İmam Hadi (ə)
Adı | Əli ibn Məhəmməd (ə) |
---|---|
Doğulduğu gün | H.q 212 - 15 Zilhiccə |
Döğulduğu yer | Sərya - Mədinə |
İmamət müddəti | 34 il (h.q 220 - 254) |
Şəhadət | H.q 254 - 3 Rəcəb |
Dəfn olunduğu məkan | İraq - Samirra |
Yaşadığı məkan | Mədinə - Samirra |
Ləqəbləri | Hadi - Nəqi |
Atası | İmam Cavad (ə) |
Anası | Səmanə Məğribiyyə |
Zövcələri | Hüdeys |
Övladları | Həsən - Məhəmməd - Hüseyn - Cəfər |
Ömür müddəti | 42 il |
H.q 212: 15 Zilhiccə | İmam Hadinin (ə) təvəllüdü |
H.q 218 | Məmun Abbasinin ölümü - Mötəsim Abbasinin xilafətinin başlanğıcı - Nasibi alimi Cüneydinin İmam Hadinin (ə) uşaqlığında elminə etirafı |
H.q 219 | İmam Cavadın (ə) həbs olunması. Mötəsim Abbasi tərəfindən onun Bağdada göndərilməsi |
H.q 220: Zilqədə ayının axırı | İmam Cavadın (ə) şəhadəti - İmam Hadinin (ə) imamətinin başlanğıcı |
H.q 227 | Mötəsimin ölümü - Vasiqin xilafətinin başlanğıcı |
H.q 231 | Mədinədə İmam Həsən Əskərinin (ə) mövludu - "Quranın yaradılması" məsələsi barədə yoxlanışı - İmam Hadinin (ə) Quranın yaradılması ilə bağlı ixtilafı bidət hesab etməsi ilə bağlı məktubunun yazılması |
H.q 232 | Vasiqin ölümü - Mütəvəkkilin xilafətinin başlanğıcı |
H.q 233 | Mütəvəkkilin əmri ilə İmam Hadinin (ə) Samirraya göndərilməsi - Mütəvəkkilin İbn Sikkitidən İmam Hadinin (ə) elmini sınamaq üçün dəvəti. |
H.q 236 | Mütəvəkkilin əmri ilə İmam Hüseynin (ə) qəbrinin dağıdılması |
H.q 244 | Mütəvəkkilin əmri ilə Əmirəl-möminin (ə) və onun övladlarına olan sevgisi səbəbiylə İbn Sikkitin şəhadəti |
H.q 246 | Dəbil Xuzainin vəfatı |
H.q 247 | Mütəvəkkilin İmam Hadiyə (ə) qarşı hörmətsizliyi - Mütəvəkkilin oğlu Müntəsir tərəfindən öldürülməsi, Müntəsirin əmri ilə İmam Hüseynin (ə) ziyarətinə qadağanın götürülməsi və Fədəkin Əhli-beytə (ə) qaytarılması |
H.q 248 | Müntəsirin ölümü və Müstəinin vilafətinin başlanğıcı |
H.q 250 | Yaqub Leys Səffarinin ilk birbaşa döyüşü |
H.q 252 | Müstəinin istefası və Mötəzin xilafətə keçməsi - İmam Hadinin (ə) oğlu Məhəmmədin vəfatı |
H.q 254: 3 Rəcəb | İmam Hadinin (ə) şəhadəti |
İmam Hadi (ə) (ərəbcə: الإمام علي الهادي عليه السلام) və ya İmam Əli əl-Nəqi adı ilə tanınan Əli ibn Məhəmməd (212-254 h.q), şiələrin imamı və imam Cavadın (ə) oğludur. Onun imamət dövrü hicri tarixi ilə 220-254 cü illərdə 34 il müddətində olmuşdur. İmam Hadinin (ə) imamət dövrü, bir neçə Abbasi xəlifələrinin xilafəti ilə bir dövrə təsadüf edir; o cümlədən Mütəvəkkilin xilafəti dövrünə. O, imamətinin çox illərini Samirra şəhərində Abbasi hakimiyyətinin nəzarəti altında keçirmişdir.
İmam Hadidən (ə) etiqadi, təfsir, fiqh və “cəbr və ixtiyar” (məcburiyyət və azad iradə) mövzularında bir sıra hədislər nəql olunmuşdur. Bu hədislərin bəzilərində, Kəlam elminə “Təşbih və tənziyə həmçinin cəbr və ixtiyar” (Kəlam elmində Allahın sifətləri haqda istifadə edilən termenologiya) işarə edilmişdir. “Camieyi-Kəbirə” və “Qədiriyyə” ziyarətnaməsi də o imamdan nəql edilmişdir.
Abbasi xəlifələri, imam Hadiyə (ə) qarşı təzyiqlər göstərir və şiələrin o həzrətlə görüşlərin qarşısını alırdılar. Bunun üçün də, o öz vəkilləri vasitəsilə şiələrlə əlaqə saxlayırdı. Əbdül Əzim Həsəni, Osman ibn Səid, Əyyub ibn Nuh və Həsən ibn Raşid, onun səhabələrindən olmuşdur.
İmam Hadinin (ə) mübarək qəbri Samirra şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. Bu ziyarətgah, onun və oğlu imam Həsən Əskərinin (ə) dəfn olunduğu üçün, “Əskəriyəyn hərəmi” adlandırılır. “Əskəriyəyn hərəmi” şəmsi tarixi ilə 1384-1386 cı illərdə terorist hücumlarına məruz qalaraq dağıdılır. İranın “Ətəbat və aliyat” təşkilatı tərəfindən 1379-cu ildən 1394-cü illər arasında yenidən təmir edildi.
Adı, əcdadı və ləqəbləri
Əsas məqalə: İmam Hadinin (ə) ləqəb və künyələrinin siyahısı
İmam Hadi və yaxud Əli əl-Nəqi adı ilə tanınan Əli ibn Məhəmməd, şiələrin onuncu imamıdır. Atası imam Cavad (ə) şiələrin doqquzuncu imamı və anası[1] Səmanə Məğribiyyə[2] və ya Susən[3] adında kəniz olmuşdur.
