Taslim:Şəri ov
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
| Fiqhi və əməli əhkamın bir hissəsi |
|---|
Şəri ov (ərəbcə: الصيد الشرعي) — vəhşi heyvanların (zibh etmə və nəhr etmə ilə yanaşı) təzkiyəsi (halal yolla kəsilməsi) üsullarından biridir və müəyyən şərtlərlə icazəlidir. Bu şərtlərin ən vacibi bunlardır: Ovçunun müsəlman olması, ov alətindən istifadə edərkən Allahın adını çəkməsi, həmçinin bir ov itindən və ya qan çıxararaq bədəni yaralamaq xüsusiyyəti olan iti və kəsici bir silahdan istifadə etmək.
Ev heyvanlarını bu üsulla təzkiyə etmək (halal etmək) mümkün deyil. Fiqh alimləri bu hökmləri ayələr və rəvayətlərdən əldə ediblər.
Tanıtımı
Şəri ov — xüsusi alət və şərtlərlə həyata keçirilən vəhşi heyvanların ovlanması üsuluna deyilir[1] və bu üsul təzkiyə (halal etmə) yollarından biri sayılır.[2]
Fiqh mənbələrində şəri ov on iki hökmdən biri kimi qeyd olunur,[3] həmçinin “ov və zibh” (kəsmə qaydaları) kimi fəsillərdə müzakirə edilir.[4] Fiqhi baxımdan, sahibsiz vəhşi heyvanlar mübah sayılır və onları ovlamaq ovçunun onlara malik olmasına səbəb olur.[5]
Fiqh alimləri ovun şəri olmasını sübut etmək üçün “Maidə” surəsinin 1, 2, 94, 95 və 96-cı ayələrinə,[6] çoxsaylı rəvayətlərə[7] və icma iddiasına[8] istinad ediblər.
Fiqhi hökmlər
Şəri ov yalnız vəhşi heyvanlara — məsələn, ceyran, maral, kəklik və dağ keçisinə — aiddir.[9] Ev heyvanlarını ovlamaq isə yalnız o halda caizdir ki, onlar vəhşi vəziyyətə qayıtmış olsunlar.[10]
Ovun şərtlərindən biri, heyvanın qaçmaq imkanının olmasıdır. Buna görə də yaralanmış heyvanların və ya qaça bilməyən balaların ovlanması haramdır və onların ətinin yeyilməsi caiz deyil.[11]
İslam fiqhində deyilmişdir ki, şəri ov yalnız maddi ehtiyac zamanı icazəlidir[12] və nəfsani arzuları təmin etmək və heyvan haqlarını nəzərə almamaq məqsədi ilə edilən əyləncə məqsədli ov haramdır.[13] Ovun müstəhəb qaydalarından biri, kəsim alətinin itilənməsidir.[14] Vəhşi heyvanların ovlanması ehram halında məşhur fəqihlərin rəyinə görə haramdır və belə heyvanın hökmü murdar kimidir.[15]
Ov alətləri
İslam fiqhində vəhşi heyvanların ovlanmasında istifadə olunan alətlər (ov vasitələri) iki yerə bölünür: Heyvani alətlər (məsələn, ov iti), cansız alətlər (məsələn, silah).[16]
Ov iti ilə ovlamaq
Ov iti ilə ovlamaq yalnız o halda halal sayılır ki, it öyrədilmiş olsun,[17] sahibi tərəfindən göndərildikdə hərəkət etsin,[18] və heyvanı yalnız dişləməklə öldürsün.[19] Bundan əlavə, ovçu müsəlman olmalıdır,[20] iti göndərərkən Allahın adını çəkməlidir,[21] və əgər ovlanmış heyvan diri tapılarsa, onu dərhal zibh etməlidir.[22] Yırtıcı heyvanlarla — məsələn, bəbir və ya qartalla — ov etmək barədə fəqihlər arasında ixtilaf vardır,[23] bəzi alimlər bunu halal saymırlar.[24]
Silahla ovlamaq
Tüfəng, ox və ya nizə kimi silahla ov yalnız o halda caizdir ki, silah iti və ya kəsici olsun, heyvanın bədənini yararaq ölümünə səbəb olsun.[25] Ovçunun məqsədi ovlamaq olmalı,[26] özü müsəlman olmalı və atəş açarkən Allahın adını çəkməlidir. Əgər heyvan yaralanandan sonra diri qalarsa, dərhal zibh etməlidir.[27] Kəsici olmayan vasitələrlə — məsələn, daş və ya torla — ovlamaq, heyvanın ətini halal etməz.[28]
İstinadlar
- ↑ Mühəqqiq Səbzivari, Kifayətul-əhkam, h.q 1423, c.2, s.574; Seyfi Mazandarani, Dəlilu təhriril-vəsilə, h.q 1415, s.1; Təbatəbai Hairi, Əş-Şərhus-səğiru fi şərhi muxtəsərin-nafi, h.q 1409, c.3, s.77; Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.23, s.5
- ↑ Seyfi Mazandarani, Dəlilu təhriril-vəsilə, h.q 1415, s.1
- ↑ Meşkini, Müstələhatul-fiqh, h.ş 1393, s.405
- ↑ Şəhis Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.193; Mühəqqiq Səbzivari, Kifayətul-əhkam, h.q 1423, c.2, s.574; Vəhid Xorasani, Minhacus-salihin, h.q 1428, c.3, s.370
- ↑ Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.1, s.263
- ↑ Qərəşi, Qamuse Quran, h.q 1412, c.4, s.168
- ↑ Seyfi Mazandarani, Dəlilu təhriril-vəsilə, h.q 1415, s.2-4
- ↑ Mühəqqiq Səbzivari, Kifayətul-əhkam, h.q 1423, c.2, s.574; Fazil Miqdad, Ət-Tənqihur-Rabi li-muxtəsəriş-şəraye, h.q 1404, c.4, s.3
- ↑ Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.48, s.174
- ↑ Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.48, s.174
- ↑ Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.48, s.174
