Məzmuna keç

Taslim:Tövbə

wikishia saytından
Əxlaq
وسط
Əxlaq ayələri
İfk ayələriÜxüvvət ayəsiİtam ayəsiNəbə ayəsiNəcva ayəsiMəşiyyət ayəsiBirr ayəsiİslahu zati beyn ayəsiİysar ayəsi
Əxlaq hədisləri
Qurbu nəvafil hədisiMəkarimul-əxlaq hədisiMerac hədisiCunudu əql və cəhl hədisi
Əxlaqi fəzilətləri
TəvazöQənaətSəxavətKəzmi ğəyzİxlasXəşiyyətHelmZöhdŞücaətİffətİnsafİslahu zati beynEyibörtməBəlaçəkmə
Əxlaqi rəzilətlər
TəkəbbürTamahHəsədYalanQeybətXəbərçilikTöhmətPaxıllıqAğ valideynÜcbEyibaxtarmaƏlaqəni kəsməkPisliyi yaymaqNemətin qədrini bilməmək
Əxlaq terminləri
Nəfslə cihadLəvvamə nəfsƏmmarə nəfsXatircəm nəfsMühasibəMüraqibəMüşaritəGünahƏxlaq dərsiİstidrac
Əxlaq alimləri
Molla Mehdi NəraqiMolla Əhməd NəraqiMirza Cəvad Mələki TəbriziSeyid Əli Qazi TəbatəbaiSeyid Rza BəhauddiniSeyid Əbdül-Hüseyn DəstğeybƏbdül-Kərim HəqşenasƏzizullah XuşvəqtMəhəmməd Təqi BehcətƏli Əkbər Feyz MeşkiniHüseyn MəzahiriMəhəmməd Rza Məhdəvi Kəni
Əxlaqi mənbələr
QuranNəhcül-bəlağəMisbahuş-şəriəMəkarimul-əxlaqƏl-Muhəccətul-bəyzaRisaleye Liqaullah (kitab)Tənbihul-xəvatir və nuzhətun-nəvazirCameus-saadatMeracus-SəadəƏl-Müraqibat

Tövbə (ərəbcə: التوبة) bəndənin Allaha doğru qayıdışı mənasında olub, Qurandahədislərdə ən çox istifadə edilən terminlərdən biridir. Quranda 69 ayədə tövbə mövzusuna toxunulmuş, tövbə edənlərə qarşı ilahi məhəbbət ifadə edilərək insanlara nəsuh tövbəsi etmək tövsiyə edilmişdir. Hədislərdə də tövbənin mövqeyi və əhəmiyyəti xüsusi vurğulanmış, onun gecikdirilməsindən çəkindirilmişdir. Hədislərin bir hissəsində isə günahlar haqqullahhaqqunnas olaraq bölünmüş, bu günah növlərindən tövbə etməyin yolları izah edilmişdir.

Tövbənin mərtəbələri vardır. Onun ən aşağı mərtəbəsi günahlardan tövbə etməkdir. Daha yüksək mərtəbələr isə qəflətdən tövbə, Allahdan qeyrisinə yönəlməkdən tövbə, və Haqq-Təalanın xaricində olanı müşahidə etməkdən tövbədir.

Tərifi

Tövbə “qayıdış” mənasını ifadə edir.[1] Bu söz Quranda bəzən insan, bəzən isə Allah barəsində işlədilir və bu hallarda fərqli qoşmalarla istifadə olunur. İnsan haqqında işlədildikdə “tabə iləllah” formasında olub, bəndənin günahdan Allaha tərəf qayıdışını bildirir.[2] Allah haqqında işlədildikdə isə (tabəllahu ələyhi) Allahın bəndəni bağışlaması və ona tövbə etməyi nəsib etməsi mənasını daşıyır.[3]

Qurani-Kərimdə tövbə

Qurani-Kərimin doqquzuncu surəsinin adı Tövbə surəsi olmaqla yanaşı, bu söz və onun törəmələri 87 dəfə[4] və 69 ayədə işlədilmişdir.[5] Qurana görə tövbənin qəbul edilməsi, nadanlıq üzündən pis əməl törədib, dərhal agah olduqdan sonra tövbə edənlərə aiddir. Lakin ömür boyu günah işlədib, ölüm anında tövbə etməyə çalışanların tövbəsi qəbul olunmur. Əl-Mizan təfsirində Fironun tövbəsinin qəbul olunmamasının səbəbi, onun vaxtında edilməməsi kimi izah edilmişdir; çünki vaxtı keçdikdən sonra olan iman fayda vermir.[6]