Şiələrin onuncu imamlarının ən məşhur ləqəbləri, Hadi və Nəqi olmuşdur.[4] Deyilənlərə görə onun Hadi ləqəbi ilə tanınmasının səbəbi bu olmuşdur ki, o öz zamanında insanları xeyrxahlıqa doğru hidayət edən ən yaxşı şəxs olmuşdur.[5] Həmçinin onun üçün Mürtəza, Alim, Fəqih, Əmin, Nəsih, Xalis və Təyyib kimi ləqəblər də qeyd edilmişdir.[6]
Şeyx Səduq (vəfat 381 h.q) öz ustadlarından nəql edir, imam Hadi (ə) və onun oğlu imam Həsən Əskərini (ə) Samirra şəhərində “Əskər” məntəqəsində yaşadıqları üçün, “Əskəri” adlandırırdılar.[7] Əhli-sünnə alimi İbn Cəvzi (vəfat 654 h.q) də, “Təzkirətul-xəvas” kitabında imam Hadiyə (ə) Əskəri nisbətinin verilməsini bu cür əsaslandırmışdır.[8]
Künyəsi “Əbül-Həsən”-dir.[9] Hədis mənbələrində “üçüncü Əbül-Həsən”[10] “birinci Əbül-Həsən” yəni imam Kazım (ə) və “ikinci Əbül-Həsən” yəni imam Rza (ə) arasında səhvə yol verilməməsi üçün “üçüncü Əbül-Həsən” kimi də adlandırılmışdır.[11]
Həyatı
Küleyni,[12] Şeyx Tusi,[13] Şeyx Müfid[14] və İbn Şəhraşub kimi böyük şəxsiyyətlərin dediklərinə əsasən,[15] imam Hadi (ə) hicri tarixi ilə Zil-Hiccə ayının 15-i “Səryada” (Mədinə şəhəri yaxınlığındakə məntəqə) dünyaya göz açmışdır. Buna baxmayaraq, onun anadan olduğu tarixi həmin il Rəcəb ayının 2-si və 5-i[16] həmçinin hicrətin 214-cü ilin Rəcəb ayı və 215-ci ilin Cəmadiyus-sani ayında[17] dünyaya gəldiyi də qeyd edilmişdir.
Dördüncü əsr tarixçisi, “Məsudi”-nin verdiyi xəbərə əsasən, imam Cavad (ə) həyat yoldaşı “Ümmül-Fəzl” ilə həcc ziyarətinə gəldiyində özləri ilə gətirdikləri imam Hadi (ə) kiçik yaşlarında idi,[18] o, hicri tarixi ilə 233-cü ilinə qədər Mədinədə yaşamışdır. Üçüncü əsr tarixçisi “Yəqubi” yazır, həmin ildə, Abbasi xəlifəsi Mütəvəkkilin göstərişi ilə imam Hadi (ə) Samirra şəhərinə aparılır[19] və “Əskər” adlı məntəqədə ömrünün sonuna qədər nəzarətdə saxlanılır.[20]
İmam Hadi, imam Cavad və imam Əskərinin həyatını, şiələrin başqa imamlarının həyatı ilə müqayisə etdikdə bu üç imamın həyatı haqda kifayət qədər əldə məlumat yoxdur. Tarix tədqiqatçısı, Məhəmməd Hüseyn Rəcəbi Dəvani (doğum tarixi 1339 h.ş), onların həyatı haqda məlumatın az olmasının səbəbini, onların ömrünün qısa olması, həmçinin onların qapalı şəraitdə saxlanılması və o dövrdə tarix kitablarının müəlliflərinin şiə olmadıqlarını səbəb bilir.[21]
Cüneydi şiə olur
“İsbatul-vəsiyyə” kitabında verilən məlumata əsasən, imam Cavadın (ə) şəhadətindən sonra, Abbasi hakimiyyəti tərəfindən əhli-beytlə düşmənçilikdə məşhur sayılan “Əbu Əbdillah Cünəydi” adlı şəxs, imam Hadinin təlim-tərbiyəsi ilə məşğul olmağa təyin edilərək, onu nəzarətdə saxlasın və şiələrin onunla əlaqə saxlamasının qarşısını alsın; lakin bir müddətdən sonra imamın elmindən və şəxsiyyətindən təsirlənərək şiə olur.[22]
Övladları
Şiə mənbələrində imam Hadinin (ə) Həsən, Məhəmməd, Hüseyn və Cəfər adlarında dörd oğlu olduğu qeyd edilmişdir.[23] Həmçinin bir qızı olduğu bildirilir və Şeyx Müfid onun adının “Aişə”[24] və İbn Şəhraşub[25] isə “İlliyyə” (Əliyyə) olduğunu qeyd edirlər. “Dəlailul-imamə” kitabında isə imam Hadinin (ə) Aişə və Dəlalə adlarında iki qızı olduğu bildirilir.[26] Əhli-sünnə alimi İbn Həcər Heysəmi, “Əs-səvaiqul-muhriqə” adlı kitabında imam Hadinin dörd oğlan bir qız övladı olduğunu yazır.[27]
Şəhadət və məqbərəsi
Şeyx Müfidin (vəfat 413 h.q) verdiyi məlumata görə, imam Hadi (ə) 20 il 9 ay Samirra şəhərində ömür sürdükdən sonra, hicri təqvimi ilə 254-cü ilin Rəcəb ayında, 41 yaşında dünyasını dəyişmişdir.[28] Həmçinin “Dəlailul-imamət” və “Kəşful-Ğümmə” kitablarında qeyd olunur, imam Hadi (ə) Abbasi xəlifəsi “Mötəzz”-in hakimiyyəti zamanında (252-255 h.q) zəhərlənmiş və bu səbəbdən şəhid olmuşdur.[29] İbn Şəhraşubun (vəfat 588 h.q) fikrincə, o “Mötəmid”-in (hakimiyyət dövrü 256-278 h.q) hakimiyyətinin son illərində şəhid olmuşdur, o “İbn Babəveyh”-dən nəql edir, Mötəmid onu zəhərləmişdir.[30]
