Orta ümmət

wikishia saytından
(Ümmət vəsət səhifəsindən yönləndirilmişdir)

Ümmət vəsət (ərəbcə: الأمة الوسط), insanlarla Peyğəmbər (s) arasında vasitəçi olan, bütün insanların bu dünyada gördüyü işlərə şahid olan və axirətdə onlara şahid olan seçilmiş bir qrupdur. Bu söz Bəqərə surəsinin 143-cü ayəsində müsəlmanlar haqqında işlənmişdir.

Şiəsünni təfsirlərində onun nümunələri haqqında çoxlu sözlər qeyd olunmuşdur. Şiə təfsirçiləri, məsum imamları (ə) və sünni təfsirçiləri bütün müsəlmanları, səhabələri və sünniləri buna nümunə hesab etmişlər. Həmçinin belə bir ümmət üçün məsumluq, ədalət və rasionallıq kimi xüsusiyyətləri sadalamışlar.

Tərifi

"Ümmət vəsət" (orta ümmət) "Bəqərə" surəsinin 143-cü ayəsində müsəlmanlar haqqında işlədilən kəlmədir. Sözügedən ayə, bu ümmətin digər ümmətlərdən üstünlüyünə və ləyaqətli olmasına dəlil hesab edir ki, müsəlmanlar başqa insanlara şahid olsunlar.

"Ümmət vəsət" (orta ümmət) o deməkdir ki, Allah sizi ifrat və təfrit etməkdən (ifrat və onun ziddi arasında mötədil) qorunan bir ümmət etmişdir.[1] Təfsirlərdə onun barəsində qülüv etməmək və əqidə qüsurlarından qorunmaq, maddiyyata və rahibliyə qapılmamaq, öz elminə bağlı qalmamaq və başqalarının biliklərindən istifadə etmək, başqa millətlərlə qarşılıqlı ictimai əlaqələr yaratmaq, başqa sözlə, müsəlman insanının müxtəlif ölçülərinə sahib olmaq kimi yozumlar edilmişdir.[2]

Təfsirçilər "ümmət vəsət"i (orta ümməti) ədalətli ümmət,[3] ən yaxşı xalqlar,[4] bütün insanların başçısı, mehvəri və ağası,[5] nümunəvi millət və ağıllı millət[6] kimi məna etmişlər. Həmçinin nəhayət, onlar "ümmət vəsət"i (orta ümməti) imtiyazlı, seçilmiş bir qrup, insanlarla Peyğəmbər (s) arasında vasitəçi, bütün insanların dünyadakı əməllərinə şahid, axirətdə də onlara şahid hesab ediblər.[7]

Nümunələr

Təfsirçilər "ümmət vəsət"in (orta ümmət) nümunələrinin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər söyləyirlər. Bütün müsəlmanları, Peyğəmbərin (s) səhabələrini, sünniləri və şiə imamlarını (ə) bu kəlmənin nümunələri kimi qeyd ediblər:

  • Bütün müsəlmanlar: Bir sıra sünni təfsirçiləri İslam Peyğəmbərinin (s) dəvətini qəbul edənlərin hamısını "ümmət vəsət"in (orta ümmətin) nümunəsi hesab edirlər. Rəsulullahın (s) ümmətinin orta ümmət olmasını izah edərkən müsəlmanların bir tərəfdən kitab əhli, digər tərəfdən isə müşriklər və bütpərəstlərlə münasibətdə mötədil olduğunu söyləmişlər. Çünki kitab əhlindən bəziləri yalnız ruhun möhkəmlənməsinə diqqət yetirib, bədənin kamilliklərini tərk etmiş, əksinə, müşriklər, ruhun fəzilətlərini tərk edərək, yalnız cismin ləzzətlərinə yönəlmişlər. Lakin İslam ümməti həm ruhun ehtiyacları və həm də cismin ehtiyacları arasında tarazlıq yaradıb.[8] 4-cü əsrdə sünni təfsirçisi olan Məhəmməd ibn Cərir Təbərinin dediyinə görə, "ümmət vəsət"dən (orta ümmətdən)  məqsəd o müsəlmanlardır ki, dindarlıqda nə xristianlar kimi, rahiblik və ya Həzrət İsa (ə) haqqında qülüv edirlər, nə də yəhudilər kimi Allahın kitabını təhrif edir və dindarlıqda səhlənkarlıq edirlər.[9]
  • Səhabə, tabein və əhli-sünnə: Bəzi əhli-sünnə alimləri ilk növbədə Peyğəmbərin (s) səhabələri, sonra isə tabeinləri və tabinlərin tabeinlərini və səhabələrin yolunu davam etdirənləri bu ayənin nümunələri hesab edirlər. Onların fikrincə, raşidin xəlifələrindən sonra İslam ümməti parçalandı və bəziləri xəvaric kimi bidətlə, şiələr isə qülüv və fitnə ilə orta yoldan çıxdılar və yalnız sünnilər səhabələrin yolunu tutaraq doğru yolda qaldılar və "ümmət vəsət"in (orta ümmətin) nümunələri sayılırlar.[10]
  • Şiə imamları (ə): Şiə təfsirçilərinin çoxu belə hesab edir ki, bəziləri bu ayədən ümmətin icmasının höccət və dəlil olmasını və onların ədalətini çıxarsalar da, amma bu o demək deyil ki, bu ümmətin bütün fərdləri xətalardan qorunmuşdurlar. Həqiqətdə, onların arasında elə şəxslər var ki, məsum olduqları üçün şahid olmaq qabiliyyətinə sahibdirlər. Bu dəstənin onların arasında olmasına görə İslam ümməti "ümmət vəsət" (orta ümmət) sayılır.[11] Hədislərə[12]Quranın digər ayələrinə əsasən, belə bir məqam imamlara (ə) məxsusdur ki, insanların dünyadakı əməllərinin həqiqətlərini gördüklərində dözmək qabiliyyətinə sahibdirlər və Qiyamət günü onlara şahidlik edirlər.[13]