Tövbə hər zaman günahdan sonra baş verən bir hal deyil; bəzən Allahın bir şəxsə xüsusi mərhəmət və diqqətini ifadə edir. Buna görə də Quranda Allahın Peyğəmbərin (s), onun ardınca gedən mühacirənsarın tövbəsini qəbul etdiyi bildirilir.[7]

Allahın tövbəsi və bəndənin tövbəsi

Tövbə surəsinin 118-ci ayəsində buyurulur: “… və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır”. Bu ayədə bəndənin tövbəsi Allahın iki tövbəsi arasında yerləşdirilmişdir. Yəni əvvəlcə Allah Öz mərhəməti ilə bəndəyə yönəlir və ona tövbə etmək tövfiqi bəxş edir; bundan sonra bəndə tövbə edir. Daha sonra isə Allah-taala bəndənin tövbəsini qəbul edir və onu bağışlayır.[8]

Nəsuh tövbəsi

Əsas məqalə: Nəsuh tövbəsi

Təhrim surəsinin 8-ci ayəsində insanlardan Nəsuh tövbəsi etmələri istənilir:

“Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin” (Təhrim surəsi, 8-ci ayə).

“Nəsuh” sözünün kökü və ayənin konteksti nəzərə alındıqda, bu sözün ya “nüsḥ” maddəsindən olub “pak və xalis” mənasını daşıdığı,[9] ya da “davamlı, sabit və möhkəm” mənasında işlədildiyi ehtimal olunur.[10][11] Bu əsasla, nəsuh tövbəsi ya ixlas və saf niyyətlə edilən tövbə, ya da davamlı və pozulmayan tövbə deməkdir ki, ikinci məna daha məşhurdur. Buna görə də nəsuh tövbəsi, tövbə edən şəxsin tövbəsində davamlı qalmaq və onu sındırmamaq üçün möhkəmlik niyyəti daşıdığı tövbə kimi izah edilmişdir.[12]

Hədislərə əsasən, nəsuh tövbəsinin əsas şərti tövbə edən şəxsin bir daha həmin günaha qayıtmamasıdır.[13] Onun nəticələrindən biri isə tövbə edən şəxsin günahlarının tamamilə örtülməsidir; elə ki, həmin günahdan heç bir şahidin yanında iz qalmır — nə insan əməllərinə nəzarət edən mələklərin yanında, nə günahın törədildiyi məkanın, nə də insanın bədən üzvlərinin şahidliyində.[14]

Hədislərdə tövbə

Şiəsünni rəvayətçilər vasitəsilə nəql edilmiş çoxsaylı hədislərdə tövbənin mahiyyəti, onun əhəmiyyəti, tövbənin və tövbə edən şəxsin Allah yanında sevilməsi, eləcə də Allah-taalanın bəndələrinin tövbə etmələrinə olan xüsusi rəğbəti və şövqü bəyan edilmişdir.[15] Məsələn, bir hədisdə qeyd olunur ki, Allah-taala tövbə edənlərə üç xüsusiyyət bəxş etmişdir ki, əgər onlardan yalnız biri göylərin və yerin bütün əhlinə verilsəydi, həmin xüsusiyyət onların nicat tapması üçün kifayət edərdi.[16] Hədislərdə vurğulanan digər mühüm məqamlar bunlardır: Tövbənin gecikdirilməsinin qadağan edilməsi, tövbəni sabaha saxlamaq və “bu gün–sabah” demək (təsvif) kimi davranışın pislənməsi,[17] günahda israr etməyin tövbəyə istehza sayılması,[18] və tövbənin davamlı şəkildə edilməsinin vacibliyi.

