Məzmuna keç

Taslim:Qəzvə

wikishia saytından
Bu məqalə Peyğəmbərin (s) iştirak etdiyi müharibələrdən bəhs edir. Peyğəmbərin bütün döyüşlərinin siyahısı üçün Peyğəmbərin (s) müharibələri məqaləsinə baxın.
İslamın ilk dövrlərinin tarixi
Şəxsiyyətlər
İslam Peyğəmbəri (s)Əbu TalibHəzrət Xədicə (s)İmam Əli (ə)Həzrət Fatimə (s)Həmzə ibn ƏbdülmutəllibSalman FarsiƏbuzər ĞəffariMiqdad ibn ƏmrCəfər ibn Əbi TalibBilal HəbəşiƏbubəkrÖmər ibn XəttabOsman ibn Əffan
Döyüşlər
ĞəzvələrSəriyyələr
Bədr döyüşüÜhüd döyüşüBəni-Nəzir qəzvəsiXəndək qəzvəsiBəni Qüreyzə qəzvəsiHüdeybiyyə sülhüXeybər qəzvəsiMəkkənin fəthiTəbuk qəzvəsi
Şəhərlər və məkanlar
MəkkəŞebe Əbi TalibMədinəTaifQuba məscidiMəscidun-NəbiBəni-Saidə səqifəsiXeybərBəqi qəbiristanlığı
Hadisələr
BesətHəbəşəyə hicrətLeylətul-məbitMədinəyə hicrətHüdeybiyyə sülhüHəccətul-vidaQədir-xum hadisəsiSəqifəUsamənin qoşunu
Əlaqəli məfhumlar
İslamƏnsarMühacirlərTəşəyyöHəccQüreyşBəni HaşimBəni-ÜməyyəCahiliyyət

Qəzvə (ərəbcə: الغزوة) o müharibələrə deyilir ki, Peyğəmbər (s) onlarda iştirak etmişdir. Tarixi mənbələrin əksəriyyətində Peyğəmbərin (s) 26 və ya 27 qəzvəsindən bəhs olunur. Bu qəzvələrdən yalnız 9-u hərbi qarşıdurmaya səbəb olmuşdur. Bəzi tədqiqatçılara görə, Peyğəmbərin (s) bütün qəzvələri, Ühüd qəzvəsi istisna olmaqla, qələbə ilə nəticələnmişdir.

Qəzvə və Səriyyənin fərqi

İslam tarixi mövzusunda yazılmış kitablarda, Peyğəmbərin (s) müharibələri Qəzvə və Səriyyə olaraq iki yerə ayrılır.[1] Qəzvə dedikdə, Peyğəmbərin (s) birbaşa iştirak etdiyi və rəhbərliyi öz üzərinə götürdüyü müharibələr nəzərdə tutulur, Səriyyə isə Peyğəmbərin (s) iştirak etmədiyi, amma bir rəhbəri təyin edərək müəyyən bir bölgəyə göndərdiyi müharibələrə deyilir.[2] Lakin bəzi tədqiqatçılar bu fərqə etiraz edərək, Qəzvə və Səriyyənin təriflərinin dəqiq olmadığını, əslində Qəzvənin böyük miqyaslı və açıq şəkildə, çox sayda döyüşçü ilə və təşkilatlanmış şəkildə aparılan müharibələr olduğunu, Səriyyənin isə gizli, az sayda döyüşçü ilə və təşkilatlanmamış şəkildə həyata keçirilən döyüşlər olduğunu qeyd edirlər.[3] Bu iki tərif, Qəzvələr və Səriyyələrin nümunələri arasında konkret fərq yaratmır, çünki sonuncu tərifə görə, Peyğəmbər (s) az sayda insanla aparılan və məqsədi təqib və ya kəşfiyyat olan əməliyyatlarda iştirak etmirdi.[4]

