Məzmuna keç

Saqiyi-kövsər

wikishia saytından
Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Kövsər (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.

Saqiyi-Kövsər (ərəbcə: ساقي الكوثر) ifadəsi Əli ibn Əbu Talibin (ə) ləqəblərindən biri, Kövsər hovuzundan başqalarına su verən, onları sirab edən mənasını verir.[1] [2]
“Saqiyi-Kövsər” ifadəsi “saqi” və “kövsər” sözlərinin birləşməsindən yaranıb. “Saqi” sözü başqalarına su və ya şərab verən mənasını daşıyır. Keçmişdə, qədəhə su süzüb paylayan şəxsə “saqi” deyilirdi. Kövsər isə çoxlu xeyir-bərəkət deməkdir.[3]

Bəzi təfsirçilərin fikrincə, “Kövsər” surəsinin 1-ci ayəsində işlənən “kövsər” sözü Peyğəmbərin (s) cənnətdəki hovuzuna işarə edir ki, onun suyu süddən ağ, baldan dadlıdır.[4] Sünni və şiə mənbələrinə əsasən, bu hovuzun saqisi İmam Əlidir (ə).[5]

Şeirlərdə də həzrət Əli (ə) kövsərin saqisi olaraq vəsf edilmişdir.


Harda qalmışdı atan, saqiyi-kövsər, ya Hüseyn
Kəsdi başın təşnələb Şümri-sitəmkər, ya Hüseyn[6]


İstinadlar

  1. ↑ فرهنگ لغت عمید، ذیل واژه «ساقی»., Fərhənge lüğəte Əmid, Saqi kəlməsi
  2. ↑ فرهنگ لغت عمید، ذیل واژه «ساقی»., Fərhənge lüğəte Əmid, Saqi kəlməsi
  3. ↑ Xurrəmşahi, Daneşname Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1269
  4. ↑ Syuti, Əd-durrul mənsur, Ən-naşir, Darul-fekr, Beyrut, c.8, s.648
  5. ↑ Xəvarəzmi, Əl-Mənaqib, c.1, s.294, Təbəri, h.q 1395, c.1, s.86
  6. ↑ Müəllif: Məhəmməd Əmin Dilsuz

Ədəbiyyat

  • İbn Yəmin Əmir Fəxrəddin Mahmud, Divane Əşar, Düzəliş: Həsənəli Bastani Rad, h.ş 1344
  • Xurrəmşahi, Bəhaud-din, Daneşname Quran vəQuran pejuhi, Dustan - Nahid, Tehran, h.ş 1377
  • Xəvarəzmi, Muvəffəq ibn Əhməd, Əl-Mənaqib, Çap: Malik Mahmudi, Qum, h.q 1414
  • Syuti, Əbdur-rəhman ibn Əbibəkr, əd-durrul mənsur fil-təfsiri bil-məsur, Beyrut, h.q 1421, m. 2001
  • Təbəri, Əhməd ibn Əbdullah, Zəxairul-uqba, fi mənaqibə zəvil-qurba, Qahirə 1356
  • Əttar Nişaburi, Fərid-din Muhəmməd, Tehran, Bonqahe tərcüme və nəşre kitab, h.ş 1356
  • Əmid, Həsən, Fərhənge luğəte Əmid, Sərpərəste təlif və viyrayeş, Fərhad Qurbanzadə, 1-ci çap h.ş 1389