İmam Sadiq (ə) buyurur:

İmam Sadiq (ə) buyurmuşdur: Tövbə Allahın ipidir, Onun yardımı və çəkib-aparması isə lütf və inayətidir. Bəndə hər zaman və bütün hallarda tövbə halında olmalıdır. Hər qrupun özünəməxsus tövbəsi vardır: İlahi peyğəmbərlərin tövbəsi: batinin narahat olması və arxayınlıq halının pozulmasındandır. Övliyaların tövbəsi: onların xəyal və düşüncələrinə gələn müxtəlif təsəvvür və xatirələrin təsirindəndir. Haqqın seçilmişlərinin tövbəsi: rahatlıq, asudəlik və qəflətdəndir. Xüsusi şəxslərin və seçilmiş bəndələrin tövbəsi: Uca Rəbbdən qeyrisi ilə məşğul olmaqdan ötrüdür. Adi insanların (avamın) tövbəsi isə: günahlardan, asi əməllərdən və xətalardandır.

Misbahuş-Şəriə, Farsca tərcümə: Həsən Müstəfəvi, s.352

Həmçinin müxtəlif günahlardan tövbə etməyin hökmləri və şərtləri barədə çoxlu rəvayətlər mövcuddur.[19] Bəzi rəvayətlərə əsasən, Allah tərəfindən tövbənin qəbul edilməsi imamların vilayətinin qəbul edilməsi şərti ilə bağlıdır.[20]

İslam fiqhində tövbə

İslam məzhəblərinin fiqhi mənbələrində günahlardan tövbənin vacibliyi daim vurğulanmış və bu vacibliyin təxirə salınmadan, dərhal yerinə yetirilməli olduğu bildirilmişdir.[21][22]

Bəzi fəqihlər tövbə üçün xüsusi ədəb və qaydalar da qeyd etmişlər. Məsələn, bəziləri böyük günahlardan tövbə qüslünü müstəhəb qüslların sırasında,[23][24] tövbə namazını isə müstəhəb namazların sırasında göstərmişlər.[25]

Günahların müxtəlif növlərindən tövbə etmək

Fiqhi mənbələrdə günahların növləri, hər birindən tövbə etmə yolları, eləcə də tövbənin dünya cəzalarına təsiri müzakirə olunmuşdur. Bu əsasla əvvəlcə müəyyən edilir ki, günah yalnız haqqullah çərçivəsindədir, yoxsa bununla yanaşı haqqunnas yönü də daşıyır.

Haqqullah (Allah haqqı)

Əgər tövbə edilən günah yalnız haqqullah çərçivəsindədirsə və ibadi vaciblərin tərk edilməsi ilə bağlıdırsa, belə ki, həmin vacibin qəzasını yerinə yetirmək mümkün olsa (məsələn, namaz və ya orucun qəzası kimi), bu halda peşmanlıq və günahı tərk etmək qərarı ilə yanaşı, həmin vacibi yerinə yetirməyə çalışmaq da lazımdır. Əgər tövbə zamanı həmin vacibi yerinə yetirməyə gücü çatmırsa, imkan tapdığı zaman onu qəza edəcəyinə niyyət etməlidir. Ölüm əlamətləri zahir olduqda isə bu barədə vəsiyyət etməsi vacibdir.[26] Əgər tərk etdiyi vaciblərin miqdarını dəqiq bilmirsə, tərk etdiyinə yəqinlik hasil etdiyi miqdarda qəza etməlidir.[27]

Peyğəmbəri-Əkrəm (s) buyurur: Tövbə edən şəxsin dörd əlaməti vardır: Əməllərini yalnız Allah üçün xalis etmək, yalan və batili tərk etmək, haqqı tutmaq və ona sadiq olmaq, yaxşı işlər görmək üçün həvəsli və istəkli olmaq.

Tuhəful-uqul, s.20

Hədd və ya təzir cəzası olan günahlardan (zina və ya spirtli içki içmək kimi) tövbə edildikdə, əgər günah şəri hakim qarşısında sübuta yetirilməmişdən əvvəl tövbə edərsə, onun tövbəsi Allah ilə özü arasında qəbul olunur və həddtəzir cəzası ondan götürülür.[28] Belə hallarda günahı etiraf etmək vacib deyil, əksinə etiraf etməmək müstəhəb sayılır.[29] Lakin əgər günah öz etirafı ilə şəri hakim yanında sübuta yetərsə və bundan sonra tövbə edərsə, hakim həddin icrası və ya bağışlama məsələsində ixtiyar sahibidir. Amma günah şahidlərin ifadəsi ilə sübuta yetərsə və bundan sonra tövbə edərsə, bu halda hədd və təzir ondan götürülmür.[30]