Bəzi tarixi mənbələrdə, onun şəhadəti Rəcəb ayının 3-ü[31] və bəzi mənbələrdə isə Cəmadius-sani ayının 25 və ya 26-sı qeyd edilmişdir.[32]
Hicri tarixi ilə dördüncü əsr tarixçisi Məsudinin verdiyi məlumata əsasən, imam Həsən Əskəri (ə) atasının dəfn mərasimində iştirak etmişdir. Cənazəni, “Musa ibn Bəğa”-nın evinə tərəf gedən yola tərəf qoyub, xəlifə Abbasi gələnə kimi, atasının cənazəsinə meyyit namazını qıldı. Məsudi, imam Hadinin (ə) dəfn mərasimində böyük izdihamın olduğunu xəbər verir.[33]
Əskəriyəyn (ə) hərəmi
İmam Hadi (ə) Samirrada yaşadığı öz evində dəfn edilmişdir.[34] İmam Hadi (ə) və oğlu imam Həsən Əskərinin (ə) dəfn olunduğu yer, Samirra şəhərində “Əskəriyəyn” hərəmi ilə tanınır. İmam Hadi (ə) öz evində dəfn olduqdan sonra, imam Həsən Əskəri (ə) onun evi üçün xidmətçi tutur. Hicri tarixi ilə 328-ci ildə ilk dəfə o iki imamın qəbri üzərində günbəz tikilir.[35] Əskəriyəyn hərəmində müxtəlif dövrlərdə təmir və bərpa işləri aparılmışdır.[36] Dünyanın müxtəlif yerlərindən şiələr hər il imam Hadi və imam Həsən Əskərinin (ə) qəbrini ziyarət etmək üçün Samirra şəhərinə gedirlər.
2005-2007 ci illərdə teroristlər tərəfindən Əskəriyəyn (ə) hərəmi partladıldı.[37] Ətəbate-Aliyat yenidən qurma təşkilatı tərəfindən təmir işləri 2015-ci ildə sona çatdı[38] və hərəmin zərihi Ayətullah Sistaninin təşəbbüsü ilə yenidən düzəldildi.[39]
İmamət dövrü
Əli bin Muhəmməd hicri tarixi ilə 220-ci ildə səkkiz yaşında ikən imamətə çatdı.[40] Mənbələrə görə, İmam Hadinin (ə) imamətinin əvvəlində gənc olması şiələr arasında şübhə yaratmadı; çünki atası imam Cavadın (ə) imaməti də gənc yaşlarında başlamışdır.[41] Şeyx Mofidin dediyinə görə, doqquzuncu imamdan sonra, bir neçə nəfər istisna olmaqla, şiələr imam Hadinin (ə) imamətini qəbul etdilər.[42] Həmin insanlar Musa Mübərqə-ni imam hesab edirdilər. Lakin bir müddət sonra onlar öz əqidələrindən qayıdıb şiə cəmiyyətinə qoşuldular.[43]
Səd ibn Abdullah Əşəri həmin şəxslərin imam Hadinin (ə) yanına qayıtmasının səbəbini, Musa Mübərqənin onlardan xoşunun gəlməməsi hesab edir.[44] Şeyx Müfid[45] və İbn Şəhraşub,[46] imam Hadinin (ə) imamətində, şiələrin yekdil rəyi və ondan başqasının imamət iddiasında olmaması, onun imamətinə güclü dəlil hesab edilmişdir.[47] Məhəmməd ibn Yəqub Kuleyni və Şeyx Müfid öz əsərlərində onun imamətinin dəlili ilə bağlı mətnləri sadalamışlar.[48]
İbn Şəhr Aşubun dediyinə görə, şiələr Əli ibn Məhəmmədin imamətini əvvəlki imamların sözləri vasitəsilə, o cümlədən İsmayıl ibn Mehran və Əbu Cəfər Əşəri kimi ravilərin nəql etdiyi hədislər əsasında qəbul etmişlər.[49]
Dövrünün xəlifələri
İmam Hadinin (ə) imamət dövrü 33 il (hicri 220-254) olmuşdur[50] və bu müddət ərzində bir neçə Abbasi xəlifəsi hakimiyyətə gəlmişdir. Onun imamətinin başlanğıcı Mötəsimin xilafətinə, sonu isə Mötəzin xilafət dövrünə təsadüf edir.[51] Əlbəttə, İbn Şəhr Aşub, İmam Hadinin (ə) həyatının sonunu Abbasi xəlifəsi Mötəmidin xilafəti dövrünə təsadüf etdiyini bildirir.[52]