Müharibəyə səbəb olan Qəzvələr

İbn HişamınƏs-Sirətün-Nəbəviyyə” kitabına[5]Təbərsininİlamul-Vəra” əsərinə görə, Peyğəmbərin (s) qəzvələrindən yalnız Bədr, Ühüd, Xəndək, Bəni-Qürəyzə, Bəni-Müstəliq, Xeybər, Məkkənin fəthi, HünəynTaif qəzvələrində hərbi qarşıdurmalar baş vermişdir.[6] Məsudi, “Murucuz-Zəhəb” adlı əsərində Bəni-Müstəliq qəzvəsi yerinə Təbuk qəzvəsini qeyd etmişdir.[7] Həmçinin hərbi qarşıdurmalarla nəticələnən müharibələrdən yalnız beşi əsasən mühüm və şiddətli döyüşlərlə başa çatmışdır.[8]

Əksər Qəzvələrdə uğur

Ühüd qəzvəsi istisna olmaqla bütün qəzvələr, İslam ordusunun qələbəsi ilə başa çatmışdır.[9] Bəzi tədqiqatçılara görə, bu müharibələrdə qələbənin ən vacib səbəbi ordu qüvvələrinin səmərəli təşkilatlanması olmuşdur.[10] Qəzvələrdə müharibənin təşkilatlandırılması bənzərsiz şəkildə həyata keçirilmiş və dörd mərhələdən ibarət olmuşdur:

Xeybərin fatehi adlı tablo, Əsər: Həsən Ruhul-Əmin, yağlı boya ilə
  1. Hərəkət etməzdən əvvəl təşkilatlanma;
  2. Hərəkət etdikdən sonra təşkilatlanma;
  3. Müharibə başlamazdan əvvəl döyüş meydanında təşkilatlanma;
  4. Müharibə zamanı təşkilatlanma.[11]

Bu gün bu iki ilk mərhələyə strateji, sonrakı iki mərhələyə isə taktik müharibə deyilir.[12]

Qəzvələrin sayı

Əksər tarixi mənbələr, Peyğəmbərin (s) qəzvələrinin sayını 26 və ya 27 olaraq qeyd edirlər.[13] Lakin bəzi mənbələrdə 18,[14] 21[15] və 28 qəzvə kimi fərqli rəqəmlər də göstərilmişdir.[16] Bəni-Qəynuqa, Vadil-QüraUmrətul-Qəza kimi qəzvələr, say hesablamasında mübahisələrə səbəb olan nümunələrdəndir.[17] Həmçinin qeyd etmək lazımdır ki, Peyğəmbər (s) Mutə döyüşündə iştirak etməsə də, bəziləri bunu da qəzvə kimi adlandırmışlar.[18] Məhəmməd İbrahim Ayəti, “İslam Peyğəmbərinin (s) tarixi” adlı kitabında, Peyğəmbərin (s) 27 qəzvəsini aşağıdakı kimi sıralamışdır.[19]