Əgər şəxs hədd və ya təzir cəzası olmayan bir haram əməl törətmişdirsə (məsələn, başqasına zərər yetirməyən yalan), bu halda peşmanlıq və günahı tərk etmək qərarı kifayətdir.[31]

Haqqunnas (insan haqqı)

Peyğəmbəri-Əkrəm (s) buyurur: Ədalət yaxşıdır, amma dövlət adamlarından daha gözəl olar. Səxavət yaxşıdır, amma var-dövlət sahiblərindən daha gözəl olar. Təqva yaxşıdır, amma alimlərdən daha gözəl olar. Səbr yaxşıdır, amma kasıblardan daha gözəl olar. Tövbə yaxşıdır, amma gənclərdən daha gözəl olar. Həya (namus, iffət) yaxşıdır, amma qadınlardan daha gözəl olar.

Nəhcül-fəsahə, s.578, hədis 2006

Hər bir günahın haqqullah tərəfi vardır. Əgər günah haqqullah ilə yanaşı haqqunnas yönünü də daşıyırsa, bütün hallarda əvvəlcə həqqullah tərəfi peşmanlıq və günahı tərk etmək əzmi ilə aradan qaldırılmalıdır. Haqqun-nas baxımından isə bir neçə hal mövcuddur:

  • Əgər günah dil ilə törədilən günahdırsa (məsələn, qəzf (başqasına zina ya ləvat nisbət vermək), böhtan və ya qeybət), zərər çəkmiş şəxsdən halallıq almaq vacibdir. Bəzi alimlərə görə, əgər haqq sahibi qəzf, böhtan və ya qeybətdən xəbərsizdirsə, ondan üzr istəmək vacib deyil; bu halda onun adından istiğfar etmək və Allah dərgahında yalvarmaq daha münasibdir ki, tövbəsi qəbul olunsun və axirətdə günahın nəticələrindən salamat qalsın.[32]
  • Əgər günah nəticəsində kiməsə bədən xəsarəti yetirilmişdirsə (məsələn, döymək və ya qətl), bu halda qisasdiyə kimi hökmlər icra olunur; yalnız haqq sahibi öz haqqından keçərsə, bu cəzalar götürülə bilər.[33]
  • Əgər günah nəticəsində kiməsə maliyyə zərəri dəymişdirsə (məsələn, oğurluq, çəkidə-ölçüdə aldatma, riba), fiqhi mənbələrdə qeyd edildiyi şəkildə maddi ziyanın ödənilməsi vacibdir.[34]

Batil etiqadlardan tövbə etmək

İmam Əli (ə) o şəxs ki, həzrətin qarşısında «Əstəğfirullah» dedi, buyurdu: “Sənin üçün anam ağlamalıdır. Bilirsən, istiğfar nədir? İstiğfar uca insanların əməlidir və altı mənası vardır: Keçmiş üzrü üçün peşman olmaq. Təkrarına yol verməmək qərarına gəlmək. İnsanların haqqını onlara qaytarmaq, eləcə də Allah qarşısında pak olmaq və özünü günahdan təmizləmək. Tələf etdiyin hər vacib haqqı yerinə yetirmək. Haramdan yaranan ətini kədərlə əridərək o qədər çalışmaq ki, dəri sümükə yapışsın, sonra onun arasında təzə ət yetişsin. İtaətin ağrısını bədənində hiss etmək, eləcə də günahın şirinliyini daddığın kimi. Bunlardan sonra «Əstəğfirullah» demək mümkündür.

Nəhcül-bəlağə, farsca tərcümə: Seyid Cəfər Şəhidi, hikmət 417

Batil etiqadlardan tövbə etmək məsələsində, əgər başqaları həmin şəxsin batil etiqadına agah olmamışdırsa, onun tövbəsi özü ilə Allah arasındakı tövbə ilə kifayət edir. Əgər başqaları onun batil etiqadından xəbərdar olmuşdursa və o, digərlərini də öz batil etiqadını qəbul etməyə dəvət etmişdirsə, bu halda batil etiqadından əl çəkdiyini və həmin etiqadın fəsadını, bu batil etiqaddan xəbərdar olan şəxslərə bildirməlidir. Əgər bəzi şəxslər onun dəvəti nəticəsində batil etiqadlara inanmışlarsa, bu halda onlara yalnız öz etiqadının batil olduğunu bildirməklə kifayətlənməməli, həm də onları həmin etiqadı tərk etməyə çağırmalıdır.[35]

