Səduqəyn
Səduqəyn, (ərəbcə: الصدوقین) "iki Səduq" mənasını verir və Şeyx Səduq ilə onun atası İbn Babəveyhə aid edilir.[1]
Şeyx Səduqun tam adı Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qumidir. O, hicri-qəməri 4-cü əsrdə yaşamış şiə alimlərindən biridir.[2] O, Qum hədis məktəbinin ən böyük mühəddis və fəqihi hesab olunur. Onun yazdığı "Mən la yəhzuruhul-fəqih" adlı kitab, şiənin dörd əsas kitabından (Kutubi-Ərbəə) biridir.
İbn Babəveyhin isə tam adı Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh olub və Şeyx Səduqun atasıdır. O, şiə fəqihi, mühəddisi və Qum şəhəri ilə ətraf bölgələrin dini rəhbəri olmuşdur.[3]
Fiqhi əsərlərdə bu iki şəxsin fikri eyni olduqda "Səduqəyn" ifadəsi işlədilir.[4] Ərəb dilində bu söz cümlədə mübtəda və ya fail olaraq "u" səsi ilə gəldikdə, "Səduqan" şəklində gəlir.[5]
15 ordibeheşt 1395 (4 may 2016) tarixində Qum şəhərində "Səduqəyn"ə (r.ə) hörmət və ehtiram konfransı təşkil edilmişdir.[6]
İstinadlar
- ↑ Mələki İsfahani, İstelehate üsul, h.ş 1379, c.1, s.34
- ↑ Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1404, s.8
- ↑ Baxın: Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1404, s.9
- ↑ Nümunə üçün baxın: Nəraqi, Müstənəduş-şiə, h.q 1415, c.1, s.102
- ↑ Kəşşi, Ricalu Kəşşi, h.ş 1363, c.2, s.465
- ↑ «همایش تکریم و بزرگداشت صدوقین(ره) برگزار شد», anjomanhadith.com saytı
Ədəbiyyat
- Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, h.q 1404
- Kəşşi, Məhəmməd ibn Ömər, Ricalu Kəşşi, Təhqiq: Mehdi Rəcai, Qum, Alul-beyt, h.ş 1363
- Mələki İsfahani, Müctəba, İstelehate üsul, Qum, Alimə, h.ş 1379
- Nəraqi, Əhməd ibn Məhəmməd Mehdi, Müstənəduş-şiə, Təhqiq: Alul-beyt müəssisəsi, Məşhəd, h.q 1415