Şiələrin onuncu imamı, imamətinin yeddi ilini Abbasi xilafəti dövründə keçirmişdir.[53] “On ikinci imamın (ə) siyasi qeybət tarixi” kitabının müəllifi Casim Hüseynin sözlərinə görə, Mötəsim imam Hadinin (ə) dövründə, İmam Cavadın dövrü ilə müqayisədə şiələrə qarşı az təzyiqlər göstərib onlara güzəştlər edirdi, onun rəftarındakı bu dəyişikliyə iqtisadi vəziyyətin yaxşılaşması və Ələvi üsyanlarının azalması səbəb oldu.[54] Həmçinin onuncu imamın imamətinin təxminən beş ili Vasiqin xilafətilə, on dörd il Mütəvəkkilin xilafətilə, altı ay Müstənsirin xilafətilə, iki il doqquz ay Müstənin xilafətilə və səkkiz ildən çox Mötəzin xilafəti ilə bir dövrə təsadüf etmişdir.[55]
Samirraya çağırılır
Abbasi xəlifəsi Mütəvəkkil hicri tarixi ilə 233-cü ildə imam Hadini (ə) Mədinədən Samirraya getməyə məcbur etdi.[56] Şeyx Müfid Mütəvəkkilin bu əməlini, hicri tarixinin 243-cü ildə baş verdiyini nəql edir;[57] Amma İslam tarixi tədqiqatçısı Rəsul Cəfəriyanın fikrincə, bu tarix düzgün deyil.[58] Deyilənlərə görə Mütəvəkkilin bu hərəkətinə səbəb Abbasi hökumətinin Mədinədəki məmuru Abdullah ibn Məhəmməd[59] və xəlifənin Məkkə və Mədinədə təyin etdiyi imam camaatı Büreyhə Abbasinin imam Hadiyə (ə)[60] qarşı ifadə etdiyi ağır sözlər olmuşdur və həmçinin xalqın, şiələrin onuncu imamına olan məhəbbət və sevgi bəslədikləri üçün, onun bu işi tutmasına səbəb bildirilir.[61]
Məsudinin verdiyi məlumata görə, Büreyhə, Mütəvəkkilə yazdığı məktubda ona belə demişdir: “Əgər Məkkə və Mədinəni istəyirsənsə, Əli ibn Məhəmmədi oradan kənarlaşdır; Çünki o, insanları özünə dəvət edir və ətrafına çoxlu qüvvə toplayıb”.[62] Bunun üçün də, Yəhya ibn Hərsəməyə Mütəvəkkil tərəfindən imam Hadinin (ə) Samirraya köçürülmə tapşırığı verilir.[63] İmam Hadi (ə) Mütəvəkkilə yazdığı məktubda ona qarşı edilən hörmətsizlik və böhtanı rədd edir;[64] Lakin buna cavab olaraq, Mütəvəkkil hörmətlə ondan Samirraya doğru hərəkət etməsini xahiş edir.[65] Mütəvəkkilin məktubunun mətni Şeyx Müfid və Küleyninin əsərlərində nəql edilmişdir.[66]
Rəsul Cəfəriyanın dediklərinə görə, Mütəvəkkil imam Hadinin (ə) Samirraya köçürülməsini elə planlaşdırmışdı ki, insanlarda həssaslıq yaranmasın və imamın məcburi köçürülməsinin heç bir xoşagəlməz nəticəsi olmasın;[67] Amma əhli-sünnə alimlərindən olan Səbt ibn Cəvzi, Yəhya ibn Harsəmədən bu haqda rəvayət nəql etmişdir; bu xəbərə əsasən, Mədinə camaatı çox narahat və həyəcanlı idilər və onların sıxıntıları o həddə çatmışdı ki, onlar nalə çəkib fəryad edirdilər; Mədinə şəhəri o günə kimi heç vaxt bu cür səhnənin şahidi olmamışdı.[68] İmam Hadi (ə) Mədinəni tərk etdikdən sonra Kazimeyn şəhərinə daxil olur və orada camaat onu qarşılayır.[69] Kazimeyn şəhərində, Xüzeymə ibn Hazimin evinə gedir və sonra oradan Samirraya göndərilir.[70]
Şeyx Müfidin fikrincə, Mütəvəkkil imam Hadiyə (ə) zahirən hörmət bəsləyirdi; Amma Mütəvəkkil ona qarşı hiylə işlədirdi.[71] Təbərsinin verdiyi məlumata görə, Mütəvəkkilin bunu etməkdə məqsədi imamın əzəmətini xalqın gözündə salmaq idi.[72] Şeyx Müfidin dediyinə görə, İmam Samirrəyə daxil olan ilk gün, Mütəvəkkilin əmri ilə onu bir gün “Xani Səalik”-də (dilənçilərin və kasıbların toplaşdığı yer) saxladılar, ertəsi gün isə iqamətgahı üçün nəzərdə tutulan evə aparıldı.[73]
Saleh ibn Səidin dediyinə görə, bu hərəkət imam Hadini (ə) alçaltmaq niyyəti ilə edilib.[74] Abbasi hökmdarları, imam Hadinin (ə) olduğu müddətdə ona qarşı sərt davranırdılar. Məsələn, onun yaşadığı otağında qəbir qazmışdılar. Həmçinin gecələr heç bir məlumat vermədən onu xəlifənin sarayına aparırdılar və şiələrin onunla əlaqə saxlamasına mane olurdular.[75] Bəzi müəlliflər Mütəvəkkilin imam Hadi (ə) ilə düşmənçilik etməsinin səbəblərini belə yazmışlar:
- Kəlam nöqteyi-nəzərindən Mütəvəkkil mötəzilə və şiə əleyhinə olan əhli-hədisə meylli idi odur ki, əhli-hədis Mütəvəkkili şiələrə qarşı təhrik edirdilər.