Bidətdən tövbə barəsində, bəzi rəvayətlərə əsasən, bidət çıxaran şəxs, öz bidəti nəticəsində azğınlığa düşən bütün insanları etiqadının batil olması barədə məlumatlandırmayınca və onları doğru yola çağırmayınca, onun tövbəsi qəbul olunmur.[36]

Mürtədlikdən tövbə

İmamiyyə fiqhində fitri mürtədin tövbəsi dünada qəbul edilmir; lakin əgər tövbəsi səmimidirsə, Allah dərgahında məqbul sayılır.[37] Milli mürtəd isə əvvəlcə tövbəyə dəvət olunur; əgər tövbəni qəbul etməzsə, onun barəsində irtidad həddi icra edilir.[38][39]

Tövbənin mərtəbələri

Tövbənin müxtəlif mərtəbələri vardır, o cümlədən: küfrdən imana tövbə, təqlid üzündən olan və ya zəif imandan araşdırılmış və möhkəm imana tövbə, böyük və təhlükəli günahlardan tövbə, kiçik günahlardan tövbə, günah fikrindən tövbə — hətta əmələ çevrilməsə belə, tərki-övladan tövbə, Allaha qarşı qəflət və diqqətsizlikdən tövbə.[40] Bəzi alimlər tövbə ilə inabə arasında fərq qoymuş, “tövbə”nin mahiyyətini təbiətin hökmləri və onun nəticələrindən ruhaniyyət və fitrət hökmlərinə dönüş, “inabə”nin mahiyyətini isə fitrət və ruhaniyyətdən birbaşa Allaha doğru dönüş, yəni nəfs evindən məqsəd mənzilinə doğru səfər və hicrət kimi izah etmişlər. Bu baxımdan tövbə mərtəbəsini inabə mərtəbəsindən əvvəl qərarlaşdırmışlar.[41]

Tövbənin zamanı

Tövbə, insanlar üçün açılmış ilahi mərhəmət qapısı olaraq, heç bir şəraitdə bağlanmır. İmam Əli ibn Hüseyn (ə)Münacatul-Xəmsə-Əşər”dən bir hissədə bu həqiqətə işarə etmişdir.[42] Heç bir insan tövbə və Allaha dönüşdən məhrum edilmir; yalnız özü tövbə və dönüş üçün ciddi iradə göstərməzsə, bu nemətdən məhrum olar. Bəzi insanların tövbədən məhrum edilməsi, Allahın ədaləti ilə uzlaşmır. Məhz buna görə də şiə müfəssiri və tədqiqatçısı Ayətullah Cavadı Amuli bu qənaətdədir ki, insan istənilən an tövbə edə bilər və belə deyə bilər: “İlahi, gəldim.” Bunun üçün nə qibləyə tərəf dönmək, nə tövbə qüslu etmək, nə də xüsusi sözlər demək vacibdir (baxmayaraq ki, “Əstəğfirullah” və bu kimi zikrləri demək müstəhəbdir). Əsas olan isə ruhi, fikri və qəlbi inqilab, həmçinin insanın bütün varlığı ilə: “İlahi, keçmişimə görə peşmanam və gələcək üçün qəti qərar vermişəm” deməsidir.[43] Şiə fəqihi Şəhid Mürtəza Mütəhhəri Fironun tövbəsinin qəbul edilməməsi barədə belə deyir: Tövbə — daxili müqəddəs inqilabdır. Dənizin dərinliyində qalıb, hər tərəfdən su ilə əhatə olunmuş, hara baxsa yalnız su görən bir insan həmin vəziyyətdə tövbə etdiyini bildirirsə, onun vicdanı hələ dəyişməmiş, fitrəti dirilməmiş, özü özünə qarşı qiyam etməmişdir. O, yalnız özünü çıxılmaz və aciz vəziyyətdə gördüyü üçün, zərurət ucbatından təslim olduğunu elan edir. Buna görə də ona deyilmişdir: “İndi?! Halbuki bundan əvvəl üsyan etmişdin!” Nə üçün bir saat əvvəl – azad olduğun vaxtda – bunu demədin? Əgər bir saat əvvəl azad ikən bunu desəydin, deməli, sənin daxilində müqəddəs inqilab (tövbə) baş vermişdi.[44]