- ↑ Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.48, s.173
- ↑ Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.48, s.173
- ↑ Bir qrup araşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.q 1426, c.1, s.134
- ↑ Mahmudi, Mənasike Umreye müfrədə, h.q 1429, s.55-56
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.2, s.135; Təbatəbai Hairi, Əş-Şərhus-səğiru fi şərhi muxtəsərin-nafi, h.q 1409, c.3, s.77; Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.23, s.6; Fazil Lənkərani, Təfsiluş-şəriə, h.q 1424, s.313
- ↑ Şəhis Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.197; Mühəqqiq Səbzivari, Kifayətul-əhkam, h.q 1423, c.2, s.577; Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.30, s.277
- ↑ Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.202; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.155
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.2, s.136; İrəvani, Durusun Təmhidiyyə, h.q 1427, c.3, s.143
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.155; Şəhis Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.201; Mühəqqiq Səbzivari, Kifayətul-əhkam, h.q 1423, c.2, s.578
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.155; İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.2, s.136
- ↑ Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.23, s.15; Fazil Lənkərani, Təfsiluş-şəriə, h.q 1424, s.323
- ↑ Bir qrup araşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.q 1426, c.1, s.136
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.2, s.135; Mühəqqiq Səbzivari, Kifayətul-əhkam, h.q 1423, c.2, s.575; Təbatəbai Hairi, Əş-Şərhus-səğiru fi şərhi muxtəsərin-nafi, h.q 1409, c.3, s.78
- ↑ Şəhis Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.203
- ↑ Şəhis Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.204-205
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.158; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.7, s.198; Bir qrup araşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.q 1426, c.1, s.135-136
- ↑ Fəyyaz Kabuli, Risaleye Tozihul-məsail, h.q 1426, s.604
Ədəbiyyat
- İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilə, Qum, Muəssisətu mətbuati darul-elm, Tarixsiz
- İrəvani, Baqir, Durusun Təmhidiyyə fil-fqihil-İstidlali ələl-məzhəbil-Cəfəri, Qum, 2-ci çap, h.q 1427
- Seyid Mahmud Haşimi Şahrudinin nəzarəti altında bir qrup araşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), Qum, Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), h.q 1426
- Bir qrup müəllif, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), tarixsiz
- Səbzivari, Seyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Muəssisətu Əl-Mənar, 4-cü çap, h.q 1413
- Seyfi Mazandarani, Əli Əkbər, Dəlilu təhriril-vəsilə - Əs-Seydu vəz-zəbahə, Qum, Dəftəre enteşarate İslami vapeste be Came müdərrisine Hozeye elmiyyeye Qom, h.q 1415
- Şəhis Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lümətid-Dəməşqiyyə, Qum, Ketabfuruşiye Davəri, h.q 1410
- Təbatəbai Hairi, Seyid Əli ibn Məhəmməd, Əş-Şərhus-səğiru fi şərhi muxtəsərin-nafi, Qum, Mərəşi Nəcəfi adına kitabxananın nəşriyyat, h.q 1409
- Fazil Lənkərani, Məhəmməd, Təfsiluş-şəriə - Əl-Vəqf, Əl-Vəsiyyət, Əl-İyman vən-nuzur, Əl-Kəffarat, Əs-Seyd, Mərkəze fiqhi Əimmeye Əthar (ə), h.q 1424
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Ət-Tənqihur-Rabi li-muxtəsəriş-şəraye, Qum, Mərəşi Nəcəfi adına kitabxananın nəşriyyat, h.q 1404
- Fəyyaz Kabuli, Məhəmməd İshaq, Risaleye Tozihul-məsail, Qum, Məclisi nəşriyyatı, h.q 1426
- Qərəşi, Seyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.q 1412
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam fi məsailil-həlali vəl-həram, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
- Mühəqqiq Damad, Seyid Mustafa, Qəvaide fiqh, Tehran, Mərkəze nəşre ulume İslami, 12-ci çap, h.q 1406
- Mühəqqiq Səbzivari, Məhəmməd Baqir ibn Məhəmməd Mömin, Kifayətul-əhkam, Qum, Dəftəre enteşarate İslami vapeste be Came müdərrisine Hozeye elmiyyeye Qom, h.q 1423
- Mahmudi, Məhəmməd Rza, Mənasike Umreye müfrədə, Qum, Məşər nəşri, h.q 1429
- Meşkini, Mirza Əli, Müstələhatul-fiqh, Qum, Darul-hədis, h.ş 1393
- Vəhid Xorasani, Hüseyn, Minhacus-salihin, Qum, İmam Baqir (ə) adına mədrəsə, 5-ci çap, h.q 1428