Yəstəşir duası

wikishia saytından
(Yəstəşir səhifəsindən yönləndirilmişdir)
Yəstəşir duası
MövzuAllahın sifətləri
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİslam Peyğəmbəri (s)
Raviİmam Əli (ə)


Yəstəşir duası (ərəbcə: دعاء يستشير) Allahın sifətlərini, Allaha həmd və sitayişi bəyan edən duadır ki, Həzrət Peyğəmbər (s) onu Həzrət Əliyə (ə) öyrətdi və ondan bütün hallarda oxumasını istədi. Seyid ibn Tavus “Muhəcud-dəəvat” kitabında bu duanı qeyd etmiş və Peyğəmbərin (s) dilindən onu oxumağın günahların bağışlanması kimi fəzilət və savablarını qeyd etmişdir.

Duanın sənədi

Şeyx Abbas QummiMəfatihul-cinan” kitabında qeyd edib: Seyid ibn Tavus “Muhəcud-dəəvat” kitabında İmam Əlidən (ə) nəql edir ki, Peyğəmbər (s) mənə “Yəstəşir” duasını öyrətdi. Onu bütün hallarda, rahatlıqda və çətin anlarda oxumağı və özümdən sonrakı canişinə öyrətməyi əmr etdi. Həmçinin Allahla görüşənə qədər onu tərk etməməyi mənə tapşırdı. Həzrət Əli (ə) daha sonra Həzrət Peyğəmbərdən (s) nəql edir: Ey Əli! Allahın Ərşinin xəzinələrindən olan bu duanı hər səhər və axşam oxu.[1]

Duanın adlandırılması

Seyid İbn Tavus bu dua üçün bir ad qeyd etməmişdir,[2] lakin Mühəddis Qummi “Məfatihul-cinan” kitabında onu “Yəstəşir” duası kimi qeyd etmişdir.[3] Deyilənə görə, bu duanın adının duanın əvvəlindəki “və la xəlqin min ibadihi yəstəşiru” ifadəsindən alınmışdır.[4] “Muhəcud-dəəvat” kitabının bəzi nəşrlərində bu dua “Duaun Əliyyun əlləməhu li Səlman” (Əlinin Salmana öyrətdiyi dua) adı ilə təqdim edilmişdir.[5] Həmçinin bəzi dua kitablarında da “İmam Əlinin duası”[6] olaraq adlandırılıb.

Duanın məzmunu

İbn Tavus kitabında “Yəstəşir” duası “əl-həmdu lilləhilləzi la ilahə illa huvəl məlikul həqqul mubin” ifadəsi ilə başlayıb.[7]  Kəfəminin kitabının bir nüsxəsində onun başlanğıc cümləsi bir qədər dəyişikliklə “əl-həmdu lilləhilləzi la ilahə illa huvəl həyyul qəyyum əddaimul məlikul həqqul mubin” olaraq gəlib.[8] Allaha həmd-səna etmək, Allahı böyük və əzəmətlə yad etmək, Allahın sifətlərini bəyan etmək və bəndənin aciz olduğunu izhar etmək duanın ümumi məzmununu təşkil edir. Habelə onun bir neçə yerində Quran ayələri də qeyd olunur.

Duanı oxumağın mükafatı

“Muhəcud-Dəəvat” kitabında nəql olub ki, Peyğəmbər (s) “Yəstəşir” duasının fəzilətini Ubəyy ibn Kəb Ənsari və Salman Farsi üçün bəyan etmişdir. Bu duanın savablarından bəziləri aşağıdakılardan ibarətdir:

  • Aramlıq və ilahi rəhmətin nazil olması.
  • Dünya və axirət ehtiyaclarının həyat keçməsi.
  • Qəbir əzabından xilas olmaq.
  • Cənnətdə məskunlaşmaq.
  • Qəlbdən qəm və xəstəliklərin çıxarılması.
  • Şəhidliyin savabı gecə və ya gündüz bu duanı oxuyub dünyasını dəyişənə verilər.
  • Günahların bağışlanması.[9]

İstinadlar

  1. Qumi, Məfatihul-cinan, Üsvə, s.78
  2. İbn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.122-124
  3. Qumi, Məfatihul-cinan, Üsvə, s.78
  4. «دعای یستشیر»
  5. İbn Tavus, Muhəcud-dəəvat, h.q 1424, s.156
  6. Kəfəmi, Əl-Bələdul-əmin, h.q 1418, s.380
  7. İbn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.124
  8. Kəfəmi, Əl-Bələdul-əmin, h.q 1418, s.380
  9. İbn Tavus, Muhəcud-dəəvat, h.q 1424, s.122-123

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, Muhəcud-dəəvat, Qum, Daruz-zəxair, h.q 1411
  • İbn Tavus, Əli ibn Musa, Muhəcud-dəəvat, Beyrut, h.q 1424
  • دعای یستشیر, makarem.ir saytı
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, Üsvə
  • Kəfəmi, İbrahim ibn Əli, Əl-Bələdul-əmin, Beyrut, h.q 1418