Məzmuna keç

Taslim:Zimmi kafir

wikishia saytından



Zimmi kafir (ərəbcə: الكافر الذمي) – İslam ölkəsində yaşayan və İslam hökmlərinə görə cizyə ödəməli olan kitab əhli qrupuna deyilir. İslam şəriətinə əsasən, zimmi kafirlər İslam diyarında yaşamaq və toxunulmazlıq hüququna sahib olmaq üçün İslam hakimiyyəti ilə “zimmə müqaviləsi” bağlamalıdırlar. Kitab əhlindən məqsəd yəhudilər, xristianlar və zərdüştilərdir.

Fəqihlərin fətvasına görə, kitab əhli “zimmə müqaviləsi”ndə bu məsələlərə əməl etməlidirlər: Cizyə ödəmək, müsəlmanlarla vuruşmamaq və onların düşmənlərinə kömək etməmək, müsəlmanlara əziyyət verməmək (oğurluq və düşmənlər üçün casusluq kimi şeylər etməklə), İslamda haram olan işləri açıq-aşkar etməmək, kilsə kimi ibadətgah tikməmək və zəng çalmamaq, onlara İslam hökmlərinin tətbiqinə razı olmaq. Bunun müqabilində isə İslam dövləti onların mallarına sahiblik hüququnu tanıyır və İslam cəmiyyətindəki hüquqlarını qoruyur.

Fiqhi tərif və nümunələri

Zimmi kafir, hərbi kafirin əksinə olaraq, İslam diyarında yaşayan və İslam hakimiyyəti ilə “zimmə müqaviləsi” bağlamış kitab əhli mənasına gəlir.[1] Zimmə, kitab əhlinin cizyə ödəməsi müqabilində öz dinlərində qalmasına və İslam hökuməti tərəfindən qorunmasına icazə verilən bir müqavilədir.[2]

Fəqihlər yəhudiliyin, xristianlığın və zərdüştiliyin ardıcıllarını kitab əhli sayırlar.[3]

Zimmə müqaviləsinin şərtləri

Fəqihlərin fətvasına görə, zimmə müqaviləsində kitab əhli altı şərtə riayət etməlidir: Cizyə ödəmək; Müsəlmanlarla vuruşmamaq və onların düşmənlərinə kömək etməmək; Müsəlmanlara əziyyət verməmək (oğurluq və düşmənlər üçün casusluq kimi şeylər etməklə); İslamda haram sayılan işləri açıq şəkildə nümayiş etdirməmək; Kilsə kimi ibadətgahlar tikməmək və zəng çalmamaq; Onlara İslam hökmlərinin tətbiqinə razı olmaq.[4] Bunun müqabilində İslam dövləti onlara öz dinlərində qalmağa, İslam diyarında yaşamağa və toxunulmazlığa icazə verir.[5]

Müasir dövrdə isə vətəndaşlıq hüquqları anlayışına əsaslanan ölkə qanunlarına görə, İran İslam Respublikasının Konstitusiyasında zimmə müqaviləsi haqqında hər hansı şey yoxdur və bu müqavilə icra olunmur.[6]

Fiqhi hökümlər

Bəzi zimmi kafirlərlə bağlı fiqhi hökmlər bunlardır:

  • Zimmi kafir müsəlmanların məscidlərinə daxil ola bilməz.[7]
  • Zimmi kafir öz dinində halal olan, lakin İslamda halal olmayan əməlləri görə bilər; amma bu əməlləri aşkar şəkildə etməməlidir.[8]
  • Əgər zimmi kafir İslamda haram olan bir işi açıq-aşkar etsə, İslam qanunlarına əsasən cəzalandırılır.[9]
  • Əgər zimmi kafir öz dinində də haram olan bir əməli etsə, İslam hakimi onu İslam hökmlərinə görə cəzalandıra bilər və ya həmin işin hökmünü onların din adamlarına həvalə edə bilər.[10]
  • Əgər iki zimmi kafir İslam hakiminin yanına şikayətə gəlsələr, hakim onlarla İslam hökmlərinə əsasən davranmaq və ya onları öz məhkəmələrinə göndərmək ixtiyarına malikdir.[11]
  • Əgər bir müsəlman bilərəkdən zimmi kafiri öldürsə, qisas olunmur; yalnız bu işi adət halına gətirərsə, müsəlmanla zimmi kafirin diyəsi arasındakı fərqi ödədikdən sonra qisas olunur.[12]
  • Əgər zimmi kafir bilərəkdən müsəlmanı öldürsə, özü və malı müsəlmanın vəliyyi-dəminə (qan sahibinə) təhvil verilir və onlar istəsələr onu öldürə, istəsələr qul edə bilərlər.[13]
  • Zimmi kafir İslam torpağında ibadətgah tikə bilməz; lakin əvvəldən mövcud olan ibadətgah dağıdılmır və ondan istifadə edə bilər.[14]

İslam cəmiyyətində zimmi kafirlərin hüquqları

Əsas məqalə: Dini azlıqların hüquqları

Zimmı kafir İslam cəmiyyətində mövcud olan əhd və müqaviləyə əsasən müəyyən hüquqlara malikdir. Onlardan bəziləri bunlardır:

  1. Mal və can toxunulmazlığı: Can, mal, namus, məbədlər, şəxsiyyət və qeyri-müsəlmanların abır-həya­sı İslam ölkəsində toxunulmazdır.[15] Hətta İslamda mali dəyəri olmayan şərabdonuz kimi şeylər də onların əlində olduqda mal hesab olunur. Əgər bir müsəlman onları məhv edərsə və ya zərər yetirərsə, gərək onun əvəzini ödəsin.[16]
  2. Məhkəmə hüquqları: İslam cəmiyyətində qeyri-müsəlmanların məhkəmə hüquqları tanınır. Onlar hüquqi mübahisələrində ya öz dini hökmlərinə əsaslanan məhkəməyə, ya da müsəlmanların məhkəməsinə müraciət etməkdə ixtiyar sahibidirlər.[17]
  3. Qeyri-müsəlmanın diyəsi: Məşhur fəqihlərin fətvasına görə, zimmı kafirin diyəsi müsəlmanın diyəsindən azdır.[18] Lakin 4-cü hicri əsrin böyük alimlərindən olan Şeyx Səduq belə hesab edirdi ki, əgər zimmı kafir zimmə şərtlərinə əməl etsə və İslam hökumətinin amanında olsa, onun diyəsi müsəlmanla bərabərdir.[19] Bu gün də bəzi fəqihlər – o cümlədən Ayətullah Xamenei,[20] Ayətullah Məkarim Şirazi[21]Ayətullah Mərifət[22] – onların diyəsini müsəlmanların diyəsi ilə bərabər bilirlər.[23] İran İslam Respublikasının qanunlarında da dini azlıqların diyəsi müsəlmanın diyəsi ilə bərabərdir.[24]

