-kəramət, h.ş 1379, s.146
  13. Səduq, Əl-Əmali, h.ş 1376, s.31; Huveyzi, Nurus-səqəleyn, h.q 1415, c.5, s.370
  14. Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.2, s.341-352; Əbu Həyyan Əndolusi, Əl-Bəhrul-muhit, h.q 1420, c.5, s.332; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.6, s.244
  15. Şüştəri, Əhqaqul-həqq, h.q 1409, c.3, s.314-320
  16. Seyyid ibn Tavus, Sədus-suud, Qum, s.181; Sadiqi Tehrani, Əl-Furqan, h.q 1406, c.28, s.438
  17. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.19, s.332
  18. Təbəri, Cameul-bəyan, h.q 1412, c.28, s.105; Alusi, Ruhul-məani, h.q 1415, c.14, s.349; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.24, s.280
  19. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.24, s.280; تفسیر سوره تحریم آیت‌الله جوادی آملی, esra.ir saytı
  20. Alusi, Ruhul-məani, h.q 1415, c.14, s.349
  21. Alusi, Ruhul-məani, h.q 1415, c.14, s.348-349
  22. Şüştəri, Əhqaqul-həqq, h.q 1409, c.3, s.314
  23. Şüştəri, Əhqaqul-həqq, h.q 1409, c.3, s.319
  24. Alusi, Ruhul-məani, h.q 1415, c.14, s.349
  25. Xodapərəst, Bərresiye tətbiqi didqahe müfəssirane firəqeyn dərbareye misdaqe salihul-muminin, s.92-96

Ədəbiyyat

  • Əbu Həyyan Əndəlosi, Məhəmməd ibn Yusif, Əl-Bəhrul-Muhit fit-təfsir, Təhqiq: Siddiqi Məhəmməd Cəmil, Beyrut, Darul-fikr, h.q 1420
  • Alusi, Mahmud ibn Abdullah, Ruhul-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • Həskani, Übeydullah ibn Əhməd, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, h.q 1411
  • Seyyid ibn Tavus, Seyyid Əli, Sədus-suud lin-nufusi mənzud, Qum
  • Hüveyzi, Əbdül-əli, Təfsiru nuris-səqəleyn, Təhqiq: Haşim Rəsuli Məhəllati, Qum, İsmailiyyan, h.q 1415
  • Xodapərəst, Amid, بررسی تطبیقی دیدگاه مفسران فریقین درباره مصداق صالح‌المؤمنین
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Qum, Mərəşi Nəcəfi kitabxanası, h.q 1404
  • Şüştəri, Qazi Nurullah, Əhqaqul-həqq, Qum, Fərhənge İslami, h.q 1406
  • Sadiqi Tehrani, Məhəmməd, Əl-Furqan, Qum, Fərhənge İslami, h.q 1406
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşri, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-mərifə, h.q 1412
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq və kəşfus-sidq, Qum, h.q 1407
  • Əllamə Hilli, Həsən ibn Yusif, Minhacul-kəramə, Məşhəd, Aşura müəssisəsi, h.ş 1379
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Qərəşi, Əli Əkbər, Qammuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1412
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1371
  • Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzulil-Quran, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411

Xarici keçid