Xüsusiyyətlər

"Ümmət vəsət" (orta ümmət) üçün bəzi xüsusiyyətlər qeyd olunur. Ədalət, məsumluq, elm[14] və rasionallıq[15] bunlardandır.

  • Məsumluq: Şiə müfəssirləri inanırlar ki, camaata şahid olanlar hər cür xəta və səhvlərdən qorunmalıdırlar. Çünki orta ümmətin həyata keçməsi Həzrət İbrahim (ə) və Həzrət İsmayılın (ə) istəklərindən biri idi. Həzrət İbrahim (ə) Kəbənin inşası zamanı Allahdan öz nəslindən bir elçinin göndərilməsini istəyir ki, Allahın ayələrini insanlara oxusun. Təfsirçilər hesab edirlər ki, “Həcc” surəsinin 78-ci ayəsində İbrahimin (ə) duasının qəbul ounmasına işarə edilərkən, burada Allahın əmrlərinə asi olmayan və günahdan uzaq olan seçilmiş bir qrup nəzərdə tutulur. Onların başqa bir dəlili budur ki, yalnız məsumların edə biləcəyi xüsusi bir şəhadət növünə işarə edilir.[16]
  • Ədalət: Çoxlu sayda təfsirçilər İslam Peyğəmbərinin (s) rəvayətlərinə əsaslanaraq ədaləti orta ümmətin xüsusiyyətlərindən biri hesab edirlər ki, bu da onları ifrata varmaqdan və təfrit etməkdən çəkindirir və orta yolu gedirlər.[17]

İstinadlar

  1. Rağib İsfahani, Müfrədat, "Vəsət" sözünün şərhində
  2. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.320; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.488-489
  3. Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.1, s.144; Fəxr Razi, Təfsirul-kəbir, h.q 1420, c.4, s.84
  4. Fəxr Razi, Təfsirul-kəbir, h.q 1420, c.4, s.84-85
  5. Fəxr Razi, Təfsirul-kəbir, h.q 1420, c.4, s.84-85
  6. Taliqani, Pərtuye əz Quran, h.ş 1362, c.1, s.324
  7. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.321-322; Rəbbani, Umməte vəsət, s.287
  8. Seyyid Qütb, Fi zilalil-Quran, h.q 1412, c.1, s.130-131
  9. Təbəri, Cameul-bəyan, h.q 1412, c.2, s.5
  10. Səllabi, Əl-Vəsətiyyətu fil-Quran, h.q 1426, s.3
  11. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.321
  12. Səffar, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.82; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.191
  13. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.415; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1
  14. Qiraəti, Nur təfsiri, h.ş 1383, c.1, s.221
  15. Taliqani, Pərtuye əz Quran, h.ş 1362, c.2, s.2
  16. Rəbbani, Umməte vəsət, s.288-289
  17. Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.1, s.144; Fəxr Razi, Təfsirul-kəbir, h.q 1420, c.4, s.84

Ədəbiyyat

  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müfrədat, Livan - Suriya, Darul-elm, h.q 1412
  • Rəbbani, Seyyid Cəfər, Umməte vəsət, Qum, Bustane kitab, h.ş 1382
  • Seyyid Qütb, Seyyid İbrahim Həsən, Fi zilalil-Quran, Qahirə, h.q 1412
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Qum, h.q 1404
  • Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, h.q 1404
  • Səllabi, Məhəmməd, Əl-Vəsətiyyətu fil-Quran, Beyrut, Darul-mərifət, h.q 1426
  • Taliqani, Seyyid Mahmud, Pərtuye əz Quran, Tehran, h.ş 1362
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifət, h.q 1412
  • Fəxr Razi, Məhəmməd ibn Cərir, Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, h.ş 1383
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1371

Xarici keçid