Əlaqəli məqalələr

İstinadlar

  1. Müraciət edin: Cuhəri: Əs-Sihah, h.q 1404, "توب" sözünün şərhində; İbn Mənzur, Lisanul-ərəb, h.q 1412, "توب" sözünün şərhində
  2. Nümunə üçün müraciət edin: Məcməul-bəyan, Təbərsi: Məhəmməd Hüseyn Təbatəbai, Əl-Mizan: Maidə surəsi ayə 74, Əraf surəsi ayə 143, Hud surəsi 3-ü ayənin şərhində
  3. Əsasul-bəlağət, Zəməxşəri, h.q 1419, m.1998, c.1, s.98; İbn Mənzur, Lisanul-ərəb, h.q 1412, "توب" sözünün şərhində; Mürtəza Zübeydi, Tacul-ərus, h.q 1414, "توب" sözünün şərhində
  4. Ənsariyan, Tövbe ağuşe rəhmət, Darul-irfan nəşri, h.ş 1400, s.100
  5. Tövbə, Sayte 313 nəfər yare Qaim
  6. Təbatəbai, Əl-Mizan, İsmailiyyan nəşriyyatı, c.10, s.118
  7. Tövbə 9/117
  8. Tusi, Ət-tibyan, Təbərsi, h.q 1418-1420; Məhəmməd Hüseyn Təbatəbai, ayənin şərhində
  9. Müqayisə edin: İbri və Arami: Gaznews, s.663
  10. Müqayisə edin: İbri: eyni yerdə
  11. İbri və Arami, Gaznews, Zamiyat, s.402
  12. Məsələn baxın: Təbəri, Təfsiru Təbəri, h.q 1422, m.2001, c.23, s.105, c.28, s.168; Kuleyni, Kafi, h.q 1391, c.2, s.432; Rağib, "نصح" sözü; Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.10, s.62-63, Qurtubi, Təfsirul-Qurtubi, h.q 1405, m.1985, c.8, s.227, c.18, s.197
  13. Müraciət edin: Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.39
  14. Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.28
  15. Müraciət edin: Kuleyni, Kafi, h.q 1391, Əli Əkbər Ğəffarinin səyi ilə, c.2, s.435; Hürr Amili, c.16, s.73; Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.19, 21, 29, 42
  16. Müraciət edin: Kuleyni, Kafi, h.q 1391, Əli Əkbər Ğəffarinin səyi ilə, c.2, s.432-433; Hürr Amili, həmin yerdə
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.30; Məfatihul-cinan, Əbu Həmzə Sumali duasında
  18. Vəsailuş-şiə, Ən-Naşiru musəssisətu Alil-beyt (ə) li-ihyait-turas, Qum, c.16, s.74
  19. Məclisi, Biharul-ənvar, h.q 1403, c.72, s.329; c.2, s.297, c.6, s.23
  20. Məclisi, Biharul-ənvar, h.q 1403, c.27, s.200, c.75, s.225
  21. Nəvəvi, Rəvzətut-talibin, Beyrutul-Məktəbil-İslami, h.q 1412, c.11, s.249
  22. Şəhid Sani, Məsalik, Muəssisətul-məarifil-İslamiyyə, c.10, s.8; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.33, s.168
  23. Əbu-Səlah, Əl-Kafi fil-fiqh. Naşir: Məktəbətul-imam Əmirul-muminin (ə), h.q 1403, s.135
  24. Mühəqqiq, Şəraye, Sadiq Şirazinin səyi ilə, Tehran, h.q 1409, c.1, s.37
  25. Mühəqqiq, Əl-Mötəbər, Nasir Məkarim Şirazinin və başqalarının səyi ilə, Qum, h.ş 1364, c.2, s.374; İbn Quddamə, Əl-Muğni, c.1, s.438; İbn Abidin, c.2, s.28; Şirvani, c.2, s.11, 238
  26. Əbu-Səlah, Əl-Kafi fil-fiqh. Naşir: Məktəbətul-imam Əmirul-muminin (ə), h.q 1403, s.243; Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, c.7, s.319
  27. Müraciət edin: İmam Xomeyni, Təhrirul-vəsilə, c.1, s.411, məsələ 10
  28. Baxın: Şeyx Bəhayi, Came Abbasi, s.422
  29. Əl-Musuətul-fiqhiyyə, c.14, s.121-122
  30. Şeyx Bəhayi, Came Abbasi, s.421-422
  31. Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, c.7, s.319
  32. Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, c.7, s.321-322
  33. Baxın: Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, c.7, s.320
  34. Baxın: Əbu-Səlah, Əl-Kafi fil-fiqh. Naşir: Məktəbətul-imam Əmirul-muminin (ə), h.q 1403, s.243; Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, c.7, s.319-320; İmam Xomeyni, Təhrirul-vəsilə, c.2, s.172
  35. Müraciət edin: İmam Xomeyni, Təhrirul-vəsilə, c.1, s.131
  36. Məclisi, Biharul-ənvar, h.q 1403, c.2, s.297
  37. Qolpayqani, Tozihul-məsail, h.q 1409, c.1, s.41-42
  38. İmam Xomeyni, Təhrirul-vəsilə, c.2, s.494-495
  39. Əl-Musuətul-fiqhiyyə, c.14, s.127-128
  40. Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1377, c.1, s.242-243
  41. Fəsl dər bəyane dərəcate səbr əhli-mərifət
  42. Qumi, Məfatihul-cinan, h.ş 1387, s.164
  43. Delhaye mərdom ba ədəb, ədl və əql səkinət mi girəd., javadi.esra.ir saytı
  44. Mütəhhəri, Azadi mənəvi, s.132, motahari.ir saytı

