Taslim:Seyid Cavad Hüseyni Xamenei
Şiə müctehidlərdən | |
| Əcdadı | Hüseyni seyyidlərindən |
|---|---|
| Məşhur qohumlar | Seyid Əli Xamenei (oğlu) - Seyid Müctəba Xamenei (oğul nəvəsi) - Seyid Haşim Mirdamadi Nəcəfabadi (qaynatası) - Məhəmməd Vaizzadə Xorasani (Bacanağı) |
| Doğum günü | 7/12/1895 |
| Doğulduğu şəhər | Nəcəf |
| Vəfatı | 5/7/1986 \ H.q 27 Şəvval 1406 \ Məşhəd şəhəri |
| Dəfn edildiyi yer | İmam Rzanın (ə) hərəmi |
| Təhsil aldığı yer | Təbriz \ Nəcəf \ Məşhəd |
| Ustadları | Ağa Hüseyn Qumi \ Mirza Məhəmməd Ağazadə Xorasani \ Mirza Mehdi İsfahani |
| İctihad icazəsi | Məhəmməd Hüseyn Naini - Seyyid Əbül-Həsən İsfahani - Ağa Ziyauddin İraqi |
Seyid Cavad Hüseyni Xamenei (Farsca: سید جواد حسینی خامنهای) şiə alimlərindən və müctəhidlərindən biri, həmçinin İran İslam İnqilabının ikinci rəhbəri Ayətullah Seyid Əli Xameneinin atasıdır. O, təhsilini Təbriz, Məşhəd və Nəcəfdə almış, Nəcəfdə ictihad dərəcəsini əldə etdikdən sonra Məşhədə köçmüş və ömrünün sonuna qədər orada yaşamışdır.
Doğumu və nəsli
Seyid Cavad Xamenei Nəcəfdə dünyaya gəlmiş və uşaqlıqda ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Onun nəsli İmam Səccada (ə) yetişir və dörd vasitə ilə Sultan Seyid Məhəmmədə çatır.[1] Sultan Seyid Məhəmməd Təfrişdən Azərbaycan bölgəsinə köçmüş və Təbrizin 80 km şimal-qərbində yerləşən Xamene şəhərində məskunlaşmışdır. Ondan sonra Seyid Hüseyn — Seyid Məhəmmədin oğlu — Xamenedə xalqın dini rəhbərliyini öz öhdəsinə götürmüş, daha sonra Nəcəfə gedərək orada dərs və tədrislə məşğul olmuşdur.[2]
Həyat yoldaşı və övladları
Seyid Cavad Xameneinin 40 yaşına yaxın bir vaxtda onun həyat yoldaşı vəfat etdi. Bu xanımdan onun üç qızı var idi. Birinci həyat yoldaşının vəfatından sonra o, Ayətullah Seyid Haşim Mirdamadinin qızı Xədicə Mirdamadi ilə evləndi.[3]
Ayətullah Seyid Cavad Xamenei Xədicə Mirdamadidən dörd oğul və bir qız sahibi oldu: Seyid Məhəmməd, Seyid Əli, Bədrüssadat, Seyid Hadi və Seyid Məhəmmədhəsən.
Xədicə Mirdamadi şəmsi təqvimi ilə 1368-ci ilin mordad ayının 15-də ürək tutmasından vəfat etdi və İmam Rza (ə) hərəminin daxilində dəfn olundu.
Təhsili
Seyid Cavad Xamenei ilkin dini elmləri Təbrizin mədrəsələrində oxudu.[4] Təxminən 9 il Məşhəddə qaldıqdan sonra Təbrizə qayıtdı.[5] Deyilənə görə, həmin dövrdə Tehran–Məşhəd yolu təhlükəli idi. Buna görə Seyid Cavad əvvəlcə Bakıya getdi, oradan Xəzər dənizi vasitəsilə Aşqabada yollandı və daha sonra Xorasan bölgəsinə çatdı.[6] O, Məşhəddə təhsilini davam etdirdi və 1345-ci hicri ilində Nəcəfə getdi.[7]
Müəllimləri
Seyid Cavad Xamenei Məşhəddə aşağıdakı alimlərin yanında fiqh və üsul elmlərini öyrəndi:
- Ağa Hüseyn Qumi
- Mirzə Məhəmməd Ağazadə Xorasanı (Kifai)
- Mirzə Mehdi İsfahani
- Fazil Xorasani
Fəlsəfə sahəsində isə o, aşağıdakı alimlərin tələbəsi olmuşdur:

- Ağa Böyük Həkim Şəhidi
- Əsədullah Yəzdi
Nəcəfdə isə o, bu böyük alimlərin yanında dərs oxumuş və onlardan ictihad icazəsi almışdır:
Məşhəddə məskunlaşma
