Leylətul-məbit ayəsi
Leylətul-məbit ayəsi (ərəbcə: لَیلَةُ المَبیت) və ya Şira ayəsi (ərəbcə: آیه شِراء) (Bəqərə, 207) həzrət Əlinin (ə) "Leylətul-məbit"dəki fədakarlığı haqqında nazil olmuşdur. O, İslam Peyğəmbərinin (s) həyatını xilas etmək üçün o həzrətin yatağında yatdı. Bu ayə Allahın rizasını qazanmaq müqabilində canını fəda etməyə hazır olanları tərifləmişdir.
Ayənin mətni və tərcüməsi
Bəqərə surəsinin 207-ci ayəsi "şira" ya "iştira" ayəsi kimi tanınır:
«وَ مِنَ النَّاسِ مَن یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّـهِ وَ اللَّـهُ رَءُوفٌ بِالْعِبَادِ»
"Eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!"
Ayənin nazil olma səbəbi
- Əsl məqalə: Leylətul-məbit
Əllamə Təbatəbai "Əl-Mizan" da yazır: "Bir çox rəvayətlər alqı-satqı ayəsinin "Leylətul-məbit" haqqında nazil olduğunu bildirir.[1] Əhli-sünnənin mötəzili alimi İbn Əbil-Hədidin Nəhcül-bəlağənin şərhində qeyd etdiyinə görə, bütün təfsirçilər bu ayənin İmam Əlinin (ə) şərəfinə və "Leylətul-məbit" hadisəsində nazil olduğuna inanırlar.[2] "Leylətul-məbit"də müşriklər birlikdə İslam Peyğəmbərinin (s) Məkkədəki evinə hücum edərək onu öldürməyi planlaşdırırdılar. Bu gecə İmam Əli (ə) Peyğəmbərin (s) həyatını xilas etmək üçün o həzrətin yatağında yatdı. Bu yolla Peyğəmbər (s) müşriklərin planlarından xilas oldu.[3]
Əlbəttə, bəzi əhli-sünnə alimləri rəvayətlərə istinad edərək bu ayənin Əbuzər, Suheyb ibn Sinan,[4] Əmmar Yasir və onun valideynləri, Xəbbab ibn Ərt və Bilal Həbəşi[5] kimi insanlar haqqında nazil olduğunu hesab etmişlər. Lakin bu rəvayətlərin səhihliyi şübhə altına alınmış və bəzi tədqiqatçıların fikrincə, bu rəvayətlər təəssübkeşlik və İmam Əlinin (ə) fəzilətlərini ört-basdır etmək məqsədi ilə saxtalaşdırılmışdır.[6]
Dəqiq təfsir məqamları
Ayədəki "Yəşri" sözü "Şira" məsdərindən götürülmüşdür.[7] Satmaq mənasını verir.[8] "Şira" ayəsinin Allahın rizasını axtaran və bunun üçün canını verməyə hazır olanların vəsfi barədə nazil olduğunu qəbul ediblər.[9] Bu insanlar 204-dən 206-ya qədər olan ayələrdə təsvir olunan başqa bir dəstənin qarşısındadırlar; Yəni Xudbin, inadkar, tərs və ikiüzlü insanlar ki, özlərini xeyirxah kimi göstərirlər. Lakin onların məqsədi fitnə-fəsad törətməkdir.[10] Əllamə Təbatəbainin fikrincə, bu ayələrin məzmunu bu iki dəstənin nümunələrinin Peyğəmbərin (s) dövründə mövcud olduğunu göstərir.[11] Baxmayaraq, tərcüməçilərdən bəziləri ayənin son cümləsini (Allah Öz bəndələrinə qarşı çox mehribandır!) Allahın bu bəndələrə (Allahın rizasını axtaranlara) rəhməti olaraq tərcümə ediblər. Lakin Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbaiyə görə, Allahın rəhmətinə qovuşan bəndələrdən məqsəd başqa bəndələrdir. Bu qrup insanlar fədakarlıqlarına görə Allahın lütfünü almışlar. Əslində Allah rizası üçün canını fəda edən bəndələrin varlığı Allahın bəndələrinə olan mərhəmətidir. [Qeyd 1][12]
Canı satmağın üç növü