Say Döyüşün adı İslam orduları Düşmən orduları Döyüşün məkanı Döyüşün vaxtı Döyüşün xülasə nəticəsi
1 Əbva döyüşü (Vəddan) 200 nəfər[20] Qüreyşin bir karvanı[21] Əvba (Məkkə və Mədinənin yaxınlığında yerləşən Vəddana yaxın böyük bir kənd)[22] Hicrətin 2-ci ili (Səfər)[23] Bu döyüşdə heç bir hərbi qarşıdurma olmayıb və yalnız Bəni Zəmrə qəbiləsi ilə müqavilə bağlanıb ki, müsəlmanlara qarşı heç bir tədbir görülməsin.[24]
2 Buvat döyüşü 200 nəfər[25] Uməyyə ibn Xələfin komandanlığı ilə 100 nəfər[26] Buvat Hicrətin 2-ci ilinin[27] Rəbiul-əvvəl ayı[28]Rəbius-sani ayında Bu döyüşdə heç bir hərbi münaqişə olmayıb.[29]
3 Uşeyrə döyüşü və yaxud Zil-Uşeyrə 150 və yaxud 200[30] Qureyşdən gələn karvanlar[31] Zil-Uşeyrə (Məkkə və Mədinə arasında olan bir məntəqə)[32] Hicrətin 2-ci ilinin Cəmadiul-əvvəl ayı[33] Heç bir münaqişə olmadı, Mudlic qəbiləsi və onların müttəfiqləri ilə dostluq müqaviləsi imzalandı.[34]
4 Birinci Bədr döyüşü Mühacirlərdən bir qrup[35] Kurz ibn Cabirin başçılıq etdiyi bir qrup oğru[36] Bədr məntəqəsi[37] Hicrətin 2-ci ilinin Cəmadiul-axər ayı[38] və yaxud Hicrətin 3-cü ilinin Rəbiul-əvvəl ayı[39] Quldurların qaçması[40]
5 Böyük Bədr döyüşü 313 nəfər[41] 950 nəfər[42] Bədr məntəqəsi Hicrətin 2-ci ilinin 17 Ramazan[43] Müsəlmanların Qureyş üzərində qələbəsi, müşriklərdən 70-i öldürüldü, 70-i əsir alındı.[44]
6 Bəni-Süleym döyüşü 200 nəfər[45] Bəni-Suleym və Ğətəfan qəbiləsi Mədinədən səkkiz mənzil (Təxminən 180 km) aralığda olan Qərqərətul-kudr məntəqəsi[47] Hicrətin 2-ci ilinin Şəvval ayı[48] Bəni-Süleymin qaçması və mallarının müharibədə tərk edilməsi[49]
7 Bəni-Qəynuqa döyüşü Mədinə müsəlmanları Bəni-Qəynuqa yəhudiləri[50] Mədinə Hicrətin 2-ci ilinin Şəvval ayının 17-si[51] Mədinənin ətrafının yəhudilərdən təmizlənməsi[52]
8 Səviq döyüşü Mühacirlərdənənsarlardan olan 200 nəfər[53] Əbu Süfyanın komandanlığı ilə Məkkə müşriklərindən ibarət 200 nəfər[54] Qərqərətul-kudr[55] Hicrətin 2-ci ilinin Zil-hiccə ayı[56] Məkkə müşriklərinin qaçması[57]
9 Zi-Əmərr və yaxud Ətəfan döyüşü Dusur ibn Harisin komandanlığı ilə 450 nəfər[58] Ətəfan qəbiləsindən Bəni-Sələbə[59] Nəcd məntəqəsi[60] Hicrətin 3-cü ilinin Səfər ayı[61] Düşmənin dağın yüksəkliklərinə doğru qaçması[62]
10 Buhran döyüşü 300 nəfər[63] Bəni-Süleym[64] Buhran məntəqəsi[65] Hicrətin 3-cü ilinin Rəbiul-əvvəl ayı[66] Bu döyüşdə heç bir hərbi münaqişə olmayıb.[67]
11 Uhud döyüşü 700 nəfər[68] Qüreyş müşriklərindən ibarət 300 nəfər[69] Uhud dağının ətəyi Hicrətin 3-cü ilinin Şəvval ayı[70] Müşriklər qalib gəldi və yetmiş müsəlman şəhid oldu.[71]
12 Həmraul-əsəd döyüşü 630 nəfər[72] Qüreyş müşrikləri[73] Mədinənin cənubundan 10 mili (təxminən 20 km) aralığda yerləşən Həmraul-əsəd məntəqəsi[74] Hicrətin 3-cü ilinin Şəvval ayı[75] Qüreyş müşriklərinin qaçması[76]