Ədəbiyyat

  • Əbus-Səlah Hələbi, Əl-Kafi fil-fiqh, Rza Ustadi çapı, İsfahan, h.ş 1362
  • Əl-Musuətul-fiqhiyyə, c. 14, Kuveyt, Vəzaratul-əvqaf vəş-şuunil-İslamiyyə, m. 1988
  • Ənsariyan, Hüseyn, Tövbe ağuşe rəhmət, Darul-irfan nəşri, h.ş 1396, 7-ci çap
  • Cuhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Beyrut, Darul-ilm, h.q 1404
  • Kuleyni, Məhəmməd, Əl-Kafi, Əli Əkbər Ğəffarinin səyi ilə, Tehran, h.q 1391
  • Məkarim Şirazi, Nasir, Əxlaq dər Quran, Qum, İmam Əli ibn Əbi Talib (ə) mədrəsəsi, h.ş 1377
  • Məhəmməd ibn Hüseyn Şeyx Bəhayi, Came Abbasi, Tehran, Fərahani nəşriyyatı, tarixsiz
  • Mühəqqiq Hilli, Əl-Mötəbər, Nasir Məkarim Şirazinin və başqalarının səyi ilə, Qum, h.ş 1364
  • Mühəqqiq Hilli, Cəfər, Şərayeul-İslam, Sadiq Şirazinin səyi ilə, Tehran, h.q 1409
  • Mürtəza Zübeydi, Məhəmməd ibn Məhəmməd, Tacul-ərus min cəvahiril-Qamus, Beyrut, Darul-fikr, h.q 1414
  • Musəvi Bocnurdi, Həsən, Əl-Qəvaidul-fiqhiyyə, Nəcəf, h.ş 1402
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Mahmud Quçaninin səyi ilə, Tehran, h.ş 1362
  • Qolpayqani, Məhəmməd Rza, Tozihul-məsail, Qum, h.ş 1371
  • Qurani-Kərim
  • Rağib İsfahani, Hüseyn, Müfrədatu əlfazil-Quran, Səfvan Ədnan Davudinin səyi ilə, Dəməşq/Beyrut, h.q 1412
  • Şəhid Sani, Məsalikul-əfham, Muəssisətul-məarifil-İslamiyyə, Qum
  • Təbərsi, Fəzl, Məcməul-bəyan, Beyrut, h.q 1415
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, İsmailiyyan nəşriyyatı, tarixi məlum deyil, məkanı məlum deyil
  • Tusi, Məhəmməd, Ət-tibyan, Qəsir Amilinin səyi ilə, Nəcəf, h.q 1418–1420
  • Tövbə, Sayte 313 nəfər yare Qaim, Nəşr tarixi; h.ş 1401-1-8
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru Sədir, 2-ci çap, h.q 1412

Xarici keçidlər