- Mütəvəkkil ictimai mövqeyindən narahat idi və insanların şiə imamları ilə əlaqə qurmasından qorxurdu. Buna görə də əlaqəni kəsməyə çalışırdı.[76] Bu baxımdan, Mütəvəkkil imam Hüseynin (ə) hərəmini dağıdıb, imam Hüseynin (ə) zəvvarlarına qarşı sərt rəftar edirdi.[77]
Mütəvəkkildən sonra oğlu Müntəsər iş başına gəlir. Bu dövrdə hökumətin Ələvilərə, o cümlədən imam Hadiyə (ə) təzyiqləri azalır.[78]
Ğüluvv əhli ilə mübarizə
Ğüluvv əhli (Qalilər) imam Hadinin (ə) imaməti dövründə fəal idilər. Onlar özlərini həzrət Hadinin (ə) səhabələri və qohumları kimi təqdim etdilər. Şiə imamlarına, o cümlədən Əhməd bin Muhəmməd ibn İsa Əşərinin İmam Hadiyə (ə) yazdığı məktubuna əsasən, imam Hadiyə (ə) nisbət verilən sözləri insanlar eşitdikdə ürək ağrısı hissi keçirirdi. Digər tərəfdən isə, imamlara nisbət verildiyi üçün onları inkar və ya rədd etməyə cürət etmirdilər. Onlar vacib və haram əməlləri “təvil” (öz mənafeləri olan məqsədə yönləndirmək) etdilər. Misal üçün,
ayədə namaz və zəkatı, müəyyən insanlara aid olduğunu bilirdilər, namaz qılıb zəkat verməzdilər. İmam Hadi (ə), Əhməd bin Muhəmmədin cavabında yazır, bu cür “təvil” və təfsirlər bizim dinimizdə yoxdur. Onlardan uzaq olun.[80] Fəth ibn Yəzid Corcani hesab edirdi, yemək-içmək imamətə uyğun deyil və imamların yeyib-içməyə ehtiyacı yoxdur, imam Hadi (ə) ona cavabında, peyğəmbərlərin yeyib-içməsinə və bazarda yol yeriyib gəzmələrinə işarə edərək buyurdu: “Bədəni cismani edən Allahdan başqa hər bir bədən belədir.”[81]
Şiələrin onuncu imamı, Səhl ibn Ziyadın məktubuna cavabında, Əli ibn Həsəkənin ğülüvv əhli olduğu haqqında xəbər vermiş və Əli ibn Həsəkənin Əhli-beytlə (ə) bağlılığını rədd edərək onun sözlərini etibarsız hesab etmişdir; şiələrdən ondan uzaq durmalarını istəyir və onun öldürülməsinə əmr edir. Bu məktuba əsasən, Əli ibn Həsəkə imam Hadinin (ə) (ülviyyətinə) ilahiliyinə inanırdı və özünü onun tərəfindən peyğəmbər kimi təqdim edirdi.[82] İmam Hadi (ə) Nasiriyyə təriqətinin banisi Məhəmməd ibn Nuseyr Nəmiri,[83] İbn Baba kimi tanınan Həsən ibn Məhəmmədi və həmçinin Faris ibn Hatəm Qəzvini kimi şəxsləri lənətləmişdir.[84]
Özünü imam Hadinin (ə) səhabələri kimi təqdim edən ğülüv əhli olan şəxslərdən biri də Əhməd ibn Məhəmməd Səyari idi,[85] rical alimlərinin əksəriyyəti tərəfindən ğülüvv əhli və dinin təhrifçisi hesab olunur.[86] Onun “əl-Qiraat” kitabı, ən mühüm hədis mənbələrindən sayılır və bəziləri Quranın təhrif olunması haqda bu kitaba istinad edirlər.[87] İmam Hadi, (ə) İbn Şəbə Hərraninin nəql etdiyi risalədə, Quranın mötəbərliyini vurğulamış və onu hədisləri ölçmək və doğru ilə yanlışı ayırmaq üçün dəqiq bir meyar kimi təqdim etmişdir.[88] Bunun kənarında, imam Hadi (ə) səhvən ğülüvv adı ilə ittiham olunan şiələrdən müdafiə edirdi. Məsələn, Qum camaatı Məhəmməd ibn Urməni ğülüvv əhli ittihamı ilə Qumdan qovduqda o, Qum əhalisinə məktub yazıb onun ğülüvv əhli olması ittihamından bəraət qazandırır.[89]
Şiələrlə əlaqə
İmam Hadinin (ə) dövründə, Abbasi xəlifələri tərəfindən şiddətli təzyiqlərə məruz qalmasına baxmayaraq, imam Hadi (ə) ilə İraq, Yəmən, Misir və digər bölgələrin şiələri arasında irtibat var idi.[90] O, şiələrlə vəkilləri və məktub vasitəsilə əlaqə saxlayırdı. Rəsul Cəfəriyanın fikrincə, imam Hadinin (ə) dövründə, Qum, İran şiələrinin ən mühüm mərkəzi idi və bu şəhərin şiələri ilə imamlar (ə) arasında möhkəm əlaqələr mövcud idi.[91] Məhəmməd ibn Davud Qumi və Məhəmməd Təlhi, Qum və ətraf şəhərlərdən imam Hadiyə (ə) xüms, hədiyyələr və camaatın suallarını gətirdilər.[92] Rəsul Cəfəriyanın dediklərinə görə, vəkillər xüms toplayıb imama göndərməklə yanaşı, həm kəlam və fiqhi məsələlərin həllində, həm də öz bölgələrində növbəti imamın imamətinin bərqərar olmasında rol oynamışlar.[93] “Sazemane vəkalət” kitabının müəllifi, Məhəmmədrza Cabbari, Əli bin Cəfər Həmani, Əbu Əli ibn Raşid və Həsən ibn Əbd Rəbbəhi imam Hadinin (ə) vəkilləri kimi qeyd etmişdir.[94]
Quranın yaradılışı məsələsi
İmam Hadi (ə) şiələrdən birinə yazdığı məktubda, ondan Quranın yaradılması məsələsinə münasibət bildirməməsini və Quranın “xəlq” yaradılış və “qədim” əzəli olması nəzəriyyəsinin heç bir tərəfdarı olmamasını istəyir. O, bu məktubda Quranın yaradılması məsələsini fitnə adlandırmış və bu müzakirəyə girməyi məhv olmaq kimi qiymətləndirmişdir. O, həmçinin Quranın, Allahın kəlamı olduğunu vurğulamış və onun haqda müzakirəsini bidət adlandırır, o cümlədən həm sual verənin, həm də cavab verənin, onun günahına şərik olduğu bildirmişdir.[95] Həmin dövrdə Quranın “xəlq” (yaradılması) və “qədim” (əzəldən olması) məsələsi ilə bağlı mübahisələr əhli-sünnə arasında məzhəb və qrupların yaranmasına səbəb oldu. Məmun və Mötəsəm Quranın yaradılış nəzəriyyəsinin tərəfinə keçərək müxaliflərə təzyiq göstərirdilər; elə bir hal yaranmışdı ki, o dövrü ağır-acı dövrü kimi adlandırırlar; lakin Mütəvəkkil Quranın “qədim” olması təfəkkürünü dəstəkləyib və müxalifləri, o cümlədən şiələri bidətçi elan edirdi.[96]
Hədislər