Əlaqəli məqalələr

İstinadlar

  1. Meşkini, Müstələhatul-fiqh, h.ş1392, s.470
  2. Meşkini, Müstələhatul-fiqh, h.ş1392, s.280-281
  3. Meşkini, Müstələhatul-fiqh, h.ş1392, s.470; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.227, 228; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.298
  4. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.300-301
  5. Muğniyə, Fiqhul-İmam Əs-Sadiq, h.q 1421, c.2, s.262
  6. Nasiri Müqəddəm, Təhəvvolpəziri qərardade zimmə ba peydayeşe hüquqe şəhrivəndi modern
  7. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.303; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.286
  8. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.305; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.317
  9. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.305; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.318
  10. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.303; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.286
  11. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.110, s.157-158; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.67
  12. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.196; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.42, s.151
  13. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.196; Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.547
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.280-282
  15. Əzizan, Hüquq və təkalife şəhrevəndane ğeyri müsəlman dər cameye İslami, s.172
  16. Əlişahi Qəlecuqi, Pejuheşi dər iabehey əmvale kafirane hərbi əz neqahe fiqhe şie, s.89
  17. Əzizan, Hüquq və təkalife şəhrevəndane ğeyri müsəlman dər cameye İslami, s.174-175
  18. Əzizan, Hüquq və təkalife şəhrevəndane ğeyri müsəlman dər cameye İslami, s.176
  19. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.123
  20. وبگاه مرکز پژوهش‌های مجلس شورای اسلامی، «قانون الحاق یک تبصره به ماده (۲۹۷) قانون مجازات اسلامی مصوب ۱۳۷۰».
  21. Məkarim Şirazi, istiftaate cədid, h.q 1427, c.3, s.453
  22. Mərifət, Diyeye Əhli-kitab, s.6
  23. Əzizan, Hüquq və təkalife şəhrevəndane ğeyri müsəlman dər cameye İslami, s.177
  24. Əzizan, Hüquq və təkalife şəhrevəndane ğeyri müsəlman dər cameye İslami, s.177

Ədəbiyyat

  • Seyid Mürtəza, Əli ibn Hüseyn, Əl-İntisaru fi infiradatil-İmamiyyə, Düzəliş və təhqiq: İslami nəşriyyat dəftərinin bir qrup araşdırmaçısı, Qum, Dəftəre intişarate İslami vabeste be camee müdərrisin Hozeye elmiyyeye Qum, 1-ci çap, h.q 1415
  • Şəhid Sani, Zeynuddin, Məsalikul-əfham ila tənqihi şəraiil-islam, Təhqiq: İslami məarif müəssisəsinin bir qrup araşdırmaçısı, Qum, İslami məarif müəssisəsi, 1-ci çap, h.q 1413,
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Təhqiq və Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Dəftəre intişarate İslami vabeste be camee müdərrisin Hozeye elmiyyeye Qum, 2-ci çap, h.q 1413
  • Əzizan, Mehdi, Hüquq və təkalife şəhrevəndane ğeyri müsəlman dər cameye İslami, Fəslnameye Hokuməte islami, nömrə 67, h.ş 1392
  • Əlişahi Qəlecuqi, Əbulfəzl, Pejuheşi dər iabehey əmvale kafirane hərbi əz neqahe fiqhe şie, Fəslnameye pejuheşhaye fiqh və hüquqe İslami, 10-c il, nömrə 34, Qış, h.ş 1392
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam fi məsailil-həlali vəl-həram, Təhqiq və düzəliş: Əbdul-Hüseyn Məhəmməd Əli Bəqqal, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
  • Mərifət, Məhəmməd Hadi, Diyeye Əhli-kitab, Mahname dadresi, nömrə 11, h.ş 1377
  • Muğniyə, Məhəmməd Cavad, Fiqhul-İmam Əs-Sadiq, Qum, Ənsariyan müəssisəsi, 2-ci çap, h.q 1421
  • Məkarim Şirazi, Nasir, İstiftaate cədid, Qum, Əli ibn Əbi Talib mədrəsəsinin nəşriyyatı, 2-ci çap, h.q 1427
  • Nasiri Müqəddəm, Hüseyn, Təhəvvolpəziri qərardade zimmə ba peydayeşe hüquqe şəhrivəndi modern, Məcəlleye fiqh və üsul, nömrə 105, h.ş 1395
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-İslam, BeyrutŞ, Daru ihyait-turasil-ərəbi, 7-ci çap, h.q 1404
  • وبگاه مرکز پژوهش‌های مجلس شورای اسلامی، «قانون الحاق یک تبصره به ماده (۲۹۷) قانون مجازات اسلامی مصوب ۱۳۷۰»، تاریخ بازدید: ۸ تیر ۱۴۰۰ش

Xarici keçid