13 Bəni Nəzir döyüşü Mühacir və ənsardan ibarət bir qrup[77] Bəni-Nəzir yəhudiləri Mədinədə bir məntəqə[78] Hicrətin 4-cü ilinin Rəbiul-əvvəl ayı[79] Mədinədən Bəni-Nəzirin çıxarılması[80]
14 Zatur-riqa döyüşü Səhabələrdən ibarət 400 nəfər[81] Bəni Muharib[82] Nəcd məntəqəsində yerləşən zatur-riqa dağı[83] Hicrətin 4-cü ilinin Rəbiul-əvvəl ayı[84] Düşmən dağın başına sarı qaçdı və Peyğəmbər (s) Mədinəyə qayıtdı.[85]
15 Bədrul-Məvid döyüşü 1500 nəfər[86] Məkkə müşriklərindən ibarət 2000 nəfər[87] Bədr[88] Hicrətin 4-cü ilinin Şaban ayı[89] Bu döyüşdə heç bir hərbi münaqişə olmayıb.[90]
16 Dumətul-cəndəl döyüşü 1000 nəfər[91] Dumətul-cəndəl qəbiləsi[92] Dumətul-cəndəl[93] Hicrətin 5-ci ilinin Rəbiul-əvvəl ayı[94] Dumətul-cəndəl qəbiləsinin qaçması[95]
17 Xəndək döyüşü Müsəlmanlardan ibarət 3000 nəfər[96] Qüreyşdən və onun tərəfdarlarından ibarət 10000 nəfər Mədinə[97] Hicrətin 5-ci ilinin Şəvval ayı[98] Əmr ibn Əbdüvədin öldürülməsi, müşriklərin məğlubiyyəti və qələbəsiz qayıtması.[99]
18 Bəni-Qüreyzə döyüşü 3000 nəfər[100] Bəni-Qüreyzə qəbiləsi[101] Mədinənin cənubu, Bəni-Qüreyzənin yüksəklikləri[102] Hicrətin 5-ci ilinin Zil-qədə və Zil-hiccə aylarında[103] İslam ordusunun Bəni Qureyzə üzərində qələbəsi[104]
19 Bəni-Lihyan döyüşü 200 nəfər[105] Lihyan qəbiləsi[106] Ğəran[107] Hicrətin 6-cı ilinin Cəmadiul-əvvəl ayında[108] Bəni-Lihyanın qaçması[109]
20 Zi Qərəd və yaxud Ğabə döyüşü 500-dən 700 nəfərə qədər[110] Ğətfan[111] Zi Qərəd Hicrətin 6-cı ilinin[112] Rəbiul-əvvəl,[113] Rəbius-sani,[114] Cəmadiul-əvvəlŞaban ayında[115] Əbuzər Ğəffarinin zövcəsinin azad edilməsi və Peyğəmbərin (s) malının geri qaytarılması[116]
21 Bəni-Mustəliq və yaxud Murəysi döyüşü 1000 nəfər piyada[117] Haris ibn Əbi Zirarın komandanlığı altında Bəni-Mustəliq[118] Murəysi sularına yaxın[119] Hicrətin 5-ci[120] və yaxud 6-cı ilinin Şaban ayında[121] Bəni Mustəliqin məğlub olması və onların əsir düşməsi[122]
22 Hüdeybiyyə döyüşü 1400-dən 1600-ə qədər[123] Qüreyş[124] Hüdeybiyyə[125] Hicrətin 6-cı ilinin Zilqədər ayında[126] Müsəlmanlar və Qüreyş arasında sülh müqaviləsinin imzalanması[127]
23 Xeybər döyüşü 1400 nəfər[128] Xeybər yəhudiləri Xeybər Hicrətin 7-ci ilinin Səfər ayında[129] Xeybər əhlinin məğlub olması və İmam Əlinin (ə) əli ilə onların qalalarının fəth olunması[130]
24 Məkkənin fəthi döyüşü 10000 nəfər[131] Qüreyş[132] Məkkə Hicrətin 8-ci ilinin Ramazan ayında[133] Müşriklərin məğlub olması və Məkkənin fəthi[134]
25 Huneyn döyüşü 12000 nəfər[135] Həvazin və Səqif qəbiləsi[136] Huneyn Hicrətin 8-ci ilinin Şəvval ayında[137] Müsəlmanların qələbəsi[138]
26 Taif döyüşü 12000 nəfər[139] Səqif qəbiləsi[140] Taif[141] Hicrətin 8-ci ilinin Şəvval ayında[142] Qələbə qazanmadan Məkkəyə qayıdış[143]
27 Təbuk döyüşü 30000 nəfər[144] Rum və həmpeymanları[145] Təbuk[146] Hicrətin 9-cu ilinin Rəcəb ayında[147] Təbukda yaşayan məsihi qəbilələrə hücumların baş verməməsi[148] və Rum ordusunun pərakəndə şəkildə yaradılması[149]