Bəzi təfsirçilər alqı-satqı ayəsinin təfsirində canı satmağı üç hissəyə bölmüşlər: Cəhənnəm qorxusundan canı satmaq, cənnətə görə canın satılması və Allahın rizası üçün canın satılması. Onlar canı satmağın ən yüksək dərəcəsinin 3-cü hissə olduğunu bildiriblər. Bu hissədə insan qarşılığında heç bir şey istəmir. Həmçinin bu hissəyə misal olaraq həzrət Əlinin (ə) "Leylətul-məbit" də Peyğəmbərin (s) yatağında yatmasını göstərmişlər.[13] Əllamə Təbatəbaiyə görə, Allahın razılığı üçün canını satmaq o deməkdir ki, bu insanlar Onun rizasından başqa bir şey istəmirlər və öz nəfsani istəklərini deyil, Allahın istədiyini arzulayırlar.[14]
İstinadlar
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.100
- ↑ İbn Əbil Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.13, s.262
- ↑ Tusi, Əl-əmali, h.q 1414, s.466
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1422, c.3, s.591
- ↑ Fəxrur-razi, Əttəfsirul-Kəbir, h.q 1420, c.5, s.320
- ↑ Haşimi, Bərresiye səbəbe nuzul ayeye iştiraye nəfs, s.153
- ↑ Sadiqi Tehrani, ƏL-Furqan, h.q 1406, c.3 s.225
- ↑ Məkarim Şirazi, Təfsiri-Nümunə, h.ş 1371, c.2, s.78
- ↑ Taleqani, Pərtuye əz Quran, h.ş 1362 c.2, s.100
- ↑ Məkarim Şirazi, Təfsiri-Nümunə, h.ş 1371, c.2, s.79
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.1417, c.2, s.98
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.2 s.987, Beyrut çapı
- ↑ Sadiqi Tehrani, Əl-Furqan, h.q. 1406, c.3, S.225-226
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan,h.q 1390, c.2, s.98
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Əsir, Əl-Kamil fit-tarix, Təhqiqu Ömər Əbdus-Səlam, Darul-kutubil-ərəbi, 1-ci çap, h.q 1417
- İbn Hişam, Əs-siyrətun-nəbəviyyə, Təhqiqu Muhyid-din Əbdül-Həmid, Qahirə, Məktəbətu Muhəmməd Əli
- Hakim Nişaburi, Muhəmməd ibn Abdullah, Əl-mustədrəku ələs-səhiheyn, Təhqiqu Mustafa Əbdul-qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə
- Həskani, Ubeydullah ibn Abdullah, Şəvahidut-tənzil liqəvaidit-təfzil, Təhqiqu Muhəmməd Baqir Məhmudi, Tehran, Vezarate fərhəng və İrşad, 1-ci çap, h.q 1411
- Hələbi, Əli ibn İbrahim, Əs-siyrətul-hələbiyyə, Beyrut, Darul-mərifə
- Zərkəşi, Muhəmməd ibn Abdullah, Əl-Burhan fi-ulumil-Quran, Təhqiqu Muhəmməd İbrahim, Beyrut, Darul-ihyail-kutubil-ərəbiyyə, 1-ci çap, m.1957
- Əllamə Təbatəbai, Əl-Mizan Fi Təfsiril-Quran, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, 3-cü çap, m. 1973
- Təbərsi, Fəzl ibn Həsən, Əlamul-vəra bi əlamil-huda, Qum, Muəssisətu Alul-Beyt (ə) li ihyait təras, 1-ci çap, h.q 1417
- Tusi, Muhəmməd ibn Həsən, Əl-əmali, Qum, h.q 1414
- Tusi, Muhəmməd ibn Həsən, Ət-tibyan fi təfsiril-Quran, Təshihu Əhməd Həbib Amili, Beyrut, Daru ihyait-tərasil-ərəbi, 1-ci çap
- Əyyaşi, Muhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiqu seyyid Haşim Rəsuli Məhəllati, Tehran, Məktəbətu elmiyyətil-İslamiyyə
- Fəxri Razi, Muhəmməd ibn Ömər, Ət-təfsirul-kəbir, Beyrut, Daru ihyait-tərasil-ərəbi, 3-cü çap, h.q 1420
- Məclisi, Muhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, Darul-vifa, h.q 1403
- Mufid, Muhəmməd ibn Muhəmmməd, Əl-İrşadu fi mərifəti Hucəcillah ələl-ibad, Beyrut, Muəssisətu Ələmi