İmam Hadidən (ə) nəql olunan hədisləri şiə hədis mənbələrində, məsələn, “Kutubi-Ərbəə”, “Tuhəful-üqul”, “Misbahul-Mütəhəccid”, “əl-Ehticac” və “Əyaşinin Təfsiri” kitablarında qeyd edilmişdir. Ondan nəql olunan hədislər, özündən əvvəlki imamlara nisbət çox azdır. Ətarudi bunun səbəbini, Abbasi hökumətinin Samirrada məcburi nəzarət altında qalması və ona elm və maarifin yaymaq imkanı verilməməsində bilir.[97] İmam Hadidən (ə) nəql olunan rəvayətlərdə, o, müxtəlif adlarla o cümlədən, Əbil-Həsən əl-Hadi, Əbil-Həsən əs-salis, Əbil-Həsənil-axir, Əbi əl-Həsən əl-Əskəri, əl-Fəqih əl-Əskəri, əl-Rəcul, ət-Təyyib, əl-Axir, əs-Sadiq ibn əl-Sadiq və əl-Fəqih adları ilə qeyd edilmişdir, deyilənlərə görə bu cür müxtəlif adlardan istifadə etməsinin səbəbi təqiyyə olmuşdur.[98]
Tövhid, imamət, həcc, təfsir və Fiqh elminin o cümlədən təharət (paklıq), namaz, oruc, xüms, zəkat, nikah və ədəb qaydaları kimi fiqhin müxtəlif sahələrində imam Hadidən (ə) nəql olunmuşdur. İmam Hadidən (ə) tövhid və tənziyyə haqqında 21-dən çox rəvayət nəql edilmişdir.[99]
İmam Hadinin (ə) “Cəbr və ixtiyar” (məcburiyyət və iradə azadlığı) haqqında olan risaləsi bizlər üçün bu günə kimi gəlib çatmışdır. Bu risalədə “Məcburiyyət və azad iradə yox, lakin bu iki höküm arasında (məntiqi) dəlil” hədisi, Quran əsasında izah edilmiş və şiə kəlamı əsasları, cəbr və ixtiyar (məcburiyyət və azad iradə) məsələsində təqdim edilmişdir.[100] İmam Hadinin (ə) etirazı kimi nəql olunan rəvayətlərin əksəriyyəti “cəbr və ixtiyar” haqqındadır.[101]
Ziyarətnamələr
Camiə Kəbirə[102] və Qədiriyyə ziyarətnamələri imam Hadidən (ə) nəql olunmuşdur.[103] Cəmiə Kəbirə ziyarətnaməsini əsl mənada bir mərhələ imamşünaslıq təhsili dövrü, hesab edirlər.[104] Qədiriyyə ziyarətnaməsinin əsası “Təvəlli və Təbərri” (əhli-beyti sevmək və düşmənlərinə qarşı bəraət) və məzmunu isə imam Əlinin (ə) fəzilətlərini ifadə etməkdir.[105]
Mütəvəkkilin məclisində imam Hadinin (ə) şeiri
Hicri-qəməri tarixi ilə dördüncü əsr tarixçisi Məsudinin dediyinə görə, Mütəvəkkilə məlumat vermişdilər ki, imam Hadinin (ə) evində döyüş silahları və şiələrdən İmam Hadiyə (ə) ünvanlanmış məktublar var. Bu səbəbdən Mütəvəkkilin göstərişi ilə bir neçə məmur, imam Hadinin (ə) evinə qəfil hücum edir.[106] İmamı Mütəvəkkilin məclisinə aparılarkən xəlifənin əlində şərab piyaləsi var idi, onu imama təqdim edir.[107] İmam, Mütəvəkkilin xahişini rədd edərək, ətinin və qanının şərabla çirklənmədiyini bildirir.[108] Bu zaman, Mütəvəkkil ondan, onu vəcd edəcək bir şeir oxumasını istəyir.[109] İmam əvvəlcə onun istəyini qəbul etmədi; amma Mütəvəkkilin təkidi ilə bu şeirləri oxudu:
Tərcümə: Onlar dağların başında yaşayırdılar və güclü adamlar tərəfindən qorunurdular; amma zirvələr onlar üçün heç nə etmədi. Hörmətlə onları sığınacaqlarından çıxarıb çuxurlara qoydular, bu nə pis enişdi. Qəbirə qoyulduqdan sonra, kimsə onlara səsləndi: “Taxtlar, taclar və zinət əşyaları hara getdi? Nemətə öyrəşmiş, önünə pərdə asılmış üzlər necə oldu?” Bu zaman məzar dil açıb dedi: “Bu üzlərdə qurdlar sürünür. Bir vaxtlar uzanıb geyinib uzun (saatlarla) nemətlərdən yeyib-içirdilər. uzun müddətlərlə ev tikdilər ki, orada amanda qalsınlar, evlərindən, yaxınlarından uzaqlaşdılar. Uzun müddət var-dövlət toplayıb, saxladılar; sonunda düşmənlərə qoyub getdilər. Evləri boş qaldı və sakinləri məzarlarına səfər etdilər.”[111]
Məsudi nəql edir, imamın şeri, Mütəvəkkil və ətrafındakıları öz təsiri altına almışdı; elə bir hal ki, Mütəvəkkilin üzü göz yaşlarından islandı, əmr etdi şərab məclisini yığışdırsınlar və imamı ehtiramla öz evinə aparsınlar.[112]
Səhabə və raviləri
Seyid Məhəmməd Kazım Qəzvini (vəfat: hicri 1415-ci il) “əl-mamul-Hadi Minəl-Məhdi iləl-Ləhd” kitabında 346 nəfəri imam Hadinin (ə) səhabələri kimi tanıtmışdır.[113] Rəsul Cəfəriyanın dediklərinə əsasən imam Hadidən (ə) hədis nəql edən məşhur ravilərinin sayı 190-a yaxındır ki, onlardan 180-ə yaxın ravidən bir sıra hədislər nəql olunmuşdur.[114] Şeyx Tusinin yazdığı “Rical” kitabına əsasən, imam Hadidən (ə) hədis nəql edənlərin sayı 185 nəfərdən çoxdur.[115] Ətarudi “Müsnədu əl-imamul-Hadi” adlı əsərində 179 nəfəri imam Hadidən (ə) hədis nəql edən ravi kimi qeyd etmiş və onların arasında etibarlı, zəif, həsən, tərk edilmiş və naməlum şəxslərin olduğunu bildirmişdir.[116] Ətarudinin dedklərinə görə, adlarını çəkdiyi ravilərdən bəziləri, şeyx Tusinin “Rical” kitabında yoxdur və həmçinin şeyx Tusinin “Rical”ında adları qeyd olunan bəzi ravilər isə Ətarudinin “Müsnəd”-ində yoxdur.[117]
Əbdül Əzim Həsəni, Osman ibn Səid,[118] Əyyub ibn Nuh,[119] Həsən ibn Raşid və Həsən ibn Əli Nasir[120] onun səhabələrindən hesab olunur. İbn Şəhr Aşub imamın vəkillərindən biri kimi Cəfər ibn Suheyl əs-Siqəl adlı şəxsi qeyd edir və Məhəmməd ibn Osmanı imam Hadinin (ə) giriş qapısı kimi təqdim etdi.[121]
Rəsul Cəfəriyan imam Hadinin (ə) bəzi səhabələrinin İranlı olduğunu sübut etmək üçün onların adlarının son şəkilçilərinə istinad etmişdir.