İstinadlar

  1. Sübhani, Fərazhayi əz tarixe peyambəre İslam, s.216
  2. Sübhani, Fərazhayi əz tarixe peyambəre İslam, s.216
  3. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.79-80
  4. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.80
  5. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.608
  6. Təbərsi, İlamul-vəra, c.1, s.163
  7. Məsudi, Murucuz-zəhəb, c.2, s.280
  8. Əlixani, Təhlile siyasi cənghaye peyambəre əkrəm rahbordi bəraye emruz, s.71
  9. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.75
  10. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.75
  11. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.80
  12. Qaidan, Sazmandehiye cəngi dər ğəzəvate əsre peyambər, s.81
  13. Nümunə üçün baxın: Vaqidi, Əl-Məğazi, c.1, s.7; Məsudi, Murucuz-zəhəb, c.2, s.280; İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.3; İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, Darul-mərifə, c.2, s.608; Təbəri, Tarixut-Təbəri, c.3, s.152
  14. Fəsəvi, Əl-Mərifətu vət-tarix, c.3, s.261
  15. Beyhəqi, Dəlailun-nübuvvə, c.5, s.460
  16. Məsudi, Ət-Tənbihu vəl-əşraf, s.241
  17. Nümunə üçün baxın: İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.3, s.173; Salihi Şami, Subulul-hüda, h.q 1414, c.4, s.8; Təbəri, Tarixut-Təbəri, c.3, s.152; Məsudi, Murucuz-zəhəb, c.2, s.281
  18. Cəfəriyan, Siyreye Rəsule Xoda (s), s.464
  19. Ayəti, Tarixe peyambəre İslam, s.238-240
  20. İbn Xəldun, Tarixi-İbn Xəldun, c.2, s424
  21. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  22. İbn Rüstə, Əl-Əlaqun-Nəfsiyyə, c.7, s.178
  23. Vaqidi, Əl-Məğazi, c.1, s.11
  24. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  25. Təbəri, Tarixi-Təbəri, c.2, s.407
  26. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  27. Beyhəqi, Dəlailun-nübuvvə, c.5, s.469
  28. Təbəri, Tarixi-Təbəri, c.2, s.407
  29. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  30. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  31. Təbəri, Tarixi-Təbəri, c.2, s.408
  32. Yaqut Həməvi, Mucəmul-buldan, c.4, s.127
  33. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.1, s.599; Təbərsi, İlamul-vəra, c.1, s.164
  34. Beyhəqi, Dəlailun-nübuvvə, c.3, s.16
  35. Beyhəqi, Dəlailun-nübuvvə, c.3, s.16
  36. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  37. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  38. İbn Xəyyat, Tarixi Xəlifə, s.20
  39. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  40. Vaqidi, Əl-Məğazi, c.1, s.12
  41. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.290
  42. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.290
  43. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.1, s.426
  44. Sübhani, Cəfər, Furuğe əbədiyyət, s.496
  45. Salihi Şami, Subulul-hüda, c.4, s.172
  46. Salihi Şami, Subulul-hüda, c.4, s.172
  47. Yaqut Həməvi, Mucəmul-buldan, c.4, s.441
  48. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.43-44
  49. Salihi Şami, Subulul-hüda, c.4, s.172
  50. Vaqidi, Əl-Məğazi, c.1, s.177
  51. Vaqidi, Əl-Məğazi, c.1, s.176; Məsudi, Ət-Tənbihu vəl-əşraf, s.206
  52. Sübhani, Cəfər, Furuğe əbədiyyət, c.1, s.516
  53. Salihi Şami, Subulul-hüda, c.4, s.174
  54. Təbəri, Tarixi-Təbəri, c.2, s.483-484
  55. Təbəri, Tarixi-Təbəri, c.2, s.484
  56. Vaqidi, Əl-Məğazi, c.1, s.181
  57. Salihi Şami, Subulul-hüda, c.4, s.174
  58. Vaqidi, Əl-Məğazi, c.1, s.194
  59. Beyhəqi, Dəlailun-nübuvvə, c.3, s.168
  60. Təbəri, Tarixi-Təbəri, c.3, s.153
  61. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.46
  62. Beyhəqi, Dəlailun-nübuvvə, c.3, s.168
  63. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.27
  64. Vaqidi, Əl-Məğazi, c.1, s.196
  65. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.27
  66. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.46
  67. Vaqidi, Əl-Məğazi, c.1, s.196-197
  68. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.65