Nəcəfdə təhsilini tamamlayıb ictihad dərəcəsi əldə etdikdən sonra o, İrana qayıdaraq Məşhədə getdi. Orada dərs deməklə yanaşı, Məşhəd bazarındakı Siddiqilər məscidində (azərbaycanlıların məscidi) imam-camaatlıq vəzifəsini icra etdi.[9] O, həmçinin Gövhərşad Cümə Məscidinin imam-camaatlarından biri idi.[10]

Seyid Cavad Xamenei mütaliəyə böyük maraq göstərirdi. Onun Mirzə Hüseyn Əbaei, Seyid Əliəkbər Xui (Ayətullah Xuinin atası), Mirzə Həbib Məliki və digər həmrütbələri ilə gündəlik elmi mübahisələri on illərlə davam etmişdi. O, təqvalı, dünyaya bağlı olmayan və zahidcəsinə yaşayan bir şəxs kimi tanınırdı.[11]
Vəfatı
Seyid Cavad Xamenei şəmsi təqvimi ilə 1365-ci ilin tir ayının 14-də (1406-cı hicri qəməri ilin şəvval ayının 27-də) vəfat etdi.[12] Məşhədin o dövrdəki imam-cüməsi Ayətullah Əbülhəsən Şirazi (1293–1379) onun cənazə namazını qıldırdı və o, İmam Rza (ə) hərəminin Dərülfeyz yaxınlığında, zərihin arxa tərəfində dəfn olundu.[13] İmam Xomeyni (r.ə) Ayətullah Seyid Əli Xameneiyə göndərdiyi başsağlığı mesajında Seyid Cavad Xameneini təqvalı və vəzifəbilən bir alim kimi yad etmişdi.[14]
“Həyat buradadır” kitabının təqdimatı
Qələm Günü ilə eyni vaxtda, xüsusi bir mərasimdə Məhdi Qəzəlinin qələmə aldığı və Ayətullah Seyid Cavad Xameneinin həyatını mövzu edən “Həyat buradadır” kitabı Təbriz Cümə Məscidində təqdim olundu.[15]
İstinadlar
- ↑ «نگاهی گذرا به زندگینامهی حضرت آیتاللهالعظمی شهید سیدعلی حسینی خامنهای», Khamenei.ir saytı
- ↑ «نگاهی گذرا به زندگینامهی حضرت آیتاللهالعظمی شهید سیدعلی حسینی خامنهای», Khamenei.ir saytı
- ↑ «گذری بر زندگی آیتالله سید جواد خامنهای», Khamenei.ir saytı
- ↑ Cəlali, Xamenei - Seyid Cavad, s.176
- ↑ Cəlali, Xamenei - Seyid Cavad, s.176
- ↑ Behbudi, Şərhe İsm
- ↑ Cəlali, Xamenei - Seyid Cavad, s.176-177
- ↑ Cəlali, Xamenei - Seyid Cavad, s.176-177
- ↑ Behbudi, Şərhe İsm, s.15
- ↑ Cəlali, Xamenei - Seyid Cavad, s.177
- ↑ Qolizade Əliyari, Xandane Xamenei, s.972
- ↑ Hairi, Ruzşomare şəmsi, s.254
- ↑ Cəlali, Xamenei - Seyid Cavad, s.177
- ↑ İmam Xomeyni, Səhifeye İmam, c.20, s.71
- ↑ «رونمایی از کتاب زندگی اینجاست», Khabaronline saytı
Ədəbiyyat
- نگاهی گذرا به زندگینامهی حضرت آیتاللهالعظمی شهید سیدعلی حسینی خامنهای (Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin həyatına ötəri bir baxış), Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin əsərlərinin qorunması və hifzi üzrə sayt, Mətləbin dərc tarixi: 21/3/2014; Baxış tarixi: 12/9/2026
- «گذری بر زندگی آیتالله سید جواد خامنهای» (Ayətullah Seyid Cavad Xameneinin həyatına baxış), İslam inqilabının isnad mərkəzi, Mətləbin dərc tarixi: 6/7/2021; Baxış tarixi: 12/9/2026
- Behbudi, Hidayətullah, Şərhe İsm, Tehran: Siyasi araşdırmalar və mütaliələr müəssisəsi, h.ş 1391 (2012)
- Cəlali, Ğulamrza, Xamenei - Seyid Cavad, Məşhur nəzərə görə İmam Rzanın (ə) hərəmində dəfn olunub, Ğulamrza Cəlalinin nəzarəti altında; Məşhəd, İslam araşdırmalar mərkəzi, h.ş 1386 (2007)
- Hairi, Əli, Ruzşomare şəmsi, Hazırlayan: Sədo sima araşdırmalar mərkəzi, Qum, Əql ofisi, h.ş 1386 (2007)
- İmam Xomeyni, Seyid Ruhullah, Səhifeye İmam, Tehran, İmam Xomeyninin əsərlərinin qorunması və hifzi üzrə sayt, h.ş 1378 (1999)
- Qolizade Əliyari, Mustafa, Xandane Xamenei, Qoşəne əbrarda, 2-ci cild, Qum, Mərif nəşri, h.ş 1382 (2003)