O, Bişr ibn Bəşşar Neyşaburi, Fəth ibn Yəzid Corcani, Hüseyn ibn Səid Əhvazi, Həmdan ibn İshaq Xorasani, Əli ibn İbrahim Taleqani, Məhəmməd ibn Əli Kaşani,[122] İbrahim ibn Şibə İsfahani və Əbu Məqatil Deyləmi[123] kimi insanların yaşadıqları yerlərə əsaslanaraq onların İranlı olduqlarını bildirmişdir.[124] Rəsul Cəfəriyan, imam Hadinin (ə) Həmədandakı vəkilinə yazdığı məktubuna yazdığı “Mən səni Həmədandakı dostlarıma tövsiyə etdim”[125] cümləsinə işarə edərək, deyir: İmam Hadinin (ə) bəzi səhabələri Həmədanda, həmçinin bəzi dəlil və sübutlara əsasən isə imamın bəzi səhabələri Qəzvin şəhərində yaşamışlar.[126]
Biblioqrafiya
İmam Hadi (ə) haqqında ərəb, fars və başqa dillərdə kitablar yazılmışdır. İmam Hadinin (ə) biblioqrafik məqaləsində bu sahədə fars və ərəb dillərində otuz kitab təqdim edilmişdir.[127] Bu əsərlərdən bəziləri ibarətdir:
- Əzizullah Ətarudi (vəfat: 1393) tərəfindən yazılmış “Müsnədu əl-imamul-Hadi: Bu kitabda imam Hadidən nəql olunmuş 350-yə yaxın hədisi toplanmışdır;
- “Həyatu əl-imam Əli əl-Hadi” müəllif; Baqir Şərif Qərəşi (vəfat: 1433 h.q.): Bu kitab imam Hadinin (ə) həyatından bəhs edir;
- “əl-Nurul-Hadi ila əshabi əl-imamil-Hadi” Əbdülhüseyn Şəbistəri (vəfat 2015 h.ş): Bu kitabda imam Hadinin (ə) səhabələrindən 193 nəfər təqdim olunmuşdur;
- İmam Hadi (ə) ensiklopediyası dörd cild 2019 səhifə.
Həmçinin “Şukuhe Samirra” kitabı; imam Hadi və İmam Əskəri (ə) haqqında İmam Sadiq Universiteti (ə) tərəfindən şəmsi təqvimilə 1390-cı ildə nəşr edilmiş 508 səhifəlik məqalələr toplusudur.[128]
İstinadlar
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.297; Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.228
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.297
- ↑ Nobəxti, Firəquş-şiə, s.93
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401
- ↑ Qərəşi, Həyatul-İmam Əli Əl-Hadi, h.q 1429, s.21
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401
- ↑ Səduq, İləluş-şəraye, h.q 1385, c.1, s.241
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.492
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401; Tusi, Təhzibul-əhkam, h.q 1418, c.6, s.104
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.97, 341
- ↑ Qərəşi, Həyatul-İmam Əli Əl-Hadi, h.q 1429, s.21
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.497
- ↑ Tusi, Təhzibul-əhkam, h.q 1418, c.6, s.104
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.297
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.228
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s. 497
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.228
- ↑ Yaqubi, Tarixu Yaqubi, Beyrut, c.2, s.484
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.492
- ↑ https://farsi.khamenei.ir/others-note?id=19933
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.230-231
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.311-312; İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.402
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.312
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.402
- ↑ Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.412
- ↑ İbn Həcər, Əs-səvaiqul-muhərrəqə, s.207
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.311-312; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.497-498; Təbərsi, Təhzibul-əhkam, h.q 1418, c.6, s.104
- ↑ Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.409; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.375
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401
- ↑ Nobəxti, Firəquş-şiə, s.92; İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.375
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.243
- ↑ Tusi, Təhzibul-əhkam, h.q 1418, c.6, s.104
- ↑ Məhəllati, Masirul-kübəra, h.ş 1384, c.1, s.318
- ↑ Məhəllati, Masirul-kübəra, h.ş 1384, c.1, s.318-393
- ↑ Xameyar, Təxribe ziyarətqahhaye İslami dər keşvərhaye ərəbi, h.ş 1393, s.29-30
- ↑ https://www.ilna.ir/, ilna.ir saytı
- ↑ https://farsnews.ir/news, fars xəbər agentliyi
- ↑ Qumi, Muntəhul-amal, h.ş 1379, c.3, s.1878
- ↑ Hüseyn, Tarixe siyasiye ğeybəte İmame dəvazdəhhom, h.ş 1385 s.81
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.300
- ↑ Nobəxti, Firəquş-şiə, s.91-92
- ↑ Əşəri Qumi, Əl-Məqalat vəl-firəq, h.ş 1361, s.99
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.300
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.402
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.20
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.323-325; Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.298
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.402
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.297; Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.109
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.109
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali-Əbi Talib, h.q 1379, c.4, s.401
- ↑ Pişvayi, Siyreye pişvayan, h.ş 1374, s.595
- ↑ Casim, Tarixe siyasiye ğeybəte İmame Dəvazdəhhom, h.ş 1376, s.81
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.109-110
- ↑ Yaqubi, Tarixu Yaqubi, Beyrut, c.2, s.484
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.310
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.503
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.233
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.493
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.233
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.233
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.501
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.505
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.492
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.236-237
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.237
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.311
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.126
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.311