  69. Vaqidi, Əl-Məğazi, c.1, s.204
  70. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.60
  71. Vaqidi, Əl-Məğazi, c.1, s.325
  72. İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.4, s.50
  73. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.338
  74. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.38
  75. Vaqidi, Əl-Məğazi, c.1, s.334
  76. Vaqidi, Əl-Məğazi, c.1, s.340
  77. Vaqidi, Əl-Məğazi, c.1, s.364
  78. Yaqut Həməvi, Mucəmul-buldan, c.5, s.290
  79. Vaqidi, Əl-Məğazi, c.1, s.363
  80. Vaqidi, Əl-Məğazi, c.1, s.374
  81. Vaqidi, Əl-Məğazi, c.1, s.396
  82. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.203
  83. Yaqut Həməvi, Mucəmul-buldan, c.5, s.276
  84. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.203
  85. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.340
  86. Vaqidi, Əl-Məğazi, c.1, s.387
  87. Məsudi, Ət-Tənbihu vəl-əşraf, s.214
  88. Yaqut Həməvi, Mucəmul-buldan, c.1, s.358
  89. Yaqubi, Tarixi-Yaqubi, c.1, s.67
  90. Yaqubi, Tarixi-Yaqubi, c.1, s.67
  91. Vaqidi, Əl-Məğazi, c.1, s.403
  92. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.213
  93. Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, c.10, s.105
  94. Vaqidi, Əl-Məğazi, c.1, s.402
  95. Vaqidi, Əl-Məğazi, c.1, s.402
  96. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.220
  97. Vaqidi, Əl-Məğazi, c.2, s.444
  98. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.214
  99. Yaqubi, Tarixi-Yaqubi, c.1, s.50
  100. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.57
  101. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.57
  102. Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, c.9, s.130
  103. Vaqidi, Əl-Məğazi, c.1, s.496
  104. Vaqidi, Əl-Məğazi, c.1, s.501
  105. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.280
  106. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.279
  107. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.280
  108. Beyhəqi, Dəlailun-nübuvvə, c.3, s.364
  109. Vaqidi, Əl-Məğazi, c.2, s.536-537
  110. Vaqidi, Əl-Məğazi, c.2, s.546; Cəfəriyan, Siyreye Rəsule Xoda (s), s.573
  111. Beyhəqi, Dəlailun-nübuvvə, c.4, s.180
  112. Vaqidi, Əl-Məğazi, c.2, s.537
  113. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.349
  114. Vaqidi, Əl-Məğazi, c.2, s.537
  115. Salihi Şami, Subulul-hüda, c.5, s.106
  116. Beyhəqi, Dəlailun-nübuvvə, c.4, s.188
  117. Vaqidi, Əl-Məğazi, c.1, s.405
  118. Vaqidi, Əl-Məğazi, c.1, s.404
  119. Yaqut Həməvi, Mucəmul-buldan, c.5, s.118
  120. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.341
  121. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.289
  122. Vaqidi, Əl-Məğazi, c.1, s.407
  123. Vaqidi, Əl-Məğazi, c.2, s.574
  124. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.310
  125. İbn Xəldun, Tarixi-İbn Xəldun, c.2, s.447
  126. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.308
  127. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.316
  128. Vaqidi, Əl-Məğazi, c.2, s.689
  129. Vaqidi, Əl-Məğazi, c.2, s.634
  130. Vaqidi, Əl-Məğazi, c.2, s.655
  131. İbn Xəldun, Tarixi-İbn Xəldun, c.2, s.458
  132. Beyhəqi, Dəlailun-nübuvvə, c.5, s.5
  133. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.389
  134. İbn Xəldun, Tarixi-İbn Xəldun, c.2, s.460
  135. Yaqubi, Tarixi-Yaqubi, c.2, s.62
  136. Vaqidi, Əl-Məğazi, c.3, s.885
  137. Vaqidi, Əl-Məğazi, c.3, s.892
  138. Vaqidi, Əl-Məğazi, c.3, s.912
  139. Həsəni, Tarixe təhlili sədre İslam, s.94
  140. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.120
  141. İbn Seyyidun-Nas, Uyunul-əsər, c.2, s.250
  142. Təbərsi, İlamul-vəra, c.1, s.233
  143. İbn Səd, Ət-Təbəqatul-kübra, c.2, s.120
  144. Müqəddəsi, Əl-Bida vət-tarix, c.5, s.70
  145. Bəlazuri, Futuhul-buldan, s.67
  146. Beyhəqi, Dəlailun-nübuvvə, c.5, s.469
  147. İbn Hişam, Əs-Sirətün-Nəbəviyyə, c.2, s.516
  148. Bəlazuri, Futuhul-buldan, s.67
  149. Sübhani, Cəfər, Furuğe əbədiyyət, s.873

Ədəbiyyat

  • Amili, Seyid Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, Qum, Darul-hədis, m.2005
  • Ayəti, Məhəmməd İbrahim, Tarixe peyambəre İslam, Tehran, Tehran universiteti, m.1949
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Qahirə, Darul-məarif, m.1959
  • Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, Daru və Məktəbətul-Hilal, m.1988
  • Beyhəqi, Əbubəkr Əhməd ibn Hüseyn, Dəlailun-nübuvvə və mərifətu əhvali sahibiş-şəriə, Təhqiq: Qələci, Əbdül-Muti, Darul-kutubil-elmiyyə, Beyrut, 1-ci çap, m.1984
  • Cəfəriyan, Rəsul, Siyreye Rəsule Xoda (s), Qum, Dəlile ma nəşriyyatı, m.2004
  • Əlixani, «تحلیل سیاسی جنگ‌های پیامبر اکرم راهبردی برای امروز», "Bu gün üçün Peyğəmbəri-Əkrəmin (s) döyüşlərinin siyasi stratejik təhlili", Siyasi elmlər araşdırma jurnalı, nömrə 7, m.2008 \ Yay
  • Fəsəvi, Yaqub ibn Süfyan, Əl-Mərifətu vət-tarix, Beyrut, Ər-Risalə müəssisəsi, m.1980
  • Həsəni, Əli Əkbər, Tarixe təhlili sədre İslam, Tehran, Peyame nur nəşriyyatı, Tarixsiz
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Sirətün-Nəbəviyyə, Beyrut, Darul-Mərifə, Tarixsiz
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, m.1986
  • İbn Rüstə, Əhməd ibn Ömər, Əl-Əlaqun-Nəfsiyyə, Beyrut, Daru sadir, m.1892
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Taif, Məktəbətus-Sədiq, m.1993
  • İbn Seyyidun-Nas, Məhəmməd, Uyunul-əsər fi fununil-Məğazi, Darul-qələm, 1-ci çap, m.1993
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Xəldun, Tarixi-İbn Xəldun, Beyrut, Darul-fikr, m.1987
  • İbn Xəyyat, Xəlifə, Tarixi Xəlifə, Beyrut, Darul-kutubil-elmiyyə, m.1994
  • Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbihu vəl-əşraf, Qahirə, Darus-savi, Tarixsiz, Qum, Nəşrul-mənabis-səqafətil-İslamiyyə
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb və məadinul-cəvahir, Qum, Darul-hücrə, m.1988
  • Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix, Purt Səid, Məktəbətus-səqafətid-diniyyə, Tarixsiz
  • Qaidan, Əsğər, «سازماندهی جنگی در غزوات عصر پیامبر» Peyğəmbərin (s) zamanında Ğəzəvat döyüşlərinin idarə olunması, Döyüş tarixlərinin mütalilələri məcəlləsində, nömrə 3, m.2018 \ Bahar
  • Salihi Şami, Məhəmməd ibn Yusif, Subulul-hüda vər-rəşadi fi siyrəti xəyril-ibad, Təhqiq: Əbdül-Mövcud Adil Əhməd və Əli Məhəmməd, Beyrut, Darul-kutubil-elmiyyə, m.1993
  • Sübhani, Cəfər, Fərazhayi əz tarixe peyambəre İslam, Tehran, Məşər, m.2007
  • Sübhani, Cəfər, Furuğe əbədiyyət, Qum, Bustane kitab, m.2006
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixi-Təbəri, Beyrut, Darut-turas, m.1967
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra bi-əlamil-hüda, Alul-beyt (ə) müəssisəsi, Qum, 1-ci çap, m.1996
  • Vaqidi, Məhəmməd ibn Ömər, Kitabul-Məğazi, Əl-Ələmi müəssisəsi, Beyrut, 3-cü çap, m.1988
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixi-Yaqubi, Daru sadir, Beyrut, Tarixsiz
  • Yaqut Həməvi, Şəhabuddin Əbu Əbdiyyal, Mucəmul-buldan, Daru sadir, Beyrut, 2-ci çap, m.1995