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.311
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.59, s.20
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, s.438
- ↑ Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, m.1987, s.478
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.511
- ↑ Bəqərə surəsi, ayə 43
- ↑ Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.517
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.338
- ↑ Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.518-519
- ↑ Nobəxti, Firəquş-şiə, s.93
- ↑ Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.520
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.323
- ↑ Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.80; Tusi, Fehrest, h.q 1420, s.57
- ↑ Cəfəriyan, Əkəzibətu təhrifil-Quran beynəş-şiəti və sünnət, h.q 1413, s.76-77
- ↑ İbn Şöbe Hərrani, Tuhəful-uqul, h.q 1404, s.458-459
- ↑ Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.329
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.631
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.654
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.45
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.631
- ↑ Cəbbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.513-514, 537
- ↑ Şeyx Səduq, Ət-Təvhid, h.q 1398, s.224
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.650
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.10
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.10
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.84-94
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.198-213
- ↑ Əturadi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.198-227
- ↑ Səduq, Mən La Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.609
- ↑ İbn Məşhədi, Əl-Məzar, h.q 1419, s.263
- ↑ https://qazvin.iqna.ir/, iqna.ir saytı
- ↑ https://qazvin.iqna.ir/, İqna.ir saytı
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1426, c.4, s.11
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1426, s.11
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1426, c.4, s.11
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1426, s.11
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1426, s.11
- ↑ Payənde, Murucuz-zəhəbin tərcüməsi, h.ş 1374, c.2, s.503
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1426, s.12
- ↑ Qəzvini, Əl-İmamul-Hadi minəl-məhdi iləl-ləhd, h.q 1413, s.140-467
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.512
- ↑ Tusi, Ricalut-Tusi, h.ş 1373, s.383-393
- ↑ Ətarudi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.307
- ↑ Ətarudi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.307
- ↑ Tusi, Ricalut-Tusi, h.ş 1373, s.389-401
- ↑ Tusi, Ricalut-Tusi, h.ş 1373, s.384
- ↑ Tusi, Ricalut-Tusi, h.ş 1373, s.385
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.402
- ↑ Şeyx Səduq, Ət-Təvhid, h.q 1398, s.101
- ↑ Ətarudi, Musnədul-İmam Əl-Hadi, h.q 1410, s.317
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.530-533
- ↑ Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.612
- ↑ Cəfəriyan, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.530-533
- ↑ Kərəci, Ketabşenasiye İmam Hadi (ə), s.197-199
- ↑ https://bookroom.ir/book, bookroom.ir saytı
Ədəbiyyat
- Əbul-Fərəc İsfahani, Əli ibn İsa, Məqatilut-talibin, Beyrut, m.1987
- İbn Həcər, Əhməd ibn Məhəmməd, Əs-səvaiqul-muhərrəqə, Qahirə, Məktəbətul-Qahirə
- İbn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass, Qum, h.q 1426
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali-Əbi Talib, Qum, Əllamə, h.q 1379
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, h.q 1381
- Əşəri Qumi, Səd ibn Abdullah, Əl-Məqalat vəl-firəq, Tehran, h.ş 1361
- Payənde, Əbül-Qasim, Murucuz-zəhəbin tərcüməsi, Tehran, 5-ci çap, h.ş 1374
- Pişvayi, Mehdi, Siyreye pişvayan, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1374
- Casim, Məhəmməd Hüseyn, Tarixe siyasiye ğeybəte İmame Dəvazdəhhom, Tehran, Əmir Kəbir, h.ş 1376
- Cəbbari, Məhəmməd Rza, Sazmane vəkalət, Qum, İmam Xomeyni müəssisəsi, h.ş 1382
- Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiye əimme, Qum, Ənsariyan, h.ş 1381,
- Cəfəriyan, Rəsul, Əkəzibətu təhrifil-Quran beynəş-şiəti və sünnət, Tehran, Məşər, h.q 1413
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Ət-Təvhid, Qum, Came müdərrisin, h.q 1398
- Səduq, Məhəmməd ibn Əli, Mən La Yəhzuruhul-fəqih, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, 2-ci çap, h.q 1413
- Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, h.q 1385
- Təbərsi, Fəzl ibn Həsən, Təhzibul-əhkam, h.q 1418
- Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-İmamə, Qum, Besət, 1-ci çap, h.q 1413
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-beyt müəssisəsi, h.q 1417
- Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Düzəliş: Cavad Qəyyumi, Qum, İslami nəşr müəssisəsi, 3-cü çap, h.ş 1373
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Səduq nəşri, 1-ci çap, h.q 1418
- Tusi, Məhəmməd ibn Həsən, Fehrest, Qum, h.q 1420
- Ətarudi, Əzizullah, Musnədul-İmam Əl-Hadi, Qum, h.q 1410
- Qərəşi, Baqir Şərif, Həyatul-İmam Əli Əl-Hadi, Təhqiq: Baqir Şərif Qərəşi, Mehr Deldad h.q 1429
- Qəzvini, Seyyid Məhəmməd Kazim, Əl-İmamul-Hadi minəl-məhdi iləl-ləhd, Qum, Mərkəze nəşre asare şie, h.q 1413
- Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, h.ş 1379
- Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, Məşhəd, h.q 1409
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məhəllati, Zəbiyhullah, Masirul-kübəra, Qum, Əl-Məktəbətul-heydəriyyə, h.ş 1384
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, Darul-hucre, h.q 1426
- Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan, h.q 1426,
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Düzəliş: Alul-beyt müəssisəsi, Qum, h.q 1413
- Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, Came müdərrisin, h.ş 1365
- Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, Darul-əzva, 2-ci çap